Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə45/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   41   42   43   44   45   46   47   48   ...   72

175
Haqq-nahaqq seçilər Haqq divanında
Siyahıda təbii ki, axtardığımız Aşıq Alının və ailəsinin  
rast gəlinməməsinə baxmayaraq, bu sənəd bizə başqa qiy-
mətli məlumatlar verir. Onlardan birincisi odur ki, Aşıq Alı-
nın milli mənsubiyyət haqqındakı mübahisələri bir kənara 
qoyaraq qeyd etməliyik ki, 1842-ci il ərəfəsində, 1831-ci 
ildən sonra məskunlaşan yeni kəndlərin sırasında 3 nöm-
rəsi ilə sıralanan Qızılvənk kəndində 1842-ci ildə həm qa-
rapapaq türkləri, həm də milli kürdləri yaşayırdı və türklər 
8, kürdlər isə 16 ailə idilər. Ona görə  də bu kəndin etnik 
mənsubiyyətini bilmədiyimiz hansısa sakininin kürd olma 
ehtimalı türk olmasından 2 dəfə çoxdur. Amma biz burada 
yalnız ehtimaldan danışırıq və hər bir ehtimalın mütləq ger-
çəklik olması zəruri deyildir.
Siyahıdan çıxaracağımız ikinci nəticə odur ki, 1831-ci 
ildə Gilanlar kəndində də yaşamayan Alının ailəsi bəs hara-
da idi? Burada Əli Əbülhəsənoğlunun mülahizələri müəyyən 
dərəcədə həqiqətə yaxın görünməyə başlayır. O yazmışdı ki, 
Alının 4 yaşı olanda qan düşmənçiliyi səbəbindən 12 milli 
ailəsi Gilanlar kəndini tərk edib Qızılvənkə gəlmişdir. Əgər 
Alı 1801-ci ildə anadan olubsa, deməli həmin köç 1805-cı 
ildə baş verib və onun üstündən keçən 36 ildə artıq bu ailə 
Qızılvənkin köklü sakinlərindən olmalı idi, 41-42 yaşında 
olan Alı Mirzə  oğlu və vardısa, başqa qardaşlarının ailələ-
ri də burada görünməli idi. Amma yoxdur. Milli tayfasının 
siyahısındakı 4 nömrəli ailə-Məhərrəm Mirzə oğlu və onun 
4 yaşlı İrza adlı qardaşı atası Mirzəyə görə zahiri oxşarlığa 
malik olsa da, Məhərrəm və İrza Alının qardaşları deyillər.
Bu siyahını 1831-ci ilin Gilanlar kəndinin siyahısı ilə 
tutuşdurmazdan qabaq oxucuları intizardan qurtarıb qeyd 
edim ki, Milli tayfasının siyahısındakı 5 nömrəli ailənin baş-
çısı Niftalı Şahəli oğlu Aşıq Alının qayınatası, Bəstinin atası 
Niftalıdır və professor H.İsmayılovun yazdığı kimi Çamurlu 
kəndinin deyil, Qızılvənk kəndinin sakinidir.Ən azı ona görə 


176
Nazir Əhmədli
ki, Çamurlu kəndi nə 1831-ci, nə də 1842-ci illərdə hələ məs-
kunlaşdırılmamışdı.  Bir az irəli gedərək qeyd edim ki, Qızıl-
vənk kəndindən 14 ailə 1860-cı  illərin əvvəllərində Çamurlu 
kəndinə köçmüş və oranı məskunlaşdırmışlar. Amma Niftalı 
Şahəli oğlu onların arasında yox idi, çünki rəhmətə getmişdi. 
Milli tayfasının siyahısındakı 14 nömrəli ailənin başçısı, 20 
yaşlı  Abbas  Niftalı oğlu da çox güman ki, Niftalının oğlu və 
Bəstinin qardaşıdır. 13 nömrəli ailənin başçısı Nağdəli Nağ-
dəli oğlu isə Niftalının qardaşı oğludur.
Niftalı  Şahəli oğlunun 1831-ci ildə Göyçə mahalının 
Yarpızlı  kəndində yaşadığını  təsbit etdim və aydın  oldu 
ki, yeni məskunlaşdırılan Qızılvənk kəndinə oradan gəlib. 
1831-ci ilin Kameral siyahısında da həmin kəndin əhalisi 
milli göstərilib:
 
“GÖYÇƏ MAHALININ KAMERAL TƏSVİRİ.
1831-Cİ İL.
№33.YARPIZLI KƏNDİ
Milli tayfası
Kənd Zağalı  və  Qızılqışlaq kəndləri arasında, 
xüsusi bulağın ətrafında yerləşir. Qızılqışlaq kəndindən 
çəkilmiş kanal da var.
Kənddə biri işlək və dövlətə  məxsus 3 yararsız 
dəyirman, 52 öküz, 79 inək, 100 buzov, 542 qoyun və 
keçi, 32 at var.
1.Kəndxuda Kərbəlayi Hüseynalı  Şahəli oğlu 60 y 
(onun arvadı və iki qızı); iki oğlu var: Həsən 8 y; Hüseyn 
1 y; qardaşı Niftalı 40 y (onun iki arvadı, üç qızı); iki 
oğlu var: Şahəli 12 y; İsgəndər 1 y; qardaşı oğlu Nağdəli 
Nağdəli oğlu  15 y.
2. Kərbəlayi Həsənalı Şahəli o. 50 y (onun arvadı və 
iki qızı); iki oğlu var: Məhəmməd 8 y; Əli 4 y”.


177
Haqq-nahaqq seçilər Haqq divanında
Siyahıdan görünür ki, Niftalıgil 4 qardaş olmaqla kifayət 
qədər nüfuzlu şəxslər olublar. Onunla bir evdə yaşayan 
böyük qardaşı Kərbəlayi Hüseynalı kəndin kəndxudasıdır, 
Kərbəlayi Həsənalı adında başqa bir qardaşları var. Nağdəli 
adında   başqa bir qardaşları isə ölüb və onun 15 yaşlı oğlu 
Nağdəli də  əmisi Kərbəlayi Hüseynalının ailəsindədir. 
Atasının adını daşıdığına görə düşünə bilərik ki, o hələ ana 
bətnində olarkən atası ölüb və yeni doğulan uşağa onun 
adını qoyublar.
Aşıq Alı  hələlik siyahımızda tapılmasa da, əgər onun 
1801-ci ildə, yaxud İ.Ələsgərin yazdığı kimi 1800-cü ildə 
anadan olduğu ilə razılaşsaq, Alı az qalır ki, qayınatası ilə 
yaşıd olsun. Niftalının 1842-ci ildə 50, Alının isə İ.Ələsgərə 
inansaq 42 yaşı vardı. Artıq bu fakt Alının 1842-ci ildə 41-
42 yaşında olmasını ciddi şəkildə şübhə altına alır.
Ola bilərmi ki, Aşıq Alının ailəsi qan düşmənçiliyi sə-
bəbindən 1842-ci ildə Qızılvənk kəndində gizli, yəni qey-
ri-leqal yaşayırdılar? Əgər doğrudan da onlar 1805-cı ildə 
Qızılvənkə  gəlmişdilərsə(halbuki Qızılvənk kəndi  əlimiz-
dəki sənədlərə görə 1831-1842-ci illər arasında məskunlaş-
dırılmışdır), belə,  36 il qeyri-leqal şəkildə yaşamaq qey-
ri-mümkündür.
Bəlkə  Ə.Əbülhəsənoğlunun yazdığı kimi 4 milli ailə-
sinə doğrudan da Qızılvənkdə yer olmayıb və onun yazdığı 
kimi Kəlbəcər rayonunda deyil (o vaxt Kəlbəcər nə rayon, 
nə  də nahiyə deyildi, Cavanşir nahiyəsinin tərkibindəki 
kəndlərdən biri idi), Cavanşir mahalında yeni saldıqları 
Milli kəndində idilər? Amma ilk kameral siyahının tərtib 
edildiyi 1831-ci ildən 1886-cı ilə qədər olan bütün kame-
ral siyahıları gözdən keçirməyimiz nəticəsiz qaldı-nəinki 
Cavanşir nahiyəsində, bütün Yelizavetpol quberniyasında 
Milli adlı kənd aşkar edilmədi.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə