Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə57/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

221
Haqq-nahaqq seçilər Haqq divanında
və həmin dövr üçün insanların dünyagörüşü haqqında ma-
raqlı məlumatlar verməsidir.
Deyirlər ki, evindən-eşiyindən, doğma kəndindən uzun 
müddət ayrı düşən Aşıq Alı rast gəldiyi gözəl bir təbiət mən-
zərəsindən duyğulanmış və bədahətən bu şeiri demişdir:
Bənzərsən
Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz abı kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
Əyricə, Verst dağı, Xankirt bulağı,
Ağ sürülər Sarıyaldan yuxarı.
Gözəllər seyr edər o oylaqları,
Oylaq, bizim oylaqlara bənzərsən.
Cənnət olur bizim yerin bu çağı,
Ağ lavaşı, kərə yağı, qaymağı.
Qızlar dəstələnib gəzər bulağı,
Çaylaq, bizim çaylaqlara bənzərsən.
Aşıq Alı deyər üç gözəl dərə,
Çiçəkli, Şaqaylı, xoş gözəl dərə.
Əyricə, Verst dağı, Baş Gözəldərə,
Üç dağ, bizim üçdağlara bənzərsən.
Amma Ustad Alı öz parlaq istedadı, gözəl  şeirləri ilə 
bənzərsizdir, təkrarolunmazdır!
Aşıq Alı öz keşməkeşli həyatını aşağıdakı qoşmasında 
belə rəvayət edir:


222
Nazir Əhmədli
SÖZ OLDU
Fələk mənə cövr eylədi dünyada,
Yaxşı günüm yaman gündən az oldu.
Bəydən nəmər aldım, ağadan ənam,
Muxtəsəri, qazandığım bez oldu.
Mən xabi-qəfl ətdə yatıb qalmadım,
Nakəs adamlarla ülfət qılmadım.
Mülkə, vara, zərrə tamah salmadım,
Cox gördum zər-ziba bir gün toz oldu.
Cavanlığım qeybə cıxdı əlimdən,
Həlqə oldu gündən-günə belimdən.
Yaxın, uzaq incimədi dilimdən,
Şükür həqqə, əməllərim düz oldu.
Bir murğ tək leylü-nəhar hey uçdum,
Bilənlərdən bilmədiyim soruşdum.
Müxənnətlə, bimürvətlə vuruşdum,
Nakəslərin dərdi artıb yüz oldu.
Gəlib gedir yaxşılar da, yaman da,
Qu tükündə, saman üstə yatan da.
Aşıq Alı, nə qazandın cahanda?..
Səndən qalan qatar-qatar söz oldu.


Gəşt eylədim Bağdad, Bəsrə, Buxara
Aşıq Alının etnik mənsubiyyətini milli tayfasına bağ-
lamağa çalışan, Ağ Aşığı isə türk sayan Əli Əbülhəsənoğ-
lunun hər iki halda səhv etdiyi üzə çıxır.  Əvvəlcə onun Ağ 
Aşıq haqqında dediklərinə bir daha qayıdaq: “Allahverdi 
Sulduzlu Qara Osmanın oğludur, Qara Osman milliyət-
cə türkdür. O, vaxtilə Şah Abbas, Nadir şah dövründə 
İrana aparlan gürcülərin törəməsi Tamara adlı  qızla 
evlənmişdir. Qara Osman Mədinədə, Kərbəlada təhsil 
almış axund idi”. 
Ağ  Aşığın milli mənsubiyyətinə toxunmazdan qabaq 
əvvəlcə onun haqqındakı rəsmi məlumatlara müraciət edək. 
(Maraqlıdır ki, özünün dediyi kimi, Aşıq Ələsgərin əlinə 
saz almayan atası Alməmmədi müraciət etdiyimiz “Saz-
lı-sözlü Göyçə” (Bakı.2002) kitabına daxil edən İ.Ələsgər 
bu kitaba Ağ Aşığı-Aşıq Allahverdini daxil etməmişdir).
İ.Ələsgər “Haqq aşığı Ələsgər” (Bakı, 1999) kitabında 
Alməmmədin atası (əslində qardaşı) Allahverdiyə aid etdiyi 
bir təcnis verir və hələ 1971-ci ildə yazdığı namizədlik dis-
sertasiyasında da bu məsələdən bəhs etdiyini, sonradan bu 
şeirin səhv olaraq Hüseyn Hüseynzadə (H.Arif) tərəfi ndən 
Aşıq Alıya, “Ustad aşıqlar” kitabının tərtibçiləri P.Əfəndi-
yev, N.Məmmədova və M.Həkimov tərəfi ndən isə Aş Aşıq 
Allahverdiyə aid edilməsindən  narazılıqla söz açır:
Bu gün seyraqubdan bir söz eşitdim,
Bu söz səndən deyil, ayə, məndəndi.
Dedim: nədi, sədrin üstdə bəslərsən?
Dedi ki, tifi llər ay əməndədi.


224
Nazir Əhmədli
Sevdiciyim geyinibdi bu xara,
Qönçə güllər layiqdirmi bu xara?!
Gəşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi də gəlişim a Yəməndəndi.
Allahverdi qırxdan içdi nə camı?!
Nə axunddu, nə molladı, nə camı(?)
Nə Firdovsi,nə Füzuli, nə Cami!
Təcnis sinədəftər,ayə məndəndir!
Bağdad, Bəsrə  və Buxara şəhərlərinin adını bilib-bil-
mədiyini bir kənara qoysaq belə, tutaq ki, İslam müəllimin 
qohumu Allahverdi Firdovsi və Füzulini də tanıyırdı (bunun 
belə olmadığını bilə-bilə bu ehtimala yer verirəm), amma 
onun indinin özündə də çox ali təhsilli adamlara məlum ol-
mayan  Əbdürrəhman Camini tanıması qeyri-mümkündür. 
Üstəlik, burada “Gəşt eylədim Bəsrə, Bağdad, Buxara” 
cümləsi şeir müəllifi nin səyahətlərdə olduğunu göstərir. Al-
lahverdi Haxverdi oğlunun isə oralara səfər etmədiyi hər 
kəsə gün kimi aydındır.
Bu şeiri Ağ Aşığa, yoxsa Aşıq Alıya saymalı? 
Əgər Ə.Əbülhəsənoğluna inansaq, Ağ Aşığın atası Qara 
Osman Mədinədə və Kərbəlada təhsil almışdır. Güman et-
mək olar ki, oğlu Allahverdi də oxşar səyahətlərdə olmuş-
dur. Aşıq Alının da səyahətlərdə olduğu faktına gəlincə, 
onun Türkiyə səfəri haqqındakı dastandan məlum olur ki
Alı İndiki Türkiyə Respublikasının Şərqi Anadolu vilayət-
lərində olmuş və oradan o tərəfə keçməmiş, üstəlik Bəsrəyə, 
Buxaraya və Bağdada səfər etməmişdir. Ola bilər ki, bu təc-
nis nə Ağ Aşığa, nə də Aşıq Alıya deyil, ümumiyyətlə başqa 
bir aşığa aiddir. Aşıq Ələsgərin əmisi Allahverdi Haxverdi 
oğlunun isə bu şeirin müəllifi  olmadığı şübhəsizdir. Çünki 
o nəinki səfərlər etməmiş, yuxarıda qeyd etdiyim kimi, Əb-


225
Haqq-nahaqq seçilər Haqq divanında
dürrəhman Camini tanıması qeyri-mümkündür. Onu ancaq 
dərin biliyi olan adam tanıya bilərdi və tanış olduğumuz 
tərcümeyi-halı Ağ Aşığın məhz bu cür şəxs olduğunu sübut 
edir.
Ağ Aşığın həyatı haqqında Azərbaycan folklorşünas-
lığının mövqeyini ifadə edən versiya kimi professor  Q. 
Namazovun aşıq haqqında yazdıqlarına üstünlük verdim. 
Professor  “Ozan-aşıq sənətinin tarixi” (Bakı,2013) adlı 
monoqrafi yasında yazır:“Rənginin ağlığına görə Ağ Aşıq 
kimi məşhur olan Aşıq Allahverdi təxminən 1750-ci illədə 
Göyçə mahalının Kərkibaş kəndində doğulub. Burada yüz 
ilə yaxın ömür sürüb, təxminən 1850-ci illərdə dünyasını 
dəyişmişdir.
Aşıq Allahverdinin yaşadığı dövr Azərbaycanda (Nadir 
şahın ölümündən sonra) xanlıqların müstəqilləşdiyi, eyni 
zamanda bir-biri ilə qanlı müharibələr apardığı, bir-birinin 
kəndlərini, torpaqlarını ələ keçirdiyi dövr idi. Göyçə də bu 
qanlı müharibələrin məngənəsində tez-tez əldən-ələ keçir, 
soyulub talan edilirdi. Aşıq Allahverdi bir el sənətkarı, el 
təəssübkeşi kimi İrəvan xanlığının zorakı  hərəkətlərinə, 
yerli kəndxudaların özbaşınalığına qarşı  çıxdığına görə 
təqib olunur, nəhayət, əlacsız qalıb Yaxın Şərqin müxtəlif 
şəhərlərinə səfərlər edirdi. Ömrünün çoxunu gəzərgi həyat 
keçirdiyindən, aşığın tərcümeyi-halı dolaşdırılmış, hətta 
Şəril mahalının Kosacan kəndindən olan eyniadlı Ağ Aşıq 
Allahverdi ilə qarışdırılmışdır. Doğrudan da, Göyçəli Aşıq 
Allahverdi bayatı və qoşmalarında dəfələrlə Göyçənin adı-
nı doğma eli-obası kimi xatırlamışdır:
Əzizim, Göyçəyə mən,
Qurbanam Göyçəyə mən.
Viran qalsın Urumu,
Həsrətəm Göyçəyə mən.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə