Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə68/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   64   65   66   67   68   69   70   71   72

263
Haqq-nahaqq seçilər Haqq divanında
1873-cü və 1886-cı illərin kameral siyahılarında  axtarmaq 
sonrakı tədqiqatların mövzusu ola bilər. Əldə etdiyimiz ən 
qiymətli nəticə isə onun doğum tarixinin və doğulduğu kən-
din müəyyənləşdirilməsi oldu. Onun sonralar Daşkənddə 
yaşadığını və orada ölməyini isə istisna etmirəm.
Şair Məmmədhüseyn haqqındakı qeydlərimi burada bitir-
mək istəsəm də, onun parlaq yaradıcılığından aşağıdakı iki di-
vanini kitaba daxil etməkdən özümü saxlaya bilmədim(şeirlər 
tərtibçisi prof. Q.Namazov olan “El çələngi(Xalq şeirindən 
seçmələr)” Bakı, 2004, kitabından götürülmüşdür):
NEYLƏRƏM?
Ey cananım, səndən ayrı
Mən bu canı neylərəm?
Malü-mülkü, tacü-taxtı,
Süleymanı neylərəm?
Mən öləndə sən olarsan
Başım üstə ağlayan,
Şeyda bulbul fəğan eylər,
Gülüstanı neylərəm?
Bir vəfalı həmdəm ilə
Ülfət qıl,ilqar elə.
Dedim, könül, dost kuyinə
Sən də bir güzar elə.
Əl götürmə damənindən,
Can ona nisar elə.
Yar özü ziba gərəkdi,
Mən zibanı neylərəm?
Məmmədsöyün, qətlin üçün 
Məclisə sağın gəlir.
Qaşları yay, kipriyi ox,
Gözləri yağın gəlir.


264
Nazir Əhmədli
Bu gün ömür başa yetdi,
Ayrılıq çağın gəlir.
Bir beş arşın ağ lazımdır,
Badilanı neylərəm?
OLMASA
Bəzirganlar yük bağlamaz,
Gər xiridar olmasa.
Naməşhur qalmaz dünyada,
Zatında zar olmasa.
Səng ilə xanə yapasan 
Bir biyaban səhrada,
Tapasan qəfl ət yuxusu,
Əgər şahmar olmasa.
İki mələk müqərrərdi,
Baxıb əməlin yaza.
Onlar əməlinə baxıb,
Sənə verərlər cəza.
O günündə nə eyləsin
Şahi-Mərdan, Mürtəza?
Məşhərə getmək çətindi
Əldə tutar olmasa.
Məmmədsöyün ölmək ilə
Bu dünya xali olmaz.
Dərdin demə dərdbilməzə,
Dərdinə hali olmaz.
Bu vergi haqq vergisidi, 
Kimsəyə qalı olmaz.
Cəhd eyləmək bica şeydi,
Bəxtin bidar olmasa.


Göyçəli Aşıq Musa
Professor Sədnik Paşayevin “XIX əsr Azərbaycan aşıq 
yaradıcılığı” (Bakı, 1990) kitabında Göyçəli Aşıq Musa 
haqqında geniş və maraqlı məlumat verilb. Ondan uzun bir 
sitat gətirmək məcburiyyətindəyəm: “Göyçə aşıq mühitin-
də ərsəyə çatmış istedadlı, tanınmış sənətkarlardan biri də 
Aşıq Musadır. Bəzi kitablarda, araşdırmalarda onun doğul-
duğu kənd və dövr haqqında dolaşıq, bir-birinə zidd olan 
məlumatlar verilmişdir.
Folklorçulardan H.Əlizadə “Aşıqlar” kitabında (1935) 
Aşıq Musanın Göyçə mahalının Daşkənd kəndindən olduğu-
nu və təxminən 1849-cu illərdə 45 yaşında ikən vəfat etdiyini
Ə.Axundov isə “Telli saz ustadları” kitabında(1964) aşıq-şa-
irin həmin mahalın Qaraqoyunlu kəndində dünyaya göz açdı-
ğını və XIX əsrin lap əvvəllərində 50 yaşında ikən öldüyünü 
göstərirlər. Deməliyik ki, aşıq-şairin olum-ölüm tarixi və yeri 
barədə verilən hər iki məlumat yanlışdır. Aşıq Musanın do-
ğulduğu yer və öldüyü dövr həqiqətə az-çox yaxın məlumat 
“Azərbaycan aşıqları və el şairləri” kitabında (I cild, 1983) 
verilmişdir. Aşıq Musa Ağkilsə kəndindəndir. Şifahi məlumat-
lara görə, XX əsrin əvvəllərində vəfat etmişdir.
...Aşıq Musanın doğma kəndi Ağkilsə qəbristanlığındakı 
məzar daşı qiymətli bir maddeyi-tarixdir. Başdaşına Aşıq Mu-
sanın hicri tarixində 1331-ci ildə vəfat etdiyi qeyd olunmuşdur. 
Beləliklə, aydın olur ki, Aşıq Musa miladi tarixlə 1912-ci ildə 
vəfat etmişdir. Təxminən qızılvənkli Aşıq Alıdan 4 il sonra, 
Ələsgərdən isə on üç il qabaq dünyadan köçmüşdür. 
Aşıq Musanın qız nəvəsi Musa Süleymanov uzun illər-
dir ki, bu istedadlı sənətkarın tərcümeyi-halı, həyat macə-


266
Nazir Əhmədli
raları ilə əlaqədar məlumatları toplamaqla, şeirlərini yığıb 
üzə çıxarmaqla məşğuldur. Süleymanov qeyd edir ki, Aşıq 
Musanın babası Mustafa Qazax rayonunun Tatlı kəndindən 
Göyçəyə köçmüşdür. Göyçəyə təzə gələn vaxtı Mustafanın 
oğlanları-Cəfər və Səfər çox körpə olublar. Səfər böyüyüb 
evlənir, onun üç oğlu olur: Musa, Kərəm, Rəhim. Musa öz 
qardaşlarından uca, yaraşıqlı görkəmə, boy-buxuna malik 
olması, məlahətli səsi və gözəl saz çalması ilə seçilirmiş.
...M.Süleymanova görə, Aşıq Musa əvvəlcə Türkiyənin 
Qaraxan mahalının şair qızı Mələknisə ilə evlənir, onların 
İmamqulu adlı bir oğlu olur. O, cavan ölür, Musa Zər kənd-
dən Qızbəslə evlənir və ondan 6 oğlu, 1 qızı olur. Oğlanları 
Əli, Vəli, Əliqulu, Həsən,Məhəmməd, Hüseyn, qızının adı 
Qaratel olur. Musa Süleymanov aşıq-şairin qızı Qaratelin 
oğludur. Musa Süleymanovun dediyinə görə, 1951-ci ildə 
vəfat edən Qaratel deyirmiş ki, atası Aşıq Musa Ağkilsə 
kəndində oxuyanda səsi qonşu Zod və Zər kəndlərində eşi-
dilərmiş. O, 93 yaşına qədər oxumağından qalmamış, 1912-
ci ildə 92-93 yaşlarında vəfat etmişdir. Beləliklə, onun 
1819-1820-ci illlərdə anadan olduğunu söyləyə bilərik. Elə 
aşıqlar da, həmyerliləri də, Aşıq Musanın  Ələsgərdən bir 
neçə yaş böyük olduğunu deyirlər”(səh.50-52). 
Professorun yazdıqlarına münasibət bildirməzdən  əv-
vəl başqa bir müəllifə-“Sazlı-sözlü Göyçə” (Bakı, 2002) 
kitabına da istinad etmək maraqlı olardı. Kitabın tərtibçisi 
İ.Ələsgər aşığın tərcümeyi-halında yazır: “Aşıq Musa Səfər 
oğlu Göyçə mahalının Ağkilsə kəndində, təxminən 1830-cu 
illərdə anadan olmuşdur. Deyilənlərə görə, onun atası Səfər 
və  əmisi Cəfər XIX əsrin  əvvəllərində Qazax mahalının 
Tatlı  kəndindən köçüb, Göyçənin Zod kəndinə  gəlmişlər. 
Bir qədərdən sonra Səfər Zod kəndinin bəyləri ilə yola get-
məmiş və qonşu Ağkilsə kəndinə köçmüş, ömrünün sonuna 
qədər orada yaşamışdır.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə