Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə41/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   37   38   39   40   41   42   43   44   ...   72

161
Haqq-nahaqq seçilər Haqq divanında
gələrək Milli adlı kənd salmışlar. Alının babası Şıx Qərib 
övladları ilə birlikdə Qızılvənkdə qalmışdır. Bu köçhaköç 
vaxtı Alının 4 yaşı olmuşdur.
Aşıq Alı səkkiz yaşında Noraşen molla məktəbinə daxil 
olmuş, oranı yaxşı qiymətlərlə bitirmişdir.
O, dövrünün alim aşığı, mükəmməl təhsil almış, bütün 
elmlərdən hali olan Sulduzlu Aşıq Allahverdinin şəyirdi 
olur və on bir il onun yanında qalır. Alı onun yeganə şəyirdi 
olmuşdur”(səh.3).
“Allahverdi Sulduzlu Qara Osmanın oğludur, Qara Os-
man milliyətcə türkdür. O, vaxtilə  Şah Abbas, Nadir şah 
dövründə  İrana aparılan gürcülərin törəməsi Tamara adlı 
qızla evlənmişdir. Qara Osman Mədinədə, Kərbəlada təhsil 
almış axund idi”.
“Alı ömrünün son on beş ilini kor olmuş, Kəlbəcər 
rayonunun Milli kəndində yaşamışdır.  Şıx Alı ölümünün 
yaxınlaşdığını duyub atasının, anasının və Bəstinin qəbirlə-
rini ziyarət edib qayıdarkən 1911-ci ildə Qızılvənkdə vəfat 
etmişdir”(səh.4).
“Aşıq Alı ilə Aşıq  Ələsgər arasında son nəfəsə  qədər 
ata-oğul münasibətləri olmuşdur.
Aşıq Alının Kəlbəcərin Milli kəndində on beş il kor 
yaşadığı vaxtlar Aşıq  Ələsgər özü onu ata mindirib, atın 
qantarğasından özü tutmuş və “Mənə belə ləzzət edir” de-
mişdir” (səh.6).
“Aşıq Alı mənim ana babamla doğma əmoğludur. Mən 
Azərbaycanın Naxçıvan, Dərələyəz bölgələrində Aşıq Alını 
arayıb axtardım, oba-oba, oymaq-oymaq gəzdim, hara üz 
tutdumsa, əliboş qayıtmadım”.
Aşıq Alının yubileyi münasibətilə beş yüz qoşmanı, 
İrəvan və Türkiyə səfərləri haqqında iki dastanı yubiley ko-
missiyasına təhvil verdim”.(səh.7).


162
Nazir Əhmədli
“Əksəri təcnislərdən ibarət olan dörd yüz qoşma “asan 
anlaşılmadığına” görə özümə qaytarıldı. ... Mən uzun illər 
bu təcnislərin araşdırılmasını davam etdirib çapa hazırladım 
və saxladım. Azərbaycan Elmlər Akademiyasının Ədəbiy-
yat İnstitutunun direktoru işləmiş rəhmətlik Mirzağa Qulu-
zadə bu işdə mənə çox kömək edərdi. O, folklorçu Əhməd 
Şmidenin Türkiyədən gətirdiyi qoşmaların arasından Aşıq 
Alının xeyli qoşmasını seçib mənə vermişdi” (səh.8).
Əli  Əbülhəsənoğlunun burada göstərilməyən soyadı 
Əmirovdur və zənnimcə, misal çəkdiyimiz sitatlar kifayət-
dir. Onun soyadını xatırlatmağımız isə səbəbsiz deyil və bu 
barədə bir qədər sonra oxucu məlumat alacaq.
İndi professor H.İsmayılova müraciət edək: “Aşıq Alı 
XIX əsrin başlanğıcında, təxminən, 1801-ci ildə Goycə ma-
halının Qızılvənk kəndində, sadə və yoxsul bir ailədə do-
ğulmuşdur. Atası Mirzə kişi oğlunun dərrakəli və həssas bir 
uşaq olduğunu çox tez hiss etmiş və onu oxutmağı qərara 
almışdı. Alı mollaxanada təhsil aldığı muddətdə bir an belə 
sazı, aşıqların cövlan etdiyi məclisləri unuda bilməmiş, giz-
li oxuduğu aşıq mahnıları, gozəl və məlahətli səsi haqqında 
el-oba, qohum-əqrəba xəbər tutmuş  və onların təşviqi ilə 
Mirzə kişi oğlunu Ağ Aşığa şəyird vermişdir. Hələ ilk gün-
lərindən şəyirdinin fi tri istedada malik olduğunu hiss edən 
Ağ Aşıq ona böyük həssaslıqla yanaşmış, az bir muddətdə 
Alıya butun saz havalarını öyrədərək ona sənət yollarında 
mustəqil addımlar atmağı  məsləhət gormuşdur. Qudrətli 
saz ustasının yanında kecən illər səmərəsiz qalmamış, Alı-
nın sədası tezliklə Qızılvənkdən, Goycənin hududlarından 
cox-cox uzaqlara yayılmışdır. Aşıq Alının həyatı ilə bağlı 
əldə olan məlumatlar təxminən yuxarıdakıları  təkrarlayır. 
Məsələn, folklorşunas alim M.Həkimov yazır. «Tədqiqat-
cılar bu boyuk saz-soz sərrafının 1800-1801-ci ildə Goycə 
mahalının Qızılvənk kəndində yoxsul kəndli Mirzə kişinin 


163
Haqq-nahaqq seçilər Haqq divanında
kasıb komasında dunyaya goz acdığını, ailəyə  səadət gə-
tirdiyini söyləyirlər». Mursəl Həkimovun verdiyi bilgidən 
Aşıq Alının anasının adının Fatma, həyat yoldaşının adının 
Bəsti olduğu aydınlaşır(səh.5). V.Vəliyevin «Azərbaycan 
folkloru» kitabında qeyd etdiyinə gorə, Aşıq Alı Şəmkirli 
Aşıq Huseynin muasiri olmusdur. O, 1801-ci ildə anadan 
olmuş, 1911-ci ildə vəfat etrmşdir. Bundan başqa, Aşıq Alı-
nın 1894-cu ildən sonra kor yaşadığı gostərilir. (səh.6).
Goycənin ustad aşığı  Aşıq Hacıdan yazıya alınmış 
«Aşıq Alının Turkiyə səfəri» dastanını folklor örtüyündən 
cıxarsaq, onda mətn informasiyasının qısa məzmunu aşa-
ğıdakı kimi olacaq: Aşıq Alı Goycə mahalının Qızılvənk 
kəndindən yoxsul Mirzə(Göycə dialektində  «İmirzə») ki-
şinin oğludur. Həmin mahalın Çamırlı (Goycə dialektində 
«Çamırrı») kəndindən Niftalı adlı varlı bir kişinin Bəsti 
adlı qızı ilə evlənmək istəyir. Lakin xeyir işin reallaşması 
üçün lazım olan «zəruri minimum» səviyyəsində maliyyə 
vəsaiti olmadığından məşğul olduğu sənətdən(aşıqlıqdan) 
istifadə etməklə pul qazanmaq məcburiyyətində qalır. Bun-
dan ötru o, Naxcıvana və oradan da Turkiyəyə gedir(Bu-
rada bir məsələyə aydınlıq gətirmək məcburiyyətindəyik.
Məsələ burasındadır ki, indi işlətdiyimiz “Türkiyə” ifadəsi 
1923-cü ildə Türkiyə Respublikasının yaranmasından sonra 
dövriyyəyə girmişdir, 1923-cü ildən  əvvəl isə  həmin  əra-
zilər Osmanlı İmperatorluğuna aid edi, dövlətin rəsmi adı 
“Babi-Ali” və ya “Dövləti-Osmani-Ali” adlanırdı, insanlar 
arasında işlənən ifadə isə “Dövləti-Osmani-Ali”nın qısal-
dılmış forması “Alosman” idi. Bəzi folklorçular sonuncu 
ifadəni səhvən El-Osman, yəni “Osmanlı eli” kimi başa 
düşürlər). Muxtəlif cətinliklərlə uzləşirsə də, nəhayət, tələb 
olunandan da artıq vəsait əldə etməyə nail olur, vətənə qa-
yıdır və sevgilisinə qovuşur”. (səh.8, “Ön söz”).


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə