217
Haqq-nahaqq seçilər Haqq divanında
da(səh.346-347) Aşıq Alının şəcərəsi də verilmişdir. Çox
güman ki, həmin şəcərə Aşıq Alının qohumları tərəfi ndən
hazırlanmışdır. Amma həmin şəcərədə ciddi yanlışlıqlar
var. Bizim təqdim etdiyimiz arxiv sənədlərində Aşıq Alı-
nın babası Ovçudan başlayaraq, həmin nəslin şəcərəsini iz-
ləmək mümkündür.
Kameral siyahılardan görünür ki, Alının atası Mirzə
kişi, əmisi Nəbi və onların adını bilmədiyimiz anası 1831-
ci ildə Şişqaya kəndinin ilk sakinləri arasında yer almışlar.
Burada Mirzənin 30, Nəbinin isə 15 yaşında olduğu göstə-
rilir. İ.Şopenə görə bu əhali 1814-cı ildə Göyçə mahalına
yerləşib və görünür, o vaxt Mirzənin atası Ovçu da sağ imiş,
çünki o vaxt Mirzə 13yaşında idi, Nəbi isə hələ anadan ol-
mamışdı. Görünür, Nəbi Şişqayada doğulub. Şəcərədə Mir-
zənin atasının adı Haqverdi, Nəbinin atası isə Ovçu Məlik
kimi göstərilib. Halbuki, əlimizdə olan bütün sənədlərdə
hər ikisi Ovçu oğlu kimi yazılıb. Məlik adının Ovçu ilə bir-
likdə nə səbəbdən yazıldığını, eləcə də Mirzənin atası kimi
təqdim olunan Haqverdinin kimliyini bilmirəm. Bəlkə də
Haqverdi Ovçunun atası olub. Amma 1831-ci ildə Ovçu sağ
olmadığına və siyahıya düşmədiyinə görə, onun atasının
kim olduğunu indi müəyyən etmək mümkün deyil.
1859-cu ilə aid sənəddə Mirzənin ailəsininin 1852-ci
ildə yaddan çıxıb yazılmadığı göstərilir. Deməli, Mirzə və
qaradşı Nəbi 1852-ci ildən qabaq Şişqayadan Qızılvənkə
gəliblər. Bir qədər əvvəl Nəbinin 1850-ci ildə Qərib adında
oğlunun adına görə Qızılvənkdə doğulduğunu ehtimal etdi-
yimizə görə, bu qardaşlar 1850-ci ildən qabaq Qızılvənkə
köçüblər.
Şəcərənin ən qüsurlu tərəfl ərindən biri odur ki, Mirzə-
nin 1873-cü ildə 29 yaşında olan oğlu Abbasın da adı yox-
dur, görünür, Alının qardaşı Abbasın nəsli gəlib çatmayıb
və onun adı unudulub.
218
Nazir Əhmədli
Şəcərədə Mirzənin qardaşı Nəbinin ailəsi ilə bağlı daha
ciddi qüsurlar var. 1859-cu ilin siyahısında onun Oruc, Qə-
rib və İsmayıl adında 3 oğunun adı qeyd edilmişdir (Oruc
da Alı kimi Şişqaya kəndində, 1840-cı ildə doğulmuşdur).
Şəcərədə isə Qərib Nəbinin oğlu deyil, qardaşı kimi təqdim
edilir..
1873-cü ilin siyahısında Nəbinin balaca oğlu İsmayılın
adı yoxdur, görünür, 17 yaşına çatmadan cavan ölüb, amma
həmin sənəddə Nəbinin 11 yaşlı Həsən adında başqa bir oğ-
lunun adı var. Şəcərədə isə Nəbinin oğlanlarından yalnız
Orucun adı var, qalan 3 oğlunun adı yoxdur.
Şəcərədə Alının oğlanlarından 1870-ci ildə anadan olan
Hüseynin də adı yoxdur, onun əvəzində cavan rəhmətə get-
diyi bildirilən İsmayılın adı var. Görünür, Hüseyn də Nəbi-
nin oğlu İsmayıl kimi cavan ölüb və nəsli davam etməyib.
Şəcərədə Alının oğlanları Abdulla ilə Məhəmmədin
yeri də səhv salınıb, böyük qardaş 1858-ci ildə doğulan Ab-
dulladır. Məhəmməd 1866-cı ildə, Hüseyn isə 1870-ci ildə
doğulmuşlar.
Şəcərənin qüsurlarını əlbəttə, tədqiqatçı jurnalist Q.Zi-
mistanoğluna aid etmək olmaz. Onun tərtib etdiyi kitabı
Aşıq Alının hələlik ən mükəmməl nəşri saya bilərik. Ta-
pıb üzə çıxartdığı “Aşıq Alının Türkiyə səfəri” adlı dastan
əvvəlkinə nisbətən daha mükəmməldir. Həmin dastanda
yer alan personajların yuxarıda təqdim etdiyimiz Kameral
siyahılarda izlərini axtarıb nə dərəcədə tarixi şəxsiyyətlər
olduqlarını da yoxlamaq qərarına gəldim.
Dastanda Mirzə kişinin arvadının adı Mənzər, qızının
adı isə Pəri kimi təqdim edilir. O vaxtın sənədlərində qa-
dınların adı yazılmadığına görə bu məlumatın doğruluğunu
yoxlaya bilmədim.
Bəstinin atası Niftalı Şahəli oğlu haqqında artıq məlu-
mat vermişəm. Bir daha təkrar etməliyəm ki, Niftalı dastan-
219
Haqq-nahaqq seçilər Haqq divanında
da Çamurlu kəndinin sakini kimi təqdim edilsə də, Çamurlu
kəndi 1859-cu ildən sonra, 1863-cü ildən qabaq məskun-
laşıb, Niftalı kişi oraya köçən 14 ailə arasında yoxdur və
1859-cu ildən qabaq Qızılvənk kəndində rəhmətə gedib.
Böyük oğlu Abdullanın 1858-ci ildə doğulduğunu və Alının
Bəstiyə 1 il nişanlı qaldığını nəzərə alsaq, elçilik hadisəsi
1856-cı ildə olub. Bu vaxt Alının 21, Niftalının 64, onun
böyük oğlu Abbasın 34 yaşı vardı. Alı ilə Bəstinin evlən-
dikləri 1857-ci ildə Niftalının hələ həyatda olduğunu qəbul
etsək, deməli, o 1857-1859-cu illər arasında vəfat edib.
Elçiliyə gedən Hacı Məcnun (Məjdun və ya Məjlum
kimi tələffüz edirdilər) 1859-cu ilin kameral siyahısında
Qızılvənk kəndində 8 nömrəli ailə kimi siyahıya düşüb:
QIZILVƏNK KƏNDİ.1859-cu il.
8.12. Məjlum Əhməd oğlu 40 y; qardaşları: 1)Meh-
di 25 y(onun oğlu İrza 2 y); 2)Mirzə 20 y(5 qadın).
1859-cu ildə 40 yaşı olan Məjlum Əhməd oğlunun el-
çiliyə gedəndə 37 yaşı vardı. Onun doğrudan da varlı-karlı
adam olduğunu düşünə bilərik, çünki 1873-cü ilin kameral
siyahısında adı 1-ci yerdədir, çox güman ki, kəndin kəndxu-
dasıdır:
QIZILVƏNKKƏNDİ. 1873-cü il.
1.8. Məjlum Əhməd oğlu 54 y; oğlu Musa 6 y; qar-
daşları: 1)Mehdi 39 y(onun oğlanları: Həmzə 8 y; Nadir
5 y; Əhməd 3 y); 2)Mirzə 34 y(onun oğlanları: Misri 10
y; Xozrı 6 y; İsa 4 y(ailədə 11 kişi, 9 qadın var).
İkinci elçi kimi təqdim edilən Seyid Əlini müəyyən-
ləşdirmək mümkün olmadı. 1859-cu ilə aid sənəddə ümu-
miyyətlə seyid yoxdur, 1873-cü ilin kameral siyahısında isə
27-ci ailədə Allahverən Seyid Cəbrayıl oğlu adlı şəxsin das-
220
Nazir Əhmədli
tandakı Seyid Əliyə nə dərəcədə aidiyyatı olub-olmadığını
müəyyənləşdirmək çətindir.
Aşıq Alının təzə nişanlanan vaxtlarında Niftalı kişi-
nin evində məclis qurmasından, Koroğlu dastanını rəvayət
edərkən səsinin gücündən evdəki lampaların sönməsindən,
məclisin ağsaqqalı kimi Hacı Nağı adlı bir şəxsdən bəhs
edilir. 1859-cu ilin kameral siyahısında onun da adı var:
QIZILVƏNK KƏNDİ.1859-cu il.
2.2. Nağı Abbas oğlu 40 y; oğlu Abdulla 5 y; qardaşı
Mehdi 28 y; onun oğlanları: 1)Yusif 12 y; 2)Nəsib 6 y; 3)
Məsim 3 y(7qadın).
Kəndin siyahısında adının 2-ci yerdə olması onun doğ-
rudan da nüfuzlu şəxs olduğunu göstərir.
Dastanda Aşıq Alının Çimənkəndli Bağır xanın məktu-
bu ilə Aralıq Kolanı kəndinə Aşıq Duraxanın yanına getdiyi
rəvayət olunur. Burada Əsəd adlı qalyanqorçu, xoşxasiyyət
adamı da götürüb Osmanlı torpağına gedirlər. Şişqaya kən-
dinin 1842-ci ilə aid kameral siyahısında Duraxan və Əsəd
adında iki nəfər doğrudan da var. Ola bilsin ki, Aralıq Ko-
lanıya aid edilən şəxslər həmin Şişqaya sakinləridir, amma
bu bir ehtimaldır:
ŞİŞQAYA KƏNDİ.1842-ci il.
29.Duraxan Məhəmməd oğlu 30 y; oğlu Məmmədalı
5 y; qardaşı Niyazəli 20 y.
30.Abdulla Abdulla oğlu 30 y; qardaşlıarı: 1)Əsəd
32 y; 2)Məhəmməd 15 y.
Maraqlanan oxucular əlbəttə, dastanda adı çəkilən di-
gər personajları da axtara bilərlər.
Dastanda baş verən hadisələr 1856-1857-ci illərin ha-
disələridir. Dastanın qiymətli sayılacaq mühüm bir tərəfi isə
həmin dövrdə Şərqi Anadoludakı mühit, sakinlərin məişəti
Dostları ilə paylaş: |