Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə61/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   57   58   59   60   61   62   63   64   ...   72

236
Nazir Əhmədli
Müəllif köçün birinci səbəbi kimi atasının ölümündən 
sonra onun üzərinə ailə yükünün ağırlığını göstərir. Bura-
dan çıxan nəticə odur ki, Göyçə mahalı yaşayış üçün daha 
əlverişli olmalı idi ki, o burada həmin yükün ağırlığına tab 
gətirə bilsin. Amma ikinci bənddə özü özünü təkzib edir və 
həm də tarixdən xəbərsiz olduğu üzə çıxır. Onun məntiqinə 
görə, Ağ  Aşıq Qacarların tüğyan etdiyi ərazidən gələrək 
Göyçəyə  sığınmışdır. Belə  çıxır ki, müəllif bir tərəfdən 
Göyçəni Qafqaza aid hesab etmir, digər tərəfdən də Göy-
çənin Qacarlar dövlətinin tərkibində olduğunu bilmir. Ağ 
Aşığın Qazax mahalından Göyçəyə  gəldiyini iddia edən 
A.O. Kərimli məntiqi alt-üst edir: Ağ Aşığı Qacarlara tabe 
olmayan Qazax mahalından Qacarların “tüğyan etdiyi” əra-
ziyə “gətirir”.
Özünü Ağ Aşığın qohumu kimi qələmə verən Əziz Əh-
mədovun kobud səhvlərindən biri də Aşığın adını daşıyan 
nəvəsi Allahverdini İsmayılın oğlu adlandırmasıdır. Halbu-
ki, sonradan təqdim edəcəyimiz sənədlərdən aydın olur ki, 
Allahverdi İsmayılın yox, Ağ Aşığın böyük oğlu Məhərrə-
min oğludur. Təkcə bu fakt Əziz  Əhmədovun Ağ Aşığın 
yaxın qohumu olduğunu şübhə altına alır.
Göründüyü kimi, bəzilərinin fantaziyası sərhəd tanımır!
Mərhum xalq şairi Hüseyn Arif “Ədəbiyyat və in-
cəsənət” qəzetinin 28 iyun 1969-cu il nömrəsində yazır ki, 
XVIII əsrin axırında Göyçə mahalında doğulub 70 ilə yaxın 
ömür sürmüş Ağ Aşıq məşhur saz və söz ustadı Aşıq Alının 
müəllimi olmuşdur.  Əsil adı Allahverdidir. Amma “Azər-
baycan” jurnalının 1982-ci il 11-ci nömrəsində isə heç bir 
fakta, sənədə söykənmədən yazır ki, Ağ Aşıq əslən qazax-
lıdır, sonra Naçıvana köçmüş, oradan da Göyçə mahalına 
gəlmişdir. 
Əgər mərhum xalq şairinin Ağ Aşığı ciddi mənbə olma-
dan Qazax mahalına aid etməsi haqqındakı yanlış mülahizə-


237
Haqq-nahaqq seçilər Haqq divanında
sini çıxsaq, deyə bilərik ki, o öz tədqiqatlarında həqiqətə 
yaxın olmuşdur.
Ağ  Aşığın haqqında diqqət çəkən yazılardan biri də 
tədqiqatçı folklorşünas  Əli  Şamilovun “Sovet Naxçıva-
nı” qəzetinin 27 aprel 1983-cü il tarixli, 98-ci nömrəsində 
dərc olunan “Aşıq Alının ustadı kimdir?”  məqaləsidir. 
Tədqiqatçı Kosacan məsələsinə aydınlıq gətirərək göstərir 
ki, Kosacanda adı Allahverdi, təxəllüsü Ağ Aşıq olan başqa 
bir aşıq olub, onun atasının adı Babadır, təxminən XIX əs-
rin 20-40-cı illərində doğulub, 1919-1920-ci illərdə Arazın 
sağ sahilində yerləşən Ərəblər kəndində, 80-100 yaşların-
da ölüb. Onun Abbas, Əli və Qiyas adında üç oğlu, Gül-
şən, Ərkinaz və Zülfünaz adında üç qızı olub. Əli müəllim 
məqaləsində verdiyi faktları  aşığın qızı, məqalə yazıldığı 
vaxt 87 yaşında olan Zülfünaz nənədən aldığını yazır.
Ə.Şamilov göyçəli Ağ  Aşıq haqqında da Göyçənin 
Şəfəq kənd sakini, orta məktəb müəllimi Zeynalabdin 
Cəfərova istinad edərək bir sıra məlumatlar verir. Z.Cəfəro-
va görə, Allahverdinin atasının adı Qara Osman, anasının 
adı Hürü imiş. Həmin kəndin digər sakinlərinin də şahid-
liyinə görə, Allahverdi Süsənbər adlı qızla evlənmiş, onla-
rın Məhərrəm və İsmayıl adında  iki oğlu olmuşdur. Lakin 
İsmayıl cavan ikən rəhmətə getmiş, Ağ Aşıq Allahverdinin 
nəsli Məhərrəmlə davam etmişdir.
Adı çəkilən məqalənin sonunda Ə.Şamilov bu nəticəyə 
gəlir ki, “XVIII yüzilliyin ikinci yarısında doğulmuş  Ağ 
Aşıq təxəllüslü Allahverdi Göyçənin Kərkibaş  kəndində 
yaşamış və orada da vəfat etmişdir”.
Beləliklə, tədqiqatçı ümumən məqbul cümlələrlə düzgün 
olaraq qəti hökmdən qaçır. Bu cümlədən aydın olur ki, Əli 
müəllim birincisi, onun Göyçədə doğulduğunu demir, ikincisi, 
doğum və ölüm tarixləri haqqında konkret rəqəm göstərmir və 
onun XVIII əsrin ikinci yarısında doğulduğunu bildirir.


238
Nazir Əhmədli
Ə.Şamilovun istinad etdiyi Zeynalabdin Cəfərovun 
A.O.Kərimlinin istinad etdiyi Əziz Əhmədovdan daha mö-
təbər mənbə olduğu üzə çıxır.
Beləliklə, biz Ağ Aşıq-Aşıq Allahverdi haqqında söylə-
nilən bütün fi kirləri cəmləşdirdik və sonradan məlum ola-
caq ki, bu fi kirlərin hər birində müəyyən həqiqət payı var. 
Bizə isə bu həqiqətləri bir yerə  cəmləşdirib səhv  fi kirlər-
dən təmizləmək qalır. Yekunlaşdırmağa keçməzdən  əvvəl 
isə “Azərbaycan qadını” jurnalının 1981-ci il tarixli, 11-ci 
nömrəsində dərc etdirdiyi məqalədə N.Məmmədovanın Ağ 
Aşığı sulduzlu saydığı haqqındakı mülahizəsini də əlavə et-
məliyik. Ə.Əbülhəsənoğlu da onu sulduzlu adlandırmışdı.
Ağ Aşıq haqqında rəsmi dövlət sənədini təqdim etməz-
dən əvvəl, onun oğlu İsmayılın vaxtsız ölümü barədə fakta 
diqqəti çəkmək istəyirəm. Əgər xatırlayırsınızsa, Aşıq Alı-
nın tədqiqatçısı Q.Zimistanoğlu Alının İsmayıl adında oğ-
lunun vaxtsız vəfatından yazmıdı. Bəlkə bu Ağ Aşığın oğlu 
İsmayıldır ki, bizə gəlib çatan məlumatlarda təhrif olunaraq 
Aşıq Alıya aid edilib? Bəlkə doğrudan da İsmayıl Alının 
oğludur? Bunu da aydınlaşdırmağa cəhd edəcəyik.
Professor Q.Namazovdan gətirdiyimiz sitatda onun Ağ 
Aşığa aid etdiyi şeirdə belə bir bənd var:
“Sığındım Göyçəyə, bu mahala mən,
Dərdim Sarı nərdən nərgiz, lala mən.
İtirmişəm İsmayıltək bala mən,
Sinəmə çal-çarpaz yara çəkirlər”.
Burada hər iki sualın cavabı var. “Sığındım Göyçəyə, 
bu mahala mən”,-misrası açıq-aşkar onun Göyçədə do-
ğulmadığına, sonradan buraya köçməsinə, sığınmasına sü-
butdur. Üçüncü misra-“İtirmişəm İsmayıltək bala mən” isə 
İsmayılın kimin oğlu olduğunu göstərir. Burada doğa bilə-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə