Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə56/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

217
Haqq-nahaqq seçilər Haqq divanında
da(səh.346-347)  Aşıq Alının şəcərəsi də verilmişdir. Çox 
güman ki, həmin şəcərə Aşıq Alının qohumları tərəfi ndən 
hazırlanmışdır. Amma həmin  şəcərədə ciddi yanlışlıqlar 
var. Bizim təqdim etdiyimiz arxiv sənədlərində Aşıq Alı-
nın babası Ovçudan başlayaraq, həmin nəslin şəcərəsini iz-
ləmək mümkündür. 
Kameral siyahılardan görünür ki, Alının atası Mirzə 
kişi, əmisi Nəbi və onların adını bilmədiyimiz anası 1831-
ci ildə Şişqaya kəndinin ilk sakinləri arasında yer almışlar. 
Burada Mirzənin 30, Nəbinin isə 15 yaşında olduğu göstə-
rilir. İ.Şopenə görə bu əhali 1814-cı ildə Göyçə mahalına 
yerləşib və görünür, o vaxt Mirzənin atası Ovçu da sağ imiş, 
çünki o vaxt Mirzə 13yaşında idi, Nəbi isə hələ anadan ol-
mamışdı. Görünür, Nəbi Şişqayada doğulub. Şəcərədə Mir-
zənin atasının adı Haqverdi, Nəbinin atası isə Ovçu Məlik 
kimi göstərilib. Halbuki, əlimizdə olan bütün sənədlərdə 
hər ikisi Ovçu oğlu kimi yazılıb. Məlik adının Ovçu ilə bir-
likdə nə səbəbdən yazıldığını, eləcə də Mirzənin atası kimi 
təqdim olunan Haqverdinin kimliyini bilmirəm. Bəlkə  də 
Haqverdi Ovçunun atası olub. Amma 1831-ci ildə Ovçu sağ 
olmadığına və siyahıya düşmədiyinə görə, onun atasının 
kim olduğunu indi müəyyən etmək mümkün deyil.
1859-cu ilə aid sənəddə Mirzənin ailəsininin 1852-ci 
ildə yaddan çıxıb yazılmadığı göstərilir. Deməli, Mirzə və 
qaradşı  Nəbi 1852-ci ildən qabaq Şişqayadan Qızılvənkə 
gəliblər. Bir qədər əvvəl Nəbinin 1850-ci ildə Qərib adında 
oğlunun adına görə Qızılvənkdə doğulduğunu ehtimal etdi-
yimizə görə, bu qardaşlar 1850-ci ildən qabaq Qızılvənkə 
köçüblər.
Şəcərənin ən qüsurlu tərəfl ərindən biri odur ki, Mirzə-
nin 1873-cü ildə 29 yaşında olan oğlu Abbasın da adı yox-
dur, görünür, Alının qardaşı Abbasın nəsli gəlib çatmayıb 
və onun adı unudulub.


218
Nazir Əhmədli
Şəcərədə Mirzənin qardaşı Nəbinin ailəsi ilə bağlı daha 
ciddi qüsurlar var. 1859-cu ilin siyahısında onun Oruc, Qə-
rib və İsmayıl adında 3 oğunun adı qeyd edilmişdir (Oruc 
da Alı kimi Şişqaya kəndində, 1840-cı ildə doğulmuşdur). 
Şəcərədə isə Qərib Nəbinin oğlu deyil, qardaşı kimi təqdim 
edilir..
1873-cü ilin siyahısında Nəbinin balaca oğlu İsmayılın 
adı yoxdur, görünür, 17 yaşına çatmadan cavan ölüb, amma 
həmin sənəddə Nəbinin 11 yaşlı Həsən adında başqa bir oğ-
lunun adı var. Şəcərədə isə  Nəbinin oğlanlarından yalnız 
Orucun adı var, qalan 3 oğlunun adı yoxdur. 
Şəcərədə Alının oğlanlarından 1870-ci ildə anadan olan 
Hüseynin də adı yoxdur, onun əvəzində cavan rəhmətə get-
diyi bildirilən İsmayılın adı var. Görünür, Hüseyn də Nəbi-
nin oğlu İsmayıl kimi cavan ölüb və nəsli davam etməyib.
Şəcərədə Alının oğlanları Abdulla ilə  Məhəmmədin 
yeri də səhv salınıb, böyük qardaş 1858-ci ildə doğulan Ab-
dulladır. Məhəmməd 1866-cı ildə, Hüseyn isə 1870-ci ildə 
doğulmuşlar.
Şəcərənin qüsurlarını əlbəttə, tədqiqatçı jurnalist Q.Zi-
mistanoğluna aid etmək olmaz. Onun tərtib etdiyi kitabı 
Aşıq Alının hələlik ən mükəmməl nəşri saya bilərik.  Ta-
pıb üzə çıxartdığı “Aşıq Alının Türkiyə səfəri” adlı dastan 
əvvəlkinə nisbətən daha mükəmməldir. Həmin dastanda 
yer alan personajların yuxarıda təqdim etdiyimiz Kameral 
siyahılarda izlərini axtarıb nə  dərəcədə tarixi şəxsiyyətlər 
olduqlarını da yoxlamaq qərarına gəldim.
Dastanda Mirzə kişinin arvadının adı Mənzər, qızının 
adı isə Pəri kimi təqdim edilir. O vaxtın sənədlərində qa-
dınların adı yazılmadığına görə bu məlumatın doğruluğunu 
yoxlaya bilmədim.
Bəstinin atası Niftalı Şahəli oğlu haqqında artıq məlu-
mat vermişəm. Bir daha təkrar etməliyəm ki, Niftalı dastan-


219
Haqq-nahaqq seçilər Haqq divanında
da Çamurlu kəndinin sakini kimi təqdim edilsə də, Çamurlu 
kəndi 1859-cu ildən sonra, 1863-cü ildən qabaq məskun-
laşıb, Niftalı kişi oraya köçən 14 ailə arasında yoxdur və 
1859-cu ildən qabaq Qızılvənk kəndində  rəhmətə gedib. 
Böyük oğlu Abdullanın 1858-ci ildə doğulduğunu və Alının 
Bəstiyə 1 il nişanlı qaldığını nəzərə alsaq, elçilik hadisəsi 
1856-cı ildə olub. Bu vaxt Alının 21, Niftalının 64, onun 
böyük oğlu Abbasın 34 yaşı vardı. Alı ilə Bəstinin  evlən-
dikləri 1857-ci ildə Niftalının hələ həyatda olduğunu qəbul 
etsək, deməli, o 1857-1859-cu illər arasında vəfat edib.
Elçiliyə gedən Hacı  Məcnun (Məjdun və ya Məjlum 
kimi tələffüz edirdilər) 1859-cu ilin kameral siyahısında 
Qızılvənk kəndində 8 nömrəli ailə kimi siyahıya düşüb:
QIZILVƏNK KƏNDİ.1859-cu il.
8.12. Məjlum Əhməd oğlu 40 y; qardaşları: 1)Meh-
di 25 y(onun oğlu İrza 2 y); 2)Mirzə 20 y(5 qadın).
   1859-cu ildə 40 yaşı olan Məjlum Əhməd oğlunun el-
çiliyə gedəndə 37 yaşı vardı. Onun doğrudan da varlı-karlı 
adam olduğunu düşünə bilərik, çünki 1873-cü ilin kameral 
siyahısında adı 1-ci yerdədir, çox güman ki, kəndin kəndxu-
dasıdır:
QIZILVƏNKKƏNDİ. 1873-cü il.
1.8. Məjlum Əhməd oğlu 54 y; oğlu Musa 6 y; qar-
daşları: 1)Mehdi 39 y(onun oğlanları: Həmzə 8 y; Nadir 
5 y; Əhməd 3 y); 2)Mirzə 34 y(onun oğlanları: Misri 10 
y; Xozrı 6 y; İsa 4 y(ailədə 11 kişi, 9 qadın var).
İkinci elçi kimi təqdim edilən Seyid Əlini müəyyən-
ləşdirmək mümkün olmadı. 1859-cu ilə aid sənəddə ümu-
miyyətlə seyid yoxdur, 1873-cü ilin kameral siyahısında isə 
27-ci ailədə Allahverən Seyid Cəbrayıl oğlu adlı şəxsin das-


220
Nazir Əhmədli
tandakı Seyid Əliyə nə dərəcədə aidiyyatı olub-olmadığını 
müəyyənləşdirmək çətindir.
Aşıq Alının təzə nişanlanan vaxtlarında Niftalı kişi-
nin evində məclis qurmasından, Koroğlu dastanını rəvayət 
edərkən səsinin gücündən evdəki lampaların sönməsindən, 
məclisin ağsaqqalı kimi Hacı Nağı adlı bir şəxsdən bəhs 
edilir. 1859-cu ilin kameral siyahısında onun da adı var:
QIZILVƏNK KƏNDİ.1859-cu il.
2.2. Nağı Abbas oğlu 40 y; oğlu Abdulla 5 y; qardaşı 
Mehdi 28 y; onun oğlanları: 1)Yusif 12 y; 2)Nəsib 6 y; 3)
Məsim 3 y(7qadın).
Kəndin siyahısında adının 2-ci yerdə olması onun doğ-
rudan da nüfuzlu şəxs olduğunu göstərir.
Dastanda Aşıq Alının Çimənkəndli Bağır xanın məktu-
bu ilə Aralıq Kolanı kəndinə Aşıq Duraxanın yanına getdiyi 
rəvayət olunur. Burada Əsəd adlı qalyanqorçu, xoşxasiyyət 
adamı da götürüb Osmanlı torpağına gedirlər. Şişqaya kən-
dinin 1842-ci ilə aid kameral siyahısında Duraxan və Əsəd 
adında iki nəfər doğrudan da var. Ola bilsin ki, Aralıq Ko-
lanıya aid edilən şəxslər həmin Şişqaya sakinləridir, amma 
bu bir ehtimaldır:
ŞİŞQAYA KƏNDİ.1842-ci il.
29.Duraxan Məhəmməd oğlu 30 y; oğlu Məmmədalı 
5 y; qardaşı Niyazəli 20 y.
30.Abdulla Abdulla oğlu 30 y; qardaşlıarı: 1)Əsəd 
32 y; 2)Məhəmməd 15 y.
Maraqlanan oxucular əlbəttə, dastanda adı çəkilən di-
gər personajları da axtara bilərlər.
Dastanda baş verən hadisələr 1856-1857-ci illərin ha-
disələridir. Dastanın qiymətli sayılacaq mühüm bir tərəfi  isə 
həmin dövrdə Şərqi Anadoludakı mühit, sakinlərin məişəti 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə