221
Haqq-nahaqq seçilər Haqq divanında
və həmin dövr üçün insanların dünyagörüşü haqqında ma-
raqlı məlumatlar verməsidir.
Deyirlər ki, evindən-eşiyindən, doğma kəndindən uzun
müddət ayrı düşən Aşıq Alı rast gəldiyi gözəl bir təbiət mən-
zərəsindən duyğulanmış və bədahətən bu şeiri demişdir:
Bənzərsən
Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz abı kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
Əyricə, Verst dağı, Xankirt bulağı,
Ağ sürülər Sarıyaldan yuxarı.
Gözəllər seyr edər o oylaqları,
Oylaq, bizim oylaqlara bənzərsən.
Cənnət olur bizim yerin bu çağı,
Ağ lavaşı, kərə yağı, qaymağı.
Qızlar dəstələnib gəzər bulağı,
Çaylaq, bizim çaylaqlara bənzərsən.
Aşıq Alı deyər üç gözəl dərə,
Çiçəkli, Şaqaylı, xoş gözəl dərə.
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Üç dağ, bizim üçdağlara bənzərsən.
Amma Ustad Alı öz parlaq istedadı, gözəl şeirləri ilə
bənzərsizdir, təkrarolunmazdır!
Aşıq Alı öz keşməkeşli həyatını aşağıdakı qoşmasında
belə rəvayət edir:
222
Nazir Əhmədli
SÖZ OLDU
Fələk mənə cövr eylədi dünyada,
Yaxşı günüm yaman gündən az oldu.
Bəydən nəmər aldım, ağadan ənam,
Muxtəsəri, qazandığım bez oldu.
Mən xabi-qəfl ətdə yatıb qalmadım,
Nakəs adamlarla ülfət qılmadım.
Mülkə, vara, zərrə tamah salmadım,
Cox gördum zər-ziba bir gün toz oldu.
Cavanlığım qeybə cıxdı əlimdən,
Həlqə oldu gündən-günə belimdən.
Yaxın, uzaq incimədi dilimdən,
Şükür həqqə, əməllərim düz oldu.
Bir murğ tək leylü-nəhar hey uçdum,
Bilənlərdən bilmədiyim soruşdum.
Müxənnətlə, bimürvətlə vuruşdum,
Nakəslərin dərdi artıb yüz oldu.
Gəlib gedir yaxşılar da, yaman da,
Qu tükündə, saman üstə yatan da.
Aşıq Alı, nə qazandın cahanda?..
Səndən qalan qatar-qatar söz oldu.
Gəşt eylədim Bağdad, Bəsrə, Buxara
Aşıq Alının etnik mənsubiyyətini milli tayfasına bağ-
lamağa çalışan, Ağ Aşığı isə türk sayan Əli Əbülhəsənoğ-
lunun hər iki halda səhv etdiyi üzə çıxır. Əvvəlcə onun Ağ
Aşıq haqqında dediklərinə bir daha qayıdaq: “Allahverdi
Sulduzlu Qara Osmanın oğludur, Qara Osman milliyət-
cə türkdür. O, vaxtilə Şah Abbas, Nadir şah dövründə
İrana aparlan gürcülərin törəməsi Tamara adlı qızla
evlənmişdir. Qara Osman Mədinədə, Kərbəlada təhsil
almış axund idi”.
Ağ Aşığın milli mənsubiyyətinə toxunmazdan qabaq
əvvəlcə onun haqqındakı rəsmi məlumatlara müraciət edək.
(Maraqlıdır ki, özünün dediyi kimi, Aşıq Ələsgərin əlinə
saz almayan atası Alməmmədi müraciət etdiyimiz “Saz-
lı-sözlü Göyçə” (Bakı.2002) kitabın a daxil edən İ.Ələsgər
bu kitaba Ağ Aşığı-Aşıq Allahverdini daxil etməmişdir).
İ.Ələsgər “Haqq aşığı Ələsgər” (Bakı, 1999) kitabında
Alməmmədin atası (əslində qardaşı) Allahverdiyə aid etdiyi
bir təcnis verir və hələ 1971-ci ildə yazdığı namizədlik dis-
sertasiyasında da bu məsələdən bəhs etdiyini, sonradan bu
şeirin səhv olaraq Hüseyn Hüseynzadə (H.Arif) tərəfi ndən
Aşıq Alıya, “Ustad aşıqlar” kitabının tərtibçiləri P.Əfəndi-
yev, N.Məmmədova və M.Həkimov tərəfi ndən isə Aş Aşıq
Allahverdiyə aid edilməsindən narazılıqla söz açır:
Bu gün seyraqubdan bir söz eşitdim,
Bu söz səndən deyil, ayə, məndəndi.
Dedim: nədi, sədrin üstdə bəslərsən?
Dedi ki, tifi llər ay əməndədi.
224
Nazir Əhmədli
Sevdiciyim geyinibdi bu xara,
Qönçə güllər layiqdirmi bu xara?!
Gəşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi də gəlişim a Yəməndəndi.
Allahverdi qırxdan içdi nə camı?!
Nə axunddu, nə molladı, nə camı(?)
Nə Firdovsi,nə Füzuli, nə Cami!
Təcnis sinədəftər,ayə məndəndir!
Bağdad, Bəsrə və Buxara şəhərlərinin adını bilib-bil-
mədiyini bir kənara qoysaq belə, tutaq ki, İslam müəllimin
qohumu Allahverdi Firdovsi və Füzulini də tanıyırdı (bunun
belə olmadığını bilə-bilə bu ehtimala yer verirəm), amma
onun indinin özündə də çox ali təhsilli adamlara məlum ol-
mayan Əbdürrəhman Camini tanıması qeyri-mümkündür.
Üstəlik, burada “Gəşt eylədim Bəsrə, Bağdad, Buxara”
cümləsi şeir müəllifi nin səyahətlərdə olduğunu göstərir. Al-
lahverdi Haxverdi oğlunun isə oralara səfər etmədiyi hər
kəsə gün kimi aydındır.
Bu şeiri Ağ Aşığa, yoxsa Aşıq Alıya saymalı?
Əgər Ə.Əbülhəsənoğluna inansaq, Ağ Aşığın atası Qara
Osman Mədinədə və Kərbəlada təhsil almışdır. Güman et-
mək olar ki, oğlu Allahverdi də oxşar səyahətlərdə olmuş-
dur. Aşıq Alının da səyahətlərdə olduğu faktına gəlincə,
onun Türkiyə səfəri haqqındakı dastandan məlum olur ki,
Alı İndiki Türkiyə Respublikasının Şərqi Anadolu vilayət-
lərində olmuş və oradan o tərəfə keçməmiş, üstəlik Bəsrəyə,
Buxaraya və Bağdada səfər etməmişdir. Ola bilər ki, bu təc-
nis nə Ağ Aşığa, nə də Aşıq Alıya deyil, ümumiyyətlə başqa
bir aşığa aiddir. Aşıq Ələsgərin əmisi Allahverdi Haxverdi
oğlunun isə bu şeirin müəllifi olmadığı şübhəsizdir. Çünki
o nəinki səfərlər etməmiş, yuxarıda qeyd etdiyim kimi, Əb-
225
Haqq-nahaqq seçilər Haqq divanında
dürrəhman Camini tanıması qeyri-mümkündür. Onu ancaq
dərin biliyi olan adam tanıya bilərdi və tanış olduğumuz
tərcümeyi-halı Ağ Aşığın məhz bu cür şəxs olduğunu sübut
edir.
Ağ Aşığın həyatı haqqında Azərbaycan folklorşünas-
lığının mövqeyini ifadə edən versiya kimi professor Q.
Namazovun aşıq haqqında yazdıqlarına üstünlük verdim.
Professor “Ozan-aşıq sənətinin tarixi” (Bakı,2013) adlı
monoqrafi yasında yazır:“Rənginin ağlığına görə Ağ Aşıq
kimi məşhur olan Aşıq Allahverdi təxminən 1750-ci illədə
Göyçə mahalının Kərkibaş kəndində doğulub. Burada yüz
ilə yaxın ömür sürüb, təxminən 1850-ci illərdə dünyasını
dəyişmişdir.
Aşıq Allahverdinin yaşadığı dövr Azərbaycanda (Nadir
şahın ölümündən sonra) xanlıqların müstəqilləşdiyi, eyni
zamanda bir-biri ilə qanlı müharibələr apardığı, bir-birinin
kəndlərini, torpaqlarını ələ keçirdiyi dövr idi. Göyçə də bu
qanlı müharibələrin məngənəsində tez-tez əldən-ələ keçir,
soyulub talan edilirdi. Aşıq Allahverdi bir el sənətkarı, el
təəssübkeşi kimi İrəvan xanlığının zorakı hərəkətlərinə,
yerli kəndxudaların özbaşınalığına qarşı çıxdığına görə
təqib olunur, nəhayət, əlacsız qalıb Yaxın Şərqin müxtəlif
şəhərlərinə səfərlər edirdi. Ömrünün çoxunu gəzərgi həyat
keçirdiyindən, aşığın tərcümeyi-halı dolaşdırılmış, hətta
Şəril mahalının Kosacan kəndindən olan eyniadlı Ağ Aşıq
Allahverdi ilə qarışdırılmışdır. Doğrudan da, Göyçəli Aşıq
Allahverdi bayatı və qoşmalarında dəfələrlə Göyçənin adı-
nı doğma eli-obası kimi xatırlamışdır:
Əzizim, Göyçəyə mən,
Qurbanam Göyçəyə mən.
Viran qalsın Urumu,
Həsrətəm Göyçəyə mən.
Dostları ilə paylaş: |