Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə42/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

164
Nazir Əhmədli
Qabil Zimistanoğlu (“Aşıq Ələsgərin heyrət və sayğı 
ilə xatırladığı ustadı” adlı ön sözdən): “Aşıq Alı qədim 
Göyçə mahalının Qızılvənk kəndində anadan olub. Aşıq 
Alının Məhəmməd, Abdulla, İsmayıl adında 3 oğlu, Sənəm, 
Mələk adında 2 qızı olub. Mələyin Gülnaz adlı qızı, onun 
isə Ələkbər və Əsgər adlı oğlanları olub.Oğlu İsmayıl isə 
çox erkən dünyasını  dəyişib. Oğlunun vaxtsız dünyadan 
köçməsi sanki Aşıq Alının həyatını alt-üst edib:
Fərhəngi şərəfi m köçdü dünyadan, 
Fələyin boynuma qəhri kəsildi.
Necə əl götürüm həmdü-sənadan?
Şəkər dəhanımda ağı kəsildi”. (səh.15).
“Aşıq Alının irsinin toplanması ilə sonralar milliyətcə 
kürd olan Şamil  Əsgərov və  Əli  Əmirov məşğul olublar. 
Bir müddətdən sonra bəlli olub ki, Aşıq Alı irsinin tədqiqi 
ilə məşğul olmaları heç də xoş məramlarından irəli gəlmə-
yib....onu kürd kimi qələmə vermək istəyiblər.
Həmçinin Aşıq Alının yazıçı  Fərman Kərimzadə-
nin  “Vedinin yanı dağlar” kitabına istinadən Vedi dərə-
sinə-Gilanlar kəndinə aparıb çıxarmaq cəhdləri olub və bu 
da eyni məqsədə xidmət edib. Guya ki, Aşıq Alı Gilanlarda 
anadan olub və o Qızılvənkə köçüb gələndə 4 yaşı varmış.
...Aşıq Alının özü bir yana qalsın, Aşıq Alının 4-cü ba-
bası Məşədi Salehin Qızılvənkdə anadan olması barədə bu 
nəslin nümayəndələrində məlumat var. Məşədi Salehin Qı-
zılvənkdə Məmməd, Elləz, Əvəz, Qurban adlı 4 oğlu dün-
yaya göz açıb. Elləzin oğlu Yəhya, Yəhyanın oğlu Haqverdi
Haqverdinin oğlu Mirzə, Mirzənin oğlu isə Aşıq Alı olub. 
Bunu Aşıq Alı nəslinin nümayəndəsi olan Əli Vəliyev rəsmi 
qaydada (notarial qaydada) təsdiqləyir. Əli Vəliyev Aşıq Alı-
nın qızı Mələyin qız nəvəsidir, yəni qızı Gülgəzin oğludur.


165
Haqq-nahaqq seçilər Haqq divanında
Bunu Aşıq Alı nəslinin digər nümayəndəsi Lətif Məm-
mədəliyev də təsdiqləyir. L.Məmmədəliyev isə Aşıq Alının 
oğlu Abdullanın nəvəsidir. Abdullanın yeganə övladı olan 
Yəhyanın oğludur”(səh.17).
Ə.Əbülhəsənoğlunun soyadını  nəyə görə xatırlatma-
ğım yəqin hörmətli oxucuya indi aydən oldi-Ş.Əsgərovla 
birgə adı çəkilən şəxs odur.
Professor H.Mirzəyev adı  çəkilən məqaləsində yazır: 
“Aşıq Alının yubileyini keçirmək üşün... müxtəlif tədbir-
lər həyata keçirilir və Aşıq Alı haqqında məlumat toplanırdı 
(müəllif Aşıq Alının neçə illik yubeliyeninin keçirilməsini 
və yubiley tədbirinin keçirildiyi ili qeyd etmir, çox güman 
ki, söhbət Aşıq Alının 1981-ci  ildə 180 illik yubileyinin 
keçirilməsindən gedir - N.Ə.).
O zaman mənim işlədiyim Azərbaycan Dövlət Pedaqo-
ji İnstitutunda işləyən folklorşünas professor Mürsəl Həki-
mov Aşıq Alının həyat və yaradıcılığı haqqında məlumat 
toplamaq üçün 6 aylıq elmi məzuniyyətə göndərildi. O, bu 
6 ay ərzində Vedi (həmçinin Qarabağlar), Dərələyəz, Şərur 
və Göyçəyə getdi, bu yerlərdə olan aşıqlar, ziyalılar, tarix-
çilər və yaşlı adamlarla, ağsaqqal və ağbirçəklərlə söhbətlər 
apardı  və Alı haqqında xeyli məlumat topladı.Bakıya qa-
yıtdıqdan sonra folklorşünüslarla, fi loloq və tarixçilərlə bu 
məlumatlarla bağlı söhbətlər apardı. Mənim yuxarıda adı 
çəkilən bölgələri yaxşı tanıdığımı, şifahi xalq ədəbiyyatına, 
xüsusən aşıq yaradıcılığına yaxşı  bələd olduğumu bildiyi 
üçün məni bu məsələlərlə bağlı sorğu-suala tuturdu.
Nəticədə, o Aşıq Alı haqqında topladığı məlumatları 72 
makina səhifəsində ümumiləşdirdi. Mürsəl Həkimov Aşıq 
Alı haqqında yazdığı bu məqaləni 2 dəfə mənə oxudu...
Mürsəl Həkimovun gəldiyi nəticə bu idi ki, Aşıq Alı 
Vedibasarın Gilanlar kəndində doğulmuş, 8 yaşında  Şə-
rurun Başnoraşen (Cəlilkənd) kəndində molla məktəbinə 


166
Nazir Əhmədli
qoyulmuş, 12-14 yaşlarında saz çalıb oxumağa başlamış, 
Kosacanda Ağ Aşığa  şəyirdlik etmiş  və xeyli müddət Ağ 
Aşıqla birlikdə Şərur, Dərələyəz və Vedibasarda aşıqlıq et-
mişdir.
Yaşlı adamlar ona demişdi ki, Aşıq Alının tayfası ilə 
qonşu kənddəki bir bəyin arasında düşmənçilik düşür. Bəy 
bunların nişanlı qızını zorla qaçırır, qız da özünü atın üs-
tündən uçuruma atıb öldürür. Sonra da qız sahibləri gəlib 
onlardan adam öldürür. Bəyin əlindən Alının tayfası Göy-
çəyə köçür.Bir hissəsi Qızılvənkdə məskunlaşır, bir hissəsi 
isə  əvvəlcə Göyçənin Qırxbulaq kəndində  məskunlaşmaq 
istəyir, lakin hansı səbəbdənsə, sonra Kəlbəcərə gedib orda 
məskunlaşırlar. Bundan sonra Alı Göyçənin Qızılvənk kən-
dində yaşayır.
Mürsəl Həkimov Aşıq Alı haqqında eşidib bildiklərini 
yubileyin hazırlanmasına kömək edən əziz şairimiz Hüseyn 
Arifə danışır.Hüseyn Arif deyir ki, yubileyə çox az qalır. 
Belə mübahisəli məsələləri yubileyə  çıxarmaq olmaz. O 
yazdığını ver mənə, diqqətlə oxuyum.
Bundan bir neçə gün sonra Hüseyn Arif məşhur, Azər-
baycanın fəxri olan akademik Həmid Araslıya müraciət 
edir və yubiley ərəfəsində mübahisələrə son qoymaq üçün 
onun rəyini istəyir. Akademik Həmid Araslı qəzetdə qısa, 
məlumat xarakterli fi krini bildirir ki, Aşıq Alı Göyçədə 
doğulmuşdur. Mənim  fi krimcə, bu yazı yubileyi sakit ke-
çirmək üçün atılan addım idi. Odur ki, yubileydə Mürsəl 
Həkimovun yazdıqlarına toxunulmadı”(adı  çəkilən  əsəri, 
səh. 142-143).
Beləliklə, professor H.Mirzəyev professor həmkarı 
M.Həkimovun, M.Həkimov isə Ə.Əbülhəsənoğlu və yazıçı 
F.Kərimzadənin irəli sürdüykləri ehtimalı müdafi ə edir.  
İndi sitat gətirdiyim bu şəxslərdən Aşıq Alı haqqında 
əldə etdiyimiz bilgiləri ümumiləşdirib yığcam hala gətirək 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə