Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə65/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

251
Haqq-nahaqq seçilər Haqq divanında
aid olduğu yazılan 1873-cü ilə aid Kameral siyahıda Allah-
verdi Baba oğlunu müəyyən etməyə nail olduq: 
“İrəvan quberniyası, Şərur-Dərələyəz qəzasının 
Kameral təsviri. 1873-cü il.
İrəvan quberniyası, Naxçıvan qəzası,  Ələkli kənd 
icmasına daxil olan Kosacan kəndi. 1873-cü ildə tərtib 
olunmuşdur.
1895-ci ildən sonra əlavə olunanlar:
(Məlumat  1897-ci ilə aiddir):
2.Allahverdi Baba oğlu 40 y; oğlanları: Abbas 18 y; 
Əli 14 y; Mövlamverdi 1 y.
Ailədə 4 qadın var”.
(Erm.Milli Arxivi, F.93, s.1, sax. vah.172).
Nəhayət bu sənəddən məlum olur ki, Zülfünaz nənə-
nin atası və aşıq olduğu deyilən Allahverdi Baba oğlu Əli 
müəllimin yazdığı kimi 1820-1840-cı illərdə deyil, 1857-ci 
ildə doğulmuş və yenə də həmin mənbəyə görə 1920-cı ildə 
vəfat etmişdirsə, ehtimal edildiyi kimi 80-100 il deyil, 63 il 
yaşamışdır. Zülfünaz nənənin dediyi kimi Allahverdi Baba 
oğlunun 3 oğlu olub, amma onun adını çəkdiyi qardaşların-
dan birinin adı düz gəlmir: Zülfünaz Allahverdi qızının Qi-
yas adlandırdığı qardaşını sənəddə Mövlamverdi kimi görü-
rük. Abbas 1879-cu, Əli 1883-cü, Mövlamverdi isə 1896-cı 
ildə doğulublar. Zülfünaz qarının hər halda qardaşının adını 
düz bilməyəcəyini güman etmədiyimizdən, ehtimal etməli-
yik ki, Qiyas Mövlamverdidən sonra doğulub və Mövlam-
verdi uşaq ikən ölüb. Başqa bir variant da var-ola bilsin ki, 
Mölamverdi elə Qiyasdır və onun iki adı varmış-sənəddə 
Mövlamverdi yazılsa da, onu Qiyas çağırırmışlar.
Beləliklə, Allahverdi Baba oğlunu müəyyən etdik. 
Onun aşıqlıq etməsini də qəbul etmək olar, amma onun da 
Allahverdi Osman oğlu kimi albinos olması və “Ağ Aşıq” 


252
Nazir Əhmədli
adlandırılması inandırıcı deyil. Əli müəllimin tədqiqatına 
qədər geniş oxucu kütləsinə məlum olmaması da Aşıq Al-
lahverdi Baba oğlunun ortabab bir ifaçı aşıq olduğunu, özü-
nün yaradıcılığının olmadığını göstərir. 
Ağ Aşıq Allahverdinin 1842-ci ildə Göyçə nahiyəsinin 
Kərkibaşı kəndində axtarmağımız nəticə verməsə də, belə 
hesab edək ki, o Göyçədə yaşamaqda davam edirdi. Axı bu-
nun üçün məntiqi əsas da var: bütün tədqiqatçılar bildirir ki, 
Aşıq Alı 17 yaşından(yəni onun 17 yaşının tamam olduğu 
1852-ci ildən) Allahverdinin yanında şəyirdliyə başlayıb.
Aşıq Allahverdi Osman oğlunun ailəsi 1852-ci ilin ka-
meral siyahısında da yoxdur. Bu ailəni nəhayət ki, 1859-cu 
ilin Kameral siyahısında müəyən etmək mümkün oldu:
“İrəvan əyaləti Novobəyazid qəzasının
Kameral təsviri. 1859-cu il.
KƏRKİBAŞ KƏNDİ
14.—Məhərrəm Allahverdi oğlu 45 yaşında; qarda-
şı İsmayıl 20 y(ailədə 2 qadın var)”;
(Erm.Milli Arxivi, F.267, s.1, s.v.15).
Siyahıdan gözə çarpan ilk nəticə odur ki, artıq ailənin 
başçısı, Aşıq Allahverdi Osman oğlu vəfat edib. İkincisi, 
Ağ Aşığın guya vaxtsız  dünyadan köçmüş  oğlu  İsmayıl 
haqqındakı  rəvayətlər uydurmadan başqa bir şey deyil-
miş-Allahverdi oğlu İsmayıldan əvvəl vəfat edib. Üçüncü-
sü, Məhərrəmin yaşında uyğunsuzluq var. 1831-ci ilin ka-
meral siyahısına görə 10 yaşında olan Məhərrəm 1859-cu 
ildə 38 yaşında olmalı idi.
14 rəqəmindən sonra ayrı bir rəqəmin olmaması həmin 
ailənin 1852-ci ilin siyahısında olmadığını göstərir.
Bu sənəddən çıxaracağımız mühüm nəticələrdən biri 
də 1859-cu ildən qabaq öldüyünə görə, Ağ  Aşığın Aşıq 
Alıya 11 il ustadlıq etdiyi haqqındakı mülahizələrin də təs-


253
Haqq-nahaqq seçilər Haqq divanında
diqlənməməsidir.  Əgər Alı 17 yaşında, yəni 1852-ci ildə  
şəyirdliyə başlayıbsa, ən çoxu 7 il onun şəyirdi ola bilərdi.
İndi bu ailənin 1873-cü ilin kameral siyahısındakı tale-
yinə baxaq:
NOVOBƏYAZİD QƏZASI,
KƏRKİBAŞ KƏNDİ. 1873-CÜ İL
“16.14.İsmayıl Allahverdi oğlu 34 y; qardaşı Məhər-
rəmin oğlu Allahverdi 8 y(ailədə 4 qadın var)”.
(Erm.Milli Arxivi, F.267, s.1, s.v.23).
Sənəddən görünür ki: birincisi, 1821-ci ildə doğulan 
Məhərrəm 52 yaşına çatmadan vəfat edib; ikincisi, İsmayıl 
qardaşından da çox yaşayıb.
1886-cı ilin kameral siyahısında İsmayıl da yoxdur, ay-
dındır ki, 47 yaşına çatmadan ölüb(1873-cü ilə aid sənəddə 
34 yaşında qeydə alınmışdı). İsmayıldan sonra onun oğul 
varisi də qalmayıb və Ağ Aşığın nəsli onun nəvəsi və adaşı 
olan Allahverdi Məhərrəm oğlu ilə davam edib. 
Ə.Şamilovun müəyyən etdiyi kimi Şərur mahalının 
Kosacan kəndində Allahverdi adında başqa bir aşığın ya-
şaması faktı Aşıq Allahverdi Osman oğlunun da Kosacan 
kəndində  qısa bir müddətdə  də olsa yaşadığını istisna et-
məsə  də, bu ehtimalı azaldır. Belə bir ehtimal yaranır ki, 
onun həyatına aid edilən bu epizod  Aşıq Allahverdi Baba 
oğlu ilə dəyişik salınıb.
İndi Ağ  Aşıq haqqında deyilən bütün mülahizələri 
(H.Arifi n, prof.Q.Namazovun, N.Məmmədovanın, prof. 
H.İsmayılovun,  Əli  Əbülhəsənoğlunun, Q.Zimistanoğlu-
nun, A.Kərimlinin və Ə.Şamilovun ayrı-ayrılıqda söylədik-
lərini), şəyirdi Aşıq Alının və Ustadın öz şeirlərini,  eləcə də  
bizim əldə etdiyimiz sənədləri cəmləşdirərək onun haqqın-
da həqiqətə ən yaxın ola biləcək mənzərəni canlandıraq:


254
Nazir Əhmədli
Dərisinin və tüklərinin ağ rənginə görə “Ağ Aşıq” ləqə-
bi verilən Aşıq Allahverdi Osman oğlu 1791-ci ildə İranın 
Sulduz mahalında Qara Osman deyilən ciddi təhsil görmüş 
bir adamın ailəsində anadan olmuşdur. Etnik baxımdan  mil-
li tayfasına mənsubdur. Allahverdi Osman oğlu təxminən 
1810-1815-ci illərdə Sulduz vilayətindən İrəvan xanlığına 
köçmüş, həmin xanlığın ərazisində aşıqlıq edərək müxtəlif 
yerləri gəzib dolaşmış, hətta deyilənə görə bir müddət İrə-
van Sərdarı Hüseyn xanın sarayında çalıb-oxumuş, 1820-ci 
illərdə Göyçə mahalının Aşağı Keyti kəndinə köçmüşdür. 
Süsənbər adlı qadınla evliliyindən 1821-ci ildə Məhərrəm, 
1839-cu ildə isə    İsmayıl adında üki oğlu olmuşdur. Ağ 
Aşıq 68 yaşına çatmadan, böyük oğlu Məhərrəm 52 yaşına 
çatmadan, kiçik oğlu İsmayıl isə 47 yaşına çatmadan vəfat 
etmişlər. Ağ Aşığın nəsli Məhərrəmin 1865-ci ildə doğulan 
və babasının adını daşıyan Allahverdi adlı oğlu ilə  davam 
etmişdir. 
Hələlik bilmədiyimiz səbəbdən Aşağı Keyti kəndinin 
əhalisi 1834-cü ildə kəndi tərk edərək müxtəlif yerlərə, o 
cümlədən, Vedibasar mahalına köçmüşdür. Aşıq Allahverdi 
ömrünün son illərini Göyçə mahalının Kərkibaş kəndində 
yaşayıb. 1852-ci ildən ömrünün sonuna kimi Qızılvənkli 
Aşıq Alıya ustadlıq etmişdir.
Aşıq Alının ustadı Aşıq Allahverdi dərin bilik sahibi 
olmuş, öz bildiklərini bütün şəyirdlərinə, o cümlədən  ən 
istedadlı şəyirdi olan Aşıq Alıya öyrətmişdir. İstedadlı şə-
yirdi Alının bir çox səfərlərdə, o cümlədən Türkiyə (Şərqi 
Anadolu) səfərində qazandığı uğurlardan sevinmiş və ona 
“Alqış sənə, Aşıq Adlı” rədifl i şeir  həsr  etmişdir.
Ağ Aşıq Göyçə mahalının Kərkibaş kəndində 68 yaşına 
çatmadan vəfat etmişdir.
Yuxarıda adı  çəkilən A.O.Kərimlinin  Şərur kimi qatı 
şiə mühitində Osman adında adama yer ola bilməyəcəyi 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə