Haqqin iZİ İLƏ Müəllif: Əli Əsğər Rizvani


PEYĞƏMBƏR TƏLİMLƏRİNİN VƏHDƏTİ



Yüklə 462,01 Kb.
səhifə37/47
tarix15.07.2018
ölçüsü462,01 Kb.
#55974
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

PEYĞƏMBƏR TƏLİMLƏRİNİN VƏHDƏTİ


Bir çoxları iki din arasında müştərək cəhətlər olduğunu görüb onları birinin digərindən, yəni zaman baxımından sonuncusunun ilk olanından təsirləndiyini düşünürlər. Həmin metodu Yəhudilik və şiəlik arasında da tətbiq etmək istəyirlər. Təbii ki, peyğəmbərlərin gətirdikləri başlıca prinsiplər eynidir. Burada fərqli olan isə şəriətlərdir.

Allah-Taala buyurur:

Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir” (“Ali İmran”, 19).

Digər ayədə buyurur:

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!” (“Bəqərə”, 183)

İslam özündən öncəki peyğəmbərlərin təlimlərini rədd etmək məqsədi ilə gəlməmişdir. İslam dini özündən öncəki dinlərdə aparılan təhrifləri aradan qaldırmağa və onları tamamlamağa gəlmişdir. Buna görə də şiəlik və yəhidilik arasında oxşar cəhətlər varsa, bu, şiəliyin Yəhudilikdən təsirlənməsi demək deyil. Əgər məlum bənzərliyi təsirlənmə kimi qəbul etsək, o zaman Əhli-sünnənin də yəhudiliyin təsiri altına düşdüyünü iddia etmək olar. Çünki əhli-sünnə təlimlərinin bir çox məqamları yəhudilik təlimləri ilə üst-üstə düşür.



KİTAB ƏHLİNİN RAFİZİLƏRDƏN ÜSTÜN OLMASI İDDİASI


O, yazır: “Yəhudi və xristianlar bir baxımdan rafizilərdən üstündürlər. Çünki Yəhudilər dedilər: “Sizin ümmətinizin ən yaxşısı kimdir?” Onlar cavab verdilər: “İsanın (ə) həvariləri (apostollar)”. Rafizilərdən isə “ümmətinizin ən pisi kimdir” - deyə soruşdurqa dedilər: “Məhəmmədin (s) həvariləri”. Onlar Təlhə və Zübeyri nəzərdə tuturdular. Onlara həvarilər üçün Allahdan əfv diləmək əmr olunmuşdu. Onlar isə həvarilərə nalayiq sözlər yağdırdılar.”

Cavab: Birincisi, hansı şiə bütün həvari və səhabələrin ümmətin ən pisi olduğunu iddia etmişdir? Şiələr böyük səhabələrə hörmətlə yanaşır və onların İslamın yayılmasındakı zəhmətlərini yüksək qiymətləndirirlər. Bəli, onlar bütün səhabələri ədalətli hesab etmirlər. Çünki bəzi səhabələr böyük səhvlərə yol vermişlər. Biz bu haqda “Şiəşünaslıq və iradlara cavablar” kitabında geniş söhbət açmışıq.

İkincisi, şiələrin Təlhə və Zübeyrlə bağlı iradlarına səbəb məlum iki səhabələnin əhdlərinə vəfa qılmamalarıdır. Onlar öz imamlarına etdikləri beyəti sındırıb müsəlmanların haqlı xəlifəsinə qarşı çıxdılar. Bu, inkar edilməsi mümkün olmayan tarixi faktır.

Üçüncüsü, hər iki məzhəbin rəvayətlərinə əsasən ümmətin ən bədbəxt və şər adamı Əlinin (ə) qatili Əbd ər-Rəhman ibn Mülcəmdir.

Hakim Nişapuri və digərləri özlərinə məxsus sənədlə İmam Əlinin (ə) belə buyurduğunu nəql edirlər: “Ən doğru danışan insan olan həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim:

“(Həzrət (s) əlini gicgahıma sürtərək buyurdu:) Tezliklə buraya zərbə endiriləcək. Qan axıb üzünün tükünü qızardacaq. Bu zərbəni vuran ümmətin ən bədbəxtidir”.

Dordüncüsü, Əhli-sünnə mənsubları bəzi səhabələrə qarşı nalayiq sözlər işlədən və onları lənətləyənlərə qarşı olduqca sərt mövqedən çıxış edir, heç bir üzrlərini, hətta nəql etdikləri rəvayətləri belə qəbul etmir, heç bir dəyər vermirlər. Lakin öz düşmənlərinə gəldikdə isə onları olmazın söyüşlərlə yad edirlər.

Əhli-sünnə rical alimlərindən Yəhya ibn Muin yazır: “Osmanı və ya Peyğəmbərin (s) səhabələrindən birini söyən kimsə dəccal, fasiq və məlundur. Onun (nəql etdiyi) hədislər yazılmır. Allahın, mələklərin və bütün ümmətin lənəti ona olsun!”1

Zəhəbi “Mizan əl-etidal” əsərində Yəhya ibn Muinin Təlid ibn Süleyman Əbu İdris Kufi haqqında nəql etdiklərini qeyd edərək yazır: “O, Osmanı söyən yalançıdır. Bir gün divarın üstündə oturub Osmanı söyürdü. Osmanın övladları və onu sevənlər Təlidə hücum çəkib divardan düşürdülər və hər iki ayağını sındırdılar”2.

Lakin bütün bunlarla yanaşı nasibiləri, gecə-gündüz Əlini (ə) lənətləyən Həriz ibn Osman Rəhəbini etibarlı hesab edir və onun rəvayətlərini nəql edirlər.

İbn Hibban deyir: “Həriz hər sübh və axşam çağı Əlini (ə) yetmiş dəfə lənətləyirdi”1.


MÜSƏLMANLARI KAFİRLİKDƏ İTTİHAM ETMYİN YASAQ OLMASI

O, sonda yazır: “Qılınclar qiyamətə qədər rafizilərə qarşı sıyrılmışdır”.



Cavab: “Müsəlmanların bir hissəsi haqqında bu şəkildə danışmaq böyük Əhli-sünnə alimləri tərəfindən irəli sürülən iddialara ziddir. Çünki onlar qibləyə doğru namaz qılan müsəlmanları sırf günah etdikləri üçün kafirlikdə ittiham etməyi yolverilməz hesab edirlər”.

Əbu əl-Həsən Əşəri yazır: “Bizim etiqadımız heç bir qiblə əhlini (qibləyə namaz qılanı) Allahın halalını haram etməyincə etdiyi zina, oğurluq, şərab içmək kimi günahlar ucbatından kafir adlandırmamaqdır”2.

Əhməd ibn Hənbəl Əhli-sünnə etiqadını açıqlayarkən yazır: “Kufə əhalisinə kobud sözlər yağdırmaqdan əl çəkmək lazımdır. Heç kim onları günah etdiyi üçün kafirlikdə ittiham etməməli, İslamdan çıxmış adlandırmamalıdır”3.

İbn Teymiyyə yazır: “Əhli-sünnə dini, imanı söz və ona əməl etməkdə görməsinə baxmayaraq, heç bir qiblə əhlini sırf böyük günah etdiyi üçün kafirlikdə ittiham etmir. Bu baxımdan əhli-sünnənin etiqadı Xəvaricin etiqadı ilə fərqlənir. Günah edilsə belə iman qardaşlığı öz qüvvəsində qalır”4.

Buxari Ənəs ibn Malikdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Namaz qılan, qibləmizə üz tutan və qurbanlığımızdan yeyən təhlükəsizliyi Allahın və rəsulunun (s) üzərinə düşən müsəlmandır”1.

ŞİƏNİN XÜSUSİYYƏTLƏRİ


Bəziləri İmam Əlinin (ə), İmam Sadiqin (ə) şiəsi olduqlarını iddia edir, lakin əməldə onlara tabe olmurlar. Digər din və məzhəblərdən olan müxaliflər də bu adamların əməllərini görür və bunun həqiqi şiəlik olduğunu güman edib ikrah hissi ilə yanaşırlar. İmamlardan (ə) nəql olunan rəvayətlərdə şiələrin bir çox xüsusiyyətləri öz əksini tapmışdır ki, bunların bəzilərinin onun müsəlman olmasında rolu var, bəziləri isə sadəcə kamillik rəmzidir. Həqiqi şiə o şəxsdir ki, bütün əxlaqi sərvətləri özündə cəmləsin və bu baxımdan nümunə olsun. Bu fəsildə Əhli-beytdən (ə) gələn rəvayətlərdə qeyd olunan şiəlik xüsusiyyətlərini diqqətinizə çatdıracağıq.
Şİənİn nİşanələrİ

1. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim şiələrimiz təqvalı, çalışqan, vəfalı, əmanətdar, zahid və ibadətkardırlar. Onlar gün ərzində əlli bir rəkət namaz qılırlar (yəni vacib namazlardan başqa müstəhəb namazları da qılırlar). Onlar gecəni ibadətlə məşğul olar, gündüzləri oruc tutarlar. Zəkatlarını verər, həccə gedər və hər növ çirkin əməldən çəkinərlər”2.

2. “Bizim şiələrimiz yaxşı işlərdə qabaqcıl olar, pis işlərdən çəkinərlər. Onlar yaxşılıqları üzə çıxarar (canlandırarlar), Allah əmrinin icrasına tələsərlər. Bu, Allahın rəhmətinə meyilli olmalarından doğur. Bu xüsusiyyətlərə malik olan (şəxs) bizdəndir, bizə mənsubdur və harada olursaq, bizimlədir”1.

3. İmam Baqir (ə) buyurur: “Bizim şiələrimiz yalnız Allahdan qorxan və ona itaət edənlərdir. Onlar təvazökarlıqla, əmanətdarlıqla, Allahı çox yad etməklə və ondan qorxmaqla məşhurdurlar”2.

4. “Həqiqətən, şiə o kəsdir ki, qarnını və şəhvətini cilovlasın, cihadda möhkəm olsun. Yalnız yaradanı üçün iş görsün, onun savabına ümid bəsləyib, cəzasından qorxsun. Belələrini görsən, onlar Cəfəri şiəsidirlər”3.

5. “Bizim şiələrimiz bir neçə xüsusiyyətlə tanınırlar: səxavət, qardaşlarına qarşı əliaçıqlıq və gün ərzində əlli yeddi rəkət namaz qılmaqla”4.

6. “Müxtəlif məzhəblər sizi çaşdırmasın. And olsun Allaha, bizim şiələrimiz yalnız Allaha itaət edənlərdir”5.

7. İmam Əli (ə) buyurur: “Bizim şiələrimiz vilayətimiz yolunda əliaçıqlıq edənlər, sevgimiz yolunda biri-birini sevənlərdir. Onlar bizim tapşırıqlarımızı yaşatmaq üçün bir-birlərinə baş çəkməyə gedər, qəzəbləndikdə kimsəyə zülm etməz, razı olduqları halda israf etməz, qonşularına bərəkət, yoldaşlarına əmin-amanlıq, səmimiyyət gətirərlər”1.

8. “Şiələrimiz Allahı tanıyanlar, əmrlərinə tabe olanlardırlar. Onlar fəzilət sahibi, düz danışanlardırlar. Geyimləri ortadır və (xalq arasında) təvazökarlıqla davranarlar”2.

9. Abdullah ibn Ziyad deyir: “Minada İmam Sadiqi (ə) gördüm. Salamdan sonra dedim: “Biz həmişə sizi görmək şərəfinə nail olmayan bir qövmük. Bizə tövsiyələrinizi bildirin”. Həzrət (ə) buyurdu: “Təqvalı olun, düz danışın, əmanətdar olun. Həmsöhbət olduğunuz adamla yaxşı davranın. Bir-birinizə salam verin, (ac olanınızın qarnını) doyurun. Onların (əhli-sünnənin) məscidlərinə gedin. Xəstələrinə baş çəkin. Dəfn mərasimlərində iştirak edin. Çünki atam mənə buyurmuşdur: “Həqiqətən, biz Əhli-beytin (ə) şiələri insanların ən yaxşılarıdırlar. Fəqihlər onlardan olar, rəhbər onlardan olar. Siz də belə olun. Elə yaşayın ki, insanların sevgisi bizə cəlb olsun. Xalqda bizə qarşı kin oyadacaq şəkildə həyat sürməyin”3.

10. İmam Kazım (ə) buyurur: “Həqiqətən, Əli (ə) şiəsi əməli sözünü təsdiq edən şəxsdir”4.

11. İmam Sadiq (ə) buyurur: “Əgər bizim şiələrimiz (imanda, əməldə) möhkəm olarlarsa, mələklər onlarla qol-boyun olar, buludlar üzlərinə kölgə salar, gündüzləri ilahi nurun şüaları altında belə nemətlə əhatə olunar, Allahdan istədikləri hər dilək həyata keçər”1.

12. Zeyd Şəhham deyir: “İmam Sadiq (ə) mənə buyurdu: “Mənə tabe olanınıza, məndən göstəriş alanınıza salamımı çatdır. Mən sizi təqvaya, Allah yolunda çalışmağa, düzgün danışmağa, əmanətdarlığa, davamlı səcdəyə və qonşulara xoş münasibətə dəvət edirəm. Peyğəmbər (s) bunlar üçün göndərilmişdi. Sizi etibarlı hesab edib əmanət tapşıranların, yaxşı və ya pis olmasından asılı olmayaraq, haqqını ödəyin. Peyğəmbər (s) daim (hətta əmanət) sap və parçanın belə qaytarılmasını əmr edərdi. Qohumlarınızla əlaqə saxlayın. Onların dəfn mərasimlərində iştirak edin. Xəstələrinə baş çəkin. Haqlarını ödəyin. Hansınız dinində təqvalı, düz danışan, əmanətdar, səmimi olsa, “Bu, cəfəri şiəsidir” - deyilər. “Bu cəfəri ədəb-ərkanlıdır” deyilməsi məni razı salar. Allaha and olsun, atam mənə buyurdu: “Əli (ə) şiələrinin öz qövmü arasında zinət olanı hamıdan çox əmanətdar olan, düz danışan, digərlərinin hüquqlarına hörmətlə yanaşanıdır. Xalqın vəsiyyətləri, əmanətləri onlara etibar edilər. Qövmləri arasında onlar haqqında soruşular: “Kim filankəs kimidir? O, hamıdan əmanətdar, sözündə düzdür”2.
ŞİƏ VƏ DİN QARDAŞLARINA YARDIM

1. Bir nəfər İmam Baqirin (ə) yanında şiələrin çoxluğundan söhbət açdıqda həzrət (ə) buyurdu: “Onların imkanlısı yoxsuluna mərhəmət edirmi? Əməlisalehi günahkarının xətasından keçirmi? Bir-birlərinə qarşı bərabərhüquqludurlarmı?” Rəvayətçi “Xeyr” deyə bildirdiyini deyir. Bu zaman həzrət (ə) buyurur: “Onlar şiə sayılmırlar. Şiə bu xüsusiyyətlərə malik insanlardır”1.

2. Məhəmməd ibn Əclan deyir: “İmam Sadiqin (ə) yanında idim. Bir şəxs daxil olub salam verdi. Həzrət (ə) ondan soruşdu: “Qardaşların necədirlər?”. O, onları tərifləməyə başladı. Həzrət (ə) buyurdu: “İmkanlıların yoxsullara baş çəkməyi necədir?”


  • Azdır.

  • İmkanlıların yoxsulları nəzərə alması necədir?

  • Azdır.

  • İmkanlıların yoxsullara bəxşişi necədir?

  • Siz elə bir şey haqqında soruşursunuz ki, onlar bizim xalqın arasında çox azdır.

  • Bəs sən onların şiə olduqlarını necə düşünürsən?”2




Yüklə 462,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə