Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani



Yüklə 462,01 Kb.
səhifə36/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

İTTIHAMIN KÖKÜ


Quran ayələrindən və hədislərdən bəlli olur ki, yəhudilər Cəbrailin vəhyin çatdırılmasında xəyanət etdiyini hesab edirlər. Çünki Allah-Taala ona peyğəmbərliyin İsrail ailəsindən çıxarılmaması haqqında göstəriş vermişdi. Lakin o, Allaha qarşı çıxaraq peyğəmbərliyi İsmayılın törəmələrinə ötürmüşdür. Buna görə də onlar Cəbraili düşmən hesab edir və “Xanə əl-Əmin” (Cəbrail xəyanət etdi) şüarını səsləndirirlər. Quran bütün bu yanlış düşüncələrin əsassız olduğunu göstərmək üçün yəhudiləri tənqid atəşinə tutaraq, Cəbraili “əmin” (əmanətdar) adlandırır. “Onu Ruh əl-Əmin (Cəbrail) (günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə endirdi (nazil etdi)” (“Şüəra”, 194).

(Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir” (“Bəqərə”, 97).

Yuxarıda qeyd olunan ayələrdən aydın görünür ki, yəhudilər Cəbraili müəyyən səbəblərə görə düşmən hesab edir, əzab mələyi adlandırır və peyğəmbərliyin çatdırılmasında xəyanətlə ittiham edirdilər. Demək, “Xanə əl-Əmin” şüarının kökündə yəhudilərin etiqad bəslədiyi xurafat dayanır. Şiələrə qarşı kin bəsləyən bəzi yazarlar həmin fikirdən şiəliyin əleyhinə yararlanmış və bunu bir ittiham kimi namərdcəsinə şiələrə ünvanlamışlar.
Qısa cavab:

Bu, yanlış fikirdir və onu irəli sürənlərin şiə məzhəbinin etiqadları haqqında məlumatları olmadığını göstərir. Şiə məzhəbinin kitablarına müraciət edən hər bir kimsə bu fikrin yanlış olduğunu tam aydınlığı ilə görəcək.


Ətraflı cavab:

  1. İstənilən məzhəb haqqında tədqiqatın qaynağı o məzhəbin müxtəlif sahələrdə qələmə alınmış kitablarıdır. Şiə kitablarına, xüsusilə namazla bağlı fəsillərə müraciət etdikdə bu iddiadan heç bir əsər-əlamət olmadığını görürük. Aşağıda bu iddianın doğru və ya yanlış olduğunu göstərən ibarələri diqqətinizə çatdırırıq:

Şeyx Müfid yazır: “Namazın salamını yuxarıda göstərildiyi şəkildə dedikdən sonra iki əlini təkbir demək məqsədi ilə yuxarı qaldırır, üzünün bərabərinə tutursan. Belə ki, əllərinin içi qibləyə, arxası isə üzünə tərəf olur. Bu zaman “Allahu əkbər” deyirsən. Əllərini dizlərinə doğru endirib yenidən ikinci təkbiri demək üçün yuxarı qaldırırsan. Eyni hərəkəti üçüncü dəfə də təkrar edirsən”.1

Yuxarıdakı ibarələrdən göründüyü kimi, ən qədim imamiyyə alimlərindən olan Şeyx Müfid belə bir etiqaddan söhbət açmamışdır. Əgər məlum iddia vacib, müstəhəb və ya sadəcə namaz ədəblərindən olsaydı, orada qeyd olunardı.

Şexy Tusi də namazın salamından sonra deyilən təkbiri eynilə həmin şəkildə izah etmişdir.2

İbn İdris Hilli yazır: “Namazın salamından sonra oturduğun halda üç dəfə təkbir demək müstəhəbdir. Belə ki, oturaq vəziyyətdə hər bir təkbiri deyərkən əlləri qulağının bərabərinə qədər yuxarı qaldırır, yenə dizlərinə doğru endirirsən”.3

Eyni məzmunlu ifadələr İbn Bərracdan da nəql olunmuşdur1.

Şəhidi-Əvvəl də həyata keçirilməsi müstəhəb olan əməllər haqqında yazır: “Namazdan dərhal sonra bəzi əməllər müstəhəbdir. Bu əməllər üç təkbirlə başlayır. Belə ki, (hər təkbir deyiləndə) əllər qulaqlara qədər yuxarı qaldırılır. Təkbirlərdən sonra “La ilahə illəllah” deyilir. Daha sonra isə (hədislərdə göstərilən) dua oxunaraq həzrət Zəhranın (ə) təsbehinin zikri deyilir. Sonuncu müstəhəb əməl namazdan dərhal sonra həyata keçirilən ən fəzilətli əməldir”.1

Əllamə Hilli də həmin məsələni eynilə bu məzmunda qeyd etmişdir.2

2. şiə məzhəbi həzrət Məhəmmədin (s) peyğəmbərliyinə etiqad bəsləyir və onu İslam dininin əsaslarından biri hesab edir.

Şeyx Tusi yazır: “Məhəmməd ibn Abdullah ibn Əbd əl-Müttəlib ibn Haşim bu ümmətin peyğəmbəri, Allahın elçisidir. Onun haqq olmasına dəlil peyğəmbər olduğunu iddia edərək Quran və s. möcüzələr təqdim etməsidir”.3



O, yazır: “Bizim peyğəmbərimiz Məhəmməd (s) elçi və peyğəmbərlərin sonuncusudur. Buna dəlil isə Quran ayəsidir. Allah-Taala Quranda buyurur:

Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (“Əhzab”, 40)

O, peyğəmbərlərin, elçilərin ən şərafətlisidir. Çünki o həzrət (s) qızı Fatiməyə (s) buyurdu: “Sənin atan peyğəmbərlərin ən yaxşısıdır”.4

3. Şiə məzhəbinə görə namazda Allahın varlığına və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək vacibdir. Bu iki şəhadəti bilərəkdən tərk etmək namazın batil olmasına səbəb olur.

Şeyx Tusi yazır: “Son təşəhhüddə aşağıdakı sözləri demək müstəhəbdir.

بسم الله و بالله والاسماء الحسنی کلها لله اشهد ان لا اله الا الله وحده لا شریک له و اشهد انا محمد عبده و رسوله 1

Eyni məzmunlu ifadələr digər fiqhi kitablarda da qeyd olunmuşdur. Bütün bunlar şiələrin namazın təşəhhüdündə İslam peyğəmbərinin (s) peyğəmbərliyini dilə gətirmələrinə aydın bir dəlildir.



4. Şiəliyə görə Cəbrail da daxil olmaqla bütün mələklər məsumdurlar.

Şeyx Səduq yazır: “Bizim, peyğəmbərlər, imamlar və mələklər haqqında etiqadımız budur ki, onlar hər bir çirkinlikdən uzaqdırlar və heç bir böyük və ya kiçik günah etmirlər”.1

Şeyx Müfid yazır: “Mən deyirəm ki, mələklər axirət odunda yanmaqla nəticələnəcək hər bir əməldən uzaqdırlar. Bu, bütün imamiyyələrin fikridir”.2

Feyz Kaşani yazır: “Mələklər haqqında günahdan söhbət gedə bilməz. Onlar ilahi göstərişlərdən boyun qaçırmırlar”.3

Şeyx Hürr Amili yazır: “Mələklər hər bir günahdan uzaqdırlar”.4

Əllamə Təbatəbai yazır: “Həqiqətən, mələklər Allahın yaratdıqlarındandır. Hansı ki, Allahın (uca) məqamından qafil olmurlar. Onlar heç bir unutqanlığa və ya səhvə yol verməzlər. Heç bir şey onları Allahdan kənarlaşdıra bilməz. Onlar Allahın iradəsi xaricinə çıxa bilməzlər”.5

Əgər şiəliyə görə, Cəbrail vəhyin çatdırılmasında xəyanət etsəydi, şiə alimləri onun məsum olduğunu qeyd etməzdilər.


  1. Şiələrin Cəbrailə bəslədiyi hörmət.

Əllamə Təbərsi Allahın bu “Onu Ruh əl-Əmin (Cəbrail) (günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə endirdi (nazil etdi)” ayəsini izah edərkən yazır: “Cəbrail Allahın əmanətdar vəhy mələyidir. O, vəhyi dəyişməz, təhrif etməz”.1

Əllamə Təbatəbai məlum ayəni izah edərkən yazır:

“Ruh əl-Əmin”də məqsəd vəhy mələyi Cəbraildir. Allah-Taalanın onu “Əmin” deyə vəsf etməsinə səbəb vəhyi Peyğəmbərə (s) çatdırmaqda əmanətdar olmasıdır. O, vəhyi bilərəkdən, səhvən və ya unutqanlıq ucbatından dəyişmədən, təhrif etmədən Peyğəmbərə (s) çatdırmışdır”.2
On bİrİncİ bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər camaatın əmlakını özləri üçün halal hesab edirlər. Allah-Taala Quranda bu haqqda bizə xəbər verir. Onlar (yəhudilər): “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər (“Ali-İmran”, 75). Rafizilər də eyni şəkildə bütün müsəlmanların əmlakını özləri üçün halal hesab edirlər. Yəhudilər digərlərinə qarşı hiylə işlətməyi icazəli hesab edirlər. Rafizilər də eyni əqidədədirlər”.



Cavab: Bu iddia bütünlüklə yalan, iftira olmaqla yanaşı şiəliyin ən ümdə və dəyişməz ehkamlarına ziddir; çünkü bütün İslam fəqihləri iki şəhadəti dilə gətirən insanların əmlakının, canının və qanının möhtərəm olması qənaətindədirlər. Bu ümumi hökmdən yalnız xəvaric, nasibilər və qalilər xaricdir.

Bundan başqa şiə alimləri alış-verişdə, hətta qeyri-müsəlmanlara qarşı belə hiylə işlətməyi haram hesab edirlər. Bu fətva bütün şiə fiqh kitablarında mövcuddur. Bizim imamlarımız da alış-verişdə hiylə işlətməyin haram olduğunu vurğulamışlar. Hişam ibn Salim İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Peyğəmbər (s) xurma satan bir kişiyə buyurdu: “Bilmirsənmi ki, müsəlmanları aldadan onlardan deyil?!”1


On İkİncİ bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər talaqı yalnız hər heyz zamanı düzgün hesab edirlər. Rafizilər də eyni fikirdədirlər”.



Cavab: Əgər müəllif “hər heyz” dedikdə heyz vaxtını nəzərdə tutursa, bu, şiəliyə qarşı iftiradır. Çünki şiə fiqhində belə bir hökm mövcud deyil. Əgər müəllifin məqsədi talağın heyz vəziyyəti bitdikdən sonra verildikdə keçərli olmasıdırsa, bəli, bu doğrudur. Bu fikir yalnız şiələrə məxsus deyil. Talağın keçərliliyində bu və ya digər şərtin zərurəti əhli-sünnə və şiələrin yekdilliklə qəbul etdiyi hədislərdə öz əksini tapmışdır. Əhli-sünnənin bütün səhih kitablarında Abdullah ibn Ömərdən nəql olunur ki, o, Peyğəmbər (s) dönəmində öz həyat yoldaşını heyz olduğu halda talaq verdi. Ömər ibn Xəttab Peyğəmbərdən (s) şəriətin bu məsələyə qarşı mövqeyini soruşduqda Peyğəmbər (s) buyurdu: “Ona həyat yoldaşını geri qaytarmasını əmr et. Onu heyzdən qurtarıncaya qədər saxlasın. Sonra bir daha heyz olub heyzdən qurtarsın. Bu zaman onu saxlamaq istəməsə, intim əlaqəyə girmədən talaq versin”.1
On üçüncü bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər öz qadınları üçün mehr (kəbin haqqı) təyin etmir, yalnız onlardan bəhrələnirlər. Rafizilər də eyni şəkildə davranır və mütə nikahını (müvəqqəti nikahı) halal hesab edirlər”.



Cavab: Birincisi, şiəliyə görə nikahda mehr (kəbin haqqı) vacibdir. Bu, şiə fiqhinin ən ümdə, dəyişilməz ehkamlarından hesab olunur.

İkincisi, əgər müəllifin mütə (müvəqqəti nikah) haqqında söyədiklərindən məqsədi kişinin talaqdan sonra qadına verdiyi hədiyyədirsə, bu, Quran ayələrinin toxunduğu məsələlərdəndir:

Yaxınlıq etmədiyiniz (toxunmadığınız) və mehrini (kəbin haqqını, başlığını) təyin etmədiyiniz qadınları boşamaq sizə günah sayılmaz. Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey (mütə) versin!” (“Bəqərə”, 236)

İbn Kəsir Dəməşqi məlum ayəni izah edərkən yazır: “Alimlər arasında belə bir fikir ayrılığı mövcuddur: Görəsən, talaq verilmiş qadına verilən bu hədiyyə hər bir talaq verilmiş qadına aiddir, yoxsa yalnız mehr nəzərdə tutulmamış və “yaxınlıq olunmamış” qadına aiddir? Bu məsələ ilə bağlı bir neçə versiya mövcuddur”.2

Hər halda bu növ hədiyyə bütün müsəlmanlar tərəfindən yekdilliklə qəbul olunur. Əgər müəllifin məqsədi şiələrin mütə nikahını (müvəqqəti nikahı) halal hesab etmələridirsə, buna cavab olaraq bildirməliyik ki, Peyğəmbər (s) dönəmində bu növ nikah müsəlmanlar arasında hamı tərəfindən yekdilliklə qəbul edilən məsələlərdən olmuşdur. Bir çox səhabələr buna əməl etmişlər. Əhli-sünnə və şiələr vasitəsi ilə günümüzə gəlib çatan səhih sənədli hədislər bu müddəanı sübut edir. Burada fikir ayrılığı yalnız bu hökmün Peyğəmbər (s) dönəmində qüvvədən düşüb-düşməməsindədir.

Səhih hədislərdə mütə nikahının Peyğəmbərin (s), hətta Əbu Bəkrin dönəmində belə icazəli olduğu, Ömər ibn Xəttabın isə onu haram etdiyi göstərilir.

Müslim öz “Səhih” əsərində Cabir ibn Abdullahın belə dediyini nəql edir: “Biz Peyğəmbər (s) və Əbu Bəkr dönəmində bir az xurma və un qarşılığında mütə edirdik. Ömər isə ona qadağa qoydu”.1

O, özünəməxsus sənədlə Əbu Nəzrdən nəql edir: “Biz Cabir ibn Abdullahın yanında idik. Bir kişi onun yanına gəlib dedi: “İbn Abbas və İbn Zübeyr təməttö həcci və qadınların mütə olunması ilə bağlı fərqli fikirlər söyləyirlər”. Cabir dedi: “Biz Peyğəmbər (s) zamanı bu iki hökmə əməl edirdik. Ömər onlara qadağa qoydu. Biz də artıq bu iki hökmə əməl etmədik”.


On dördüncü bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər dəri ayaqlıqlara məsh etməyi qəbul etmirlər. Rafizilər də eyni fikirdədirlər.



Cavab: Dəri ayaqlıqlara məsh çəkmək, Təravih namazı qılmaq və s. bidətlər yəhudilikdə yoxdur. Bu və ya digər bidətlər bəzi İslam məzhəbləri tərəfindən qondarılmışdır. Buna görə də oxşar bidətləri qəbul etməyənlər yəhudilərlə həmfikir olmaqda ittiham oluna bilməzlər. Çünki bənzərlik əməldə ola bilər, əməli tərk etmək baxımında bənzərlik hədsizdir.

İkincisi, dəri ayaqlıqlara məsh çəkməyin doğru olduğunu iddia edənlər dəlil göstərməlidirlər. Onların bu iddiası Qurana qarşıdır. Quran ayağa məsh çəkməyi vacib edir:

Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin” (“Maidə”, 6).

Üçüncüsü, dəri ayaqlıqlara məsh çəkməyi bir çox səhabələr, o cümlədən İbn Abbas qəbul etmir. Biz bu məsələ haqqında “İmamət dər fiqh” kitabında geniş söhbət açmışıq.


On beşİncİ bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər öz qəbirlərini əlhəd şəklində etmirlər. Rafizilər də eyni şəkildə əməl edirlər. Halbuki Peyğəmbər (s) belə etmirdi”.



Cavab: Əlhəd (ərəbcə: ləhd, ləhəd və s.) qəbri qiblə tərəfdən ovub meyiti oraya qoymağa deyilir. Bu, Əhli-beyt (ə) hədislərinə əsaslanan şiə fəqihlərinin fikrincə də müstəhəbdir.

Mühəqqiq Hilli yazır: “Meyit üçün əlhəd hazırlanması müstəhəbdir”.1

Digər fəqihlər də eyni mövqedən çıxış etmişlər. Belə ki, Seyid Əli Təbatəbai “Riyaz əl-məsail” əsərində bu haqda yekdil rəy (icma) olduğunu iddia etmişdir.2
On altıncı bənzərlİyİn tənqİdİ

O, yazır: “Yəhudilər ölülərin kəfəninə yaş ağac qoyurlar. Rafizilər də eyni şəkildə əməl edirlər”.



Cavab: Ölülərin kəfəninə yaş ağac qoymaq müstəhəb əməllərdəndir. Bu, əhli-sünnə və şiə yolu ilə nəql olunan səhih hədislərdə öz əksini tapmışdır. Alimlər onun müstəhəb olduğunu qeyd edirlər. Peyğəmbər (s) də eyni şəkildə davranmışdır. Buxari, Müslim və başqaları İbn Abbasdan belə nəql edirlər: “Peyğəmbər (s) iki qəbrin yanından keçirdi. Qəbirdəkilər işgəncə olunurdular”. Həzrət (s) buyurdu: “Bu iki məzarda yatanlar işgəncə olunurlar. Lakin onların bu vəziyyətinə səbəb böyük günah deyil. Onlardan biri sidikdən çəkinməmiş, digəri isə sözgəzdirənlik etmişdir”. Sonra həzrət (s) təzə ağac götürdü. İki yerə bölüb hərəsini bir məzara sancdı. Səhabələr soruşdular: “Ey Allahın rəsulu! Niyə belə etdin?” Həzrət (s) buyurdu: “Ümid var ki, bu iki yaş ağac quruyanadək o iki nəfərin əzabı yüngülləşsin”.3

Nəvəvi “Səhihi-Müslim”i şərh edərək yazır: “Səhabələrdən olan Büreydə ibn Hüseyb Əsləmin məzarına iki ağac qoyulmasını vəsiyyət etdi”.1




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə