Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə60/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   56   57   58   59   60   61   62   63   ...   72

233
Haqq-nahaqq seçilər Haqq divanında
9.  Əziz  Əhmədovun söylədiyinə görə, Keşişoğlu adlı 
üç aşıq yaxud şair Ağ Aşığın çağdaşı olub və hətta onunla 
deyişib: 1.Borçalıdakı Keşişoğlu; 2.Naxçıvanlı Keşişoğ-
lu və 3.Bala Məzrəli Keşişoğlu. Deyişmələrdən ancaq biri 
bizlərə gəlib çatıb. 
10.Ağ  Aşığın gəzib-dolaşdığı, çalıb-çağırdığı coğrafi  
çevrə özündən sonrakılarla tutuşdurula bilməz. Misirdən 
Şərqi Türküstana kimi gəzib dolaşdığı güman olunur və bir 
təcnisində özü buna işarə edir. Lakin Məkkəni ziyarət etdiyi 
haqda heç bir bilgi yoxdur. 
11.Əziz Əhmədovun söylədiyinə görə, Aşıq Alı da öz 
ustadı kimi, savadlı imiş və Ağ Aşığın qoşduğu bütün söz-
ləri bir əlyazmaya toplayıbmış. Kəlbəcərə köçərkən həm öz 
sözləri, həm ustadı qoşduqları əlyazmaları yerli şagirdlər-
dən birinə bağışlayır. 1937-ci ildə əski ərəb əlifbası ilə ya-
zılmış əlyazmalar (oxuya bilmirlərmiş!) cəzalanma qorxu-
su altında yandırılır. 
12.Kötükcəsinin dediyinə görə, Babacanlı  Aşıq Qə-
dir (onun haqqında sonra söhbət açacağıq!) dünyasını də-
yişənədək Ağ Aşıqdan bildiklərini M. Həkimova tam şəkil-
də verməyib və qalanları onun oğlanlarındadır. Aşıq Alının 
törəmələrində, məsələn, Gədəbəyin Slavyanka kəndində 
Qaytaran adlı iqtisadçıda və vaxtı ilə  Kəsəmən kəndində 
yaşamış Molla Muxtarın oğlanlarında Ağ Aşığın şerləri və 
hekayətləri toplanıb. Kötükcəsinin özü də az-çox topladığı-
nı qoruyub saxlayır. 
Ağ Aşıqdan əldə etdiyim bilgilərin çoxunu açıqlasam 
da, araşdırmanın  ən başlıca məqsədinə yaxınlaşıram. Ulu 
Göyçə yüzilliklər boyu onlarla, yüzlərlə saz-söz sənətkarı 
yetişdirib ki, onların sayəsində öz ənənələrini XX yüzilli-
yin sonunadək, çox böyük çətinliklər və qurbanlar hesabına 
qoruyub saxlasa da, bütöv Azərbaycan çevrəsində ən tanın-
mış,  ən öncül ustadın xalqımıza verdiyi ən ölçüyəgəlməz 


234
Nazir Əhmədli
faydaya, - onun ləyaqətli yetirmələrinə üz tuturuq. Çünki 
Ağ Aşıq nə dərəcədə Ağ olsa da və hətta bütün bəşəriyyə-
tin üzünə ağ olsa da (əlbəttə, əfsanələrdə!) onun üzünü ta-
riximiz və milli mədəniyyətimiz qarşısında daim ağardan 
yetişdirdiyi sənətkarlar olub. Burada «İman Əlisi» kimi ta-
nınmış Zərzibilli Aşıq Əlinin dediklərini (maqnit lentə ya-
zılıb!) olduğu kimi çatdırmağı özümə borc bilirəm:
«Sən bir Aşıq Allahverdinin böyüklüyünə bax ki, us-
tadlar Ustadı Ələsgər kimi nəhəngin Ustadı Aşıq Alını ər-
səyə çatdırıb».
İxtisarsız təqdim etdiyim bu yazının müəllifi  də əksər 
müəllifl ərin səhvlərini təkrar edir, İrəvan Sərdarı haqqında-
kı  səhv  fi kirlərə  həmmüəllifl ik edir, onu hətta türk paşası 
kimi təqdim edir, aşığın atasını  və babasını dolaşıq salır. 
Müəllifi n istinad etdiyi Əziz Əhmədov bilməsə də, məqalə 
yazıb ictimaiyyətin diqqətinə çıxaran adam bilməli idi ki
hər hansı Osmanlı paşası silahlı adam göndərib kimisə 
Göyçədən Osmanlı dövlətinə apara bilməzdi,  çünki Göy-
çə mahalı sonuncu dəfə  qısa bir müddətdə  1724-1735-ci 
illərdə Osmanlılar tərəfi ndən işğal edilmişdi, həmin dövr-
də Aşıq Allahverdi, çox güman ki, onun atası da hələ do-
ğulmamışdı. Göyçəni 1735-ci ildə Nadir şah Osmanlı  iş-
ğalından azad etdi və 1828-ci ildə Rusiya tərəfi ndən işğal 
edilənə  qədər  İran Qacarlar dövlətinin  ərazisi idi. Başqa 
bir dövlətin vətəndaşını isə Osmanlı paşası qol gücünə necə 
yanına apartdıra bilərdi? “Yuxusuzluqdan əziyyət çəkən pa-
şanı yatırtması” isə ancaq dastanlara xas olan rəvayətlərə 
yarayır, elmi məqalədə belə cümlələr yazmaq sadəcə olaraq 
naşılıqdır. 
Məşhur aşıqlar Aşıq Əkbərin və Mikayıl Azafl ının “Ağ 
Aşıq” adının  əmələ  gəlməsinə verdikləri  şərh isə gülməli 
uydurmadır. Valideynlərinə ağ olan şəxs xalq arasında necə 
hörmət, ad-san qazana bilər, üstəlik 11 məşhur aşığa ustad-


235
Haqq-nahaqq seçilər Haqq divanında
lıq edə bilər?  Guya böyük bir iş görübmüş kimi Allahverdi 
də bunu da özünə təxəllüs götürüb! Əslində isə bu ad tük-
lərinin və dərisinin ağlığına görə başqaları tərəfi ndən ona 
ləqəb (məhz ləqəb, təxəllüs yox!) kimi verilib.
Tibbdə rast gəlinən bir termin var: albinos. Bu ifadə o 
canlılara deyilir ki, onların dərisində piqmentlər-rəng verən 
hüceyrələr olmur və  dərisi də, tükləri də  ağ olur. Bu cür 
qeyri-təbii hallara həm insanlar, həm də heyvanlar arasında 
rast gəlinir. Bu cür canlılar rəngləri də fərqləndirə bilmir. 
“Millət”  qəzetinin redaksiyasının yerləşdiyi  “Azərbay-
can”  nəşriyyatında işlədiyim vaxtlarda milliyətcə gürcü 
olan Givi Paçxataşvili adlı, Azərbaycanda doğulmuş  və 
azərbaycanca yazıb-yaradan bir jurnalist vardı, yaxşı da 
şahmat həvəskarı idi, jurnalistlər arasında keçirilən şahmat 
yarışlarında çox həvəslə iştirak edirdi. Onu Azərbaycan jur-
nalistlərinin çoxu tanıyırdı. G.Paçxataşvili də albinos idi, 
çox zəif görürdü. Məhz saç-saqqalının və dərisinin bu cür 
ağlığına görə Aşıq Allahverdiyə Ağ Aşıq deyiblər, validey-
nlərinə ağ olduğuna görə yox. 
Bu məqaləyə müraciət etməyimin əsas səbəbi odur ki
müəllif Əziz Əhmədovun söylədikləri  əsasında Ağ Aşığın 
doğum tarixini dəqiqləşdirməyə çalışır və onun doğumu-
nun 20 il qabağa çəkildiyi, yəni 1750-1754-cü illərdə deyil, 
1775-1780-ci illərə aid olduğunu irəli sürür. Amma Ağ Aşı-
ğın 105 il yaşaması haqqındakı uydurmanı düzgün hesab 
edərək, 1775 rəqəminin üzərinə 105-i əlavə edir və onun  
1880-ci ildə vəfat etdiyini güman edir.
Məqalənin 5-ci bəndində Ağ Aşığın Göyçə mahalına 
köçməsi haqqındakı”izahat” lap gülməlidir:
5. Aşıq Allahverdinin Göyçəyə köçməyinin iki sə-
bəbi olub: 1) atasının ölümündən sonra üzərinə düşən 
ailə ağırlığı; 2) Qacarların İranda və Qafqazda tüğyan 
etməsi”. 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə