Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə34/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   30   31   32   33   34   35   36   37   ...   72

134
Nazir Əhmədli
şı baş verdi, 1917-ci ildə Rusiyada baş verən inqilablar-
dan sonra ölkədəki hakimiyyət boşluğundan istifadə edən 
quldur Andranik buralara soxulub əhalini qırdı, qalanları 
pərən-pərən düşüb diyarbədiyar oldu, Aşığın özü Kəlbə-
cərə  pənah aparıb oralara sığındı, ilk məhəbbəti Səkinə 
Banu qarlı dağlardan keçərkən soyuqdan donub öldü. Doğ-
rudan da, aşığın həyatında deyib-gülmək çağı  kəsilmişdi. 
Deyilənə görə, Qurbanın ölümündən sonra Ələsgər sazını 
heç köynəkdən çıxartmırdı da. Bütün bu olub-bitənlərdən, 
təbəddülatlardan sonra özünün artıq yaşamasından sanki 
xəcalət çəkir, utanırdı:
Nə sеvda tapıbsan, nəyə talıbsan,
Hansı qəfl ətdəsən, gəl, qoca baxtım!
Ya məndən küsübsən, ya qocalıbsan,
Bu sınıq könlümü al, qoca baxtım!
Çəkilib pünhana, dеyirsən: “sən döz”.
Qiyamət odundan pisdi tənə söz.
Gümüşüm tunc oldu, zərü zibam  bеz,
Qəlp çıxır aldığım mal, qoca baxtım!
Özüm aşıq oldum, oğlum gülləçi,
Bildim ki, qalacaq dövlətin üçü.
Qırıldı mal-qoyun, qalmadı kеçi,
İndi də yıxılıb kəl, qoca baxtım!
Mardan şirə çəkib, daşdan kеçərdin,
Dəryalardan ləlü gövhər sеçərdin,
Pərvazlanıb, Qafdan-Qafa uçardın,
Kеçən günü yada sal, qoca baxtım!


135
Haqq-nahaqq seçilər Haqq divanında
Səksəni, doxsanı ötübdü yaşım,
Qovğaya düşübdü bəlalı başım.
Əzrayıl həmdəmim, məzar yoldaşım,
Daha köç təblini çal, qoca baxtım!
Ələsgər kəsilib səbrü aramdan,
Oxlayıbsan, qanlar axır yaramdan.
Sövdə qıl haqq ilə, əl çək haramdan,
Halaldan mətləbin al, qoca baxtım!
Ömrün sonunu, qürubunu duyan Ustad, “köç təbilinin 
çalınma vaxtının” gəldiyini görüb,  “haqq ilə sövdə qılmaq-
dan, haramdan əl çəkməkdən, halaldan mətləb almaqdan” 
başqa yolunun olmadığını etiraf edir.
İnsan həyatının, cəmiyyətin bütün sahələrini təsvir 
edən, qiymətləndirən Ustad özünə də qiymət verməyi unut-
mur, “Mənəm” adlı qoşmasında sanki tərcümeyi-halını 
danışır. Ələsgər bu təqdimatda olduqca təvazökardır, bax-
mayaraq ki, öz qiymətini, poeziyadakı rolunu da çox gözəl 
bilir və  “Hər sözü dillərdə bir dəftər mənəm”,-deyərək 
bunu heç gizlətmir də:
Ağıldan kəm, huşdan çaşqın, dildən küt,
Naqabil, kəlməsi bisəmər mənəm.
Məcnun kimi viranələr küncündə
Sərgərdan, səhrayi-qələndər mənəm.
İbadət vaxtında müşgülhal oldum,
İblis əməlində pürkamal oldum,
Qəza vurdu, sin içində lal oldum,
Hər sözü dillərdə bir dəftər mənəm.


136
Nazir Əhmədli
Sənətim məsiyət, yoxdu savabı,
Nəkrеyinə dilim tutmaz cavabı.
Ədalət hakimin payi-turabı,
Kamil ustadlara qul kəmtər mənəm.
Dolandım bihudə, gəzdim əfsana,
Tabе oldum nəfsə, uydum şеytana.
Xеyr əməlim yoxdu mərdü mərdana,
Günahkar, günahkar, günahkar mənəm.
Dünyanın cifəsi aldatdı məni,
Unutdum üqbanı, tutdum dünyanı.
Bağışla təqsirim, ya kərəm kanı,
İrəhm еylə, yazıq Ələsgər mənəm!
Beləliklə, şəxsi həyatını uğursuz məhəbbətlə başlayıb 
faciəli hadisələrlə başa vuran Aşığı  xoşbəxt saymaq olmaz
amma onun xoşbəxt anları da vardı-gözəllərdən zövq aldığı 
anlar, məclislər qurub dövran sürdüyü, dinləyicilərini məf-
tun etdiyi anlar, ölməz sənət nümunələri yaratdığı dəqiqələr 
onun xoşbəxt anları idi. Ələsgər şəxsi planda xoşbəxt olma-
sa da, onu yetirən xalqa xoşbəxtlik gətirdi. Aşıq  Ələsgəri 
yetirən xalq doğrudan da xoşbəxtdir. 
Dədə Qorquddan sonra “Dədə” ünvanına yüksələ bilən 
yeganı şəxs olaraq xoşbəxtdir Aşıq Ələsgər!  Ölümündən 
sonra keçən 90 il ərzində hələ bu zirvəni fəth edən sənətkar 
olmayıb. Nə vaxt fəth olunacağı da məlum deyil.
Dahilik budur!
Aşıq Ələsgərin çoxcəhətli yaradıcılığında gözəl bildiyi 
və sidq ürəklə inandığı dinin və təsəvvüfün xüsusi yeri yeri 
vardır. Onun yazı-pozu bildiyinə sübut üçün misal çəkdiyi-
miz “Allahın adı ilə” şeirində ərəb əlifbasındakı bütün 28 
hərfi n  hər birinin daşıdığı  mənanı usta bir qələmlə  təsvir 


137
Haqq-nahaqq seçilər Haqq divanında
edir. “Peyğəmbərin meracı” şeirində şiə üləmalarının təfsi-
rindən məlum olan hadisəni təsvir edir, peyğəmbərin dörd 
dəfə merac etdiyini deyir. Başqa bir yerdə şiə məzhəbinin 
cəfəri təriqətinə  mənsub olduğunu bildirir, imamları  tərif 
edir, onların dində tutduqları mühüm yeri qiymətləndirir.
Qeyd etmək yerinə düşərdi ki, Aşıq Ələsgərin doğum 
tarixinin, babasının, qardaşlarının, hətta oğlanlarının do-
ğum illərinin təhrif edildiyini yazmışdıq, amma təəssüf ki, 
iş bununla da bitmir. Aşığın müxtəlif illərdə nəşr olunmuş 
kitablarında xeyli sayda uğursuz müdaxilələrə yol verilmiş-
dir. Buna aid çoxlu misallar göstərmək olar. “Düşmüşəm” 
adlı öz həyatından bəhs edən qoşmadan başlayaq. Ələsgər 
deyir ki:
Ələsgər keçibdir namus-arından,
Aləm yatmaz onun ahu-zarından.
Boşasam, qoruram oğlanlarından,
Boşaya bilmirəm, qana düşmüşəm.
 “redaktə” edilərək
“Ələsgərəm, incimişəm yarımdam,
Aləm yatmaz mənim ahu-zarından.
Boşasam, qorxuram oğlanlarımdan,
Boşaya bilmirəm, qana düşmüşəm”,-
şəklində verilir. (Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004.səh.45)
Tərtibçi  “Ələsgər keçibdir namus-arından”  misrası-
nı “Ələsgərəm, incimişəm yarımdan” şəklinə salaraq, və-
ziyyəti yumşaltmağa çalışmışdır, halbuki misranın düzgün 
variantı ələsgərsevərlərə yaxşı məlumdur. Digər dərəfdən, 
məlumdur ki, qoşma janrında yazılmış  şeir 11 hecalı ol-
maqla, iki şəkildə mövcuddur: 6-5 bölgüsü və 4-4-3 böl-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə