150
Nazir Əhmədli
Söyün “Dilqəmi” sağ havasını yaratmış və bədbəxt atanın
müəyyən təsəlli tapmasına səbəb olmuşdur.
Aşıq Söyünü bəzi tədqiqatçılar Molla Pənah Vaqifi n
bacısı oğlu, bəziləri isə bacısı nəvəsi sayırlar. Onların ara-
sında hansısa qohumluq əlaqəsini təsdiq və ya təkzib et-
məyə əlimizdə heç bir sübut-dəlil olmasa da, onun Vaqifi n
bacısı oğlu olduğunun mümkün olmadığını mütləq qeyd
etməliyəm. Çünki tarixi xronologiya bunu istisna edir. Belə
ki, müəyyən etdiyimiz kimi, Aşıq Söyün 1838-ci ildə, M.P.
Vaqif isə rəsmi tarixə inansaq, 1717-ci ildə doğulmuşlar.
Əgər Söyünü dünyaya gətirəndə onun anasının 31 yaşı var-
dısa, Vaqif öz bacısından 90 il(!),21 yaşı vardısa, 100 il(!!)
böyük olmalı idi ki, bu da fantaziyadan başqa bir şey deyil.
Həmin səbəbdən də Aşıq Söyünün Vaqifi n bacısı nəvəsi ol-
ması da şübhəlidir. Olsa-olsa, bəlkə bacısı nəticəsi ola bilər.
Bir şeyə təəcüb edirəm-tutaq ki, tədqiqatçı alimlər Aşıq Sö-
yünün 1811-ci ildə doğulması haqqındakı rəsmi bioqrafi -
yasına inanıblar, yenə də böyük qohumundan 96 yaş kiçik
olur və onun necə bacısı oğlu ola bilərdi? Beləliklə, aydın
olur ki, əksər alimlərimiz, xüsusilə fi lologiya sahəsinin
tədqiqatçıları hardansa eşitdikləri, sənədə-sübuta əsaslan-
mayan məlumatları məntiqi süzgəcdən keçirmədən (bəlkə
bunu etmək heç ağıllarına da gəlmir) laqeydcəsinə istifadə
edir və olduqca yanlış məlumatlar yayırlar ki, sonradan bu
məlumatları dəqiqləşdirib dəyişmək də böyük problemlər
doğurur, mübahisələrə səbəb olur.
Aşıq Söyün Şəmkirlinin şeirlərini toplayıb 1991-ci
ildə, aşığın anadan olmasının 180 illiyi ilə bağlı tədbir-
lərdən biri kimi nəşr etdirən prof.Rüstəm Rüstəmzadə ön
sözdə yazır(o da başqa müəllifl ər kimi aşığın 1811-ci ildə
doğulduğunu bildirir və adını da Hüseyn yazır): “Filologi-
ya elmləri namizədi Əhliman Axundovun yazdığına görə,
Hüseynin anası Zəhra xanım M.P.Vaqifi n bacısıdır, özü də
151
Haqq-nahaqq seçilər Haqq divanında
əslən Qazax mahalının Dağ Kəsəmən kəndindəndir. Ailəsi
Dağ Kəsəməndən gələrək əvvəlcə Şəmkirin Qapanlı, sonra
Qaracaəmirli kəndində məskən salmışlar ”(“Aşıq Hüseyn
Şəmkirli. Toplayanı, tərtib edəni, ön sözün müəllifi f.e.d.,
professor Rüstəm Rüstəmzadə”. Bakı, 1991, səh.3)
Doğrudanmı bu elmi dərəcəli alimlər hələ 1-ci, 2-ci si-
nifl ərdə keçirilən toplama və çıxma əməllərini bilməyiblər?
İnsan özündən 121 yaş böyük olan başqa birinin necə bacısı
oğlu ola bilər? Bunun üçün bəşəriyyət Adəmin dövründəki
kimi 900 ildən artıq yaşamalı idi! Əgər Tövrata inansaq,
Nuhun tufanından sonra təəssüf ki, Allah insanların yuxa-
rı yaş həddini 120 ilə endirib, tibbin XVIII-XIX əsrlərdəki
səviyyəsinə görə isə inanmıram ki, bizim regiondakı adam-
ların orta həyat müddəti 60-70 ildən yuxarı olaydı. Düzdür,
istisna hallarda insanlar 100 yaşına da çatırdı, amma biz
orta yaş həddindən danışırıq.
Professor Q.Namazov da həmkarlarının səhvini tək-
rar edir, həm də özünə əlavə bir problem yaradır: “Bəzi
mənbələrə və ustadın qalan nəsillərinin dediklərinə görə,
anası Zəhra xanım M.P.Vaqifi n bacısı imiş ”(“Ozan-aşıq
sənətinin tarixi” Bakı. 2013, səh.279). Hansı mənbələr-
dir onlar? Tədqiqatçı alim bu cür cümlə işlədə bilməz,
mənbələrə istinad edilirsə, hökmən həmin mənbə göstə-
rilməlidir. Biz, əlbəttə, rəsmi tərcümeyi-halına görə Aşıq
Söyünün vəfatından 12 il sonra dünyaya gələn Ə.Axun-
dovu mənbə kimi qəbul edə bilmərik, amma professor R.
Rüstəmzadə öz işini bir az ehtiyatlı tutaraq məsuliyyəti
Ə.Axundovun üzərinə atmaq istəsə də onun işlətdiyi “fi -
lolologiya elmləri namizədi Ə.Axundovun yazdığına görə
Hüseynin anası Zəhra xanım M.P.Vaqifi n bacısıdır”,-ifa-
dəsi ilə özünü sığortalaya bilməz. Əgər Ə.Axundova is-
tinad edirsinizsə, heç olmasa, Ə.Axundovun bunu hansı
əsərində yazdığını, əsərin nəşr tarixini və səhifəni göstər-
152
Nazir Əhmədli
məlisiniz ki, oxucu sizin də, istinad etdiyiniz tədqiqatçının
da fi krinin mötəbər, söykəndiyi mənbənin etibarlı olub-ol-
madısğını yoxlaya bilsin. Axı, bu elmdir, əgər bunu aşıqlar
danışsa, şifahi xalq ədəbiyyatı, rəvayət kimi keçmək olar.
Amma göründüyü kimi, bizim əksər folklorşünaslarımız
da özlərini tədqiq etdilkəri aşıqların yerinə qoyub rəvayət-
lər uydurmaqla məşğul olurlar. ”Filologiya elmləri na-
mizədi Ə.Axundovun yazdığına görə” ifadəsi son dərəcə
qeyri-elmi ifadədir, heç olmasa, onun hansı əsərində bunu
yazdığı göstərilməlidir ki, oxucu istəsə, Ə.Axundovun
həmin əsərinə müraciət edib onun mülahizələri ilə tanış
olsun. Ə.Axundovun bu qənaətə nəyin hesabına gəldiyini
görsün. Yaxud, bəlkə R.Rüstəmzadə Ə.Axundova böhtan
atır, Ə.Axundov heç belə məzmunda bir şey yazmayıb?
Beləliklə, professor R.Rüstəmzadınin həmin cümləsi elmi
deyil,dedi-qodu söhbətini xatırladır.
Başqa bir folklorşünas alim, professor P.Əfəndiyev də
professor həmkarları kimi hərəkət edib .”Azərbaycan şifa-
hi xalq ədəbiyyatı” (Bakı, 1992) kitabının müəllifi olan
P.Əfəndiyev yazır: “Ə.Axundov Aşıq Hüseynin anadan
olma, vəfat etmə illərini dəqiqləşdirməyə çalışmışdır. O,
yazır: “Aşıq Hüseyn təqribən 1811-ci ildə anadan olmuş-
dur. Deyildiyinə görə, şair Molla Pənahın bacısı oğludur”.
(səh. 283). Prof. P.Əfəndiyev də professor R.Rüstəmzadə
kimi sitatı haradan gətirdiyini göstərmir.
Professor S.Paşayev fantaziyasına görə həmkarlarını
geridə qoyur, professorlar R.Rüstəmzadə və Q.Namazo-
vun aşığın Zəhra kimi təqdim etdikləri anasını Tükəzbana
döndərir: “Bir ehtimala görə, əsilləri Qazağın Dağ Kəsəmən
kəndinin Sarılar nəslindəndir. Özü isə Molla Pənah Vaqifi n
bacısı Tükəzbanın oğludur” (S,Paşayev. “XIX əsr Azər-
baycan aşıq yaradıcılığı. Bakı. 1990, səh.40). S.Paşa-
yev işini bir az ehtiyatlı tutaraq, “Ə.Axundovun yazdığına
Dostları ilə paylaş: |