Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə46/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

178
Nazir Əhmədli
İndi 1831-ci ildə Gilanlar kəndində yaşayanlarla 1842-
ci ildə  Qızılvənkdə yaşayanları müqayisə edək. Bəlkə 
1842-ci ildə  Qızılvənkdə yaşayanlar 1806-cı ildə olmasa 
da, 1831-1842-ci illər arasında doğrudan da Gilanlardan 
gəliblər?
1842-ci ildə Qızılvənk kəndində yaşayanlardan yal-
nız iki ailənin 1831-ci ildə Gilanlar kəndində yaşadığını 
görürük. Bunlar Qızılvənk kəndindəki 6 nömrəli ailə 
Namaz İbrahim oğlu (Gilanlarda 19 nömrəli ailədir) və 
9 nömrəli ailə Musa Rəsul oğludur(Gilanlarda 14 nöm-
rəli ailədir).
Düzdür, bu iki ailə axtardığımız adamlardan olmasa da, 
hər halda bizə qiymətli informasiya verir: məlum olur ki, Gi-
lanlar kəndindən Qızılvənkə doğrudan da gedənlər olub. Qı-
zılvənk kəndinin siyahısında bu adamların milli mənsubiy-
yəti göstərilsə də, təəssüf ki, onların haradan gəldiyi yazılmır. 
Əgər yazılsaydı belə, bu məlumata o qədər də etibar etmək 
olmazdı, necə ki, ağkilsəlilər dövlət qeydiyyatçısı Korallovu 
aldadaraq Başkənddən gəldiklərini söyləmişdilər.
Qızılvənk kəndində 1842-ci ildə yaşayan 16 milli ailə-
sinin qalan 14-nü nə qədər çətin olsa da, 1831-ci ilin Göyçə 
mahalının siyahısındakı milli tayfasına aid insanlar arasın-
da, eləcə də qonşu mahallarda yaşayan milli kürdləri arasın-
da axtarmalıyıq. Millilərin böyük bir qismi isə artıq Göyçə 
mahalında 1831-ci ildə siyahıya alınmışdılar. 1831-ci ildə 
Göyçədə yaşayan 999 müsəlman ailəsindən 227 ailə ilə 
milli tayfası sayca ikinci yerdə idi, ən çoxsaylı etnik qrup 
isə qarapapaq türkləri idi. Onlar 577 ailə idilər.
Göyçə mahalında milli tayfası bu kəndlərdə  yaşa-
yırdı:
Qarasaqqal Qışlağı 2 ailə, Yarpızlı 19 ailə, Qırxbulaq 
39 ailə, Qanlı Allahverdi 16 ailə, Basarkeçər 30 ailə, Qo-
şabulaq 16 ailə, Aşağı Keyti 29 ailə, Ellicə 37 ailə, Böyük 


179
Haqq-nahaqq seçilər Haqq divanında
Məzrə 9 ailə, Şişqaya 15 ailə, cəmi 227 ailə(Şişqaya kən-
dində 15 milli ailəsindən başqa 28 ayrımlı ailəsi,  6 qara-
papq ailəsi və 2 dəmirçili ailəsi də yaşayırdı).
Qızılvənk kəndində 1842-ci ildə siyahıya alınan ailələr-
dən 4 nömrə ilə qeyd olunan Məhərrəm Mirzə oğlu 1831-ci 
ildə Basarkeçər kəndində 28 nömrə ilə, 8 nömrə ilə qeyd 
edilən Qasım Xələf oğlu 1831-ci ildə Qoşabulaq kəndin-
də 13 nömrə ilə, 10 nömrə ilə siyahıya alınan Alı Ayvaz 
oğlu 1831-ci ilin Kameral siyahısında Yarpızlı kəndində 11 
nömrəli ailə kimi, 11 nömrə ilə Qızılvənkdə siyahıya alınan 
Elləz Mahmud oğlu isə 1831-ci ildə Yarpızlı kəndində 14 
nömrəli ailə kimi siyahıya düşmüşdür. 
1842-ci ildə Qızılvənk kəndində yaşayan qarapapaq türk-
lərindən 6 nömrəli ailə kimi qeydə alınan Süleyman Hümbət 
oğlunun 1831-ci ildə Göyçə mahalının Kəsəmən kəndində 
16 nömrəli ailə kimi siyahıya alındığını da aşkar etdim. 
Beləliklə, 1842-ci ildə  Qızılvənkdə yaşayan 16 milli 
aləsindən 7-nin haradan gəldiyini müəyyənləşdirdik. Əsas 
tədqiqat obyektimiz Aşıq Alı olduğuna görə, onu axtarmaq-
da davam edək və 1842-ci ildən sonra tərtib edilən növbəti, 
yəni 1852-ci ilin kameral siyahısına baxaq:
 “NOVOBƏYAZİD QƏZASININ KAMERAL TƏSVİ-
Rİ.1852-Cİ İL 
№35.QIZILVƏNK KƏNDİ
Xəzinə torpaqlarında yaşayan dövlət kəndliləri.
1.1.İsmayıl Məhəmməd oğlu 40 y; oğlanları: Bayram 
19 y; Novruz 17 y; qardaşı Əmin(adı həm də Ellazdır) 35 
y; onun oğlu Qurban 5 y (ailədə 3 qadın var).
2.2. Qərib Abbas oğlu 30 y; oğlanları: Rəhim 9 y; İb-
rahim 5 y; qardaşları: Nağı 25 y; Mehdi 29 y; Rüstəm 30 
y(əvvəlki siyahıda yaddan çıxıb); ailədə 4 qadın var.


180
Nazir Əhmədli
3.4.Sadıq Məhəmməd oğlu 60 y; oğlu  Ələsgər 25 y. 
Ailədə 3 qadın var.
4.5.Məhərrəm Alı oğlu 50 y; oğlanları: Alı 18 y; Hü-
seyn 7 y; İki qadın var.
5.6.Süleyman Hümbət oğlu 50 y; oğlanları: Zülfüqar 
22 y; Ramazan 9 y; Hümbət 7 y; 3 qadın var.
6.9.Həsən Məhəmməd oğlu 30 y; oğlu Paşa 7 y; qardaşı 
Hüseyn 25 y; onun oğlu Şahhüseyn 35 y. İki qadın var.
7.10.Hüseyn Ramazan oğlu 40 y; oğlu Həsən 20 y; 1 
qadın var.
8.10.Mahmud  Ələkbər oğlu 30 y; oğlanları: Məhəm-
məd 7 y; Ələkbər 3 y. Dörd qadın var.
9.12.Məhərrəm Mirzə oğlu 30 y; oğlu Cəfər 4 y; qarda-
şı İrza 14 y; İki qadın var.
10.13.Niftalı Şahəli oğlu 60 y; oğlanları: 1)Şahəli 30 
y(onun oğlu Allahverdi 4 y); 2)Mehdi 18 y; Nağdəli 9 y; 
üç qadın var.
11.14.Namaz İbrahim oğlu 40 y; oğlanları: Nağı 17 y; 
Bəbir 13 y; Tağı 9 y; Üç qadın var.
12.15.Məcid Əhməd oğlu 35 y; qardaşları: Məhəmməd 
25 y; Mehdi 20 y; Mirzə 16 y; İki qadın var.
13.16.Qasım Xaləf oğlu 60 y; oğlanları: 1)Bəndalı 40 
y(onun oğlu Bayraməli 15 y); 2)Bünyadəli 30 y(onun oğ-
lanları: Nəsrulla 8 y; Məmmədhənifə 7 y); 3)Hənəf 17 y; 4)
Allahverən 20 y; Altı qadın var.
Qeyd: Qasım və Nəsrulla yeni siyahıyaalmadan qa-
baq ölüblər.
14.18.Alı Ayvaz oğlu 60 y; oğlanları: 1)Adıgözəl 40 
y(onun oğlu: Məhəmməd 7 y); 2)İsmayıl 30 y; Üç qadın 
var.
Qeyd: Alı yeni siyahıyaalmadan qabaq ölüb.
15.19.Elləz İmamqulu oğlu 40 y; oğlanları: İmamqulu 
14 y; İsmayıl 9 y; Tarverdi 7 y; İki qadın var.


181
Haqq-nahaqq seçilər Haqq divanında
16.20.Şahgəldi İmamqulu oğlu 30 y; oğlu Məmmədalı 
3 y; üç qadın var.
17.22. Abbas Niftalı oğlu 30 y; İki qadın var.
18.23. Məmmədvəli  Şahhüseyn oğlu 50 y; oğlanları: 
İsmayıl 8 y; İbrahim 6 y; İki qadın var.
19.24.Kərbəlayi İsmayıl Hüseyn oğlu 45 y; oğlu İsgən-
dər 7 y; qardaşları: Seyfəli 40 y; Şahəli 30 y; Allahverdi 25 
y; Üç qadın var.
Xüsusi siyahı üzrə yazılanlar:
20.1. Əsgər Vəli oğlu 50 y; oğlu Cəfər 14 y; Dörd qadın 
var.
21.2.Kərbəlayi İsmayıl Məhəmməd oğlu 50 y; oğlanla-
rı: Məhəmməd 20 y; Həsən 18 y; İki qadın var.
Qeyd: bu ailə 1856-cı ildə Qazax nahiyəsinə köçüb.
22.3. Hüseyn Vəli oğlu 25 y; qardaşları: Musa(adı hən 
də Şıxıdır) 18 y; Abbas 2 y; İki qadın var.
23.4. Məhərrəm Vəli oğlu 22 y; İki qadın var.
24.5. Qurban Alı oğlu 28 y; qardaşı Oruc 14 y; Üç qa-
dın var.
25.7. Hüseyn Məhəmməd oğlu 40 y; oğlanları: İsma-
yıləli 27 y; Dünyamalı 23 y; İki qadın var.
Qeyd: Hüseyn öz ailəsi ilə 1856-cı ildə Şuşa qəzasına 
köçüb.
Yetimlər haqqındakı xüsusi siyahı üzrə yazılanlar:
26.1. Məhəmməd Davud oğlu 25 y; İki qadın var.
27.--Məhəmməd Mustafa oğlu 60 y; oğlanları: Həsən 
35 y; Hüseyn 30 y; Abbasəli 25 y; Üç qadın var.
Qeyd: 1844-cü ildə Zəngibasar mahalının Göl kəndin-
dən buraya köçüblər.
28.--Həzrətqulu  Orduxan oğlu 70 y; oğlanları: 1)Kə-
rim 40 y(onun oğlu Məhəmməd 10 y); 2)Orduxan 30 y; İs-
mayıl 25 y; Dörd qadın var.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə