Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə49/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

190
Nazir Əhmədli
1852-ci ildə yaddan çıxıb yazılmayan 7 nömrəli ailənin 
başçısı Mirzə Ovçu oğludur, onun 25 yaşlı Almədət və 15 
yaşlı Abbas adında iki oğlu, Almədətin Abdulla adında 1 
yaşında oğlu var. Ailədəki 4 qadından biri yəqin ki, Mir-
zənin arvadı, biri Bəsti, digər ikisi isə onların hansınınsa 
qızlarıdır, bəlkə də hərəsinin bir qızı olub.
Təbii ki, Almədət adı oxucularda tərəddüd yarada 
bilər, bu ad haradan çıxdı belə, indiyə kimi biz məşhur 
aşığımızı Alı kimi tanımışıq. Amma buradakı  şəxsin 
həm atasının, həm də  oğlunun adı  aşığın tədqiqatçısı 
Q.Zimistanoğlunun bizə təqdim etdiyi adlarla üst-üstə 
düşür. Başqa tərəfdən, bu şəxsin Alı olduğunu inkar et-
mək Alının ümumiyyətlə  qızılvənkili olmadığını etiraf 
etməyə  bərabər bir şeydir. Axı, sənədlərdən də görün-
düyü  kimi başqa seçim də yoxdur.
Bəs Mirzənin atası? O da Aşığın  Dəliməmmədlidə ya-
şayan  törəməsi Ə.Vliyevin notarial qaydada təsdiq etdiyi 
Haxverdi adıyla düz gəlmir. Bəs  bu necə olsun? Bu barə-
də baş sındırmağa dəyməz, axı Alməmməd kişinin nəvəsi
1979-cu ilə qədər yaşayan Aşıq Talıb da babası Alməmmə-
din atasının adını düz bilmirdi və indiyə qədərki rəsmi tər-
cümeyi-hallarda Haxverdinin əvəzinə, qardaşı Allahverdini 
Alməmmədin atası kimi tanıyırdılar.
Beləliklə, aydın oldu ki, Aşıq Alının da yaşı məşhur şəyir-
di Ələsgər kimi şişirdilib. Bildiyimiz kimi, Ələsgərin yaşı 31 
il artırılmışdı, Alınınkı isə ondan da çox-33 il(İ.Ələsgərovun 
variantında 34 il) artırılıb. Əgər Böyük Ustad Alı doğrudan da 
1911-ci ildə dünyadan köçübsə, indiyə  qədər deyildiyi kimi 
110 il deyil, 77 il yaşayıb(1834-1911) və tibbin həmin dövr-
dəki vəziyyətinə, Aşığın həyatının son illərində səhhətində ya-
ranmış probləmlə müqayisədə xeyli böyük rəqəmdir.
1859-cu ildə 25 yaşında olan Alının 1 yaşında Abdulla 
adında oğlunun olduğunu nəzərə alsaq, güman edə bilərik 


191
Haqq-nahaqq seçilər Haqq divanında
ki, Alı 1857-ci ildə evlənib. Alı ilə Bəsti evlənən vaxt Bəs-
tinin atası Niftalının hələ həyatda olduğunu düşünməliyik. 
Beləliklə, Niftalının 1857-1859-cu illər arasında öldüyünü 
söyləyə bilərik.
Buradan həm də öyrənirik ki, 19-20 yaşı olan Ələsgəri 
təxminən 1871-1872-ci illərdə şəyirdliyə götürəndə Alının 38 
yaşı, deyişmə vatı isə 42 yaşı vardı. Bu yaş da təbii ki, Alının 
ən enerjili, odlu-alovlu yaş dövrü idi. Onların qarşı-qarşıya 
gəldiyi deyişməni göründüyü kimi “nəhənglər döyüşü” ad-
landıra bilərik. Aşıq Ələsgər 75 yaşında olan qoca bir aşığı 
deyil, 40 yaşlarında olan Nəhəngi məğlub etmişdi!
 İndi unudulmaz yazıçımız Fərman Kərimzadənin irəli 
sürdüyü, özünü Aşıq Alının qohumu kimi təqdim edən Əli 
Əbülhəsənoğlunun (Əmirovun) müdafi ə etdiyi versiyaya, 
Alının 4 yaşında ikən Gilanlar kəndini tərk etməsi haqqın-
dakı versiyaya baxaq. Bizim təqdim etdiyimiz sənəddən 
göründüyü kimi, onun atası Mirzə Ovçu oğlu 1809-cu ildə 
anadan olub(Halbuki, Alını atasından 8-9 il yaşlı eləmiş-
dilər!), 1831-ci ildə 22 yaşı vardı və Gilanlar kəndinin Ka-
meral siyahısına düşməli idi, amma təqdim etdiyimiz siya-
hıda Mirzə adında adam yoxdur.
Bu sənəddən Aşıq Alının etnik mənsubiyyətini öyrənə 
bilməsək də, Göyçə mahalının Kameral siyahısının izahat 
yazısında  İ.Şopen belə yazır: “İrəvan Sərdarının vaxtında 
buralarda(Göyçə mahalında-N.Ə)  məskunlaşdırılmış qa-
rapapaqlara sərhədləri qorumaq həvalə edildiyinə görə, on-
lar Sərdara heç bir vergi ödəmirdilər. Qarapapaqlar 1.000 
nəfər silahlı atlı və lazım olan qədər yük heyvanları çıxar-
maqla kifayətlənirdilər. Öz kəndxudalarına isə əldə etdik-
ləri taxılın onda birini verirdilər. Əvvəllər Gərnibasar ma-
halında məskunlaşan qaraçorlular, millilər və əliqanlılar isə 
hər  binəçəyə görə 7,5 tümən pul vergisi və  məhsulun 30 
hissəsindən 7-sini  ödəyirdilər”.


192
Nazir Əhmədli
(“Binəçə”  maddi potensialına görə bir və ya bir neçə 
evdən ibarət olan təsərrüfat subyektinə deyirdilər, bir növ 
kooperativ idi. Əhalisi yoxsul yaşayan bütöv bir kənd bəzən 
1 binəçə sayılırdı. Orta rəqəm isə 7-10 ev idi. “Binəçə” ter-
mininin özü isə “binə”, “binə salmaq” sözündən yaranmışdı).
Beləliklə,  əgər Alı milli tayfasına mənsubdursa, 
onun Gərnibasar mahalının Gilanlar və ya başqa kən-
dindən gəlməsi həqiqətə  oxşayır. 
Qeyd edək ki, 1859-cu ilin kameral siyahısında Alı-
nın Nəbi adında əmisi də yer alıb. O, qardaşı Mirzə kimi 
1852-ci ildə yaddan çıxaraq yazılmayan Nəbi Avçı oğludur. 
Onun 15 yaşında Oruc, 9 yaşında Qərib və 1 yaşında  İs-
mayıl adında üç oğlu var. Mirzənin atasının adı Ovçu, Nə-
bininki isə Avçı yazılsa da, onların qardaş olduqları şübhə 
doğurmur.  Əslində indinin özündə  də Türkiyə  ləhcəsində 
“av” və “avçı” sözləri işlədilir, elə  mənim mənsub oldu-
ğum Dərələyəz mahalında da, əminəm ki, o vaxt və indinin 
özündə də Göyçədə də belə işlədilirdi. 1930-cu illərdə müa-
sir Azərbaycan dilinin normalarını, orfoqrafi yasını yaradan 
görkəmli dilçilərimiz əsas kimi Bakı-Quba dialektini  gö-
türərək, “av” kimi “dev”i də “div” etmişlər.  50 yaşlı Mir-
zədən 10 yaş kiçik olan Nəbinin onun qardaşı olmasına heç 
bir şübhə ola bilməz.
Nəbinin ortancıl oğlu Qəribin adı bu iki qardaşın Qızıl-
vənkə köçməsinin tarixini müəyyən etmək üçün açar rolunu 
oynaya bilər. 1959-cu ildə 9 yaşında olması Qəribin 1850-ci 
ildə doğulduğunu göstərir. Çox güman ki, qardaşlar 1850-ci 
ildən bir qədər əvvəl Qızılvənkə gəliblər və burada doğu-
lan uşağa qəriblikdə doğulduğu üçün bu adı qoyublar.
Bəs Mirzə ilə Nəbi qardaşları 1850-ci il ərəfəsində Qı-
zılvənkə haradan gəliblər? 
Növbəti sənədi təqdim etməzdən qabaq bir texniki 
məsələyə toxunmaq istərdim.  Əsasən, yaşla bağlı müəy-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə