Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə39/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   35   36   37   38   39   40   41   42   ...   72

153
Haqq-nahaqq seçilər Haqq divanında
görə” ifadəsini “bir ehtimala görə” ifadəsi ilə əvəz etsə də
bu ifadə onu məsuliyyətdən və səhvdən xilas edə bilməz. 
Azərbaycanın tanınmış folklorşünas professorların-
dan gətirdiyim nümunələr vəziyyətin bu sahədə  nə  qədər 
ağır olduğunu göstərir.Ə.Axundovdan gətirdikləri sitatın 
mənbəyini göstərmədikləri bir yana, bu fərziyyənin düz-
gün olub-olmadığı ehtimalını yoxlamaq üçün doğrudanmı 
Vaqifi n doğum tarixi ilə tutuşdurmaq ağıllarına gəlməyib? 
Məsələn, həmin “uğurla” iddia etmək olar ki, Məhəmməd 
Füzulu  İmadəddin Nəsiminin bacısı  oğlu, yaxud bacısı 
nəvəsidir!
Göründüyü kimi, Aşıq Söyünün yaşı nə az, nə çox, düz 
27 il şişirdilib(Ələsgərinki 31 il şişirdilmişdi) və Aşıq Ələs-
gərdən 14 yaş böyükdür. Ələsgərlə görüşmə tarixini 1891-
ci il hesab etsək, o vaxt 53 yaşı varmış.
Nəhayət, doğum tarixindən başqa, ciddi bir məsələyə 
də toxunmaq istəyirəm. Aşıq Söyünün mənsub olduğu böl-
gənin dil xüsusiyyətlərinə görə “Hüseyn” adını çox vaxt 
“Söyün”  kimi tələffüz edirlər.Söyün adının Hüseyndən 
törədiyini bilsək də, guya düzgün yazılış  şəklinə salırıq 
deyə, “Hüseyn” kimi yazmağa ixtiyarımız yoxdur, çünki 
rəsmi dövlət sənədində onun adı “Söyün” kimi yazılıb və 
belə də oxunmalıdır.
Sənəddəki adamın  Şəmkirli Aşıq Söyün olduğuna isə 
şübhə ola bilməz, çünki, o “Söyün Kərbəlayi Qurban oğlu” 
kimi deyil, məhz “Aşıq Söyün Kərbəlayi Qurban oğlu” 
olaraq yazılıb və başqa variantlar istisna olunur. Digər 
tərəfdən, “Aşıq” sözünün qeyd edilməsi Ustad sənətkarın 
çar məmurları tərəfi ndən də nüfuzunun, böyüklüyünün eti-
rafıdır. 
Hələ uşaq vaxtlarımda yaşadığım Dərələyəz mahalının 
Gabud kəndinə Göyçədən və başqa yerlərdən aşıqlar gələr 
və məclis qurardılar. Lap kiçik yaşlarımdan saza, sözə bö-


154
Nazir Əhmədli
yük məhəbbətim və istəyim olduğuna görə, mən də bu məc-
lislərə gedərdim. Belə məclislərdən birində ustadın “Yaxşı-
dır”  rədifl i  aşağıdakı şeiri çox xoşuma gəlmişdi: 
Bir adam ki, sənlə ülfət eyləsə, 
Yəqin onun əsli-zatı yaxşıdır. 
Namərd sənə quzu-plov yedirtsə, 
Mərdin quru məhəbbəti yaxşıdır. 
Dad-hazar çəkərəm pərgarsız sazdan, 
Ver, qurtar əlindən nəzir-niyazdan. 
Söylənən qarıdan, gəzəyən qızdan, 
Güləyən gəlindən lotu yaxşıdır. 
Aşıq olan sözün söyləyər başdan. 
Sallabaş adamdan, ürəyi daşdan, 
Bədnəzər qonşudan, bədcins yoldaşdan 
Qədir bilənlərin iti yaxşıdır. 
Aşıq Söyün söylər kəlməni teydən
Dərsimi almışam “əlif”dən, “bey”dən.
Gözəlsiz otaqdan, çörəksiz evdən, 
Çölün, biyabanın otu yaxşıdır.
Buradakı  “dərsimi almışam “əlif”dən, “bey”dən” 
ifadəsi sözsüz ki, onun təhsil gördüyünə işarə etməsi və bu-
nunla fəxr etməsinin əlaməti sayılmalıdir.
Aşıq Ələsgərlə Aşıq Söyünün arasındakı görüş və de-
yişmələr “Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görü-
şü” adlı dastan-rəvayətdə nəql edilir. Maraqlıdır ki, dastan 
yaradıcıları Aşıq Ələsgərin Aşıq Söyünə “Söyün əmi” deyə 
müraciət etdiyini ifadə ediblər. Əgər rəsmi bioqrafi yalarını 
həqiqət qəbul etsək, Aşıq Söyün 1811-ci ildə, Aşıq Ələsgər 


155
Haqq-nahaqq seçilər Haqq divanında
isə 1821-ci ildə doğulub. Amma 10 yaş böyüyə “əmi” deyə 
müraciət etmək  şübhə doğurur, halbuki, Ələsgərin dostu 
kimi təqdim edilən Paşa ondan 13 yaş kiçik olduğu halda, 
ona “əmi” demir və dostdurlar. Dastanda Aşıq  Ələsgərin 
kiçik qardaşı Məhəmmədi (Şair Məhəmməd kimi tanınmış-
dır) dağa, Aşıq Söyünün qonaq gəlməsi münasibətilə kəs-
mək üçün qoç gətirməyə göndərdiyindən bəhs edilir. Dağa 
gedən Məhəmmədin 20 yaşında ola biləcəyini və onun 
1871-ci ildə doğulduğunu (sənədlərə görə), nəzərə alsaq, 
bu görüşün 1891-ci ildə baş verdiyi ilə razılaşa bilərik və 
Ələsgərin bu zaman 39 yaşı vardı. Əgər Aşıq Söyün doğ-
rudan da 1891-ci ildə rəhmətə gedibsə, belə çıxır ki, o yay 
vaxtı Göyçəyə gəlib Ələsgərlə görüşmüş və həmin ilin son 
aylarında-qardan söhbət getdiyinə görə bu ayların ilin son 
ayları olduğunu düşünürəm, – vəfat etmişdir. 
Bəzən Ələsgərlə deyişən adamın Aşıq Hüseyn Şəmkir-
li deyil, Aşıq Hüseyn Bozalqanlı olduğunu söyləyənlər də 
var. Görkəmli söz ustası olan H.Bozalqanlının deyişmə eh-
timalını nəzərdən keçirərkən, ilk növbədə onun yaşına bax-
malıyıq. Aşığın 1937-ci ildə yazdığı  tərcümeyi-halından 
onun 1863-cü ildə doğulduğu aydın olur. 
Bu baxımdan onun Aşıq Ələsgərdən 11 yaş balaca oldu-
ğu üzə çıxır. Ehtimal baxımından onların arasında deyişmə 
olduğunu inkar etmək olmaz, amma son dövrlərdə  qəbul 
olunmuş ictimai fi krə görə Aşıq Ələsgərlə deyişən Şəmkirli 
Aşıq Söyün olmuşdur. Məsələnin etik tərəfi  də həmin şəx-
sin Aşıq Söyün Şəmkirli olması ehtimalını qüvvətləndirir. 
Çünki Ələsgərdən yaşca böyük olduğuna görə, onu imtahan 
etməyə, onunla sınaşmağa haqqı çatırdı. Ələsgərdən 11 yaş 
kiçik olan Aşıq Hüseyn Bozalqanlı bunu etsəydi, ədəbsizlik 
və lovğalıq sayıla bilərdi. 


Yeni adlar-yeni tarixi şəxsiyyətlər
Aşıq Söyün Şəmkirli ilə bağlı arxiv sənədlərini araş-
dırarkən, gələcək tədqiqatçıların marağını cəlb edə biləcək 
bir sıra qiymətli məlumatlar əldə etdim.
Azərbaican Mərkəzi Dövlət Tarix Arxivində saxla-
nan “Yelizavetpol quberniyası xəzinə kəndlilərinin Ka-
meral siyahısı. 1842-ci il (F.29, siy.1, sax.vah.10)” adlı 
sənəddə Qaraca Əmirli kəndində bir sıra maraqlı  şəxsləri 
aşkar etdim. Onlardan birincisi 95 nömrəli ailə kimi qeyd 
olunan Aşıq Qaradır:
“95.Aşıq Qara 50 yaşında; oğlu Sadıq 7 y. 
Qeyd: 7 il əvvəl İrəvan şəhərindən buraya köçüblər.
Vəfat etməsi ilə əlaqədar olaraq 12 iyun 1853-cü ildə 
Palata Jurnalından çıxarılıb”.
Göründüyü kimi, atasının adı yazılmayan Qaranın adı 
“Aşıq Qara” kimi yazılıb ki, bu da onun öz dövründə məş-
hur aşıq olmasından xəbər verir. Aşıq Qara 1792-ci ildə 
anadan olub.
XIX əsr İrəvan ədəbi mühitini araşdıranlar üçün bu mə-
lumatın yararlı ola biləcəyini düşünürəm.
Haqqında məlumat vermək istədiyim ikinci şəxs  Şair 
Mustafadır:
“128.Şair Mustafa Tağı oğlu 25 yaşında”.
1817-ci ildə anadan olan Mustafanın cəmi 25 yaşında 
olmasına baxmayaraq, artıq  şair kimi qeyd olunması bu 
şəxsin istedadlı  və tanınmış  şair olmasından xəbər verir. 
Hesab etmək olar ki, bu məlumat tədqiqatçı fi loloqlarımız 
üçün bir ipucu olacaqdır.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə