230
Nazir Əhmədli
2. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasa-
lar da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni onların «... aşıq-
lığı...təkkə mərasimi çevrəsindən kənara çıxmayıbmış».
Lakin Allahverdi «coşub-daşdığından», xalq yığnaqlarına
can atdığından, dindar çərçivəyə sığmadığından təkkədən,
atasından, babasından üz döndərir,- bir sözlə, onların üzünə
ağ olur. Və anadangəlmə saçı-saqqalı, qaşı-kipriyi ağ Al-
lahverdinin xalq arasında Ağ Aşıq adı ilə tanınmasını «bö-
yüyün üzünə ağ olmağı» ilə bağlamaq daha düzgün olardı.
Yeri gəlmişkən deməliyəm ki, Əziz Əhmədovla tanışlıqdan
çox-çox öncə, Ağ Aşığın «ata-babasının üzünə ağ olma-
ğını» mənə dünyalarını dəyişmiş Aşıq Əkbər və Mikayıl
Azafl ı söyləmişdilər) .
3. Atası Qaranın şairliyi yoxuymuş, lakin babası Şeyx
Osmanın söz deməyi var imişsə də, heç bir nümunəsi biz-
lərə gəlib çatmayıb. Hər üçü gözəl təhsil görüblərmiş. Ağ
Aşığın bacısı da saz-söz sənətinin bilicisiymiş və Kosacan-
da gəlin olduğuna baxmayaraq, ölənədək sazı yerə qoyma-
yıb.
4. Ağ Aşığın iki oğlu olub: İsmayıl və Məhərrəm. Hə-
yat yoldaşı Arazın o biri tayından, Telli Cəfərin qızı Süsən-
bər xanım imiş ki, «Süsənbəri» havasını onun adıyla bağla-
yırlar. Məhərrəm lap gənc ikən dünyadan köçür. İsmayılın
(Əziz Əhmədovun anasının babası) oğlunun adını Allah-
verdi qoyurlar. Onun da iki oğlu 1914-cü ildə 13-14 yaş-
larında dünyalarını dəyişirlər. Beləliklə, Allahverdinin qız
nəvələrinin törəmələri 1988-ci ilədək Göyçənin Qanlı və
Kərkibaş kəndlərində, hətta Tifl is şəhərində yaşayırmışlar.
Bacılarının törəmələri isə Bala Məzrə, Sətənəxaç kəndlə-
rində və İrəvanda məskən salıblarmış.
5. Aşıq Allahverdinin Göyçəyə köçməyinin iki səbəbi
olub: 1) atasının ölümündən sonra üzərinə düşən ailə ağırlı-
ğı; 2) Qacarların İranda və Qafqazda tüğyan etməsi.
231
Haqq-nahaqq seçilər Haqq divanında
6. Allahverdiyə Allah vergisi verildiyindən, çalıb-ça-
ğırmağı xəstələri sağaldırmış. Həmin xəbər Şərqi Anadolu
hakimlərindən Sərdar Hüseyn paşaya çatır. Yuxusuzluqdan
əzab çəkən Sərdar Hüseyn paşa əmr edir ki, aşığı, nəyin
bahasına olursa-olsun, tapıb gətirsinlər. Göndərilən silahlı
dəstə onu Şərurda (Şərildə) çox axtarır, sonra Göyçəyə ke-
çib tapır və Ruma aparırlar.
Ağ Aşıq 5 ilə yaxın Rumda qalır. Deyilənlərə görə, ilk
çalıb-çağırmağı ilə Sərdar Hüseyn yuxuya gedibmiş. Yaxın
adamları onu ölmüş bilib, Allahverdini öldürmək istəyirlər,
lakin çağrılan həkim paşanın nəbzini yoxlayıb, yuxuya get-
diyini bildirir. Sərdar Hüseyn 2 gün 2 gecə yatıb oyanır və
həmin andan Ağ Aşığı yanından buraxmır; hara getsə, onu
da özüynən aparırmış.
Günlərin birində Sərdar Hüseyn paşa böyük bir məclis
yığır. Qonaqlar soruşurlar ki, “bu aşığı haradan tapmısan?”
Sərdar Hüseyn deyir: “Mən onu Göyçə mahalından gətirt-
mişəm. Yuxum tamam çəkilmişdi, o isə sağaldıb. İndi 5
ilə yaxındır ki, yanımdadır”. Qonaqlar deyirlər: “Yazıqdır,
onun da ailəsi var. Burax getsin”. Sərdar Hüseyn Allahver-
diyə qızıl yəhər-yüyənli at və çoxlu pul bağışlayıb, yola sa-
lır. Ağ Aşıq Göyçəyə üz tutur. Onun yolda dediyi:
“Durnam, gedər olsan bizim ellərə,
Qatıq söylə, qaymaq söylə, yağ söylə.
Əgər soruşsalar Ağ Aşığın halını,
Boynu armud saplaq, canın sağ söylə”
- bəndi ilə başlanan şeiri bizlərə gəlib çatıb.
7. Əziz Əhmədov Kərkibaşda yaşı 100-ü haqlamış ağ-
saqqalları öz ulu babası haqqında çox-çox sorğu-suala tu-
tub. Onların söylədiyinə görə, “Ağ Aşıq başdan ayağadək
ağ tük rəngində idi. Papağı gözünün üstünə çəkərdi. Tük,
sifət, barmaqlar, - hamısı ağappaq idi. Çuxa, buxara papaq
və İran məsti (“əcəmi çarıq” da deyərdilər o zaman!) geyər-
232
Nazir Əhmədli
di. Geydiyi çuxa həmişə şabalıdı rəngdəydi. Kim olursa-ol-
sun, heç zaman hərcayı-hədyan sözlərə baş qoşmazdı. Çox
ağır dolanan, “şair yolu gözləyən, usta yanında hərəkət
eləyəndi”. Ağzından bircə ağır söz belə qaçırmazdı. Heç
kim və heç nə qarşısında əyilməzdi. Çox zilnən oxuyardı”.
Ağ Aşıq ömrünün son 15 ilini çalıb-oxumazmış, lakin söz
qoşurmuş. Əziz Əhmədovun ata-babası onu beləcə görüb.
8. Yaşadığı illər haqqında əks fi kirlər var. Məsələn,
tanınmış fi loloq-araşdırıcı Mürsəl Həkimov onun ömrünü
1754-1860 arası, Ziyəddin Məhərrəmov isə XVIII yüzil-
liyin sonu-XIX yüzilliyin əvvəli kimi göstərirlər. Mənim
araşdırmama görə, Ağ Aşığın ömrünü 20 il öncəyə çəkiblər
və bu sonuca onun kötükcəsinin verdiyi bilgilər əsasında
gəlmişəm. Həmin bilgilərə üz tutaq:
a) Ağ Aşıq Alını 17 yaşında, özü də Türkiyədən qayıtdıq-
dan sonra şagirdliyə götürüb. Deməli, Aşıq Alının şagirdliyə
başlaması, haradasa, 1818-ci ilə düşür. Digər tərəfdən, Ağ
Aşıq doğma yurd-yuvasına 40-45 yaşlarında qayıdıb. Deməli,
o, haradasa, 1770-1775-ci illərdə dünyaya göz açıb.
b) Əziz Əhmədovun 1977-ci ildə dünyadan köçmüş ata
babası Babaşov Əhməd söyləyirmiş ki, “mən 1870-ci ildə
dünyaya göz açmışam və öz gözümlə Ağ Aşığı görmüşəm.
O, bir sinirli kişiydi, artıq saz çalmırdı. 10 yaşım olanda
həmin kişi rəhmətə getdi”.
c) Nəhayət, əldə olan bilgiyə görə, tanınmış To-
vuz-Şəmşədil ustadı Öysüzlü Səməd 7 il Ağ Aşığa «qulluq»
edibmiş. Əgər Aşıq Səmədin 1918-ci ildə 70, yaxud bir qə-
dər artıq yaşında dünyadan köçdüyünü nəzərə alsaq, onun
şagirdliyinin haradasa 1865-1870-ci illərə düşdüyü aşkar-
lanacaq. Lakin bircə çətinliyimiz ondadır ki, Ağ Aşıq son
10-15 ilini çalıb-çağırmırmış. Bəlkə də, ancaq öyrədirmiş?!
Hər halda Ağ Aşığın 1775-1880-ci illərdə yaşaması
daha ağlabatandır.
Dostları ilə paylaş: |