Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə62/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

239
Haqq-nahaqq seçilər Haqq divanında
cək mübahisə şeirin müəllifl iyi haqqında ola bilər. Bu şeir 
doğrudanmı Ağ Aşığa aiddir?
Q.Zimistanoğlu tərtib etdiyi “Aşıq Alı.  Əsərləri”. 
(Bakı,2013)  kitabına yazdığı ön sözdə Aşıq Alının ustadı 
Ağ Aşığa həsr etdiyi belə dir şeirini vermişdir:
“Köçübdü sultanım, sərdarım, xanım,
Qəlbim qəm evində pərişan oldu. 
Aparıb özüylə dinim, imanım,
Sədrim qəm oxuna bir nişan oldu.
Mədinə dərs verdi, Kərbəla şöhrət,
Dərsi dərs içində sanılı ibrət.
Təbibi kar oldu, sağaldı min dərd,
Yurd saldı, sənəti bir gülşən oldu.
Yerdən, göydən, Nuh nəbidən xəbərdar,
İzah eylər, cümlə neçə elm var.
Baş vurar dəryaya, gövhəri arar,
Neçə-neçə dildə danışan oldu.
Zəburdan, Tövratdan, Qurandan dərsi,
Eşq əhlini heyran qoydu həvəsi.
Əlindəydi  fəzlin bəndi bərəsi
Alimlə, Xotkarla yarışan oldu.
Itirdim ümmanı, yoxdu damlası,
Tükənməz, ölüncə tutaram yası.
Sazımda qəmləndi hicran havası,
Tale təqdirində pərişan oldu.
Köç etdi sərində külli xəzinə,
Ünvansızdı, necə düşüm izinə?


240
Nazir Əhmədli
Qiymət versə üləmalar sözünə,
Nəğmələr içində zərnişan oldu.
Qərib kimsənəydi, vətəni Sulduz,
Zülmət dünyasında şöləli ulduz.
Namərd qurğusuyla yaşadı yalqız,
Cismimə od saldı, alışan oldu.
Sanaram zülmətdə bir dağ aşığı,
Verdi kəlamıma yar-yaraşığı.
Alı, giryan yad et, sən Ağ Aşığı,
Kədərin hicranla barışan oldu”.
Əslində  bu şeirdə Aşıq Alı ustadının demək olar ki, 
tərcümeyi-halını yaratmışdır.  Şeirdən məlum olur ki,  Ağ 
Aşıq Mədinə və Kərbəla şəhərlərində dərin təhsil almış, 
bir neçə dili mükəmməl bilmiş, o vaxtın bütün elmlərinə 
yiyələnmişdir. Burada onun İranın Sulduz mahalından oldu-
ğu, “namərd qurğusuyla” yurdundan didərgin düşərək 
yalqız yaşamasından da bəhs edilir. Amma onun vaxtsız 
itirdiyi oğlu barədə heç nə deyilmir və buradan da Ağ Aşığa 
aid edilən “İtirmişəm İsmayıltək bala mən” misralarının 
ona aid olduğu öz təsdiqini tapmır. Əgər onun İsmayıl adın-
da cavan oğlu ölsəydi, Aşıq Alı onun bu müsibətini mütləq 
həmin şeirdə qeyd edərdi. Biz Aşıq Alının yaratdığı bu hə-
yat hekayəsinə əslində kiçik əlavələr artırmaqla bu tərcü-
meyi-halı tamamlamaq istəyirik. Bunun üçün Ağ Aşıın adı 
qeyd olunmuş ilk rəsmi  sənədə baxaq:


241
Haqq-nahaqq seçilər Haqq divanında
“GÖYÇƏ MAHALININ KAMERAL TƏSVİRİ.
1831-Cİ İL.
№40.AŞAĞI KEYTİ  KƏNDİ (BAŞQA ADI 
SALMAN KƏNDİDİR).
Milli tayfası
Aşağı Keyti kəndi Zod kəndinin cənub tərəfi ndə yer-
ləşir. 150 xalvara yaxın suvarılan torpaqları, 10 xalvar 
biçənəkləri var, Keyti çayının suyundan istifadə edirlər.
Kənddə dövlətə məxsus 3 yararsız dəyirman, sakinlərə 
məxsus 1 camış, 62 öküz, 111 inək, 117 dana və buzov
1.254 qoyun və keçi, 97 at var.
1.Kəndxuda  Şahhüseyn Barxudar oğlu 60 y(onun ar-
vadı və qızı); iki oğlu var: Alı 25 y; Həsənalı 20 y; qardaşı 
oğlu Məmmədvəli 26 y (onun anası).
2.Məhəmməd Barxudar oğlu 50 y (onun arvadı və üç 
qızı); üç oğlu var: Babış 20 y; Həsən 8 y; Hüseyn 4 y.
3.Məhəmməd Məmməd oğlu 30 y (onun arvadı).
4.Nəsir Məhəmməd oğlu 40 y (onun arvadı və anası); 
iki oğlu var: İmamverdi 4 y; Xudaverdi 2 y.
5.İbrahim Hüseyn oğlu 45 y (onun arvadı və iki qızı); 
iki oğlu var: Hüseyn 16 y; İsmayıl 10 y.
6.Həsən Şahnəzər oğlu 45 y (onun arvadı və iki qızı); 
dörd oğlu var: Həsənalı 10 y; Bayraməli 8 y; İmaməli 6 y; 
Hüseynalı 3 y.
7.Şahməmməd Qara oğlu 35 y (onun arvadı və üç qızı);
8.İbrahim Allahverdi oğlu 30 y(onun arvadı); iki qarda-
şı var: Məmməd 25 y; Mirzə 18 y.
9.Bayram Qara oğlu 35 y (onun arvadı və qızı).
10.Molla Əli Süleyman oğlu 40 y (onun arvadı və qızı); 
oğlu Şaban 4 y.
11.Əlixan Qara oğlu 40 y (onun arvadı).
12.Məhəmməd Qara oğlu 60 y (onun arvadı və qızı).


242
Nazir Əhmədli
13.Seyid Ağa Seyid Zaman oğlu 45 y (onun arvadı, iki 
qızı, anası və bacısı); dörd oğlu var: Seyid Zaman 12 y; Se-
yid Əli 10 y; Seyid Həsən 6 y; Seyid Hüseyn 4 y.
14.Hüseynalı Həsən oğlu 30 y (onun arvadı və qızı); iki 
oğlu var: Qurban 10 y; Şükürəli 8 y.
15.Hüseyn Bayram oğlu 50 y(onun arvadı); iki oğlu 
var: Bayraməli 12 y; Həsənalı 10 y.
16.Aşıq Allahverdi Osman oğlu 40 y (onun arvadı və 
iki qızı); oğlu Məhərrəm 10 y.
17.Süleyman Kəlbəli oğlu 10 y (onun anası və bacısı); 
qardaşı Şahgəldi 7 y.
18.Şahbəndə kəndxuda Süleyman oğlu 50 y (onun ar-
vadı və qızı); dörd oğlu var: Süleyman 20 y; Salman 12 y; 
Qədim 8 y; Kərim 4 y; qardaşı Hüseyn 45 y (onun arvadı, 
dörd qızı və dörd oğlu : Məmməd 12 y; Qərib 8 y; Rüstəm 
3 y; Hacı 1 y).
19.Kərbəlayi Cəfər Barxudar oğlu 45 y(onun arvadı, 
qızı və anası); iki oğlu var: Qafar 8 y; Məhəmməd 5 y; iki 
qardaşı var: Barxudar 20 y; Səfər 17 y.
20.Abdulla ağa Mansır Yüzbaşı oğlu 16 y (onun anası 
və üç bacısı).
21.Aman Şahnəzər oğlu 25 y (onun arvadı və anası).
22. Nəcəf Həsən oğlu 35 y (onun arvadı, anası və qızı); 
dörd oğlu var: Qurban 12 y; Məmmədalı 10 y; Xudaverdi 
8 y; Həsən 8 y.
23.Məmmədhəsən Usub oğlu 45 y (onun arvadı və iki 
qızı); iki oğlu var: Cəlal 12 y; Camal 1 y.
24.Kəndxuda Salman, Yusif kəndxuda oğlu 25 y (onun 
arvadı və qızı); üç qardaşı var: Savalan 20 y (onun arvadı); 
Qəmbər 12 y; Qasım 10 y.
25.Həsənalı Məmməd oğlu 50 y(onun arvadı); oğlu Şah-
məmməd 25 y(onun arvadı və qızı); oğlu Məmməd 10 y.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə