Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə37/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   33   34   35   36   37   38   39   40   ...   72

146
Nazir Əhmədli
Uzağa getmək lazım deyil, adını  çəkdiyimiz  şeirdən 
sonra aşığın “Nişanəsi” rədifl i gözəl bir şeiri gəlir (səh.67). 
Ustad həmin qoşmasında deyir:
 
“Ələsgərəm, qərq olmuşam bu qəmə,
Hədyan sözlər dağ çəkibdi sinəmə.
Nakəs, müxənnətdən mətləb diləmə,
Yoxdu namus, qеyrət, ar nişanası”.  
Hədyan sözlərin sinəsinə dağ çəkdiyindən gileylənən, 
etiraz edən qüdrətli el sənətkarının “Nə damagı var” kimi 
hədyan sözlərin müəllifi  olmadığı açıq-aşkar görünür.
(“Qüdrətli el sənətkarı” demişkən, “Aşıq  Ələsgər. 
Əsərləri(Bakı, 2003) kitabına yazılmış “Ulu Ustad” adlı ön 
sözdə Aşıq Ələsgərin atası haqqında deyilir: “Əsas məşğu-
liyyəti əkinçilik olan Alməmməd kişinin əlimizdəki şeirləri 
onun həm də qüdrətli bir el şairi olmasından xəbər verir 
(səh.7)”. Kitabın redaktoru şair Dilsuzun da üstündən sü-
kutla keçdiyi bu ifadənin Alməmməd kişiyə  heç cür aid 
edilə bilməyəcəyi göz qabağındadır. Deyəsən, müəllifi n 
özü də mübaliğəyə yol verdiyini başa düşür və 2004-cü ildə 
nəşr olunan kitaba yazdığı ön sözdə ona əl gəzdirir: ”Yara-
dıcılığından əldə olan nümunələr püxtə sənətkar qələminin 
məhsulu kimi diqqəti cəlb еdir” (səh. 5).
Mübaliğəyə yol verilən məsələlərdən biri də  Bəşi-
rin Molla Rəhimi öldürməsi hadisəsi ilə bağlıdır. Müəllif 
yazır: “Təxminən 1908-ci ildə 28 illik Sibir sürgünündən 
vətənə təzəcə qayıtmış olan Molla Rəhimi (o, Ələsgərin xa-
lası oğlu idi) Bəşirin bilmədən güllə ilə vurub öldürməsi də 
aşığın həyatında ən faciəli hadisələrdən biri olur. O, məşhur 
“Kəsildi” rədifl i qoşmasını MollaRəhimin cənazəsi üzərin-
də göz yaşları axıda-axıda söyləmişdir” (səh.11).


147
Haqq-nahaqq seçilər Haqq divanında
Əvvəla, qohum-əqrəbanın cənazə üstündəki vay-şi-
vəni içərisində  hətta  Ələsgərin də  şeir qoşması, onu uca 
səslə söyləməsi qəbahətli bir hadisə idi və Aşıq  Ələsgər 
heç vaxt bunu etməzdi.  İkincisi, oğlunun törətdiyi ağır 
cinayət, qəbahət qarşısında aşığın  şeir qoşmağa ilhamı 
gəlməzdi. Üçüncüsü, ən əsası isə Aşıq Ələsgərin özü onu 
təkzib edir:
“Çox qaçdım qəzadan, olmadı çara,
Bir vurmuşdu, bir də vurdu dübara,
Çinovniklər istədilər qurtara,
Dostlarım özümə yağı kəsildi”.
Şeirin məzmunundan belə məlum olur ki, hadisədən bir 
müddət keçib, məmurların kömək etmək cəhdlərinə baxma-
yaraq, çox güman ki, Molla Rəhimin başqa qohum-qardaşı-
nın etirazına görə, Bəşir hələ həbsdədir.  
Səbəb aydındır. İ.Ələsgər ustad sənətkarın həyatını hər 
fürsətdə dastanlaşdırır, əfsanələşdirir. Amma dediyimiz bir 
fi krə yenidən qayıdaraq bir daha təkrar etməliyəm ki, das-
tan ayrı şeydir, kiminsə həyatı haqqında rəsmi məqalə ayrı 
şeydir. Bu cür üslub elmi məqalədə məqbul sayıla bilməz.
Keşməkeşli həyatında sanki yaşadığı bütün acıları 
nəzərdə tutan ustad “Telli” rədifl i qoşmasında:
“Ələsgərəm, şad olmadım dünyada”,-deyir.
Özün şad olmasan da, ruhun şad olsun, Ustad!


Şəmkirli Aşıq Hüseyn 
Aşıq  Ələsgər haqqındakı dastan-rəvayətlərin birində 
deyilir ki, onun şöhrəti əvvəl Göyçəyə, sonra ətraf mahal-
lara yayılandan sonra XIX asrin böyük aşıq-şairlərindən 
dərin bilik sahibi olan Aşıq Hüseyn Şəmkirli onu sınamaq 
üçün Ağkilsə kəndinə gəlib çıxır. Rəsmi bioqrafi yasına görə 
o, 1811-ci ildə indiki Şəmkir rayonunun Qapanlı kəndində 
anadan olmuş, gənc yaşlarında həmin mahalın Qaracaəmir-
li kəndinə köçmüş və 1891-ci ildə, 90 yaşında vəfat etmiş-
dir (Aşıq Hüseyn Şəmkirli. Bakı, 1991. Ön söz). 
Aşıq Ələsgərin qonşu mahallarda, vilayətlərdə də məş-
hurluq qazanması, Aşıq Hüseynin onunla qüvvəsini sınaya-
caq marağına səbəb olması üçün o vaxtın informasiya qıt-
lığını-qəzet, televiziya, radio, internetin olmadığını  nəzərə 
alsaq, düşünməliyik ki, Göyçə mahalının sərhədlərini aşan 
bu məşhurluq ona ən tez 40-45 yaşlarında nəsib ola bilərdi.  
Onun 40 yaşına 1892-ci ildə çatdığını, Şəmkirli Hüseynin isə 
o vaxt artıq həyatda olmadığını nəzərə alsaq, məsələ dolaşır. 
Hətta sağ olsaydı belə, 91 yaşındakı bir adamın uzaq yol qət 
edib Ağkilsə kəndinə gələrək Ələsgərlə deyişmək həvəsinə 
düşməsi də qeyri-real söhbətdir. Hələ onu demirəm ki, əgər 
o doğrudan da 1811-ci ildə doğulmuşdursa, Ələsgərdən 41 
yaş(!) böyük olmalı idi. Aralarında bu qədər yaş fərqi olan 
adamların rəqabətə girməsi də ağla batan deyil. Həm də das-
tan-rəvayətdən aydın olur ki, Aşıq Hüseyn Ağkilsəyə gələn-
də hələ canı sulu imiş və xoruz banlayana qədər Ələsgərlə 
çalıb-oxuyublar. Bütün bu ehtimallar bu sətirlərin müəllifi n-
də şübhə yaratdığına görə, onu arxiv sənədlərinədə axtarmaq 
qərarına gəldim və müsbət nəticə əldə edə bildim.


149
Haqq-nahaqq seçilər Haqq divanında
Aşıq Hüseyn Şəmkirlinin haqqında məlumat  əldə et-
diyim sənəd Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivində 
aşağıdakı  şifrə ilə saxlanır:  F.43, siy.2, sax. vahidi 7348. 
Sənədin adı belədir: “Yelizavetpol qəzasına daxil olan 
kəndlərin kameral təsviri. 1886-cı il”.
Adı Qapanlı kəndində siyahıya düşən aşığın haqqında-
kı məlumatlar belədir:
“Müvəqqəti yaşayanlar
 (91).3.Aşıq Söyün Kərbəlayi Qurban oğlu 48 yaşın-
da; oğlu Çoban 15 yaşında(onun adı həm də Əsgərdir); 
qardaşı  Əsgərin oğlu Məmmədalı 5 y; ailədə 3 qadın 
var; Bu ailə təxminən 10 il qabaq Yelizavetpol şəhərin-
dən buraya köçüb”.
İndi bu sənədi təhlilinə  başlayaq. Buradakı 91 rəqəmi 
Aşıq Söyünün Qapanlı  kəndindəki ümumi siyahıya görə 
nömrəsi, 3 rəqəmi isə  “müvəqqəti yaşayanlar”  təsnifatı 
üzrə nömrəsidir.
1886-cı ildə tərtib edilən bu sənəddə 48 yaşında olması 
göstərir ki, o rəsmi bioqrafi yasında yazıldığı kimi 1811-ci 
ildə deyil, 1838-ci ildə doğulub. Xeyli yerlər gəzib dolaş-
dıqdan sonra yenidən anadan olduğu doğma kəndi Qapan-
lıya qayıdıb.  Aşığın  Əsgər adında cavan rəhmətə getmiş 
qardaşı olub və onun 5 yaşındakı yetim oğlu və çox güman 
ki, onun anası da aşığın ailəsindədir, çox istədiyi qardaşı 
rəhmətə gedəndən sonra onun xatirəsini yaşatmaq üçün 
indi öz oğlunu  Əsgər adlandırıb. Professor Q.Namazov 
“Ozan-aşıq sənətinin tarixi” (Bakı. 2013) kitabında onun 
da atası kimi aşıqlıq etdiyini yazır(səh.280). Aşıq Söyünə 
gəlincə, professor yazır ki, Gədəbəyə gedərkən atı qar yağ-
mış kalafaya düşür, orada xeyli müddət köməksiz qalan 
aşıq möhkəm soyuqlayır və çox keçmədən vəfat edir(yenə 
orada, səh.281). Deyilənə, görə, vaxtsız rəhmətə gedən 
Yəhya bəy Dilqəmin atası Böyük ağanın xahişi ilə  Aşıq 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə