Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə55/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

213
Haqq-nahaqq seçilər Haqq divanında
Milli tayfası:
1.Kəndxuda Abbasəli Məmməd oğlu 36 y (onun ar-
vadı); oğlu Məmməd 1 y; iki qardaşı var: Hüseynalı 20 y; 
İmamverdi 18 y.
2.Kəndxuda Baba Ağaqasım ağa oğlu 25 y (onun dörd 
bacısı); qardaşı Məmməd 15 y.
3.Salman Süleyman oğlu 40 y (onun arvadı); iki oğlu 
var:  Şıxəli 8 y; Məmmədəli 3 y.
4.Əlizaman Hüseynxan oğlu 30 y (onun arvadı); oğlu 
Hüseynalı 1 y.
5. Haxverdi Əli oğlu 20 y (onun arvadı və iki bacısı).
6. Oruc Məmməd oğlu 45 y (iki arvadı və qızı).
7. Abdulla Məmi oğlu 20 y; qardaşı Allahverdi 15 y.
8.Həsən Süleyman oğlu 20 y; üç qardaşı var: Məmmə-
dhəsən 15 y; Bayraməli 12 y; Kərim 10 y.
9.İmamverdi Kərbəlayi İsmayıl oğlu 50 y (onun arvadı 
və iki qızı); iki oğlu var: Tanrıverdi 20 y; İsmayıl 18 y.
10.Abbas İbrahim oğlu 40 y (onun arvadı və üç qızı); 
üç oğlu var: Allahverdi 12 y; Xudu 6 y; Davud 3 y.
11. İsmayıl Məmi oğlu 35 y (onun arvadı və qızı); iki 
oğlu var: Mustafa 25 y; Səfi  20 y.
12. Rəcəbəli Səfəralı  oğlu 40 y (onun iki arvadı); iki 
oğlu var: Cəfər 20 y; Qafar 3 y.
13. İmamverdi Fərəməz oğlu 40 y (onun arvadı və qızı); 
iki oğlu var: Nütvəli 4 y; Məmmədalı 1 y.
14.Allahqulu Fərəməz oğlu 50 y (onun arvadı və qızı); 
oğlu Ələkbər 3 y.
15. Muradəli Ağa oğlu 20 y (onun anası və bacısı).
Qarapapaqlar:
1.Məşədi Sadıq Şamqulu oğlu 40 y (onun arvadı və üç 
qızı); qardaşı Bağır 30 y (onun arvadı); oğlu Əliməmməd 
2 y.


214
Nazir Əhmədli
2. Mustafa Babacan oğlu 50 y (onun arvadı); oğlu Qə-
rib 20 y.
3. Hüseyn Babacan oğlu 40 y (onun arvadı və qızı); iki 
oğlu var: Budaq 7 y; İmamqulu 2 y.
4. Məmmədalı  Əhmədalı  oğlu 40 y (onun arvadı  və 
qızı); üç oğlu var: Əkbər 30 y; Əsgər 8 y; İbrahim 5 y.
5. Məmmədhəsən Cəfərəli oğlu 30 y (onun arvadı və 
qızı).
6. Kərim Səfi qulu oğlu 20 y (onun anası); iki qardaşı 
var: Rəhim 10 y; Qasım 3 y.
Dəmirçili tayfası:
1.Baba Məmməd oğlu 20 y (onun arvadı); oğlu Abbas 
1 y; qardaşı İsgəndər 12 y.
2. Usub Nəbi oğlu 35 y (onun arvadı və iki qızı).
Əhalisi müsəlman olan Şişqaya kəndində 28 ayrımlı, 
15 milli, 6 qarapapaq və 2 dəmirçili ailəsi olmaqla cəmi 51 
ailə, 141 kişi, 110 qadın, cəmi 251 adam yaşayır.
Kənddə 4 baxımsız bəzirxana, 5 camış, 129 öküz, 213 
inək, 201 buzov, 1406 qoyun və keçi, 78 at və 7 ulaq var”.
Sənəddən görünür ki, 1831-ci ildə  Şişqaya kəndində 
4 tayfa-ayrımlılar, qarapapaqlar, milli tayfası  və  dəmirçi-
li tayfasına mənsub olan 51 ailə yaşayırdı. Ayrımlı tayfası 
onların içərisində  ən çoxsaylı olan tayfa idi-28 ailə. Aşıq 
Alının atası Mirzə və əmisi Nəbi əvvəlki siyahıdakı kimi, 
ayrımlıların içərisində yenə də 10-cu yerdədir:
10. Mirzə Ovçu oğlu 30 y (onun anası); qardaşı Nəbi 
15 y.
 Sənəddən görünür ki, ataları Ovçu rəhmətə gedib, hər 
ikisi hələ subay olan qardaşlar anaları ilə birlikdə yaşayır-
lar. 1842-ci ilə aid sənəddə Mirzənin 41, Alının isə 7 yaşın-
da olmasına görə, belə hesab etməliyik ki, Mirzə təxminən 
32-33 yaşlarında evlənib.


215
Haqq-nahaqq seçilər Haqq divanında
1831-ci və 1842-ci illərə aid sənədləri müqayisə edən-
də gəldiyimiz başqa mühüm bir nəticə odur ki, 1842-ci ildə 
artıq millilər və dəmirçililər Şişqaya kəndini tərk ediblər və 
Şişqayada yalnız türklər yaşayır. Bu ayrılmanın hansı  sə-
bəbdən baş verdiyini isə hələlik bilmirik.
Ayrımlı türklərin Şişqayadan başqa harada yaşadıqları-
na baxmaq da maraqlı olardı.
1831-ci ildə keçmiş İrəvan xanlığının Dərəkənd-Par-
çenis mahalında yaşayan müsəlman əhalinin hamısı ay-
rımlı türkləri idi. Göyçə mahalının özündə də Şişqaya 
kəndindəki 28 ayrımlı ailəsindən başqa 14 ayrımlı ailəsi 
də Baş Keyti kəndində yaşayırdı.
Dərəçiçək mahalının 1831-ci ilə aid kameral siyahı-
sında da iki kənddə-Dəllər(33 ailə) və Gəbər Əli (5 ailə) 
kəndlərində 38 ayrımlı ailəsi qeydə alınmışdır.
Dərəkənd-Parçenis mahalının 1831-ci ilə aid Kame-
ral təsvirinə yazdığı “İzahat yazısı”nda İ.Şopen qeyd edir 
ki, bu mahalın əhalisi əvvəlcə İrəvan Sərdarına ildə 1.000 
tümən vergi ödəyirdi. Sərdar 1826-cı ildə ayrımlıların ödə-
diyi vergiləri 200 tümən azaldaraq 800 tümənə salmışdı, 
amma əvəzində, müharibə vaxtı ayrımlar döyüşə 200 nəfər 
atlı döyüşçü çıxartmalı idilər.
Dərəkənd-Parçenis mahalının keçmiş İrəvan xanlığının 
ən cənub-qərbində yerləşdiyini və Türkiyə ilə  həmsərhəd 
olduğunu yazan İ.Şopen ayrımlı tayfasının mənşəyi haqqın-
da bildirir ki, Türkiyənin Asiya hissəsindən çıxan bu türk 
tayfası buraya oradan gəlmiş, onların əsas hissəsi isə İrana 
keçərək  Şahsevən tayfasını yaratmışdır.  Seyidli-Axsaxlı, 
eləcə də taşanlı tayfaları da ayrımlılardan ayrılmışdır. 
Şopen onların buraya XI-XII əsrdə gəldiyini bildirir.
Beləliklə, məlum olur ki, Dərəkənd-Parçenis mahalın-
dan başqa, İrəvan xanlığına daxil olan  Seyidli-Axsaxlı ma-
halının sakinləri də əslində ayrım türkləridir.


216
Nazir Əhmədli
Beləliklə, Aşıq Alının niyə Türkiyəyə səfər etməsinin 
səbəbi də bizə məlum olur-əslidə həmin mühit Aşıq Alı-
ya doğma olduğuna görə, orada uğur qazanması və Aşıq 
Yığvalı, Aşıq Zəkini məğlub etməsi təbii sayılmalıdır. 
İ.Şopen Dərəkənd-Parçenis mahalında Koroğlu 
dağlarının mövcudluğu barədə də məlumat verir.
Ayrımlı türkləri haqqında son olaraq onu da əlavə et-
məliyik ki, Şah  İsmayılın qoşununun zərbə qüvvəsini və 
hakimiyyətinin dayaqlarını  təşkil edən 7 türk tayfasından 
biri olan rumlu tayfası elə ayrımlı türkləridir. 
Aşıq Alının ustadı Ağ Aşıq-Aşıq Allahverdi  istedadlı 
yetirməsinin Türkiyə səfəri zamanı Aşıq Zəkini, Aşıq Yığ-
valı bağlamasından böyük qürur keçirərək
“Mahalımın şah tavarı,
Alqış sənə, Aşıq Alı.
Saldın kəməndə YığvalI,
Alqış sənə, Aşıq Alı.
Ustadının üzü ağdı,
Zəkiyə çəkdiyin dağdı.
Oğul, müjdəm xub soraqdı,
Alqış sənə, Aşıq Alı.
Duraxan da gəldi dada,
Əsməri də saldı oda.
Ağ Aşığın bu dünyada
Şöhrətisən, Aşıq Alı,
Alqış sənə, Aşıq Alı”-
deyərək onu öyürdü.
Q.Zimistanoğlunun tərtibi və redaktorluğu ilə 
nəşr olunan “Aşıq Alı.Əsərləri”.(Bakı, 2013) kitabın-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə