Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə44/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

171
Haqq-nahaqq seçilər Haqq divanında
mane olur. Ola bilsin ki, Alməmmədin adını yazmayıblar, 
amma ehtimal başqa, qəti hökm vermək başqa.
Maraqlananlar üçün deyim ki, Gilanlarla qonşu olan 
kəndlərin əhalisi üzərində aparılan araşdırmalardan da bir 
nəticə alınmadı və bizi maraqlandıran şəxslərə rast gəlin-
mədi. Buradakı qonşu Bayburt kəndində 19 milli ailəsinin 
siyahısı təsbit edildi, başqa kəndlərdə qarapapaqlara və qa-
raçorlulara da rast gəlindi.
1831-ci ildə Qızılvənk kimi boş olan Ağkilsə kəndin-
də 1842-ci ildə artıq yaşayışın olması bizi məcbur edir ki,  
1842-ci ilin kameral siyahısında Qızılvənki axtaraq. 
 “İRƏVAN QƏZASI, GÖYÇƏ NAHİYƏSİNİN
KAMERAL TƏSVİRİ.1842-Cİ İL 
Əvvəlki Kameral təsvirin tərtib edilməsindən sonra 
Göyçə nahiyəsində bərpa edilən və yeni yaranan 
kəndlər
№3. QIZILVƏNK KƏNDİ
İslam dininin şiə məzhəbinə mənsubdurlar. Köçəri hə-
yat tərzi keçirirlər.
Bu kənd qarapapaqlar və milli tayfasına mənsub 
olan kürdlərlə  məskunlaşdırılıb. O, kifayət qədər hün-
dür yerdə yerləşib və ona görə də əkinləri tez-tez vaxtından 
əvvəl baş verən şaxtalar nəticəsində məhv olduğuna görə, 
buranın sakinləri daha çox heyvandarlığa meyl edirlər. Onu 
da deyək ki, köçəri sakinlər kifayət qədər yaxşı maddi və-
ziyyətdədirlər.
I.Qarapapaqlar:
1.Məhəmməd Sadıx oğlu 90 y; oğlanları: 1)İsmayıl 30 
y(onun oğlanları: Bayram 9 y; Novruz 7 y); 2)Əmin 25 y(o-
nun oğlu Qurban 5 y). 


172
Nazir Əhmədli
Bu ailənin 10 xalvar əkin yeri, 2 xalvar buğda, 2 xalvar 
arpa əkini, 2 atı, 15 iribuynuzlu, 25 xırdabuynuzlu mal-qa-
rası var.
2.Abbas Sadıx oğlu 70 y; onun oğlanları: 1)Qərib 20 y; 
2)Nağı 15 y; 3)Mehdi 12 y.
Ailənin 12 xalvar əkin yeri, 4 xalvar buğda, 1 xalvar arpa 
əkini, 2 atı, 12 iribuynuzlu, 25 xırdabuynuzlu mal-heyvanı var.
3.Məhəmməd Məhəmməd oğlu 15 y; qardaşı Əhməd 5 y.
Ailənin əkin yeri və əkini yoxdur, 1 atı və 2 baş iribuy-
nuzlu malı var.
4.Sadıx Məhəmməd oğlu 50 y; oğlanları: 1)Ələsgər 15 
y; 2)Ələkbər 10 y.
Ailənin 10 xalvar əkin yeri, 1 xalvar buğda, 3 xalvar arpa əki-
ni, 2 atı, 15 iribuynuzlu və 20 baş xırdabuynuzlu heyvanı var.
5. Məhərrəm Alı oğlu 40 y; oğlu Alı 8 y.
Ailənin 2,33 xalvar əkin yeri, 1 xalvar arpa əkini, 1 atı 
və 7 baş malı var.
6. Süleyman Hümbət oğlu 30 y; oğlu Zülfüqar 12 y.
Ailənin 2,5 xalvar əkin yeri, 1 xalvar arpa əkini, 10 iri-
buynuzlu, 15 xırdabuynuzlu mal-qarası var.
7. Məmo Gözəl oğlu 40 y; oğlu Hüseyn 7 y.
Ailənin 2,5 xalvar əkin yeri, 1 xalvar arpa əkini, 1 atı, 9 
baş iribuynuzlu, 12 baş xırdabuynuzlu mal-qarası var.
Qeyd: Palata jurnalına edilmiş 27 mart 1845-ci il 
tarixli dəyişikliklə bu ailə Qızılvənk kəndinin siyahısın-
dan çıxarılmışdır.
8. Vəli Qulu oğlu 60 y; oğlu Həsən 30 y.
Ailənin əkin yeri yoxdur, 2 baş iribuynuzlu malı var.
II.Milli tayfasına mənsub olan kürdlər:
1.Həsən Məhəmməd oğlu 20 y; qardaşı Hüseyn 15 y; 
Ailənin 12 xalvar əkin yeri, 4 xalvar buğda, 1 xalvar 
arpa əkini, 20 atı, 25 baş iribuynuzlu, 150 baş xırdabuynuz-
lu mal-arası var.


173
Haqq-nahaqq seçilər Haqq divanında
2.Hüseyn Ramazan oğlu 30 y; oğlu Həsən 10 y; qardaşı 
Şahhüseyn 25 y;
10 xalvar əkin yeri, 1 xalvar buğda, 3 xalvar arpa əkini, 1 
atı, 10 baş iribuynuzlu, 20 baş xırdabuynuzlu mal-qarası var.
3.Ələkbər Mahmud oğlu 60 y; oğlu Məhəmməd 20 y;
7,5 xalvar əkin yeri, 2 xalvar buğda, 1 xalvar arpa əkini, 
1 atı, 10 iribuynuzlu, 25 baş xırdabuynuzlu mal-qarası var.
4. Məhərrəm Mirzə oğlu 20 y; qardaşı İrza 4 y;
7,5 xalvar əkin yeri, 1 xalvar buğda, 2 xalvar arpa əkini, 2 
atı. 10 baş iribuynuzlu, 25 baş xırdabuynuzlu mal-qarası var.
5. Niftalı  Şahəli oğlu 50 y; oğlanları:  Şahəli 20 y; 
Mehdi 8 y.
10 xalvar əkin yeri, 1 xalvar buğda, 3 xalvar arpa əkini, 2 
atı, 18 baş iribuynuzlu, 25 baş xırdabuynuzlu mal-qarası var.
6.Namaz İbrahim oğlu 30 y; oğlanları: Nağı 7 y; Bağır 3 y; 
10 xalvar əkin yeri, 3 xalvar buğda, 1 xalvar arpa əkini, 
10 baş malı var.
7. Məhəmməd Şahgəldi oğlu(yaşı göstərilməyib); oğ-
lanları: Mutdin(Muhiddin?) 25 y; Məhəmməd 15 y; Mehdi 
10 y; İmirza 6 y; 
12 xalvar əkin yeri, 4 xalvar buğda, 1 xalvar arpa əkini, 
1 atı, 20 baş iribuynuzlu malı var.
8. Qasım Xələf oğlu 50 y; oğlanları: 1)Bəndalı 30 y(o-
nun oğlu Bayraməli 5 y); 2)Bünyadəli 20 y; 3)Xələf 7 y.
10 xalvar əkin yeri, 2 xalvar buğda, 2 xalvar arpa əkini, 3 
atı, 15 baş iribuynuzlu, 20 baş xırdabuynuzlu mal-qarası var.
9.Musa Rəsul oğlu 30 y.
Əkin yeri və mal-qarası yoxdur.
10. Alı Ayvaz oğlu 50 y; oğlanları: 1)Adıgözəl 30 y; 2)
İsmayıl; 3)Ayvaz; (yaşlarını tapıb yazmalı)!
5 xalvar əkin yeri, 1 xalvar buğda, 1 xalvar arpa əkini, 1 
atı, 15 baş iribuynuzlu, 25 baş xırdabuynuzlu mal-qarası var.
11.Elləz Mahmud oğlu 30 y; oğlu İmamqulu 4 y.


174
Nazir Əhmədli
5 xalvar əkin yeri, 2 xalvar arpa əkini, 1 atı və 8 baş 
iribuynuzlu malı var.
12. Şahgəldi İmamqulu oğlu  20 y. 
Əkin yeri yoxdur, 4 baş iribuynuzlu malı var.
13. Nağdəli Nağdəli oğlu 30 y.
5 xalvar əkin yeri. 1 xalvar buğda, 1 xalvar arpa əkini, 
2 atı və 6 baş iribuynuzlu mal-qarası var.
14. Abbas Niftalı oğlu 20 y; 
2,5 xalvar əkin yeri, 1 xalvar arpa əkini, 4 baş iribuy-
nuzlu, 15 baş xırdabuynuzlu mal-qarası var.
15. Məmmədvəli Şahhüseyn oğlu 40 y.
5 xalvar əkin yeri, 1 xalvar buğda. 1 xalvar arpa əkini, 
7 atı, 15 baş iribuynuzlu mal-qarası var.
16. Kərbəlayi İsmayıl Hüseyn oğlu 35 y; qardaşları: 1)
Səfalı 30 y; 2)Şıxəli 20 y; 3)Allahverdi 15 y.
10 xalvar əkin yeri, 2 xalvar buğda, 2 xalvar arpa əkini, 
1 atı və 10 baş iribuynuzlu mal-qarası var.
Qızılvənk kəndində 24 ailə və 63 kişi var.
Kənddə  cəmi 151 xalvar əkin yeri, 30 xalvar buğda, 
31 xalvar arpa əkini, 51 at, 262 baş iribuynuzlu və 402 baş 
xırdabuynuzlu mal-qara var.
Qeyd(kənd sakinlərinin dilindən şahidlik): kəndimizi 
yoxlayarkən burada 24 ailə aşkar edildi və biz heç kimi giz-
lətmədik. Əgər burada adı yazılmayan kimsə aşkar edilsə, 
Rusiya dövlətinin qanunları qarşısında bu qanunları bil-
mədiyimizi  bəhanə gətirmədən cavab verməyə hazırıq.
İmzalar:
Kəndxuda Məhəmməd Sadıq oğlu; Sadıq Məhəm-
məd oğlu; Məhərrəm Alı oğlu; Həsən Məhəmməd oğlu; 
Hüseyn Ramazan oğlu və başqaları.
Kollejski qeydiyyatçı Aleksandr Korallov”.
(Erm.Milli Arxivi, F.93, siy.1, sax.vah.79).


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə