Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə43/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

167
Haqq-nahaqq seçilər Haqq divanında
və həmin məlumatların nə dərəcədə həqiqətə uyğun oldu-
ğunu yoxlayaq. Gətirdiyimiz sitatlara görə üzərində duru-
lan iki versiya var. Prof.H.İsmayılov, Q.Zimistanoğlu və 
Aşıq Alının qohumlarının versiyası: “Hətta dördüncü baba-
sının da Qızılvənkdə doğulduğu  Aşıq Alı 1801-ci ildə ora-
da doğulub, atasının adı Mirzə, Mirzənin atasınn adı Hax-
verdi, Alının oğlanları Məhəmməd, Abdulla, İsmayıl, həyat 
yoldaşının adı Bəstidir. Bəsti Göyçənin Çamurlu kəndindən 
olan Niftalı adlı adamın qızıdır”.
Prof.H.Mirzəyev, prof. M.Həkimov, yazıçı F.Kərimza-
də, Ş.Əsgərov, Ə.Əmirov və başqalarının “Gilanlar” versi-
yası. 
Birinci versiyanın tərəfdarlar Aşıq Alını  türk oğlu türk 
sayır, ikincinin tərəfdarları isə onu kürdlərin milli tayfasına 
bağlayırlar. Prof.H.Mirzəyevin spesifi k mövqeyi belədir ki
milli tayfasını kürd deyil, türk sayır.
Beləliklə, sənədlərdə adlarını təsbit etmək üçün əlimiz-
də xeyli material və həll etməli olduğumuz ciddi problem-
lər  var.
Bir qədər irəli gedərək bildirim ki, Aşıq Alının doğum 
yeri və doğum tarixi  haqqında birincilərin də, ikincilərin 
də versiyası səhvdir, milli mənsubiyyətə gəldikdə isə, birin-
cilər haqlıdır, Alı doğrudan da türkdür.
Müraciət edə biləcəyimiz ilk sənəd təbii ki, Göyçə ma-
halının 1831-ci ildə İ.Şopenin rəhbərliyi ilə tərtib edilmiş 
Kameral təsviri ola bilərdi. Tədqiqatçıların və bu sətirlərin 
müəllifi nin təəsüfünə səbəb olacaq məsələ ondan ibarətdir 
ki, həmin siyahıda Qızılvənk kəndinin adı yoxdur, yəni o 
vaxt Göyçə mahalında  əhali yaşayan 59 kənd vardı, Qi-
zılvənk kəndi isə Ağkilsə  kəndi kimi  hələ  məskunlaşdı-
rılmamışdı, orada heç kim yaşamırdı və təbii ki, Kameral 
siyahıya düşməmişdir. Ona görə də Aşıq Alının nəinki 4-cü 
babası, hətta atası Mirzə kişi də, Aşıq Alının özü də  Qızıl-


168
Nazir Əhmədli
vənkdə doğulmayıblar. Çox təəssüf edirəm, amma əlimdən 
bir şey gəlmir...
İndi yazıçı F.Kərimzadənin, özünü Aşıq Alının qohu-
mu kimi təqdim edən Əli Əbülhəsənoğlunun, prof. M.Hə-
kimovla prof.H.Mirzəyevin xatırlatdıqları Gilanlar kəndinə 
müraciət edək. 1831-ci ilin sənədlərində Gilanlar kəndini 
tapmaq mümkün oldu, amma o nə Vedibasar, nə də Şərur 
mahallarında deyil, onlarla qonşu olan Gərnibasar mahalı-
nın ərazisindədir:
“GƏRNİBASAR MAHALININ KAMERAL TƏSVİRİ. 
1831-Cİ İL. 
№49. GİLANLAR KƏNDİ
Milli tayfası
1.Kəndxuda Həsən Hüseynalı oğlu 60 y(onun arvadı və 
üç qızı); iki oğlu var:  Məhərrəm 20 y; Abbas 1 y.
2.Ələkbər Həsən oğlu 30 y(onun arvadı).
3.Yediyar Qədim oğlu 60 y(onun arvadı və iki oğlu); 
üç oğlu var: Məhərrəm 30 y(onun arvadı); Alı 20 y; Qədim 
15 y.
4.Hüseynxan Nəbi oğlu 40 y(onun arvadı və iki qızı); 
iki oğlu var: Nəbi 10 y; Eliyas 3 y.
5.İsmayıl Mustafa oğlu 50 y(onun arvadı və qızı); üç 
oğlu var: Salman 12 y; Mustafa 4 y; Hüseynalı 2 y.
6.Usub  İbrahim oğlu 40 y(onun arvadı  və  qızı); oğlu 
İbrahim 1 y.
7.Bünyamalı Əhməd oğlu 60 y(onun arvadı və qızı); üç 
oğlu var: Həsən 20 y; İmaməli 17 y; Bayram 10 y.
8.Məhəmməd İsmayıl oğlu 60 y(onun arvadı); üç oğlu 
var: Alı 10 y; Şahəli 6 y; Məcnun 2 y.
9.Hüseyn Mail oğlu 40 y(onun arvadı); dörd oğlu var: 
Ələsgər 13 y; Mail 8 y; İsmayıl 6 y; Süleyman 2 y.


169
Haqq-nahaqq seçilər Haqq divanında
10.Alı İsmayıl oğlu 80 y(onun arvadı).
11.İmamqulu Mustafa oğlu 50 y(onun arvadı  və iki 
qızı); üç oğlu var: Nağı 10 y; Tağı 6 y; Mustafa 2 y.
12.Həsən Mail oğlu 40 y(onun arvadı və qızı); oğlu Ab-
dulla 3 y.
13.Nəbi Ədna oğlu 40 y(onun arvadı); oğlu Tarverdi 2 y.
14.Musa Rəsul oğlu 15 y(onun anası və iki bacısı; biri 
kordur).
15.Allahverdi Ədna oğlu 15 y(onun anası və iki bacısı).
16.Qəhrəman Köçəri oğlu 70 y(onun arvadı); oğlu Ab-
basəli 12 y.
17.İsmayıl Bünyadəli oğlu 35 y(onun arvadı); qardaşı 
Sail 25 y(onun arvadı); oğlu Əhməd 1 y.
18.Həsənalı  Şahhüseyn oğlu 30 y(onun arvadı, qızı, 
bacısı); oğlu Məmmədhəsən 4 y; qardaşı Qurbanəli 20 y.
19.Namaz İbrahim oğlu 25 y(onun arvadı); oğlu Tağı 3 
y; qardaşı Həsən 20 y(onun arvadı).
20.Əhmədalı Məhəmməd oğlu 40 y(onun arvadı); dörd 
oğlu var: Ədna 9 y; Allahverdi 6 y; Tarverdi 3 y; Məhəm-
məd 1 y.
Qaraçorlular:
21.Qurban Dinməhəmməd oğlu 40 y(onun arvadı  və 
qızı); iki oğlu var: Həsən 8 y; Məhəmməd 5 y.
22.Məhəmməd Molla Əli oğlu 60 y(onun arvadı  və 
qızı); iki oğlu var: Qasım 25 y; Müslüm 12 y.
23.Seyd İman Seyid Allahverdi oğlu 40 y(onun arvadı 
və üç qızı);  iki oğlu var: Allahverdi 12 y; Abbas 5 y.
24.Seyid  Şahmurad Seyid Allahverdi oğlu 50 y(onun 
arvadı və iki qızı).
25.Seyid Xudu Seyid Allahverdi oğlu 30 y(onun arvadı 
və qızı); oğlu Məhərrəm 5 y.


170
Nazir Əhmədli
Qarapapaqlar:
26.Haxverdi Allahverdi oğlu 60 y(onun iki qızı); iki 
oğlu var: Tarverdi 20 y; Allahverdi 12 y.
Biruki kürdləri:
1.Musa Mustafa oğlu 70 y(onun arvadı və qızı); oğlu 
Mustafa 15 y; qardaşı oğlu Nəsir Bəşər oğlu 30 y(onun ar-
vadı).
Radikanlı tayfası:
2.Abdulla Molla Məhəmməd oğlu 60 y(onun arvadı və 
qızı); üç oğlu var: Məhəmməd 20 y(onun arvadı); Həsən 10 
y; Mahmud 3 y.
Gilanlar kəndində 28 ailədə 79 kişi, 64 qadın, cəmi 143 
adam yaşayır”
(Erm.Milli Arxivi, 90, siy.1. sax.vah.95).
Göründüyü kimi, Aşıq Alının ailəsi 1831-ci ildə Gilan-
lar kəndində yaşamırdı, ən azı ona görə ki, burada nə Mirzə 
adında adam, nə də “fi lankəs Mirzə oğlu” şəxs yoxdur və 
ona görə də Aşıq Alının ailəsinin bu kənddə olmadığı göz 
qabağındadır. Biz bir qədər əvvəl 1831-ci ildə Qızılvənk 
kəndinin də  məskunlaşdırılmadığı haqqında yazmışdıq. 
Beləliklə, məlum olur ki, Aşıq Alının ailləsini başqa yerdə 
axtarmaq lazımdır. Amma harada?
Qeyd etmək lazımdır ki, buradakı 26 nömrəli ailə 
Aşıq  Ələsgərin ailəsinə oxşayır. Burada Haxverdi Al-
lahverdi oğlunun Tarverdi və Allahverdi adlı iki oğlu var
amma 1824–cü ildə doğulduğunu artıq müəyyən etdiyimiz 
Alməmmədin 1831-ci ildə 7 yaşı vardı və əgər burada onun 
adına da  rast gəlsəydik, əminliklə deyə bilərdik ki, bu məhz 
həmin ailədir. Ailənin milli mənsubiyyəti də bu ehtimalı 
gücləndirir, üstəlik qonşu mahalların 1831-ci ilə aid bü-
tün siyahılarını araşdırsam da, Aşıq Ələsgərin ailəsini tapa 
bilməmişdim. Ehtimallar öz yerində, burada Alməmmədin 
adının olmaması bu ehtimalın üzərində israr etməyimizə 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə