Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə51/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   47   48   49   50   51   52   53   54   ...   72

197
Haqq-nahaqq seçilər Haqq divanında
Qeyd: Bu ailə 1876-cı ildən İrəvan qəzasının Gölayso-
ri kəndinə aid edilmişdir.
32.1.Rüstəm Abbas oğlu 54 y; oğlanları: Məhəmməd 
24 y; Əhməd 19 y; Abbas 17 y; Musa 8 y; Abdulla 3 y; 
(ailədə 6 kişi, 2 qadın var).
33.40.Allahverdi Hüseyn oğlu 49 y; oğlanları: Cəfər 4 
y; Hüseyn 2 y; (ailədə 3 kişi, 4 qadın var).
34.47. Alı Həsən oğlu 24 y; oğlu Xıdır 1 y; (ailədə 2 
kişi və 2 qadın var).
35.--Hüseyn Kərbəlayi Məhəmməd oğlu 60 y(əvvəl-
ki siyahıyaalmada yaddan çıxıb); oğlanları: İmaməli 25 y; 
Hümbət 8 y; İrza 6 y; Şükür 2 y; (ailədə 5 kişi, 6 qadın var).
36.-- Kərbəlayi İsmayıl Kərbəlayi Məhəmməd oğlu 70 
y(əvvəlki siyahıyaalmada yaddan çıxıb); oğlanları: 1)Həsso 
30 y(onun oğlanları: Məhəmməd 7 y; Hüseyn 2 y); 2)Şirəli 
25 y; 3)Pirməmməd 12 y; (ailədə 6 kişi, 3 qadın var).
37.—Məhəmməd Molla Bağır oğlu 25 y; qardaşları: 
Əhməd 7 y; Gülalı 3 y (Novobəyazid qəzasının Oğrunca 
kəndindən buraya köçüblər).
38.—Alqulu bəy Axund Molla Abdulla oğlu 45 y; oğlu 
Mirzə Məmmədalı 12 y; qardaşı Əliqulu Molla Mirzə Ələk-
bər oğlu 24 y(ailədə 3 kişi, 1 qadın var).
39.23.İsmayıl Ellaz oğlu 34 y(oğlanları: Yaqub 5 y; 
Cəfər 1 y); qardaşı Tarverdi 24 y. (ailədə 4 kişi, 3 qadın var).
40.22.Kərbəlayi Mustafa Mirzə  oğlu 29 y; oğlanları: 
Nadir 5 y; Xıdır 3 y; Eylas 1 y; (ailədə 4 kişi. 1 qadın var).
41.22. Şahirza Mirzə oğlu 40 y; oğlanları: Mirzə 19 y; 
Həsən 17 y; Hüseyn 10 y; Məhəmməd 7 y; Əhməd 5 y; İs-
mayıl 1 y; (ailədə 7 kişi, 5 qadın var).
42.6. Abbas Vəli oğlu 23 y; oğlu Vəli 2 y; (ailədə 2 kişi, 
2 qadın var).
Qızılvənk kəndində 234 kişi, 194 qadın, cəmi 429 adam 
yaşayır.


198
Nazir Əhmədli
Yoxlamanı həyata keçirdi və Kameral təsviri tərtib etdi: 
Novobəyazid qəzası rəisinin vəzifəsini icra edən Ostaşev”.
(Erm.Milli Arxivi, F.267, siy.1, sax.vah.23).
Siyahıda təbii ki, ilk növbədə Mirzə Ovçu oğlunu və 
onun oğlu Aşıq Alını axtarırıq və görürük ki, təzə siyahıda 
bu ailə 6-cı yerdədir, 6.7. rəqəmləri ilə işarələnib. Aradan 
keçən 14 il ərzində onların yaşlarındakı artım da uyğundur: 
indi Mirzənin 64, Almədətin 39 yaşı var, amma oğlu Ab-
dullanın yaşı düzgün göstərilməyib.  Əgər 1859-cu ildə 1 
yaşı vardısa, indi 15 olmalı idi. Aşıq Alının iki oğlu da dün-
yaya gəlib, onlar 6 yaşlı Məhəmməd və 3 yaşlı Hüseyndir. 
Ailədə 5 qadın var. Almədətin 6 yaşlı Məhəmməd adında 
oğlunun siyahıda yer alması  həmin  şəxsin məhz Aşıq Alı 
olduğunu bir daha təsdiqləyir, çünki, aşığın Q.Zimistanoğ-
lu tərəfi ndən təqdim olunan tərcümeyi-halında onun Ab-
dulla, Məhəmməd və İsmayıl adında 3 oğlunun olduğunu 
oxumuşduq. Bizim təqdim etdiyimiz siyahıda yalnız İsma-
yılla Hüseynin adları üst-üstə düşmür. Burada iki variant 
ola bilər: ya Hüseyn kiçik yaşlarında ölmüş və İsmayıl da 
1873-cü ildən sonra doğulmuşdur, ya da vaxtsız vəfat edən 
İsmayıl Alının əmisi Nəbinin 1859-cu ildə 1 yaşında siya-
hıya düşən oğlu İsmayıldır. Adının 1873-cü ildəki siyahıda 
olmaması Nəbinin oğlu İsmayılın 15 yaşına çatmadan vəfat 
etməsini göstərir. Yeri gəlmişkən, yeni siyahıda artıq Nəbi-
nin də atasının adı “Ovçu” kimi yazılmışdır ki, bu fakt da 
onun Mirzənin qardaşı olması haqqındakı bütün şübhələri 
aradan qaldırır. 
Mirzə Ovçu oğlunun ailəsindəki 5 qadından ikisi 
çox güman ki, Aşıq Alının adları bizə məlum olan qızları  
Sənəmlə Mələkdir. Təqdim etdiyimiz sənədlərdə qadınların 
adları yazılmadığına görə, nə bu qızların, nə də Alının anası 
Fatmanın(və ya Mənzərin) adlarını  nə təsdiq, nə də təkzib 
edə bilmirik. 


199
Haqq-nahaqq seçilər Haqq divanında
(Hesab edə bilərik ki, 1873-cü ildə 21 yaşında olan 
Ələsgər artıq 39 yaşlı Alının şəyirdi idi).
Əgər Əli Əbülhəsənoğlunun “Aşıq Alı mənim ana ba-
bamla doğma əmoğludur” sözlərinə inansaq, belə çıxır ki, o 
Nəbinin Oruc, Qərib və Həsən adındakı üç oğlundan birinin 
nəvəsidir. Bu sətirlərin müəllifi  onların bu qohumluq əlaqə-
sini şübhə altına almaq istəməsə də, onun “Aşıq Alının Kəl-
bəcərin Milli kəndində on beş il kor yaşadığı vaxtlar Aşıq 
Ələsgər özü onu ata mindirib, atın qantarğasından özü 
tutmuş və “Mənə belə ləzzət edir” demişdir” (adı çəkilən 
əsər,səh.6) cümləsi ciddi şübhə və istehza doğurur. Biz əl-
bəttə,  Ələsgərin öz böyük ustadına ehtiram göstərdiyinə 
zərrə qədər də şübhə etmirik, amma Ə.Əbülhəsənoğlunun 
dastanlara xas olan belə rəvayət uydurması acı təbəssüm və 
təəssüf döğurur.
Beləliklə, Aşıq Alının 1834-cü ildə doğulduğunu, 1911-
ci ildə, 77 yaşında rəhmətə getdiyini müəyyənləşdirdik. 
Amma opponentlərimin aşığın “Nə qaldı?” qoşmasından 
sitat gətirərək etiraz edəcəklərini görürəm:
“Bilmək olmaz təqdir yazan yazını,
Biri elmin arar, biri nazını.
Bilmirəm ömrümün çoxu, azını,
Doxsana yetmişəm, yüzə nə qaldı?” -
bəndi ilə Aşıq artıq 90 yaşına çatdığını öz dili ilə söy-
ləmirmi?
Onlara həmin gözəl qoşmanın birinci bəndi cavab verir:
“Gəşt elədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi
Baxmaqdan savayı gözə nə qaldı?”


200
Nazir Əhmədli
 Birinci bənddə Əllini aşırdım, yüzə nə qaldı?” deyən 
ustad həmin şeirdə(!) yenidən “Doxsana yetmişəm, yüzə 
nə qaldı?”–kimi mənasız və zəif təkrara yol verərdimi? Heç 
olmasa, “Doxsana yetmişəm” sözlərini “yüzə  nə qaldı?” 
ifadəsindən ayrı  işlədərdi. Həm də “doxsana yetmişəm” 
deyirsə, “əllini aşırdım” ifadəsi öz əhəmiyyətini itirmiş 
olur. Şeirin məzmunundan məlum olur ki, bu qoşmanı Alı 
əlli yaşından sonra, altmış yaşına çatmadığı vaxtlarda de-
yib. Ona görə də hesab etmək olar ki, bu bəndi sonradan 
ya başqa adamlar artırıb, ya da həmin bəndin sonuncu mis-
rasını  təhrif edərək “Doxsana yetmişəm, yüzə  nə qaldı?” 
şəklinə salıblar. Bu gözəl qoşma
Ölüm haqdı,çıxmaq olmaz əmrdən,
İpək tora halqa salma dəmirdən.
Aydı,gündü, gəlib keçir ömürdən, 
Tələsirik, görən yaza nə qaldı?
Eşiyə çıxıram, hava məğşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü.
Bir gün eşidərsiz Alı da köçdü,
Sındı telli sazı, təzanə qaldı,-
bəndləri ilə bitir. Aşıq Alının başqa nəşrlərində(o cüm-
lədən, Q.Zimistanoğlunun hazırladığı  nəşrdə) həmin zəif 
bənd yoxdur və bu da onun başqaları tərəfi ndən əlavə edil-
məsi haqqındakı mülahizələrimizə haqq qazandırır.
Tədqiqatçılar Aşıq Alının “İpək tora halqa salma də-
mirdən”,-misrasının mənası üzərində baş sındırıb müxtə-
lif mülahizələr irəli sürürlər. Məsələn. Prof.S.Paşayev 
bunu belə izah edir: “Çox zaman “İpək tora halqa salma 
dəmirdən” misrası ilə əlaqədar olaraq da mübahisələr olur. 
Aşıq demək istəyir ki, ipək tor zərifdir, incədir, ona dəmir 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə