Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə47/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   43   44   45   46   47   48   49   50   ...   72

182
Nazir Əhmədli
Qeyd: Kərim yeni siyahıyaalmadan qabaq ölüb. Bu ailə 
1841-ci ildə Şuşa qəzasından buraya köçüb, hansı kənddən 
gəldikləri bilinmir. Məhəmməd 1856-cı ildə Zəngibasar na-
hiyəsinə köçüb. Orduxan yeni siyahıyaalmadan qabaq ölüb.
Qızılvənk kəndində 28 tüstü, 96 kişi, 77 qadın, cəmi 
173 adam var.
Qeydlər:
1.1842-ci ilin Kameral təsvirindəki 7, 16 və 20 nömrəli 
ailələr qırılıb. 6 nömrəli ailə Ellicə-Qaraqoyunlu kəndinə 
köçüb. Tarxanovun tərtib etdiyi xüsusi siyahıdakı 6 nömrəli 
ailə isə yoxdur və sakinlər bildirdilər ki, onların kəndlərin-
də bu cür ailə heç vaxt yaşamayıb.
2.Bu kəndin sakinləri buğda və arpa əkirlər, lakin buğ-
da  əkini daha çoxdur və onun yarısı  Qızılvənk çayından 
çəkilmiş arxın suyu ilə suvarılır, qalan yarısı isə təpəlik yer-
lərdə olduğu üçün suvarılmır.
3.Sakinlərin dolanışığı yaxşıdır. Onlar buğda və arpa 
satışından 100 rubldan 200 gümüş rubla qədər qazanc gö-
türürlər.
4.Kənddə bir məscid var, zavod və fabrik yoxdur.
Yoxlamanı quberniya katibi R.Ryazanov həyata keçirdi”
(Erm. Milli Arxivi,F.267,siy.1, sax.vah.7).
Bu siyahının əvvəlkindən struktur fərqi var, yəni qara-
papaqlar və millilər ayrı-ayrı siyahılar üzrə deyil, ümumi si-
yahı ilə yazılıblar. İkinci fərq odur ki, artıq milli mənsubiy-
yət o vaxt türklərə deyilən “tatar” şəklində yazılıb. Və hər 
hansı adamın milli mənsubiyyətini bilmək üçün yalnız 
1831-ci və 1842-ci illərin kameral siyahılarına baxmaq 
lazımdır.
Daha bir fərq odur ki,ailənin əmlakı yazılmayıb, amma 
əvəzində başqa bir qiymətli informasiya var: ailədəki qa-
dınların sayı göstərilib. Bu siyahıdakı 10.13 nömrəli ailə  
Niftalı  Şahəli oğlunun ailəsidir. Ailədə 3 qadın var, çox 


183
Haqq-nahaqq seçilər Haqq divanında
güman ki, bu qadınlardan biri Niftalının arvadı, biri gəlini, 
üçüncüsü isə Alının gələcək həyat yoldaşı Bəstidir.
1831-ci və 1842-ci illərin kameral təsvirlərindən fərq-
li olaraq 1852-ci ildən başlayaraq ailələr 2 rəqəmlə sırala-
nıb. Bu rəqəmlərdən birincisi, Niftali üçün desək, 10 rəqə-
mi onun hazırkı siyahıdakı nömrəsi, digəri, 13 rəqəmi isə 
əvvəlki siyahıdakı sıra nömrəsidir. Amma görəcəksiniz ki, 
Niftalının əvvəlki siyahıdakı nömrəsi 13 yox, 5-dir. Məsələ 
burasındadır ki, əvvəlki siyahıdakı qarapapaqlarla millilə-
rin siyahısını bir-birindən ayırmadan, xəyalən birləşdirib-
lər, yəni qarapapaqların sonuncu, 8-ci ailəsindən sonra mil-
lilərin siyahısındakı 1-ci adam 9-ci, Niftalı isə 13-cü olub.
Siyahıda ən çox təəssüf doğuran cəhət isə odur ki, Aşıq 
Alının ailəsi və özü burada da yoxdur.
17.22. nömrəsi ilə siyahıya düşən Abbas Niftalı oğlu-
nu da Niftalı Şahəli oğlunun oğlu saysaq, onun dörd oğlu 
var. Bu isə var-dövlət, arxa, fi ziki güc deməkdir və Niftalı 
kişinin doğrudan da sayılıb-seçilən şəxs olduğunu hesab et-
məyə tamamilə haqqımız vardır. Əvvəlki siyahıda da onun 
Qızılvənk kəndinin ən varlı-karlı ailələrdən biri olduğu əm-
lak varlığından görünürdü.
Aşıq Alının ailəsini axtarmaqda davam edərək Qızıl-
vənk kəndinin növbəti, 1859-cu ildə tərtib edilmiş Kameral 
siyahısına baxaq:
“NOVOBƏYAZİD QƏZASININ KAMERAL 
TƏSVİRİ 
1859-cu ildə tərtib edilmişdir.
 “№97.QIZILVƏNK KƏNDİ
Xəzinə torpaqlarında yaşayan dövlət kəndliləri.
Müsəlman tatarlar.
1.2.Rüstəm Abbas oğlu 40 y; oğlanları: 1)Məhəmməd 
10 y; 2)Əhməd 5 y; 3)Abbas 3 y(üç qadın).


184
Nazir Əhmədli
2.2. Nağı Abbas oğlu 40 y; oğlu Abdulla 5 y; qardaşı 
Mehdi 28 y; onun oğlanları: 1)Yusif 12 y; 2)Nəsib 6 y; 3)
Məsim 3 y(7qadın).
3.17.Abbas Niftalı oğlu 30 y; oğlu Niftalı 1 y(3 qa-
dın).
4.13.Bəndalı Qasım oğlu 50 y; oğlanları: 1)Bayraməli 
20 y; 2)Məhəmməd 6 y; 3)Qasım 4 y; 4)Məsim 3 y; qardaşı 
Bünyad 40 y; oğlanları: 1)Məmmədhənifə 10 y; 2)İsmayıl 
7 y(6 qadın). 
Qeyd: bu ailə 1863-cü ildən yeni yaranan Çamurlu 
kəndinə aid edilmişdir.
5.23. Məhərrəm Vəli oğlu 30 y; oğlu Cəfər 1 y(üç qa-
dın).
6.22.Hüseyn Vəli oğlu 40 y; oğlu Hüseyn 4 y; qardaş-
ları: Şıxı 20 y; Abbas 9 y(1 qadın).
7. – Mirzə Ovçu oğlu 50 y; oğlanları: 1)Almədət 25 
y(onun oğlu Abdulla 1 y); 2)Abbas 15 y (4 qadın). 
Qeyd: bu ailə əvvəlki siyahıyaalmada yaddan çıxıb.
8.12. Məjlum Əhməd oğlu 40 y; qardaşları: 1)Mehdi 25 
y(onun oğlu İrza 2 y); 2)Mirzə 20 y(5 qadın).
9.19. Kərbəlayi İsmayıl Hüseyn oğlu 50 y; oğlanları: 1)
İsgəndər 16 y; Nəcəfalı 2 y. (3 qadın).
10.27. Məhəmməd Mustafa oğlu 90 y; oğlu Hüseyn 40 
y(onun oğlanları: 1)Ələsgər 10 y(əvvəlki siyahıda yaddan 
çıxıb); 2)İbrahim 6 y(üç qadın).
Qeyd: bu ailə 1863-cü ildən yeni yaranan Çamurlu 
kəndinə aid edilmişdir.
11.27. Həsən Məhəmməd oğlu 45 y: oğlanları:  Ələk-
bər 12 y(əvvəlki siyahıda yaddan çıxıb); 2)Vəli 6 y; qardaşı 
Abbasəli 30 y(onun oğlu Alı 2 y); (4 qadın).
Qeyd: bu ailə 1863-cü ildən yeni yaranan Çamurlu 
kəndinə aid edilmişdir.


185
Haqq-nahaqq seçilər Haqq divanında
12.—Məhəmməd Sadıq oğlu 101 y(əvvəlki siyahıda 
yaddan çıxıb); oğlanları: 1)Elləz 45 y(onun oğlanları: 1)
Qurban 20 y; 2)Nağı 15 y; 3)Məhərrəm 8 y); 2)Ramazan 30 
y(əvvəlki siyahıda yaddan çıxıb); (6 qadın).
13.19.Şahəli Hüseyn oğlu 45 y; oğlanları: 1)Bayram 11 
y(əvvəlki siyahıda yaddan çıxıb); 2)Mirzə 7 y; qardaşı Sey-
fəli 40 y(üç qadın).
14.14.Adıgözəl Alı oğlu 50 y; oğlanları: 1)Məhəmməd 
20 y; 2)Hümbət 15 y(əvvəlki siyahıda yaddan çıxıb); 3)
Cəfərqulu 8 y(əvvəlki siyahıda yaddan çıxıb); 4)İrza 4 y(iki 
qadın).
Qeyd: bu ailə 1863-cü ildən yeni yaranan Çamurlu 
kəndinə aid edilmişdir.
15.1.Məşədi  İsmayıl Məhəmməd oğlu 50 y; oğlanla-
rı: 1)Bayram 30 y; 2)Namaz 28 y(əvvəlki siyahıda yaddan 
çıxıb); (üç qadın).
16.3.Məşədi Sadıq Məhəmməd oğlu 50 y; oğlanları: 1)
Əsgər 30 y; 2)Həsən 20 y(əvvəlki siyahıda yaddan çıxıb); 
(dörd qadın).
17.—Hümbət Bayram oğlu 30 y; oğlu Bayram 1 y(dörd 
qadın).
18.7.Hüseyn Ramazan oğlu 60 y; oğlanları: 1)Həsən 20 
y; 2)Məhəmməd 10 y(əvvəlki siyahıda yaddan çıxıb). (üç 
qadın).
Qeyd: bu ailə 1863-cü ildən yeni yaranan Çamurlu 
kəndinə aid edilmişdir.
19.20.Əsgər Vəli oğlu 80 y; oğlu Cəfər 15 y(4 qadın).
20.14.İsmayıl Alı  oğlu 40 y; oğlanları: 1)Əhməd 12 
y(əvvəlki siyahıda yaddan çıxıb); 2)Xudamədət 8 y(əvvəlki 
siyahıda yaddan çıxıb); (3 qadın).
Qeyd: bu ailə 1864-cü ildən yeni yaranan Çamurlu 
kəndinə aid edilmişdir.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə