190
Nazir Əhmədli
1852-ci ildə yaddan çıxıb yazılmayan 7 nömrəli ailənin
başçısı Mirzə Ovçu oğludur, onun 25 yaşlı Almədət və 15
yaşlı Abbas adında iki oğlu, Almədətin Abdulla adında 1
yaşında oğlu var. Ailədəki 4 qadından biri yəqin ki, Mir-
zənin arvadı, biri Bəsti, digər ikisi isə onların hansınınsa
qızlarıdır, bəlkə də hərəsinin bir qızı olub.
Təbii ki, Almədət adı oxucularda tərəddüd yarada
bilər, bu ad haradan çıxdı belə, indiyə kimi biz məşhur
aşığımızı Alı kimi tanımışıq. Amma buradakı şəxsin
həm atasının, həm də oğlunun adı aşığın tədqiqatçısı
Q.Zimistanoğlunun bizə təqdim etdiyi adlarla üst-üstə
düşür. Başqa tərəfdən, bu şəxsin Alı olduğunu inkar et-
mək Alının ümumiyyətlə qızılvənkili olmadığını etiraf
etməyə bərabər bir şeydir. Axı, sənədlərdən də görün-
düyü kimi başqa seçim də yoxdur.
Bəs Mirzənin atası? O da Aşığın Dəliməmmədlidə ya-
şayan törəməsi Ə.Vliyevin notarial qaydada təsdiq etdiyi
Haxverdi adıyla düz gəlmir. Bəs bu necə olsun? Bu barə-
də baş sındırmağa dəyməz, axı Alməmməd kişinin nəvəsi,
1979-cu ilə qədər yaşayan Aşıq Talıb da babası Alməmmə-
din atasının adını düz bilmirdi və indiyə qədərki rəsmi tər-
cümeyi-hallarda Haxverdinin əvəzinə, qardaşı Allahverdini
Alməmmədin atası kimi tanıyırdılar.
Beləliklə, aydın oldu ki, Aşıq Alının da yaşı məşhur şəyir-
di Ələsgər kimi şişirdilib. Bildiyimiz kimi, Ələsgərin yaşı 31
il artırılmışdı, Alınınkı isə ondan da çox-33 il(İ.Ələsgərovun
variantında 34 il) artırılıb. Əgər Böyük Ustad Alı doğrudan da
1911-ci ildə dünyadan köçübsə, indiyə qədər deyildiyi kimi
110 il deyil, 77 il yaşayıb(1834-1911) və tibbin həmin dövr-
dəki vəziyyətinə, Aşığın həyatının son illərində səhhətində ya-
ranmış probləmlə müqayisədə xeyli böyük rəqəmdir.
1859-cu ildə 25 yaşında olan Alının 1 yaşında Abdulla
adında oğlunun olduğunu nəzərə alsaq, güman edə bilərik
191
Haqq-nahaqq seçilər Haqq divanında
ki, Alı 1857-ci ildə evlənib. Alı ilə Bəsti evlənən vaxt Bəs-
tinin atası Niftalının hələ həyatda olduğunu düşünməliyik.
Beləliklə, Niftalının 1857-1859-cu illər arasında öldüyünü
söyləyə bilərik.
Buradan həm də öyrənirik ki, 19-20 yaşı olan Ələsgəri
təxminən 1871-1872-ci illərdə şəyirdliyə götürəndə Alının 38
yaşı, deyişmə vatı isə 42 yaşı vardı. Bu yaş da təbii ki, Alının
ən enerjili, odlu-alovlu yaş dövrü idi. Onların qarşı-qarşıya
gəldiyi deyişməni göründüyü kimi “nəhənglər döyüşü” ad-
landıra bilərik. Aşıq Ələsgər 75 yaşında olan qoca bir aşığı
deyil, 40 yaşlarında olan Nəhəngi məğlub etmişdi!
İndi unudulmaz yazıçımız Fərman Kərimzadənin irəli
sürdüyü, özünü Aşıq Alının qohumu kimi təqdim edən Əli
Əbülhəsənoğlunun (Əmirovun) müdafi ə etdiyi versiyaya,
Alının 4 yaşında ikən Gilanlar kəndini tərk etməsi haqqın-
dakı versiyaya baxaq. Bizim təqdim etdiyimiz sənəddən
göründüyü kimi, onun atası Mirzə Ovçu oğlu 1809-cu ildə
anadan olub(Halbuki, Alını atasından 8-9 il yaşlı eləmiş-
dilər!), 1831-ci ildə 22 yaşı vardı və Gilanlar kəndinin Ka-
meral siyahısına düşməli idi, amma təqdim etdiyimiz siya-
hıda Mirzə adında adam yoxdur.
Bu sənəddən Aşıq Alının etnik mənsubiyyətini öyrənə
bilməsək də, Göyçə mahalının Kameral siyahısının izahat
yazısında İ.Şopen belə yazır: “İrəvan Sərdarının vaxtında
buralarda (Göyçə mahalında-N.Ə) məskunlaşdırılmış qa-
rapapaqlara sərhədləri qorumaq həvalə edildiyinə görə, on-
lar Sərdara heç bir vergi ödəmirdilər. Qarapapaqlar 1.000
nəfər silahlı atlı və lazım olan qədər yük heyvanları çıxar-
maqla kifayətlənirdilər. Öz kəndxudalarına isə əldə etdik-
ləri taxılın onda birini verirdilər. Əvvəllər Gərnibasar ma-
halında məskunlaşan qaraçorlular, millilər və əliqanlılar isə
hər binəçəyə görə 7,5 tümən pul vergisi və məhsulun 30
hissəsindən 7-sini ödəyirdilər”.
192
Nazir Əhmədli
( “Binəçə” maddi potensialına görə bir və ya bir neçə
evdən ibarət olan təsərrüfat subyektinə deyirdilər, bir növ
kooperativ idi. Əhalisi yoxsul yaşayan bütöv bir kənd bəzən
1 binəçə sayılırdı. Orta rəqəm isə 7-10 ev idi. “Binəçə” ter-
mininin özü isə “binə”, “binə salmaq” sözündən yaranmışdı).
Beləliklə, əgər Alı milli tayfasına mənsubdursa,
onun Gərnibasar mahalının Gilanlar və ya başqa kən-
dindən gəlməsi həqiqətə oxşayır.
Qeyd edək ki, 1859-cu ilin kameral siyahısında Alı-
nın Nəbi adında əmisi də yer alıb. O, qardaşı Mirzə kimi
1852-ci ildə yaddan çıxaraq yazılmayan Nəbi Avçı oğludur.
Onun 15 yaşında Oruc, 9 yaşında Qərib və 1 yaşında İs-
mayıl adında üç oğlu var. Mirzənin atasının adı Ovçu, Nə-
bininki isə Avçı yazılsa da, onların qardaş olduqları şübhə
doğurmur. Əslində indinin özündə də Türkiyə ləhcəsində
“av” və “avçı” sözləri işlədilir, elə mənim mənsub oldu-
ğum Dərələyəz mahalında da, əminəm ki, o vaxt və indinin
özündə də Göyçədə də belə işlədilirdi. 1930-cu illərdə müa-
sir Azərbaycan dilinin normalarını, orfoqrafi yasını yaradan
görkəmli dilçilərimiz əsas kimi Bakı-Quba dialektini gö-
türərək, “av” kimi “dev”i də “div” etmişlər. 50 yaşlı Mir-
zədən 10 yaş kiçik olan Nəbinin onun qardaşı olmasına heç
bir şübhə ola bilməz.
Nəbinin ortancıl oğlu Qəribin adı bu iki qardaşın Qızıl-
vənkə köçməsinin tarixini müəyyən etmək üçün açar rolunu
oynaya bilər. 1959-cu ildə 9 yaşında olması Qəribin 1850-ci
ildə doğulduğunu göstərir. Çox güman ki, qardaşlar 1850-ci
ildən bir qədər əvvəl Qızılvənkə gəliblər və burada doğu-
lan uşağa qəriblikdə doğulduğu üçün bu adı qoyublar.
Bəs Mirzə ilə Nəbi qardaşları 1850-ci il ərəfəsində Qı-
zılvənkə haradan gəliblər?
Növbəti sənədi təqdim etməzdən qabaq bir texniki
məsələyə toxunmaq istərdim. Əsasən, yaşla bağlı müəy-
Dostları ilə paylaş: |