Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə58/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

226
Nazir Əhmədli
Yaxud:
Əlqərəz, ruzumuz oldu üç batman,
Çatınca nobatım sındı dəyirman.
Yerdə qalanını apardı siçan,
Güldü Ağ Aşığa Göyçə mahalı.
Doğma yurdunda aşığın həyatı çox ağır keçmiş, incidil-
miş, təhqir edilmiş, digər tərəfdən, oğlu İsmayılın vaxtsız 
ölümü də aşığa ağır bir dərd olmuşdur. Bütün bunları aşıq 
“Çəkirlər” rədifl i qoşmasında çox aydın ifadə etmişdir:
Sığındım Göyçəyə, bu mahala mən,
Dərdim Sarı nərdən nərgiz, lala mən.
İtirmişəm İsmayıltək bala mən,
Sinəmə çal-çarpaz yara çəkirlər.
Allahverdi dərd əlindən dəlidi,
Kənddə koxa qanı soran zəlidi.
Gözüm yaşı Qığsoy çayın selidi, 
Canımı atəşə, nara çəkirlər.
Şeirlərindən bəlli olur ki, Aşıq var-dövlət üstündə inci-
dilib, hətta yurdundan sürgün edilib. Araşdırmalardan aydın 
olur ki, Göyçə tabe olduğu İrəvan xanları tərəfi ndən talançı-
lığa və ağır vergilərə məruz qalmışdır. Ağ Aşıq da bunlara 
etiraz etdiyinə görə incidilib, var-dövləti əlindən alınmışdır. 
Hətta “Ağ Aşıq və  Sənubər” dastanından və  şeirlərindən 
anlaşılır ki,(Sərdara ağ dərili adamın qanının müalicə üçün 
lazım olması dastan yaradanların uydurmasıdır) Aşığı  cə-
zalandırmaq üçün Sərdarın sarayına aparmışlar. Sərdar Ağ 
Aşığın çox mahir bir sənətkar olduğunu görüb və bir neçə il 
öz yanında saxlamış, sonra azad eləmişdir. Aşıq kəndxuda-


227
Haqq-nahaqq seçilər Haqq divanında
ya və Sərdar Hüseynə (Sərdar Hüseyn çox güman ki, İrəvan 
Sərdarı(1807-1827) Hüseynqulu xandır) münasibətini çox 
aydın şəkildə bildirir.
Ağ  Aşıq Allahverdi dövrünün çox nadir bir saz-söz 
ustası kimi tanındığından və başı çox bəlalar çəkdiyindən, 
dünyasını dəyişdikdən sonra həyatı əfsanələşmiş, onun gah 
Sulduz mahalından, gah Naxçıvanın Kosacan kəndindən, 
gah da Qazaxdan olması barədə müxtəlif ehtimallar, fərziy-
yələr yaranmışdır. Həttə milliyətcə erməni qələmə verənlər 
də olmuşdur. Ancaq Ağ Aşığın nadir bayatıları, gəraylıları, 
qoşmaları və təcnisləri onun qüdrətli bir el sənətkarı, həm 
də zamanının açıqgözlü, mübariz bir şəxsiyyət olduğunu 
göstərir”(adı çəkilən əsəri, səh.270-272).
Bu gətirilən sitatda Aşıq Allahverdinin görkəmli bir 
sənətkar olması barəsindəki  fi kirlərindən və  bəzi müla-
hizələrindən başqa, professorun qalan fi kirləri ilə heç cür 
razılaşmaq olmaz. Əvvəla, Aşıq Allahverdi siyasi xadim 
deyildi ki, təqiblərə məruz qalsın, ikincisi isə, əgər İrəvan 
Sərdarı onu bir neçə il öz yanında saxlamışdısa, hansı təqib-
dən söhbət gedə bilərdi?
Üçüncüsü isə, sovet tarixşünaslığında zəbt etdiyi əra-
zilərə görə Rusiya imperiyasına haqq qazandırmaq üçün 
yerli idarəçiləri qəddar, qaniçən kimi göstərib rus işğalını 
həmin ərazidə yaşayanların xilası kimi qələmə vermək dəb 
halını almış uydurma iddialar idi, halbuki həmin işğalı hə-
yata keçirən çarizmin tarixçiləri daha vicdanlı idilər və bizə 
artıq tanış olan İ.Şopen də Sərdar Hüseyn xan haqqında çox 
yüksək  fi kirlər söyləmiş, onu mahir təsərrüfatçı adlandır-
mışdı. Professor göyçəlilərin agır vergilərlə talan edildiyin-
dən bəhs etsə də, Şopenin şahidliyinə görə, Sərdar göyçə-
lilərdən ümumiyyətlə vergi almır və əslində “Şah Abbasın 
dövründən boş qalan Göyçəni” (ifadə  Şopenindir-N.Ə.) 
İrəvan Sərdarı başqa  ərazilərdən (çox güman ki, İrandan) 


228
Nazir Əhmədli
köçürüb gətirdiyi qarapapaqlar, milli kürdləri və başqa tay-
falarla məskunlaşdırmış, onları vergilərdən azad edərək, 
sərhədlərin qorunmasında yardım etmələrini istəmişdi. Ve-
rilən güzəştlərin əvəzində Göyçəlilər müharibə zamanı dö-
yüşə 1.000 nəfər süvari döyüşçü çıxartmalı idi. Şopen bu 
köçürmənin tarixini 1814-cü il olaraq göstərir (adı çəkilən 
əsəri, səh.446).  Qacarlar sülaləsindən olan Hüseynqulu xa-
nın idarə etdiyi İrəvan xanlığı mərkəzi Tehran hökumətinə 
tabe idi, amma əslində ona nəinki vergi ödəmirdi, əksinə, 
rus işğalından qorunması üçün mərkəzi hakimiyyət özü ona 
maliyyə yardımı edirdi. Ona görə də nə Tehrandakı Qa-
carlar sülaləsinin (Fətəli şah), nə də İrəvan Sərdarının 
xalqı çapıb-talamasından danışmaq olmaz və bunun 
əksini iddia etmək həm tarixi bilməmək, həm də böyük 
ədalətsizlikdir.  Aşıq Allahverdinin hansısa yerli idarəçi 
ilə, tutaq ki, kəndxuda ilə münaqişəsinin olub-olmadığını 
bilməsək də, bunu Sərdar Hüseynqulu xanın adına çıxmaq 
düzgün deyil.
Tarixdən məlumdur ki, üç dəfə rusların hücumuna mə-
ruz qalan İrəvan xanlığı son imkanına qədər müqavimət 
göstərmiş, digər xanlar kimi satqınlıq etməmiş, yalnız qüv-
vələr nisbətinə görə işğaldan yaxa qurtara bilməmişdir. Bu 
xanlığın isə Rusiya imperiyası üçün o qədər önəmi vardı ki, 
1808-ci ildə İİrəvanı tuta bilməyən ruslar Naxçıvanı da tərk 
edərək getmişdilər.
Xanlığı iqtisadi cəhətdən və bunun köməyi ilə müdafi ə 
baxımından da gücləndirmək istəyən Sərdar Hüseynqulu 
xan xanlığın ərazisindəki digər boş əraziləri də əsasən qa-
rapapaqlar və başqa türk tayfaları ilə məskunlaşdırırdı, bu 
ərazilərdən biri də onun adını daşıyan Sərdarabad mahalı və 
eyni adlı qala idi.
Azərbaycan ədəbiyyatşünaslığında Aş Aşıq haqqındakı, 
xüsusən, onun doğumu və ölümü haqqındakı məlumatlar da 


229
Haqq-nahaqq seçilər Haqq divanında
prof. Q.Namazovun fi kirlərinə yaxındır. Məsələn, Vikipedi-
yaya görə Ağ Aşıq 1754-cü ildə Kərkibaş kəndində anadan 
olmuş və 1860-cı ildə, 106 yaşında orada da vəfat etmişdir. 
Yəni Aşıq Alı və Aşıq Ələsgər kimi onun da 100 ildən yuxarı 
yaşadığı qəbul edilmiş normaya çevrilmişdi. Bir qədər sonra 
görəcəyik ki, bu rəqəm də ciddi şəkildə  şişirdilib və digər 
məşhur xələfl əri kimi o da 100 ildən xeyli az yaşayıb.
Ağ Aşıq haqqında ədəbiyyatşünaslığımızdakı bu rəsmi 
mövqedən fərqli internetdə bir yazı diqqətimi çəkdi və əhə-
miyyətini nəzərə alaraq oxucularla bölüşmək istədim. Onun 
müəllifi  A.O.Kərimlidir. Həmin məqaləni  ixtisar etmədən 
təqdim edirəm(musigi-dunya.az. saytı):
A.O.Kərimli. “Göyçə aşıq məktəbi”. Musiqi 
dünyası jurnalı,
“AĞ AŞIQ ALLAHVERDİ
Yazıqlar olsun ki, Ağ Aşıq kimi tanınmış Aşıq Allah-
verdi haqqında bilgilər də biri-birinin əksidir. Miskin Abdal 
kimi onu da Arazın o tayına bağlamaq həvəsində olanlar 
var.  Şəxsən buna qarşı olmasam da, araşdırıcı üçün arxiv 
bilgilərinin yoxluğu durumunda sənətkarın öz nəslindən, ən 
yaxın qohumlarından faydalanmağı daha üstün sayıram. Ağ 
Aşığın kötükcəsi, hazırda Bakıda yaşayan Əhmədov Əziz, 
nəzərimcə  və  hər halda daha etibarlı bilgi qaynağıdır. Və 
onun söylədiklərindən sonucda aydınlaşdırdıqlarımız  aşa-
ğıdakılardır:
1. Ağ Aşığın - Allahverdinin babası  Şeyx Osman su-
fi -dərviş  təkkəsinin mürşüdü imiş  və müridləri ilə quzey-
dən-çox güman, Qazax-Şəmşədil yaxud da həmin bölgəyə 
aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı 
Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulama-
lıyam ki, Arazın güneyində  və Naxçıvanda - qatı fanatik 
şiə mühitində Osman adı mümkünsüz idi və indi də belədir. 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə