Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə40/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   36   37   38   39   40   41   42   43   ...   72

157
Haqq-nahaqq seçilər Haqq divanında
Üçüncü şəxs 1839-cu ildə Şəmşədil nahiyəsinin Xırxı-
na kəndindən buraya köçən Aşıq Rüstəmdir:
“133.Aşıq Rüstəm 40 y; oğlu Alı 10 y.
Qeyd: 3 il əvvəl Şəmşədil nahiyəsinin Xırxına kən-
dindən gəlib.
Vəfat etməsi ilə əlaqədar olaraq 12 iyun 1853-cü ildə 
Palata Jurnalından xaric edilib”.
Aşıq Qara və  Şair Mustafa haqqında dediklərimizi 
1802-ci ildə doğulan Aşıq Rüstəmə də aid edə bilərik-hər 
üç tarixi şəxsiyyət-söz ustası öz tədqiqatçılarını gözləyir. 
Aşıq Qara və Aşıq Rüstəm 1852-ci ilin Kameral siyahı-
ya almasından qabaq ölüblər. Sənəddə onların vəfat tarixlə-
ri göstərilməyib.
Aşıq Söyün Şəmkirlinin Qapanlı kəndində doğulsa da, 
yeniyetmə yaşlarından Qaracaəmirli kəndinə köçüb orada 
yaşaması haqqındakı mülahizələri də  nəzərə alsaq, isti-
nadlar verdiyimiz bu arxiv sənədindən çıxara biləcəyimiz 
başqa bir mühüm nəticə ondan ibarətdir ki, Şəmkirbasan 
mahalında yerləşən və dövrünə görə böyük kənd olan Qa-
racaəmirli kəndi müxtəlif yerlərdən tanınmış  şair və 
yazıçıları özünə cəlb edəcək qədər mühüm mədəniyyət 
mərkəzlərindən biri olmuşdur. Bu məsələ də öz tədqiqat-
çısını gözləyir.
  


Ondan qalan qatar-qatar söz oldu
Aşıq Ələsgərdən danışarkən  onun ustadı Aşıq Alıdan 
söhbət açmamaq mümkün deyil. Ələsgərin dahilik mərtə-
bəsinə qalxmasında sözsüz ki, əməyi olan, onun nadir is-
tededını cilalayıb almaz halına gətirən, ona həm aşıqlığı, 
həm ərəb və fars dillərini, yazmağı, oxumağı, elmi,  irfanı, 
Quranı, dini,aşıqlıq mərifətini öyrədən də, onunla deyişərək 
məğlub olub Ələsgərin parlaq dühası qarşısında ikinci rola 
çəkilən, hətta deyilənə görə, acı  məğlubiyyətdən sonra el 
içinə çıxmaqdan utanıb əldən-ayaqdan uzaq Cavanşir ma-
halına, indiki Kəlbəcər rayonununa gedən Aşıq Alı!(Aşıq 
Alının hal-hazırda yaşayan qohumları onların arasında 
deyişmə olmadığı  fi krindədirlər). Pafos kimi alınmasın, 
onun Aşıq Ələsgərə yenilməsi həm də ustadı Alının Qələ-
bəsi idi! Ələsgəri yetirən Ustada bərəkallah!
Aşıq  Ələsgərin nəvəsi və  tədqiqatçısı  İslam  Ələsgər 
onların arasında baş verən deyişmənin tarixini 1850-ci il-
lər kimi göstərsə  də, Aşıq  Ələsgərin 25 yaşında evləndi-
yini və dastana inansaq, müstəqil  şəkildə  aşıqlıq edərkən 
Anaxanımı gördüyünü nəzərə alsaq, ustadla şəyirdin sınaq 
meydanına çıxmasını Ələsgərin 24-25 yaşında olduğu vaxt-
larda baş verdiyini düşünməliyik. Bu hesabla həmin hadisə 
təxminən 1876-cı ildə baş vermişdir. Aşıq Ələsgərin “Min 
iki yüz doxsan dörddə  Ələsgər  tapdı  əsəri”  misrasında 
bəlkə də Alını məğlub etdiyi “A yağa-yağa” dodaqdəyməz 
təcnisinə işarə etdiyini qəbul etsək, miladi təqvimi ilə de-
yişmənin 1876-cı ildə baş verə biləcəyini düşünə bilərik. 
“Əsəri tapmaq” ifadəsinə  gəlincə, adi adamlara, hətta Alı 
kimi nəhəngə müyəssər olmayan bu cür əsərin doğrudan 


159
Haqq-nahaqq seçilər Haqq divanında
da Ələsgərə İlahi tərəfi ndən vəhy kimi gəldiyini mülahizə 
edə bilərik. Çox güman ki, ona qələbə gətirən həmin əsərin 
tapıntı, İlahi payı olduğunu Ələsgərin özü də qəbul edirmiş!
Aşıq Alının bir vaxtlar başabəla tədqiqatçılar tərəfi ndən 
səhvən Ələsgərə aid edilən gözəl bir gəraylısı var:
Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım, döndü közə.
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu.
Aşıq Alı sənə qurban, 
Gəl eyləmə bağrımı qan.
Əldən uçdu tülək tərlan,
Sar da kəklik alan oldu.
Bu gəraylı klassik aşıq şeirinin ən parlaq nümunələrin-
dən sayılmalıdır. Xüsusən buradakı
Keçən sözü çəkmə üzə,
Keçən keçdi, olan oldu”,-misraları inci, gövhər,ləl qiy-
mətindədir. 
“Yeriş etdi qəm ləşkəri,
Könlüm şəhri talan oldu,-misraları da onun kimi gəzəl-
dir.
Ələsgərlə 1876-cı ildə deyişən vaxt Aşıq Alının neçə 
yaşı olub? Folklorşünaslığımızın israrla bizə təqdim etdiyi 
doğum tarixinə, 1801-ci ilə inansaq, həmin vaxt Alının 76 
yaşı olmalı idi və bu yaşda olan qoca bir aşığın 24-25 yaşın-


160
Nazir Əhmədli
dakı gənc və enerjili bir aşığa məğlub olması  çox da böyük 
effekt yarada bilməzdi.  
Aşıq  Ələsgərin doğum tarixini 1852-ci ildən 1821-ci 
ilə çəkərək onun yaşını 31 il artırdıqlarından, ustadı Aşıq 
Alının rəsmi tərcümeyi-halında yazıldığı kimi 1801-ci ildə, 
hətta bəzi müəllifl ərin (İ.Ələsgər) 1800-cü ildə doğulduğu-
nu yazdığı tarixə inansaq,  o Ələsgərdən 51-52 yaş böyük 
olardı ki, bu da həqiqətə uyğun görünə bilməzdi. Ona görə 
də Ustad Ələsgərin Ustadını arxivlərdən axtarmaq qərarı-
na gəldim və əvvəlcə haqqındakı məlumatları topladım ki, 
onu axtarmaq asan olsun. Toplanmış materialları saf-çürük 
edərək, 3 kitabın və bir məqalənin üzərində dayandım. On-
lar aşağıdakılardır:
1.”Aşıq Alı. Təcnislər”. Bakı, 1995.(Toplayanı, tərtib 
edəni və ön sözün müəllifi  Əli Əbülhəsənoğlu);
2.”Aşıq Alı. Əsərləri”. Bakı. 2006. (Tərtib edəni və ön 
sözün müəllifi  prof.H.İsmayılov);
3.”Aşıq Alı. Əsərləri”. Bakı, 2013.(Tərtib edən və re-
daktor Qabil Zimistanoğlu).
4.H.Mirzəyev.“Azərbaycan aşıq sənətinin bəzi ustadla-
rı haqqında”. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tə-
dqiqlər. 40-cı kitab,  Bakı, 2012.
Aşıq Alını özünün ana babasının doğma  əmisi oğlu 
kimi təqdim edən Ə.Əbülhəsənoğlu “Alının təcnis dünya-
sı” adlı ön sözündə yazır: “Fərman Kərimzadə  “Vedinin 
yanı dağlar”  əsərində  Aşıq Alının 1801-ci ildə Gilanlar 
kəndində anadan olduğunu qeyd edir. Gilanlarla Qızılvənk 
arasındakı məsafə 1 saatlıq yoldur. Hər ikisi Azərbaycanın 
qədim Şərur qəzasına daxildir(Bu kəndlər heç vaxt Şərur 
qəzasına daxil olmayıb-N.Ə). Həqiqətdə isə Aşıq Alının 12 
evdən ibarət sülaləsi qan düşmənçiliyi ucbatından Vedinin 
Milli dərəsinin Gilanlar kəndindən Qızılvənkə köçmüşdür. 
Burada 4 ailəyə yer olmadığından, onlar Kəlbəcər rayonuna 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə