Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   64   65   66   67   68   69   70   71   72

259
Haqq-nahaqq seçilər Haqq divanında
İkinci imamımız İmamı Həsən,
Üçüncü imamı xəbər al, deyim.
Kərbəla dəştindən gəlmişdir meyin,
Yezidlər boynuna götürdü yeyin.
Üçüncü imamımız İmam Hüseyn
Dördüncü imamı xəbər al, deyim.
Bahar olcaq dağlar geyər abı don,
Din içində din bəsləmiş Abidin
Dördüncü imamımız Zeynalabidin,
Beşinci imamı xəbər al, deyim.
Adları böyükdür, yolları ağır,
Bir dara düşəndə onları çağır.
Beşinci imamımız Məhəmməd Bağır, 
Altıncı imamı xəbər al, deyim.
Dünyaya gəlmişdi bir belə sadıq,
Dünya malın yığdıq, yığdıq, budadıq.
Altıncı imamımız Cəfəri Sadiq,
Yeddinci imamı xəbər al, deyim.
Quranda oxurlar Əliyyül Əzim,
Dəftər-qələm gətir, dərdimi yazım.
Yeddinci imamımız Museyi Kazım,
Səkkizinci imamı xəbər al, deyim.
Tut orucu, meyl eylə namaza,
Qoyma qala qəza, verərlər cəza.
Səkkizinci imamımız İmam Rza,
Doqquzuncu imamı xəbər al, deyim.


260
Nazir Əhmədli
Səkkizi cənnətdi, səkkiz də bağı,
Dolanıb gəşt eylər onlar bir bağı.
Doqquzuncu imamımız Məhəmməd Tağı,
Onuncu imamı xəbər al, deyim.
Bir neçə hümmətin Əlidir sağı,
Çəkə zülfüqarı, bölə budağı.
Onuncu imamımız Əliyyən Nağı,
On birinci imamı xəbər al, deyim.
Səhər-səhər, dan yelləri, əs bəri,
Münkir olan bəndələri kəs bəri.
On birinci imamımız Həsən Əsğəri,
On ikinci imamı xəbər al, deyim.
Məmmədhüseyn deyər, tamamdı, tamam,
Mömünlər könlünə salıbsan güman.
On ikinci imam Sahib əz-Zaman,
Bu dünyada Quran, axirətdə iman,
Onlardan vacibin xəbər al, deyim.
Müraciət etdiyim “Vikipediya”da  şair Məmmədhü-
seyn haqqındakı məlumatlar belədir:
“Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə 
Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, 
heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbil-
də və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüsey-
nin atası dülgər olsa da, bütün varlığı ilə aşıq sənətinə bağ-
lanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının 
az təsiri olmamışdır.
Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair 
imiş. Daşkənddə yaşayan «Şairlilər» nəsli şairin adı ilə bağ-
lıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhü-


261
Haqq-nahaqq seçilər Haqq divanında
seynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli 
və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs 
Kərbəlanı  oğlu Məhəmmədlə birgə ziyarət etmişdir. De-
yilənə görə ucaboylu, qədd-qamətli, iri gövdəli adam olub. 
Qalın çatma qaşları ona xüsusi yaraşıq verərmiş. Əkinçilik-
lə, maldarlıqla məşğul olub.
Şair Məmmədhüseyn 1880-ci ildə qabaqcadan özünə 
agah olmuş olan ilan çalması nəticəsində doğma Daşkənd 
kəndində vəfat etmiş və orada dəfn olunmuşdur”.
Yuxarıdakı mətndə “Novruzov” soyadı  qeyri-elmi olsa 
da,  şairin atasının və qardaşlarının adının çəkilməsi onun 
kameral siyahılarda axtarılması üçün lazım olan məlumat-
ları daşıması baxımından olduqca əhəmiyyətlidir. Bu məlu-
matda Məmmədhüseynin atasının adının Həsən, Əli adında 
qardaşının olduğu məlum olur. Əlimizdə olan bu bilgilərdən 
yola çıxıb onu Göyçə mahalının 1831-ci ilə aid kameral si-
yahısında axtardıq. Digər böyük aşıqlarımızda olduğu kimi
burada da gözlənilməz nəticələr alındı.  Şair Məmmədhü-
seynin ailəsini Daşkənd kəndində deyil, adı həm də Abul 
kəndi olan Qızılcıq kəndində aşkar etdik:
“Göyçə mahalının kameral təsviri. 1831-ci il.
№6. QIZILCIQ VƏ YA ABUL KƏNDİ.
Qarapapaq tayfası
Göyçə gölünün cənub sahilində Dərəçiçək mahalından 
sonra gələn altıncı kənd. Geniş əraziləri və biçənəkləri var. 
Göyçə gölünün suyundan istifadə edirlər.
Buğda, arpa, darı, kətan və başqa bitkilər əkirlər.
1.Kəndxuda Hüseyn Abul oğlu 40 y(onun arvadı); iki 
oğlu var: Həsən 10 y; Səfər 5 y; qardaşı Musa 25 y.
...
19.Həsən Əli oğlu 50 y (onun arvadı); dörd oğlu var: 
Əli 20 y; Məmmədhüseyn 15 y; Novruz 10 y; Qurban 7 y.


262
Nazir Əhmədli
Əhalisi türklərin qarapapaq tayfasına mənsub olan Qızıl-
cıq kəndində 19 ailə, 68 kişi, 40 qadın, cəmi 108 adam yaşayır.
Kənddə 59 öküz, 61 inək, 60 buzov, 198 qoyun və keçi, 
20 at və 5 ulaq var”.
Sənədin izahına ondan başlayaq ki, kəndin ikinci, Abul 
adı kəndxuda Hüseynin atası Abulun adı ilə bağlıdır.
Bizi maraqlandıran şəxs 19-cu ailədə qeydə alınıb. Görün-
düyü kimi, atasının adı Həsəndir, özündən 5 yaş böyük olan 
qardaşı Əli və hətta ona səhvən soyad kimi düzəltdikləri qarda-
şı Novruz da buradadır. Bizi ən çox maraqlandıran 15 yaşında 
olan Məmmədhüseynin isə indiyə qədər deyildiyi kimi 1800-
cü və ya 1801-ci ildə deyil, 1816-cı ildə doğulduğu aydın olur.
Bütün müəllifl ər  Şair Məmmədhüseyni daşkəndli kimi 
tanıtdıqlarına görə, düşünmək olardı ki, bu ailə sonradan Daş-
kəndə köçmüşdür. Amma Daşkəndin 1842-ci ilə aid kameral 
siyahısında da bu ailəni müəyyən etmək mümkün olmadı. Qı-
zılcıq kəndinin özünə gəlincə, 1842-ci ilin kameral siyahısında 
Hacı Muxan (1831-ci ilin kameral siyahısında boş kəndlərin 
siyahısında  “Hacı Mumuxan” kimi qeydə alınıb) adlı yeni 
məskunlaşdırıldığı yazılan bir kənd var və orada yaşayanların 
Qızlcıq (Abul) kəndindən gəldiyi qeyd olunur:
“№9. HACI MUXAN KƏNDİ
Qarapapaqların bosçalı tayfası. Sakinlər buraya 
Qızılcıq və ya Abul kəndindən gəliblər. İslam dininin şiə 
məzhəbinə mənsub olmaqla köçəri həyat sürürlər”.
1842-ci ilin kameral siyahısında 1831-ci ildə Qızılcıq 
kəndində yaşayanlardan 6 ailəni Hacı Muxan, 2 ailəni Qanlı 
Allahverdi, 1 ailəni isə Sultanəli Qışlağı  kəndlərində aşkar 
etsək də, nə kəndxuda Hüseyn Abul oğlunun, nə də Məm-
mədhüseynin ailəsi 1842-ci ilin kameral siyahısında  Göyçə 
mahalının heç bir kəndində aşkar edilmədi. Məmmədhüsey-
nin ailəsinin Göyçə mahalının sonrakı-1852-ci, 1859-cu, 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə