MəkKen. (Stənliyə) Sən mənim ayrişimi də içə bilərsən.
Qoldberq. Sən qladiolus gülünə oxşayırsan.
Meq. Stən, paltarım haqda nə deyə bilərsən?
Stənli. Əsl xanım üçündür. İndi, xanım, zəhmət olmasa qədəhinizi verin.
Meq. Çox sağ ol.
Qoldberq. Xanımlar və cənablar, zəhmət olmasa qədəhlərinizi qaldırın.
Biz indi tost
deyəcəyik.
Meq. Lulu burada deyil.
Qoldberq. İndi birin yarısıdı. Bəs indi kim tost deyəcək? Misis Bols, ancaq siz yaxşı
tost deyə bilərsiz.
Meq. Mən?
Qoldberq. Daha kim deyə bilər ki?
Meq. Nə deyim?
Qoldberq. Nə hiss edirsiz, onu deyin. (Meq ürəksiz görünür). Bu gün Stənlinin ad
günüdür. Ona baxın, onda hər şey özü gələcək. Bir dəqiqə, işıq çox güclüdür. Gəlin
normal işıqda dayanaq. MəkKen, siz fənəri götürmüsüz?
MəkKen. (Cibindən fənəri çıxararaq). Budur.
Qoldberq. İşığı söndürün və fənəri yandırın. (MəkKen qapıya tərəf gedir, işığı
söndürür. Sonra geri qayıdıb fənəri Meqə tərəf tutur. Pəncərədən bayırda hələ də zəif
işıq görünür). Ona tərəf yox, bu misterə tərəf! Fənəri ad günü olan şəxsə tərəf yönəlt.
(MəkKen fənəri Stənlinin üzünə tutur). Buyurun, misis Bols.
Sükut.
Meq.
Bilmirəm, nə deyim.
Qoldberq. Ona baxın, sadəcə ona baxın.
Meq. İşıq onun gözünə düşmür?
Qoldberq. Xeyr, xeyr. Davam edin.
Meq. Mən çox şadam ki, bu axşam buradayam - öz evimdə və Stənlinin sağlığına
içmək istəyirəm. Çünki bu gün onun ad günüdür. Məncə o yaxşı insandır, baxmayaraq
ki, hərdən pis olur. (Qoldberq gülür) O, yeganə Stənlidir ki mən tanıyıram, mən onu
hamıdan yaxşı tanıyıram. Baxmayaraq ki o belə fikirləşmir. (Budur-budur, Qoldberq
deyir). Mən o qədər xöşbəxtəm ki, hətta ağlaya bilərəm. Çox şadam ki, burada belə
gözəl insanlar iştirak edir. (Ağlayır).
Qoldberq. Gözəl nitqdir. Çox gözəl idi. MəkKen, işığı yandır! (MəkKen qapıya tərəf
gedir, Stənli sakit dayanıb). Çox gözəl sağlıq idi. (Lulu sol qapıdan içəri girir. Qoldberq
Meqi sakitləşdirir). Baxın kim gəlib.
Meq. Lulu.
Qoldberq. Necəsən, Lulu, mən Net Qoldberqəm.
Lulu. Salam.
Qoldberq. Stənli, buyur qonağın üçün bir qədəh içki süz. Sən bayaq gözəl bir sağlıq
qaçırdın, Lulu!
Lulu. Doğrudan?
Qoldberq. Stənli, qonağın üçün bir qədəh içki. (Stənli Luluya qədəh verir). İndi
qədəhlərinizi qaldırın. Hər kəs ayağa qalxıb? Xeyr, sən yox, Stənli. Sən oturmalısan.
MəkKen. Düzdür, o oturmalıdır.
Qoldberq. Bir dəqiqə oturmağa etiraz etmirsən? Biz sənə görə içəcəyik.
Meq. Əyləş, Stən.
Lulu. Əyləş, Stən.
Stənli stulda əyləşir.
Qoldberq. Lap yaxşı. Stənli oturub. İlk əvəl mən demək istəyirəm ki, heç vaxt belə bir
sağlıq eşitməmişdim. Çox təsirləndim. Bir neçə dəqiqə bundan əvvəl, xanımlar və
cənablar, məni də sizin kimi bir sual maraqlandırırdı. Sevgiyə nə olub? Analarımızın
bizə hələ beşikdə öyrətdiyi hisslərimizə nə olub?
MəkKen. Küləklə sovruldu.
Qoldberq. Bu günə qədər mən bu haqda fikirləşirəm. Mən elə bir adamam ki, bir az
Austin, Fullerdə çay və Buts kitabxanasından bir kitab və mən xöşbəxtəm. Bayaq bu
evin xanımı öz xoş arzularını bildirdi və mən bu fikirlərdən çox təsirləndim. Xöşbəxt o
adamdir ki, öz gələcyini görə bilir. Heç bir hiyləyə aldanmır. Bu bizim rahat
yaşamağımızın yeganə yoludur.
Lulu. (Razılıqla) Düzdür!
Qoldberq. Bu axşam Lulu, MəkKen, biz çox xöşbəxtik. Biz bir qadın qəlbinin
dərinliklərindən gələn gözəl bir fikri eşitdik. Stənli, mən səni səmimi qəlbdən təbrik
edirəm. Mən burada olanların hamısının adından sənə xöşbəxtlik arzulayıram. Bilirəm
ki, sən heç vaxt bu qədər fəxr dolu hiss keçirməmisən. (Lulu və Meq alqışlayırlar). Işiği
söndür, MəkKen, biz tostumuzu içməliyik.
Lulu. Çox gözəl nitq idi.
MəkKen işığı söndürür və geri qayıdır. Sonra o, fənəri Stənlinin üzünə tutur.
Pəncərədən gələn işıq zəifləyir.
Qoldberq. Qədəhlərinizi qaldırın. Stənli, səni təbrik edirəm.
MəkKen. Təbrik edirəm.
Meq. Bütün
günlərin belə xöşbəxt olsun, Stən.
Qoldberq. Həyatında hər şey belə gözəl olsun.
Hamısı içir.
Meq.(Onu öpərək) Oh, Stən...
Qoldberq. İşıqları yandırın.
MəkKen. Oldu. ( İşıqları yandırır).
Meq. Stən, gəl qədəhlərimizi toqquşduraq.
Lulu. Mister Qoldberq –
Qoldberq. Məni Net deyə çağırın.
Lulu. (Qoldberqə müraciətlə) Sizin qədəhizniz boşdur, icazə verin qədəhinizi
doldurum.
Qoldberq. Böyük məmnuniyyətlə.
Lulu. Siz çox gözəl natiqsiz, Net, bunu bilirdiz? Bu cür danışmağı harada öyrənmisiz?
Qoldberq. Xoşunuza gəldi?
Lulu. Əlbəttə.
Qoldberq. Mənim üçün ilk belə şans Baysoterdə olmuşdu. Çox gözəl şans idi.
Mən onu
heç vaxt unutmayacam. Hər şey o gecə olmuşdu. Şarlot küçəsi tamamilə boşalmışdı.
Amma hər şey çox əvvəl olmuşdu.
Lulu. Siz nə haqda danışdız?
Qoldberq. Vacib və mümkün olanlar haqda. Çıxışım böyük əks-səda yaratdı. O
vaxtdan bəri mən həmişə şənliklərdə çıxış edirəm.
Stənli hələ də sakitdir. Qoldberq stolun solunda əyləşir. Meq sağ tərəfdə MəkKenin
yanında oturur. Lulu isə solda əyləşir. MəkKen öz qədəhinə daha çox ayriş tökür.
Meq. Icazə verin sizinkini də götürüm.
MəkKen. Bunu?
Meq. Hə.
MəkKen. Siz həmişə içkiləri qarışdırırsız?
Meq. Xeyr.
MəkKen. Öz qədəhinizi mənə verin.
Meq aşağı tərəfdə sağda ayaqqabı şkafının üstündə oturur. Lulu stolda, Qoldberq və
özünə daha çox içki süzür və qədəhini Qoldberqə uzadır.
Qoldberq. Çox sağ ol.
Meq. (MəkKenə müraciətlə) Səncə mən bacararam?
Qoldberq. Lulu,
sən böyük, dəcəl qızsan. Gəl dizimin üstündə otur.
MəkKen. Nəyə görə də yox.
Lulu. Səncə mən bacararam?
Qoldberq. Cəhd et.
Meq. (Azca içərək) Çox sağ ol.
Lulu. Mən bu saat içkinin təsirindən tavana qalxacam.
MəkKen. Bilmirəm sən bunları necə qarışdırırsan?
Qoldberq. Bəlkə cəhd edəsən?
Meq. (MəkKenə müraciətlə) Bu kətildə əyləş.
Lulu Qoldberqin dizi üstündə oturur.
MəkKen. Bunun?
Qoldberq. Rahatdı?
Lulu. Hə. Sağ ol.
MəkKen. Rahatdır.
Qoldberq. Bilirsən, sənin gözlərin çox mənalıdır.
Lulu. Səninki də həmçinin.
Qoldberq. Sən belə fikirləşirsən?
Lulu. (Gülümsəyərək) Əlbəttə.
MəkKen. (Meqə müraciətlə) Bunu haradan almısan?