Aktuallaşdırılmışdır: Fevral 2018-ci il
Hava limanında tranzit- məlumat vərəqəsi
Xahiş olunur Şengen vizası üçün müraciətə dair ümumi göstərişləri nəzərə alın və, hava limanı üçün tranzit
vizasına ehtiyac olub- olmadığını yoxlayın. Trazit vizasl üçün aşağıdakı sənədləri toplamaq lazımdır.
Sənədləri toplayarkən bu məlumat vərəqəsindən yoxlama siyahısı kimi istifadə edin.
Xarici pasport
□ müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
□ ən az 2 boş səhifəsi olmalıdır
□ fotoşəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
□ Şəxsiyyət vəsiqəsi (əsli + ön və arxa səhifələrin surəti)
□ tam şəkildə doldurulmuş və üç yerdən imzalanmış
ərizə-ənket
□ aktual biometrik pasport şəkli (3,5 x 4,5 sm)
□ viza rüsumu (bax: rəsmi internet səhifəsində „Rüsumlar“a dair məlumatlar )
Səyahət sığorta sənədi (əsli + surəti)
□ sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 $
□ bütün Şengen dövlətləri üçün etibarlı olmalı
Yetkinlik yaşına çatmayan şəxslər
□ doğum şəhadətnaməsində (əsli + surəti)
□ valideyn və ya qəyyumun bütün Şengen dövlətlərinə səfər etmək və ərizə ilə müraciət etmək üçün notarius
tərəfindən təsdiq edilən razılıq bəyanatı (əsli + surəti)
□ Valideynlər və ya qəyyumların pasportlarının surətləri
□ Valideynlər və ya qəyyumların vizalarının surətləri
Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər
□ Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (əsli + surəti)
□ müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə
Səfərin məqsədi
□ uçuş biletlərinin gediş-gəliş üçün iki tərəfli reservasiyası
□ tələb olunduğu təqdirdə əsas gedəcəyiniz ölkənin vizası (əsli + surəti)
Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut
□ bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
□ mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
□ səyahət çekləri
Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)
□ ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin
surəti)
□ daşınmaz əmlaka sahib olmağınıza dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
□ mütəmadi gəlirin olmasına dair sübut
o
Pensionerlər: pensiya arayışı
o
Işləyən şəxslər: iş yerindən elektron arayış
və ya
iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix və aşağıdakı məlumatlar göstərilən rəsmi
arayış: (əsli ingilis dilində və ya Azərbaycan dilində olmaqla ingilis yaxud alman dillərində
tərcüməsi ilə)
- müəssisənin tam şəkildə ünvanı, telefonu faks nömrələri
- imzalayan şəxsin adı və vəzifəsi
- işçinin adı, vəzifəsi, məvacibi və işlədiyi müddət
o
Sərbəst peşə fəaliyyəti ilə məşğul olanlar:
Dövlət qeydiyyatı barədə şəhadətnamə və Vergi
Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)
o
Şagirdlər/Tələbələr: məktəbə və ya ali məktəbə qəbul olmaqları haqqında sübut