Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə35/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   31   32   33   34   35   36   37   38   ...   72

138
Nazir Əhmədli
güsü var(bəzən 5-6 bölgüsünün olduğunu da desələr də, bu 
bölgü ilə yazılmış nümunələr geniş yayılmamışdır). Oriji-
nalda 6-5 bölgüsü olsa da, “Ələsgərəm, incimişəm yarım-
dan” misrası 4-4-3 bölgüsünə çevrilir, “Aləm yatmaz onun 
ahu-zarından” misrası və digər misralar 6-5 bölgüsündədir. 
Belə məlum olur ki, tərtibçi qoşmanın bu incəliyini, bölgü-
nü nəzərə almır. Əks halda, dəyişdiyi misranı heç olmasa, 
6-5 bölgüsündə saxlayardı.
“Bu dünyada üç şey başa bəladı” misrası ilə başlayan 
məşhur şeir 
“Ələsgəri qılma mərhumi-didar,
Tərəhhüm et mənə bir busə, ey yar.
Üç hərfl ə ismin eylədim aşkar:
Bir “kaf”dı, biri “lam”dı, bir “sad”,-  
bəndi ilə qurtarır (yenə orada, səh.32). Tərtibçi isə ikinci mis-
ranı dəyişərək “Lütf eylə ləbindən bir busə, ey yar” şəklinə 
salmış, belə hesab etmişdir ki, busə mütləq ləbdən, yəni do-
daqdan olmalıdır, halbuki, klassiklərimiz məsələni belə natu-
rallaşdırmaqdan həya edərək çox vaxt yanaqdan busə almaq-
dan bəhs edirdilər(M.P.Vaqifi n çılpaq şeirlərini istisna edirəm). 
Ələsgərin öz variantında da bu məsələ üstü örtülü qalır və ya-
rının ona yalnız busə verməsindən söz açılır. Amma busənin 
dodaqdanmı, yanaqdanmı, yarının sinəsindənmi umduğunu 
konkretləşdirmir,  yəni abır-ismət gözləyir. 
Tərtibçinin təqdimatında “Dolanır” (səh.40) qoşması 
belə qurtarır:
Adım Ələsgərdir, Göyçə – mahalım,
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsinə xəstə xəyalım
Pərvanədi, şəmistanlar dolanır.


139
Haqq-nahaqq seçilər Haqq divanında
“Dolanım başına, mən dərdin alım” misrası da zən-
nimcə  təhrif edilmişdir.  Əvvəla,Göyçə dialektində tez-tez 
“qadan alım” xitabı  işlədilir, “dərdin alım” yox. Həm də 
“dərdin alım”ın deyilişi “qadan alım”dan daha ağır tələffüz 
olunur. Ikincisi isə “mən dərdin alım” cümləsi qrammatik 
quruluşuna görə düzgün olsa da, məlum olduğu kimi, şeirdə 
bu qayda çox vaxt gözlənilmir. Ona görə də düzgün variant 
“Dolanım başına, qadan mən alım”,-olmalıdır.
 “Görmədim” (səh.51) qoşmasına da yüngülcə,  Iki yer-
də “əl gəzdirilib”. “Yetəni özümə mən dost eylədim” əvə-
zinə “Namərdi özümə  mən dost eylədim”, “Nəfs aldatdı, 
gədalara xan dedim” əvəzinə, “Nəfs aldatdı, hər yetənə xan 
dedim” olmalıdır.
“Kamil ovçu ölməyincə usanmaz” misrası ilə başlayan 
(səh.56) şeirinin 
Kamil ovçu ölməyincə usanmaz,
Əldən qoymaz bеlə sərxoş maralı.
Еşq oduna düşən aşkara yanmaz,
Pünhan-pünhan mənim kimi saralı”- 
bəndində  “Mənim kimi pünhan-pünhan saralı” olmalıdır. 
Təqdim olunan variantın deyilişi ağırlaşmışdır.
İkinci bənddə
Öldürsələr, qorxum yoxdu qanımdan,
Yolunda durmuşam başu canımnan.
Tərk oldum vətəndən, xanimanımdan,
İnsaf dеyil, gəzmə məndən aralı. 
“Yolunda durmuşam başu canımnan” əvəzinə “Yolun-
da keçmişəm başu-canımdan”, həmin şeirin sonuncu bən-
dində isə “İkimiz də qalaq yaslı, yaralı” əvəzinə, “İkimiz 
də gəzək yaslı, yaralı” olmalıdır.


140
Nazir Əhmədli
“Qalmadı” (səh.60) şeirinin Ələsgərə aid olması məndə 
ciddi şübhə doğurur. Burada I dünya müharibəsinin iştirak-
çıları olan bir çox Avropa dövlətlərinin adı çəkilir:
Yığılın danışaq, qəlyan çəkənlər,
Bostan bеcərənlər, şitil əkənlər.
Ananov kağıza tütün bükənlər,
Qurtardı tənbəki, saman qalmadı.
Nеcoldu Sеrbiya, Çornuqoriya?!
Əl-ayaq altında itdi Italya.
Gеrman bir bomb atdı, qan oldu dərya,
Qırıldı, dünyada insan qalmadı.
Bağlanıb zavodlar, kəsilib qəndlər,
Qaynamır samavar, artıbdı dərdlər.
Niyə ağlamasın yazıq övrətlər,
Söküldü döşəklər, yorğan qalmadı.
Əvvəla  şeir, xüsusilə onun birinci bəndi nəinki zəif-
dir, sadəcə olaraq, anlamsız söz yığınıdır, ikincisi, aşığın 
mənsub olduğu Göyçədə güman etmirəm ki, “övrət” sözü 
işlədilirdi, üçüncüsü isə, Serbiya, Çernoqoriya və Almani-
yanın adının çəkilməsi bir yana, onun bomba atması, 1914-
1918-ci illərdə onu atacaq təyyarəyə malik olması, nəhayət, 
qəzetin, radio-televiziyanın, mətbuatın olmadığı və məlum 
olduğu kimi 1918-ci ildəki iğtişaşlara görə Kəlbəcərin əl-
dən-ayaqdan uzaq bir yerində sığınacaq tapan aşığın bu in-
formasiyanı necə əldə etməsi mümkün görünmür. Ona görə 
də  qətiyyətlə deyə bilərik ki, bu zəif  şeirin müəllifi  Aşıq 
Ələsgər deyil. 


141
Haqq-nahaqq seçilər Haqq divanında
Məşhur “Ola bilməz” şeirində 
“Sərraf yüz bəzəsə səngi-siyahı,
Əsli – mütəlladı, ləl ola bilməz.
Məkəs fəğan еylər zənbur sövtilə,
Künhü yox, fəmində bal ola bilməz”, 
- bəndindəki ikinci misra
“Üzdən mütəlladı, ləl ola bilməz”,-olmalıdır. Bu ifadə-
nin mənası budur ki, sərraf qara daşı yüz dəfə bəzəsə də, 
o yalnız zahirən parlaqdır (“mütəlla” ərəbcə “parlaq”, 
“parıldayan” deməkdir), ləl kimi qiymətli deyil. Aydın-
dır ki, burada “Əsli-mütəlladır,ləl ola bilməz”, ifadəsi heç 
cür uyğun gəlmir. 
 “Olacaqdır” (səh.69) şeirindəki
Ələsgər, axtarma qüdrətin sirrin,
Zülmətdə işıq var, acıda şirin.
Zikr еylə dilində mərdlərin pirin,
Qorxma, dar günündə yar olacaqdı”-
bəndində “Zülmətdə işıq var, acıda şirin” kimi yazıb, sonra 
ona fəlsəfi  izahatlar axtarmağa lüzum yoxdur, onun düzgün 
variantı  “Zülmətə  işıq var, acıya  şirin”  şəklindədir. Aşıq 
Ələsgərin həmin cümləsi bir növ “Yaman günün ömrü az 
olar” atalar sözünün başqa variantda, poetik dillə ifadəsidir. 
Ona oxşar bir bayatı da var:
“Aşıq, naçar ağlama,
Gündü, keçər, ağlama.
Fələk bağlı qapını
Bir gün açar, ağlama”.
Səh.72. “Olmaz, olmaz”:


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə