Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə66/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

255
Haqq-nahaqq seçilər Haqq divanında
haqqındakı mülahizələri də özünü doğrultmur. Əvvəla ona 
görə ki, Kosacanda Osmanın deyil, Allahverdinin yaşama-
sından söhbət gedirdi. İkincisi, 1831-ci ilin kameral siya-
hısına görə, Aşağı Keyti kəndində yaşayan bütün 29 milli 
ailəsinin və o cümlədən  Aşıq Allahverdinin müsəlman di-
ninin şiə məzhəbinə mənsub olduğu qeyd olunur. Yəni Al-
lahverdi də kosacanlılar kimi şiə idi. Üçüncüsü, 1842-ci ilin 
kameral siyahısında(AMDTA, F.25, siy.2, sax.vah.5) Şərur 
mahalının  Əliməmməd qışlağı  kəndində 70 yaşlı Osman 
Məho oğlu, 40 yaşlı Ömər Hüso oğlu, 20 yaşlı Osman Qa-
sım oğlu və 50 yaşlı İsa Ömər oğlu adında adamlar qeydə 
alınmış və onların buraya İrandan gəldikləri göstərilmişdir. 
Buradan aydın olur ki, atasının adı Osman olan Aşıq Allah-
verdinin-Ağ Aşığın Kosacan kəndində yaşaya bilməyəcəyi 
mülahizəsi həqiqətə uyğun deyil.
A.O.Kərimlinin məqaləsində başqa ciddi yanlışlıqlar 
da var. Məsələn, özünü Ağ Aşığın Bakıda yaşayan kötük-
cəsi kimi təqdim edən Əziz Əhmədovdan bu cür sitat gəti-
rir: “Əziz Əhmədovun 1977-ci ildə dünyadan köçmüş ata 
babası Babaşov Əhməd söyləyirmiş ki, «mən 1870-ci ildə 
dünyaya göz açmışam və öz gözümlə Ağ Aşığı görmüşəm. 
O, bir sinirli kişiydi, artıq saz çalmırdı. 10 yaşım olanda 
həmin kişi rəhmətə getdi”. Göründüyü kimi, Ə.Əhmədo-
vun iddiasının həqiqətlə yaxından-uzaqdan əlaqəsi yoxdur, 
çünki Ağ Aşıq  onun babası anadan olmamışdan ən azı 11 
il qabaq ölmüşdü və Əhməd Babaşov onu görə bilməzdi. 
Bu iddianı mərhum Ə.Babaşovun, yoxsa Əziz Əhmədovun 
uydurduğunu isə indi aşkar etmək mümkün deyil.
A.O.Kərimlinin başqa bir uydurmasına da aydınlıq gə-
tirməliyik. O, yazır: “...əldə olan bilgiyə görə, tanınmış To-
vuz-Şəmşədil ustadı Öysüzlü Səməd 7 il Ağ Aşığa «qulluq» 
edibmiş. Əgər Aşıq Səmədin 1918-ci ildə 70, yaxud bir qə-
dər artıq yaşında dünyadan köçdüyünü nəzərə alsaq, onun 


256
Nazir Əhmədli
şagirdliyinin haradasa 1865-1870-ci illərə düşdüyü aşkarla-
nacaq. Lakin bircə çətinliyimiz ondadır ki, Ağ Aşıq son 10-
15 ilini çalıb-çağırmırmış. Bəlkə də, ancaq öyrədirmiş?!”
Yenə  də xatırlatmalıyıq ki, Aşıq Səmədin  şəyirdliyi 
üçün uydurulan 1865-1870-ci illərdə də Ağ Aşıq sağ deyil-
di. Beləliklə, Aşıq Səmədin onun şəyirdi olması da həqiqətə 
uyğun deyil, Aşıq Səmədi şöhrətləndirmək üçün uydurulub.
Son olaraq qeyd etməliyik ki, Göyçə mahalında XIX 
əsrdə yaşamış  bu üç sənət ustadını müqayisə edəndə Ağ 
Aşıqdan Aşıq  Ələsgərə doğru yüksəlişi görməmək müm-
kün deyil. Təbii ki, Ələsgər sənəti bu iki şair-aşığın, həm 
də təkcə onların deyil,  özündən əvvəl yaşamış böyük us-
tadların-Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın 
və başqalarının yaratdıqları nadir sənət inciləri üzərində 
ucalan dağdır. Bu dağın zirvəsi  Ələsgərdir. Nə  Ələsgərin 
müasirləri, nə  də ondan sonra gələnlər bu zirvəni onunla 
bölüşəcək qədər yüksəkliyə qalxa bilməyiblər.


Yatıb, oyanmaz, oyanmaz
XIX əsr Göyçə aşıq məktəbinin görkəmli nümayəndələ-
rindən biri də Şair Məmmədhüseyn sayılır. Folklorşünasla-
rın, tədqiqatçıların əksəriyyəti onun 1800-cü və ya 1801-ci 
ildə Göyçə mahalının Daşkənd kəndində doğulduğunu və 
elə orada da 1880-ci ildə  vəfat etdiyini yazırlar. Professor 
Q.Namazov isə onun 1800-1884-cü illərdə yaşadığını göstə-
rir(“Ozan-aşıq sənətinin tarixi”. Bakı,2013. səh.282 ). 
Başqa bir professor S.Paşayev doğum tarixində  həm-
karı Q.Namazovla həmfi kir olsa da, Məmmədhüseynin və-
fat tarixi haqqında başqa fi kirdədir:“Şair Məmmədhüseyn 
1800-cü ildə Göyçənin Daşkənd kəndində anadan olmuş və 
1880-ci ildə orada vəfat etmişdir.
Məmmədhüseyn təxminən altmış illik yaradıcılığı döv-
ründə sazdan, sözdən ayrılmamış, Azərbaycan aşıq yaradı-
cılığını zənginləşdirən qiymətli gəraylılar, qoşmalar, diva-
nilər yaratmışdır. Zil səsələ oxunan “Məmmədhüseyni” saz 
havası onun adı ilə bağlıdır” (S.Paşayev. “XIX əsr Azər-
baycan aşıq yaradıcılığı”. Bakı, 1990. səh.31).  
Şair Məmmədhüseynin yaradıcılığından söz açan bü-
tün tədqiqatçılar onun “Yatıb, oyanmaz, oyanmaz” gəray-
lısını misal gətirirlər. Gəraylı doğrudan da gözəldir. Qeyd 
edə bilərik ki, aşıq yaradıcılığında hər bir aşığı yaddaşlarda 
yaşadan müəyyən bir şeir olur və bu şeir də sanki Məmmə-
dhüseynin şəxsiyyət vəsiqəsi rolunu oynayır:
Yönü bəri baxan dağlar,
Yarıb, oyanmaz, oyanmaz.
Üstündəki ağır ellər,
Yatıb oyanmaz, oyanmaz.


258
Nazir Əhmədli
Qurbanam qələm qaşına,
Gör nələr gəldi başıma.
Səs verrəm dostun guşuna,
Yatıb, oyanmaz, oyanmaz.
Gəldim yarın xanəsınə,
Laçın qonmaz binəsinə.
Əlim qoydum sinəsinə,
Yatıb, oyanmaz, oyanmaz.
Yarım yaman yatmış idi,
Mişk-ənbərə batmış idi.
Rübəndini atmış idi.
Yatıb, oyanmaz, oyanmaz.
İyidin dönməsin əhdi,
Yana çevrilməsin təxti.
Məmmədhüseynin qara baxtı
Yatıb, oyanmaz, oyanmaz.
Göyçəli  Şair Məmmədhüseynin  “Xəbər al, deyim” 
adlı qoşması da bu qəbildən olan spesifi k, onu başqaların-
dan fərqləndirən və yaddaşlarda yaşadan bir şeirdir. Bu şeir 
hər birinin əlamətlərinin  təsvir olunduğu  on iki imamın 
haqqındadır və dindarlar arasında geniş yayılmışdır:
Qoç igidlər, ərəb atlar meydanı,
Müxənnət sərindən tökülən qanı
Birinci imamımız Şahi Mərdanı,
İkinci imamı xəbər al, deyim.
Atını minəndə yel kimi əsən,
Üç günlük yolları bir günə kəsən.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə