Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   64   65   66   67   68   69   70   71   72

267
Haqq-nahaqq seçilər Haqq divanında
Aşıq Musa 1912-ci ildə Ağkilsə kəndində vəfat etmiş 
və  kəndin  şərqindəki qəbiristanlıqda dəfn olunmuşdur” 
(səh.41).
Beləliklə, cəmi iki müəllifdən gətirdiyim sitatlarda Aşıq 
Musanın doğum tarixi (və yeri) ilə bağlı xeyli fərqli variantlara 
rast gəlirik. Ağkilsə kəndinə aid ilk təqdim etdiyimiz 1873-cü 
ilin kameral siyahısında bu sualların hamısının cavabı vardır. 
Kənddəki 24 nömrəli ailə Aşıq Musanın ailəsidir:
24.--Səfər Mustafa oğlu 70 y(Qazax qəzasının Tatlı 
kəndindən buraya köçüb); iki oğlu var: Kərim 30 y(onun 
oğlanları: Rəhim 4 y; Şərif 2 y; Namaz 1 y). Musa 20 y.
Siyahıdan görünür ki, aşığın nəvəsi Musa Süleymano-
vun söylədiklərində müəyyən həqiqət var. Bu ailə doğrudan 
da Qazax mahalının Tatlı  kəndindən gəlib, amma Səfərin 
üç deyil, iki oğlu var, adı çəkilən Rəhim Səfərin oğlu de-
yil, nəvəsidir, yəni böyük oğlu Kərimin oğludur və 1873-cü 
ildə 4 yaşı vardı. Musa Süleymanov Səfərin böyük oğlunun 
da adını səhv deyib, onun adı Kərəm deyil, Kərimdir. Ola 
bilsin ki, tədqiqatçılar onu dəyişik yazıblar. Həm də qardaş-
ların doğulma ardıcıllığı Musa Süleymanovun dediyi kimi 
deyil, Musa kiçik qardaşdır.
1873-cü ildə 20 yaşında göstərilən Musa beləliklə, aydın 
olur ki, 1853-cü ildə anadan olub və İ.Ələsgər onu 23 il, pro-
fessor S.Paşayev isə 33 l(!) böyüdüb və adını göstərmədiyi ya-
lançı şahidlərdən özünə dayaq yaratmağı da unutmayıb.
Yumşaq desək, aşığın qızı, Musa Süleymanovun anası 
Qaratel də həm aşığın 93 il yaşamasında, həm də oxuyan-
da səsinin qonşu Zod və Zarzebil kəndlərində eşidildiyini 
deyəndə xeyli şişirtməyə yol verib. 
Açığını deyim ki, bu yazılarda hər addımbaşı  şişirt-
mələrə rast gəldiyimə görə, Aşıq Musanın heç olmasa, 
ölüm tarixinin miladi tarixə düzgün çevrilib-çevrilmədiyini  
yoxlamaq qərarına gəldim.


Astronomiyaya qısa səyahət
Əvvəlcədən deyim ki, həmin hesablamanı apararkən, 
oxucuları bir qədər  əyləndirmək üçün onları astronomiya 
ilə bağlı bəzi  rəqəmlərlə tanış edib bu mübahisəli tarix və 
ədəbiyyat məsələlərindən ayırmaq qərarına gəldim.
Məlum olduğu kimi, Yer kürəsi Günəşin ətrafında fırla-
nır və onun Günəş ətrafında bir dövr etməsinə sərf olunan 
vaxta “il” deyilir, başqa sözlə, Yer kürəsi 1 il ərzində Günəş 
ətrafında tam bir dövrə vurur.
Yer kürəsi həmin 1 il ərzində nə qədər yol gedir və han-
sı sürətlə gedir, yəni Günəşin ətrafında dövr edir? Bunu he-
sablamaq elə də çətin iş deyil.
Astronomlar hesablayıb ki, sürəti saniyədə 300 min km 
olan işıq Günəşdən Yer kürəsinə təxminən 8 dəqiqəyə ça-
tır. Yerdən Günəşə qədər olan məsafə 150 milyon kilometr 
olduğuna görə, çevrənin C=Pd (P-3,14-ə bərabər olan kə-
miyyət, d-isə çevrənin diametridir, yəni radiusun 2 mislinə 
bərabərdir. Radius isə bizim misalımızda Yerdən Günəşə 
qədər olan məsafədir) düsturundan istifadə etməklə onu he-
sablaya bilərik. Beləliklə, Yer kürəsinin 1 il ərzində getdiyi 
yolu hesablamaq üçün 150 milyon km-i həm 2-yə, həm də 
3,14-ə vurmalıyıq. Bu rəqəm 942 mln. km edir. Yəni Yer 
planeti 1 ildə bu qədər yol qət edir.
İndi Yerin hərəkət sürətini hesablayaq. Məlum olduğu 
kimi 1 astronomik il 365 gün 6 saata bərabərdir (həmin 6 sa-
atı 3 il boyunca nəzərə almırıq, bu 6 saatlar toplanaraq  4-cü 
il 24 saat edəndə 1 günə bərabər olur və biz həmin il fev-
ral ayını 29 gün hesablayırıq). Bir günün 24 saat olduğunu 
nəzərə alsaq, 1 il=365x24+6=8.766 saat. Beləliklə, tapdıq 


269
Haqq-nahaqq seçilər Haqq divanında
ki, Yer kürəsi 1 ildə, yəni 8.766 saat ərzində 942 mln. km yol 
gedir. İndi onun sürətini hesablayaq. Bunun üçün 942 mil-
yon km-i  8.766 saata bölərək tapırıq ki, Yerin saatda sürəti 
942.000.000:8.766=107.460 km-dir(!!). Təsəvvür edirsiniz-
mi, Yer kürəsinin saatda sürəti 107 min km-dən də çoxdur! 
Halbuki, magistral yolda 110 km/saat sürətini aşan kimi in-
safsız radarlar sizi qeyd edir və cərimə ödəməli olursunuz!
Yuxarıdakı  rəqəmi 60-ə bölsək, tapırıq ki, Yer kürəsi 
1 dəqiqədə (107.460:60=1.791) 1.791 km, 1 saniyədə isə 
(1.791:60=29,85) təxminən 30 km yol gedir!
Təsəvvür edirsinizmi, üzərində yaşadığımız, yaratdığı-
mız, sənətdən zövq aldığımız Yer kürəsi saniyədə 30 km 
sürətlə hərəkət edir, biz isə bunu hiss etmədən öz işimizlə 
məşğul olur, həyat hadisələrindən zövq alaraq yaşayır, se-
vinir, kədərlənir, mübahisə edir, rəqs edir, nəğmə oxuyur, 
müharibələr aparır, kütləvi qırğın silahları hazırlayaraq öz 
sonumuzu yaxınlaşdırırıq!
Amma Yer kürəsi təkcə Günəşin deyil, həm də öz oxu 
ətrafında fırlanır və axşam-səhər, alatoranlıq, günortanın 
qızmarı, axşamın sərinliyi, gecə və gündüz bu fırlanmanın 
nəticəsində yaranır! Bəs Yer öz oxu ətrafında hansı sürət-
lə fırlanır? Bunun üçün bəzi rəqəmlərdən istifadə etməklə 
bunu asanlıqla hesablamaq olar! Birincisi odur ki, Yerin öz 
oxu ətrafında tam bir dövrə etməsi 1 gündür və insanlar onu 
24 saata ayırıblar. İkincisi, Yerin  24 saat ərzində fırlanma 
nəticəsində qət etdiyi məsafə Yerin ekvatoru qədərdir, yəni 
40 min kilometrdir. Beləliklə, 40 min km-i 24-ə bölməklə 
tapırıq ki, bu fırlanmanın sürəti (40.000:24==1.667) 1.667 
km/saatdır. 1 dəqiqə üçün bu sürət təxminən 28 km, 1 sa-
niyədə isə 463 metrdir. Yer öz oxu ətrafında  saniyədə 463 
metr, Günəş ətrafında isə 30 km sürətlə fırlanır!
Bir halda ki, bu söhbəti başladıq, onu tamamlamalıyıq. 
Bu da Yerin peyki olan və zaman etibarilə “ay” məfhumu-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə