Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə52/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

201
Haqq-nahaqq seçilər Haqq divanında
həlqə salma. Zərifl ə kobudun yoldaşlığı tutmaz”(S.Paşa-
yev. “XIX əsr Azərbaycan aşıq yaradıcılığı”. Bakı, 1990. 
Səh 38). Professor məsələnin mahiyyətinə yaxınlaşsa da, 
onu axıra qədər izah edə bilməyib. Aşıq Alı “ipək” deyəndə 
insan ömrünü, “dəmir halqa” dedikdə isə, pislikləri, vəfa-
sızlığı, kobudluğu, namərdliyi, paxıllığı  və s. kimi mənfi  
keyfi yyətləri nəzərdə tutur və demək istəyir ki, ey insan, 
Allahın bəxş etdiyi gözəl ömrünü bu cür naqisliklərlə kor-
lama, onun incəliyini qoruyub saxla.
Aşıq Alının başqa bir təsirli qoşmasında onun həyatı ilə 
bağlı motivlər də öz əksini tapır:
Ay həzarat, gəlin sizə söyləyim,
Axdı eynim yaşı, çay oldu getdi.
Nə ağa, nə nökər, nə bəy, nə gəda,
Hamsı bir-birinə tay oldu getdi.
Kimi ay qabağa cığa tel düzər,
Kimi qaş altından gözlərin süzər.
Kimi yeyib, içib, sallanıb gəzər,
Kiminin axırı vay oldu getdi.
Aşıq Alı, dərdi canda saxlaram,
Bağrım başın çalın-çarpaz dağlaram.
Gecə-gündüz nalə çəkib ağlaram,
Hayıf gözlərimə, zay oldu getdi.
Ömrünün son 15 ilini dünya işığından məhrum yaşadı-
ğı deyilən Aşıq Alı “hayıf gözlərimə, zay oldu getdi”-mis-
rası ilə bunu təsdiq edir.
Aşıq Alının ölməz şeirlərindən biri də bütün zamanlar-
da öz aktuallığını saxlayan “Dolandırır” qoşmasıdır:


202
Nazir Əhmədli
Ay ağalar, gəlin sizə söyləyim, 
Yəqin bu dünyanı pul dolandırır.
Kəsilib məhəbbət, qalmayıb hörmət,
Dövlətli dalınca mal dolandırır.
O dünyanın şərbətindən içməyən,
Körpü salıb, üstdən karvan keçməyən.
Evdə arvadına sözü keçməyən,
Kənddə kovxa olub, el dolandırır.
Aşıq Alı, halın oldu pərişan,
Ağ üzündə xalları var hər nişan.
Binamus qohumdan namuslu düşman
Öldürsə, qəbrimdə gül dolandırır.
Ələsgərə  məğlub olduğuna görə Aşıq Alını kiçiltmək 
olmaz. Təkcə bircə faktı xatırlatmaq kifayətdir ki, Aşıq 
Ələsgərə heç bir saz havasının müəllifl iyini aid etmədik-
ləri halda, prof. M.Həkimov  “Göyçəgülü”, “Göyçə şərili”, 
“Qəhrəmanı”, “Gilənar”, “Göyçə qaytağı”, “El bayatısı” 
aşıq havalarının müəllifl iyini Aşıq Alıya aid edir (M.Hə-
kimov. “Azərbaycan aşıq  ədəbiyyatı”. Bakı, 1983). Bir 
tərəfdən hesab etmək olar ki, Ələsgərin müasiri olduğun-
dan, Alı onun kölgəsində qalıb. Amma məsələyə başqa yön-
dən də baxmaq olar: Aşıq  Ələsgər kimi dahini yetişdirən 
Ustadın özünü də  ən xoşbəxt sənətkar adlandırmaq olar. 
Çünki Azərbaycan ədəbiyyatı, poeziyası, aşıq şeiri, Ələsgər 
yaşadıqca, Aşıq Alı da yaşayacaq.
Amma əminliklə demək olar ki, bəzi tərtibçiləri baxı-
mından Alının da Ələsgər kimi bəxti gətirməyib. Hətta ötəri 
nəzər saldıqda belə, zəifl iyinə, məzmunsuzluğuna, şeir tex-
nikasına görə, ortabab aşıqların səviyyəsindən də aşağı olan 
xeyli “şeirləri” onun kitabına salıblar. Bütövlükdə görməyə 


203
Haqq-nahaqq seçilər Haqq divanında
səbrimizin çatmadığı “İstərəm” adlı qoşmadan aşağıda nü-
munə gətirilən bir bənd də həmin acınacaqlı vəziyyəti gör-
məyə kifayət edir:
Gətir başlığına üçcə min manat,
Üç qızıl bilərzik, bir qızıl saat.
Bircə “hə” sözünə bir cüt köhlən at,
İpək heybə, yəhər qaşın istərəm.
 (Aşıq Alı. Əsərləri. Bakı, 2006, səh.49-50).
Bu cür tərtibçiyə demək lazımdır ki, Göyçə mahalı İs-
veçrə deyil ki,  XIX əsrdə burada qol saatı(üstəlik qızıldan!) 
olsun. Hətta XIX əsrdə İsveçrənin özündə də qızıldan qol 
saatının olub-olmadığını bilmirəm. İkincisi, həmin dövrdə 
3 min manat astronomik məbləğ idi. Müqayisə üçün deyim 
ki, 102 kəndi olan Dərələyəz mahalının illik vergisi 2 min 
tümən və ya 8 min manat(rubl) idi. Həm də Aşıq Alının 
dövründə pul vahidi kimi manat ümumiyyətlə mövcud de-
yildi. O vaxt işlədilən pul vahidləri tümən, rubl, abbası, 
şahı, minaltun və s. vardı, billah ki, manat bilmərrə  yox idi. 
Aşıq Alını indiyə qədər Qızılvənk kəndində axtarırdıq. 
Amma Göyçə mahalının 1842-ci ilə aid Kameral siyahısını 
araşdırarkən, məlum oldu ki, o Şişqaya kəndində doğulub 
və bir müddət orada yaşayıb:
“№49. ŞİŞQAYA KƏNDİ.1842-ci il.
Ayrımlı tayfası.
Müsəlman dininin şiə məzhəbinə mənsubdurlar, köçəri 
həyat tərzi sürürlər.
1.Nuri Şahbəndə oğlu 56 y; oğlanları: 1)Alməmməd 31 
y(onun oğlu Allahverdi 6 y); 2)Yarməmməd 29 y; 3)Məm-
mədvəli 26 y(onun oğlu Süleyman 1 y); 4)İmamqulu 23 y; 
5)Əliqulu 21 y;  6)Əmirqulu 18 y.


204
Nazir Əhmədli
30 xalvar əkin yeri, 8 xalvar buğda, 4 xalvar arpa, 0,5 
xalvar kətan əkini, 10 atı, 50 baş iribuynuzlu, 200 baş xır-
dabuynuzlu mal-qarası var.
2.Bayram Oruc oğlu 56 y; oğlanları: 1)Mustafa 19 y; 2)
İsgəndər 15 y; 3)Oruc 12 y.
5 xalvar əkin yeri, 1,5 xalvar buğda, 0,5 xalvar arpa əkini
5 atı, 15 baş iribuynuzlu, 30 baş xırdabuynuzlu heyvanı var.
3.Alı Oruc oğlu 41 y; oğlanları: 1)Abdulla 13 y; 2)
Məhərrəm 3 y.
5 xalvar əkin yeri, 1,5 xalvar buğda, 0,5 xalvar arpa 
əkini, 5 atı, 15 baş iribuynuzlu, 150 baş xırdabuynuzlu hey-
vanı var.
4.Vəli Oruc oğlu 56 y; oğlanları: 1)Məmmədhəsən 21 
y; 2)İrza 15 y.
3 xalvar əkin yeri, 1,5 xalvar arpa əkini, 1 atı, 10 baş 
iribuynuzlu, 20 baş xırdabuynuzlu heyvanı var.
5.Hüseyn Yəqinəli oğlu 61 y; oğlu Ocaqqulu 31 y(onun 
oğlu şahhüseyn 3 y). 
7,5 xalvar əkin yeri, 2 xalvar buğda, 1 xalvar arpa, 0,5 
xalvar kətan əkini, 4 atı, 20 baş iribuynuzlu, 60 baş xırda-
buynuzlu heyvanı var.
6.Gülməmməd Həsən oğlu 16 y.
Əkin yeri yoxdur, 1 atı, 6 baş iribuynuzlu, 20 baş xırda-
buynuzlu heyvanı var. 
7.Cəfər Molla Hüseyn oğlu 18 y; qardaşları: 1)Qafar 16 
y; 2)Məmmədtağı 12 y.
5 xalvar əkin yeri, 1 xalvar buğda. 1 xalvar arpa əkini, 
2 atı, 10 baş iribuynuzlu, 25 baş xırdabuynuzlu heyvanı var.
8.Musa Molla Rəfi  oğlu 56 y; oğlanları: 1)Məhəmməd 
21 y; 2)Əhməd 12 y.
5,5 xalvar əkin yeri, 1 xalvar buğda. 1,25 xalvar arpa 
əkini, 3 atı, 10 baş iribuynuzlu. 30 baş xırdabuynuzlu hey-
vanı var.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə