Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə59/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   55   56   57   58   59   60   61   62   ...   72

230
Nazir Əhmədli
2. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasa-
lar da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni onların «... aşıq-
lığı...təkkə  mərasimi çevrəsindən kənara çıxmayıbmış». 
Lakin Allahverdi «coşub-daşdığından», xalq yığnaqlarına 
can atdığından, dindar çərçivəyə sığmadığından təkkədən, 
atasından, babasından üz döndərir,- bir sözlə, onların üzünə 
ağ olur. Və anadangəlmə saçı-saqqalı, qaşı-kipriyi ağ Al-
lahverdinin xalq arasında Ağ Aşıq adı ilə tanınmasını «bö-
yüyün üzünə ağ olmağı» ilə bağlamaq daha düzgün olardı. 
Yeri gəlmişkən deməliyəm ki, Əziz Əhmədovla tanışlıqdan 
çox-çox öncə, Ağ  Aşığın «ata-babasının üzünə  ağ olma-
ğını» mənə dünyalarını  dəyişmiş Aşıq  Əkbər və Mikayıl 
Azafl ı söyləmişdilər) . 
3. Atası Qaranın şairliyi yoxuymuş, lakin babası  Şeyx 
Osmanın söz deməyi var imişsə də, heç bir nümunəsi biz-
lərə gəlib çatmayıb. Hər üçü gözəl təhsil görüblərmiş. Ağ 
Aşığın bacısı da saz-söz sənətinin bilicisiymiş və Kosacan-
da gəlin olduğuna baxmayaraq, ölənədək sazı yerə qoyma-
yıb. 
4. Ağ Aşığın iki oğlu olub: İsmayıl və Məhərrəm. Hə-
yat yoldaşı Arazın o biri tayından, Telli Cəfərin qızı Süsən-
bər xanım imiş ki, «Süsənbəri» havasını onun adıyla bağla-
yırlar. Məhərrəm lap gənc ikən dünyadan köçür. İsmayılın 
(Əziz  Əhmədovun anasının babası) oğlunun adını Allah-
verdi qoyurlar. Onun da iki oğlu 1914-cü ildə 13-14 yaş-
larında dünyalarını dəyişirlər. Beləliklə, Allahverdinin qız 
nəvələrinin törəmələri 1988-ci ilədək Göyçənin Qanlı  və 
Kərkibaş kəndlərində, hətta Tifl is şəhərində yaşayırmışlar. 
Bacılarının törəmələri isə Bala Məzrə, Sətənəxaç kəndlə-
rində və İrəvanda məskən salıblarmış. 
5. Aşıq Allahverdinin Göyçəyə köçməyinin iki səbəbi 
olub: 1) atasının ölümündən sonra üzərinə düşən ailə ağırlı-
ğı; 2) Qacarların İranda və Qafqazda tüğyan etməsi. 


231
Haqq-nahaqq seçilər Haqq divanında
6. Allahverdiyə Allah vergisi verildiyindən, çalıb-ça-
ğırmağı xəstələri sağaldırmış. Həmin xəbər Şərqi Anadolu 
hakimlərindən Sərdar Hüseyn paşaya çatır. Yuxusuzluqdan 
əzab çəkən Sərdar Hüseyn paşa  əmr edir ki, aşığı, nəyin 
bahasına olursa-olsun, tapıb gətirsinlər. Göndərilən silahlı 
dəstə onu Şərurda (Şərildə) çox axtarır, sonra Göyçəyə ke-
çib tapır və Ruma aparırlar. 
Ağ Aşıq 5 ilə yaxın Rumda qalır. Deyilənlərə görə, ilk 
çalıb-çağırmağı ilə Sərdar Hüseyn yuxuya gedibmiş. Yaxın 
adamları onu ölmüş bilib, Allahverdini öldürmək istəyirlər, 
lakin çağrılan həkim paşanın nəbzini yoxlayıb, yuxuya get-
diyini bildirir. Sərdar Hüseyn 2 gün 2 gecə yatıb oyanır və 
həmin andan Ağ Aşığı yanından buraxmır; hara getsə, onu 
da özüynən aparırmış. 
Günlərin birində Sərdar Hüseyn paşa böyük bir məclis 
yığır. Qonaqlar soruşurlar ki, “bu aşığı haradan tapmısan?” 
Sərdar Hüseyn deyir: “Mən onu Göyçə mahalından gətirt-
mişəm. Yuxum tamam çəkilmişdi, o isə sağaldıb.  İndi 5 
ilə yaxındır ki, yanımdadır”. Qonaqlar deyirlər: “Yazıqdır, 
onun da ailəsi var. Burax getsin”. Sərdar Hüseyn Allahver-
diyə qızıl yəhər-yüyənli at və çoxlu pul bağışlayıb, yola sa-
lır. Ağ Aşıq Göyçəyə üz tutur. Onun yolda dediyi:
“Durnam, gedər olsan bizim ellərə,
Qatıq söylə, qaymaq söylə, yağ söylə.
Əgər soruşsalar Ağ Aşığın halını,
Boynu armud saplaq, canın sağ söylə”
- bəndi ilə başlanan şeiri bizlərə gəlib çatıb. 
7. Əziz Əhmədov Kərkibaşda yaşı 100-ü haqlamış ağ-
saqqalları öz ulu babası haqqında çox-çox sorğu-suala tu-
tub. Onların söylədiyinə görə, “Ağ Aşıq başdan ayağadək 
ağ tük rəngində idi. Papağı gözünün üstünə çəkərdi. Tük, 
sifət, barmaqlar, - hamısı ağappaq idi. Çuxa, buxara papaq 
və İran məsti (“əcəmi çarıq” da deyərdilər o zaman!) geyər-


232
Nazir Əhmədli
di. Geydiyi çuxa həmişə şabalıdı rəngdəydi. Kim olursa-ol-
sun, heç zaman hərcayı-hədyan sözlərə baş qoşmazdı. Çox 
ağır dolanan, “şair yolu gözləyən, usta yanında hərəkət 
eləyəndi”. Ağzından bircə  ağır söz belə qaçırmazdı. Heç 
kim və heç nə qarşısında əyilməzdi. Çox zilnən oxuyardı”. 
Ağ Aşıq ömrünün son 15 ilini çalıb-oxumazmış, lakin söz 
qoşurmuş. Əziz Əhmədovun ata-babası onu beləcə görüb. 
8. Yaşadığı illər haqqında  əks  fi kirlər var. Məsələn, 
tanınmış  fi loloq-araşdırıcı Mürsəl Həkimov onun ömrünü 
1754-1860 arası, Ziyəddin Məhərrəmov isə XVIII yüzil-
liyin sonu-XIX yüzilliyin əvvəli kimi göstərirlər. Mənim 
araşdırmama görə, Ağ Aşığın ömrünü 20 il öncəyə çəkiblər 
və bu sonuca onun kötükcəsinin verdiyi bilgilər  əsasında 
gəlmişəm. Həmin bilgilərə üz tutaq:
a) Ağ Aşıq Alını 17 yaşında, özü də Türkiyədən qayıtdıq-
dan sonra şagirdliyə götürüb. Deməli, Aşıq Alının şagirdliyə 
başlaması, haradasa, 1818-ci ilə düşür. Digər tərəfdən, Ağ 
Aşıq doğma yurd-yuvasına 40-45 yaşlarında qayıdıb. Deməli, 
o, haradasa, 1770-1775-ci illərdə dünyaya göz açıb. 
b) Əziz Əhmədovun 1977-ci ildə dünyadan köçmüş ata 
babası Babaşov Əhməd söyləyirmiş ki, “mən 1870-ci ildə 
dünyaya göz açmışam və öz gözümlə Ağ Aşığı görmüşəm. 
O, bir sinirli kişiydi, artıq saz çalmırdı. 10 yaşım olanda 
həmin kişi rəhmətə getdi”. 
c) Nəhayət,  əldə olan bilgiyə görə, tanınmış To-
vuz-Şəmşədil ustadı Öysüzlü Səməd 7 il Ağ Aşığa «qulluq» 
edibmiş. Əgər Aşıq Səmədin 1918-ci ildə 70, yaxud bir qə-
dər artıq yaşında dünyadan köçdüyünü nəzərə alsaq, onun 
şagirdliyinin haradasa 1865-1870-ci illərə düşdüyü aşkar-
lanacaq. Lakin bircə çətinliyimiz ondadır ki, Ağ Aşıq son 
10-15 ilini çalıb-çağırmırmış. Bəlkə də, ancaq öyrədirmiş?!
Hər halda Ağ  Aşığın 1775-1880-ci illərdə yaşaması 
daha ağlabatandır. 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə