Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   64   65   66   67   68   69   70   71   72

270
Nazir Əhmədli
nu yaradan səma cismi Aydır. Onun da Yer ətrafında hansı 
sürətlə fırlandığını hesablayaq. 
Ayın Yer ətrafında tam bir dövrə vurmasına sərf olunan 
zamanı insanlar qədim zamanlardan “1 ay” kimi hesabla-
yıblar və  ərəblər də Ayın yer ətrafında 12 dəfə tam dövr 
etməsini indinin özündə də 1 il sayırlar.
Yuxarıda qeyd etdik ki, Yerin Günəş ətrafında tam bir 
dövr etməsinə  sərf olunan zamana insanlar ən qədim za-
manlardan “il”, Ayın Yer ətrafında tam 1 dövrə vurmasına 
isə “ay” deyiblər.
Ayın Yer ətrafındakı hərəkət sürətini hesablamaq üçün 
Ayın Yer ətrafında tam 1 dövrə vurarkən qət etdiyi məsafəni 
ayın günlərinə və günün saatlarına bölməliyik. Bu hesab-
lamanı aparmaq üçün Yerdən Aya qədər olan  məsafənin 
384.403 km olduğunu nəzərə alsaq, bu rəqəm 384.000 x2x 
3,14= 2.414. 050 km-dir. Müasir astronomlar sübut edir ki
Ayın Yer ətrafında tam bir dövrə vurması 27,3 günə başa 
gəlir. Bu rəqəmi 24-ə vurmalıyıq: 24x27,3=655 saat. Yəni 
Ayın Yer ətrafında tam bir dövrə vurması 655 saata başa 
gəlir və bu vaxt ərzində Ay 2.414.050 km məsafə qət edir. 
Beləliklə, Ayın sürəti 2.414.050:655= 3.685km/saat-dır. 
Göründüyü kimi, bu rəqəm Yerin Günəş ətrafındakı sürətin-
dən (107.000 km/saat) 29 dəfə azdır. Amma bununla belə, 
bu sürət dəqiqədə təxminən 61 km, saniyədə 1,02 km-dir.
Ayın cazibə qüvvəsi də Yerinkindən 6 dəfə azdır. Bu o 
deməkdir ki, çəkisi 90 kq olan adamı Ayda tərəziyə çıxart-
san, cəmi 15 kilo gələcək!
Ayın və Yerin fırlanma sürətlərini müqayisə etdikdə bu 
nəticəni çıxara bilərik ki, səma cisminin kütləsi artdıqca, 
hərəkət sürəti də artır. Yəqin ki, Ay və Yer kimi Günəş də ət-
rafındakı planetlərlə birlikdə özündən böyük başqa bir səma 
cisminin ətrafında fırlanır. Kütləsi Yerin kütləsindən 333.000 
dəfə artıq olan Günəşin sürəti Yer üçün mövcud olan 30 km/


271
Haqq-nahaqq seçilər Haqq divanında
saniyə sürətindən daha böyük olacaqdır. Və həmin səma cis-
mi bu sürətdən daha böyük sürətlə başqa bir səma cisminin 
ətrafına fırlanır! Bu mülahizəni sonsuzluğa qədər davam 
etdirə bildiyimizdən, həmin sürətin və səma cismlərinin də 
sonsuzluğa qədər böyüyəcəyini düşünməliyik. 
Astronomların on minlərlə  işıq ili məsafəsində  kəşf 
etdikləri səma cisimləri bütövlükdə Qalaktikanı, müxtəlif 
Qalaktikalar isə Metaqalaktikanı yaradır. 
Bizim daxil olduğumuz Qalaktikanın(türklər ona Sa-
manyolu deyir) diametri 100 min işıq ilinə bərabər sayılır. 
Hesab olunur ki, Qalaktika nüvədən və 4 spiralvari qoldan 
ibarətdir. Günəş sistemi Qalaktikanın mərkəzindən 28.000 
işıq ili məsafədə yerləşir və Qalaktikanın mərkəzinin(nüvə-
sinin) ətrafına fırlanır. Onun bir dəfə bu mərkəz ətrafında 
dövr etməsi 230 milyon ilə başa gəlir. Bəs sürəti? Saniyədə 
217 km!
1 işıq ilinə  bərabər olan məsafənin hansı  kəmiyyətə 
bərabər olduğunu hesablayaq: məlum olduğu kimi, işıq sa-
niyədə 300.000 km məsafə qət edir. Bir saatda 3600 saniyə, 
bir ildə 8.766 saat olduğunu nəzərə alaraq bu kəmiyyətləri 
bir-birinə vurduqda 30 min milyard km məsafə alınır!! İndi 
həmin rəqəmi 28.000-ə vurmaqla Günəş sisteminin Qalak-
tikanın mərkəzindən hansı  məsafədə yerləşdiyini, alınmış 
rəqəmi isə 2-yə və 3,14-ə vurmaqla Günəş sisteminin Qa-
laktikanın mərkəzi ətrafında 230 milyon ilə qət etdiyi mə-
safəni hesablayın! Doğrudan da yorucu və darıxdırıcı məş-
ğuliyyətdir! Üstəlik, nəzərə alın ki, Metaqalaktikaya bizim 
Qalaktikamız, Samanyolu kimi saysız sayda qalaktikalar 
daxildir və  hər bir qalaktika hansısa mərkəzin  ətrafında 
hansısa sürətlə hərəkət edir! Aydındır ki, həmin sürət Günəş 
sisteminin hərəkət sürətindən müqayisəolunmaz dərəcədə 
böyük olacaqdır. Bu qayda ilə davam etsək(axı Kainat son-
suzdur!!) sürətin hansı həddə qədər böyüyəcəyi məlum de-


272
Nazir Əhmədli
yil. Və aydındır ki, həmin sürət elə bir həddə gəlib çatacaq-
dır ki, artıq işıq sürətini keçməlidir. Amma elm qəbul edib 
ki, işıq sürətindən böyük sürət ola bilməz, çünki, cismin 
sürəti işıq sürətinə yaxınlaşdıqca onun kütləsi sonsuzluğa 
qədər artır və sürət ləngiməyə başlayır.(Bu nəticə XX əsrin 
dahi alimi Eynşteynin E=mc2 düsturundan alınır. Burada 
E-enerji, m-cismin kütləsi, c-işıq sürətidir). 
Fizikadakı bu çıxılmazlığı necə izah etməli, çıxış yo-
lunu harada axtarmalı? Bunu mən də bilmirəm! Bu sahə 
fi ziklərin və astronomların işidir.
Yaxşı olar ki, Kainatın sonsuzluğu səbəbindən insanın 
əsəblərinə pis təsir edən bu astronomik əyləncəyə ayırdığı-
mız söhbəti yekunlaşdırıb öz  mövzumuza qayıdaq, daha 
sadə məsələlərlə məşğul olaq. 
Amma qədim insanların bir zamanlar sitayiş obyekti 
olan Ay haqqında əlavə etməliyəm ki, 1969-cu il iyulun 21-
də ilk dəfə oraya insan ayağı dəymişdir. Bu insanlar ameri-
kalı astronavtlar Armstronq və Oldrin idi. ABŞ dövləti Aya 
insan göndərilməsini sonralar da davam etdirmişdir. Axı-
rıncı dəfə bu səyahət 45 il əvvəl, 1972-ci ilin 11 dekabrın-
da baş vermişdir. Ayda cəmi 12 ABŞ astronavtı olmuş və 
oradan 380 kq Ay süxuru gətirmişlər. Maraqlananlar üçün 
deyim ki, Ay süxurlarının tərkibindəki elementlər Yer kürə-
sindəki elementlərin eynidir.
Başqa bir ölkə Aya insan göndərməyib.
Hazırda bəşəriyyət Günəşin dördüncü planeti Mar-
sa-antik dünyada Müharibə Allahı hesab olunan planetə 
insan göndərməyə hazırlaşır.Şərqlilər ona Mərrix ulduzu 
deyir və onlar da bu qırmızı planeti müharibələrin səbəb-
karı sayırlar.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə