Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə63/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

243
Haqq-nahaqq seçilər Haqq divanında
26.İmamqulu Əli oğlu 45 y (onun arvadı və iki qızı); 
qardaşı Xıdır 25 y.
27.Bəbirxan Əli oğlu 50 y (arvadı və üç qızı); oğlu İs-
mayıl 5 y.
28.Rüstəm İmamverdi oğlu 60 y(onun arvadı və qızı); 
üç oğlu var: Qədim 12 y; Haxverdi 7 y;  Allahverdi 4 y.
29.İsmayıl Həsən oğlu 30 y (onun arvadı).
Əhalisi müsəlmanların milli tayfasına mənsub olan 
Aşağı Keyti kəndində 29 ailə, 85 kişi, 79 qadın, cəmi 164 
adam yaşayır”.
(Erm. Milli Arxivi, F.90. siy.1, saxlama vahidi 88).
Yəqin tanıdınız-sənəddəki 16 nömrəli ailə Ağ Aşığın 
ailəsidir, 1831-ci ildə 40 yaşında olması o deməkdir ki, 
1791-ci ildə doğulub, 10 yaşındakı  oğlu Məhərrəmin isə 
1821-ci ildə doğulduğu aydın olur. Beləliklə, rəsmi ədəbiy-
yatşünaslığımız onu 37-41 il qocaltmışdır!
Maraqlıdır ki, haqqında sənəd təqdim etdiyim 6 bö-
yük aşıqdan Ağ Aşıq və Aşıq Söyün Şəmkirli sənədlərdə 
“Aşıq” epiteti ilə yazılıb.
Sənəddən həm də məlum olur ki, Ağ Aşıq Göyçə maha-
lının Kərkibaş kəndində və ümumiyyətlə Göyçə mahalında 
doğulmayıb.
İkincisi, Qara Osman kimi təqdim edilən şəxs onun ba-
bası yox, atasıdır.
Üçüncüsü, 1831-ci ildə Kərkibaş adlı kənd ümumiyyət-
lə yox idiı və əgər Aşıq doğrudan da nə vaxtsa orada yaşa-
yıbsa, deməli sonradan oraya köçüb.
Dördüncüsü, 1831-ci ildə Göyçə mahalında kərkibaş 
tayfasına aid olan 13 ailə yaşayırdı və onlar Daşkənd kən-
dində  məskunlaşmışdılar. Onların adı  “qarapapaqların 
kərkibaş tayfası” yazılmışdır, yəni onlar türkdür. Məntiqlə 
düşünməliyik ki, Göyçə mahalında Kərkibaş kimi tanıdığı-
mız kəndi bu ailələr sonradan yaratmışlar.


244
Nazir Əhmədli
 Əgər Ağ Aşıq da qarapapaqlarla eyni vaxtda Göyçəyə 
gəlmişdisə(1814), bu vaxt artıq 23 yaşı vardı. Amma bizə 
artıq yaxşı tanış olan İ.Şopenin dediyi bir fi krə yenidən qa-
yıtmalıyıq. İ.Şopen yazır ki, millilər və qaraçorlular Göyçə 
mahalına qarapapaqlardan sonra, Gərnibasar mahalından 
gəlmişlər. Məlumat üçün deyim ki, Gərnibasar mahalı şərq-
də Vedibasar, qərbdə Araz çayı,  şimalda Göyçə, cənubda 
isə Şərur mahalları ilə həmsərhəd idi.
Aşıq Alının 17 yaşından Ağ  Aşığın  şəyirdi olduğu 
haqqındakı mülahizələrə inansaq, deməli bu tarix 1852-ci 
ilə düşür və Ağ Aşığın o vaxt 61 yaşı vardı. Allahverdinin 
neçə il ömür sürdüyünə  gəlincə, professor Q.Namazovun 
dediyi 1850-ci ildə vəfat etməsi ilə ən azı ona görə razıla-
şa bilmərik ki,qeyd etdiyimiz kimi, 1852-ci ildə Alı onun 
yanında şəyirdliyə başlamışdır. Mərhum xalq şairi H.A-
rif onun haqqında 1969-cu ildə yazdığı məqaləsində Ağ 
Aşığın 70 ilə yaxın ömür sürdüyünü yazanda həqiqətə 
yaxın olmuşdur. 
Aşıq Allahverdinin 1754-cü ildə doğulduğunu yazan-
lar onun 1860-cı ildə, 106 yaşında öldüyünü bildirirdilər.  
A.O.Kərimlinin diqqətimizi çəkən məqaləsində isə onun 
vəfat tarixi kimi 1880 rəqəmi göstərilir. Amma dediyim 
kimi, A.Kərimli 1880 rəqəmi üçün heç bir dəlil-sübuta söy-
kənmədən, yalnız aşığın 105 il ömür sürməsi haqqındakı 
mülahizələrdən çıxış edərək bu rəqəmi irəli sürür. Əgər 
vəfat tarixi olaraq 1880 rəqəmini qəbul etsək belə, deməli 
Ağ Aşıq 90 yaşına çatmadan haqqın rəhmətinə qovuşub və 
böyük xələfl əri kimi o da 100 yaşına çatmadan bu fani dün-
yanı tərk edib.
Beləliklə, haraya üz tuturuqsa, bizi cəmi-cümlətanı 200 
il, ondan da az zamanın ayırdığı  ədəbiyyat tariximizdəki 
bilgilərin bərbad olduğunun şahidi oluruq. Təbii olaraq belə 
bir sual meydana çıxır: Bizi Ələsgərin doğuluşundan cəmi 


245
Haqq-nahaqq seçilər Haqq divanında
165 il ayırdığı halda bu qədər təhrifl ərə yol verilirsə, 500 il 
əvvəl yaşadığı iddia edilən Miskin Abdal və başqa şəxslər 
haqqına əminliklə necə doğum və ölüm tarixi yazmaq olar  
və biz bu tarixlərə necə inana bilərik?
Təəssüfl ə qeyd etməliyəm ki, folklor araşdırması ilə 
məşğul olan adlı-sanlı alimlərimiz bu folklorun, dastan 
yaradıcılığının təsiri altında vəcdə gələrək, ciddi müna-
sibət tələb edən elmimizi dastanlaşdırıblar. Professor 
adını daşıyan almlərimiz, dastan danışan aşıqlar kimi 
ciddi dəlil-sübuta söykənmədən çox əminliklə doğum və 
ölüm rəqəmləri yazır, hətta “dəqiqləşdirmələr” apara-
raq bu rəqəmləri bir qədər ya kiçildir, ya böyüdür, “bu 
tapıntılarını” ciddi “elmi kəşf” kimi elmi ictimaiyyətə 
sırıyır və bundan həzz alırlar. Çox təəssüf...
Çox təəssüf ki, Ağ Aşıq-Aşıq Allahverdinin irsi də top-
lanmamış və əksəriyyəti itib-batmış, çox güman ki, başqa 
aşıqların adına çıxılmışdır.  “Vikimənbə” deyilən internet 
portalından ona aid edilən bir qoşmanı tapdım:
“Dedim, könül, bacar yaxşılıq eylə,
Həmişə əlində ixtiyar olmaz.
Çox da bel bağlama dünya malına,
Nə mala, nə mülkə etibar olmaz.
Yaxşı olar mərd igidin təməli,
Namərd tutmaz heç kəsə imdad əli.
Hər qul Qəmbər olmaz, hər ağa Əli,
Hər qılınc kəsməklə Zülfüqar olmaz.
Ey nazənin, sən geydiyin nə aldır?
Yenə başındakı hansı xayaldır?
Birisi büdrəsə, qolundan qaldır,
Hər zaman dost dosta səbəbkar olmaz.


246
Nazir Əhmədli
Aşıq oldun, hər ağrıya dözəsən,
Sinən üstə odlu közlər əzəsən.
Gündoğanla Günbatanı gəzəsən,
Allahverdi kimi xiridar olmaz”.
Ağ Aşığın sonrakı taleyini izləmək cəhdimiz maraqlı 
məsələlərə  gətirib çıxartdı. Bu məqsədlə müraciət edəcə-
yimiz sənəd sözsüz ki, aşığın 1831-ci ildə siyahıya alındı-
ğı Aşağı Keyti kəndinin 1842-ci ildəki kameral siyahısı-
na baxmaq idi. Heç gözləmədiyim halda, məlum oldu ki
1831-ci ildə Aşağı Keyti kəndində yaşayan milli kürdlə-
ri artıq buranı tərk edərək müxtəlif yerlərə səpələnib-
lər və indi həmin kənddə əksəriyyəti 1831-ci ildə Ellicə 
kəndində yaşayan qarapapaq türkləri, qarapapaqların 
bosçalı tayfasına mənsub adamlar məskunlaşıb, hətta kən-
din adını da dəyişdirib  Hüseynquluağalı kəndi qoyublar
Göründüyü kimi, bu kəndin də Aşağı Keyti kimi 2 adı var. 
Aşağı Keyti kəndinin ikinci adı “Salman kəndi” idi, həmin 
ad kəndin kəndxudası Salmanın adından götürülmüşdü, bu-
radakı ikinci ad isə Ellicə kəndinin kəndxudası Hüseynqulu 
ağanın adından götürülüb.
Ağkilsə kəndinin 1842-ci ilə aid arxiv sənədlərini ax-
tararkən,  Şərur nahiyəsinə daxil olan Ağkilsə adlı  kənd 
tapdım və xeyli sevindim, amma sevincim uzun sürmədi: 
burada siyahıya düşən 4 ailənin Göyçənin Gözəldərə kən-
dindən gəldiyi yazılmışdı. Amma dəqiqləşdirmə apardıqda 
məlum oldu ki, 1831-ci ildə Başkənddə olduğu kimi Gözəl-
dərə kəndində də ermənilər yaşayırdı və deməli bu ailələr 
də Gözəldərədən gəlməmişdi. Məsələni aydınlaşdıra bil-
dim-sən demə, həmin ailələrin 4-ü də 1831-ci ildə Aşağı 
Keyti kəndində yaşayırmşlar. Amma Ağ Aşıq, Aşıq Allah-
verdi onların arasında yox idi. Həmin ailələr bunlardır:


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə