Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   18   19   20   21   22   23   24   25   26

Design by Ali Agakishiyev 

 

70 



 

IX. PLATFORMA,GEOSİNKLİNAL 

TEKTONİK HƏRƏKƏTLƏR 

 

1. Tektonik hərəkətlər

 

A.V.Peyveyə  görə  üfüqi  hərəkətlərin  sürəti  1

÷13  sm/il  olduğu  halda,  şaquli 

tektonik  hərəkətlərin  sürəti  1000  ildə  5

÷10  sm,  yəni  ildə  0,005÷0,01  sm/il  təşkil 

edir.  Başqa  sözlə  üfüqi  tektonik  hərəkətlərin  sürəti  təxminən  1000  dəfə  şaquli 

tektonik hərəkətlərin sürətin-dən artıqdır. 

Sonradan  tektonik  hərəkətlər  sadəcə  olaraq  şaquli  və  üfüqi  adlandırırlar.  Bu 

təsnifatın  bir  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki,  şaquli  tektonik  hərəkətlər  bir 

çox struktur yaradan proseslərdə üfüqi hərəkətlər birgə iştirak edirlər. 

Müxtəlif növ tektonik hərəkətlərin birgə fəaliyyəti tektogenez adlanır. 

Tektonik  hərəkətlərin  yaranmasında  yüksək  plastikliyə  malik  yer  qabığının 

astenosfer  və D′′ qatları əsas  rol  oynayırlar. Buna əsasən V.Y.Xain aşağıdakı növ 

tektonik hərəkətlər seçilir: 



Səthi  tektonik  hərəkətlər  (a-tektonik)—litosferin  yalnız  çökmə  qatında 

yaranırlar.  Çöküntü  qatında  reoloji  fəal  kütlələr  geniş  inkişaf  etmişdir 

(gillər,duzlar,gipslər və s.). Onlar geostatik təzyiq altında yerdəyişmə (axma) etmə 

qabiliyyətinə  malikdirlər  və  bu  zaman  onlar  üstdə  yatan  süxur  komplekslərinin 

geoloji  quruluşunu  dəyişməyə  səbəb  olurlar.  Çöküntü  qatında  eləcə  də 

çöküntülərin sıxlaşması yaxud hidratlaşma zamanı şişməsi prosesləri baş verir. Bu 

zaman  qravitasiya  sürüşməsi  yarana  bilər  ki,  bu  hal  da  səthi  hərəkətlərin  baş 

verməsinə  səbəb  ola  bilər.  Bu  hərəkətlər  şaquli  və  üfüqi  ola  bilərlər.  Səthi 

hərəkətlərin müxtəlifliyinə baxmayaraq, onların hamısı yalnız çöküntü qatında baş 

verirlər.  Öz  mənşəyinə  görə  bunlar  əslində  a-tektonik,  yəni  qeyri-tektonik 

hərəkətlərdir və Yerin səthində baş verən proseslər nəticəsində yaranırlar. 

Səthi  hərəkətlər  layların  deformasiyasına,  çökmə  qatında  qırışıqların 

yaranmasına  (qravitasiya  axımı,  sürüşmə  və  basılma  hesabına)  səbəb  olurlar. 

Diapir qırışıqların yaranması səthi tektonik hərəkətlərin fəaliyyətinin ən səciyyəvi 

halıdır. İnsan fəaliyyəti ilə əlaqədar olan texnogen hərəkətlər də səthi hərəkətlərin 

bir forması kimi qəbul edilə bilər. Məsələn: qrunt sularının çıxarılması nəticəsində 

Yer səthinin çökməsi, uzun müddət istismarda  olan neft-qaz yataqları  ərazilərində 

yer səthinin çökməsi halları və s. 



Dərin tektonik hərəkətlər. Litosfer  və Astenosfer qatlarında özlərində biruzə 

verirlər.  Ümumiyyətlə  altda  yatan  astenosfer  qatı  ilə  litosfer  plitələr  həmişə  

izostaziya  halında  olmağa  çalışırlar,  izostaziyanın  pozulması  isə  həm  Yer 

qabığında,  həm  də  astenosfer  qatında  baş  verən  proseslərlə  bağlıdırlar.  Bu 

baxımdan  izositaziya  maye  halında  olan  astenosfer  maddəsi  ilə  litosfer  arasında 

yaranan  tarazlıq  vəziyyətidir.    Dərin  hərəkətlərin  yaranmasına  Yerin  bucaq 

sürətinin dəyişməsi zamanı yaranan rotasiya (fırlanma qüvvə-ləri) də təsir göstərə 



Design by Ali Agakishiyev 

 

71 



bilər. Şaquli dərin hərəkətlərin fəaliyyəti nəticəsində qitə və okeanların, platforma 

və  geosinklinalların  müxtəlif  ölçülü  müsbət  və  mənfi  struktur  elementlərə 

bölünməsi baş verir. Üfüqi dərin hərəkətləri müxtəlif dərəcəli səthlər üzrə özlərini 

biruzə  verə  bilərlər.  Başqa  sözlə  dərinlik  horizontal  tektonik  hərəkətlər  litosferin 

müxtəlif  qatlarının  sərhədləri  boyu  baş  verə  bilərlər  və  əks-fay,  üstəgəlmə, 

sürüşmə, plastiki qırışıq formalar yaradırlar. 



Ən  dərin  tektonik  hərəkətlər  mantiyanın  aşağı  hissəsində  yaranırlar,  çox 

ehtimal  ki,  D′′  qatında.  Bu  hərəkətlərə  səbəb  mantiya  maddəsində  baş  verən 

qravitasiya  (sıxlığa  görə)  differensiallaşması  və  onun  tərkibindən  ağır  dəmir 

tərkibli birləşmələrin ayrılaraq nüvəyə çökməsidir. Mantiyanın daha yüngül tərkib 

hissəsi  onun  alt  geosferindən  yuxarıya  doğru  qalxaraq  astenosfer  və  litosferə 

çatırlar  və  orada  soyuyub  dəmir  birləşmələri  ilə  zənginlə-şərək,  yenidən  aşağıya 

doğru enərək maddənin konvektiv hərəkətini yaradırlar, bu isə öz növbəsində yer 

qabığında və onun səthində ən dərin tektonik hərəkətlərin şaquli və üfüqi növlərini 

yaradırlar. Ehtimal etmək olar ki, ən dərin tektonik hərəkətlər əsasən özlərini üfüqi 

istiqamətdə biruzə verirlər,dərin hərəkətləri isə əsasən şaquli istiqamətdə. Bununla 

belə  bütün  qitələri  əhatə  edən  iri  qalxımlar  konvektiv  hüceyrələrin  qalxan  qolları 

üstündə yarana bilərlər. Bu səbəbdən Afrika qitəsi başqa qitələrə nisəbətən 150 m 

qalxmış  vəziyyəttədir.  Cənubi  Amerika  isə  nisbətən  aşağı  hipsometrik 

vəziyyətdədir,  çünki  o  enən  konvektiv  cərəyanlar  üstündədir.  Ən  dərin  tektonik 

hərəkətlərin əsas nəticəsi litosfer plitələrin (Yer qabığının ayrı-ayrı qəlpələri) üfüqi 

hərəkətləridir.  Bu  hərəkətlər  qitələrin  dağılmasına,  yeni  okean  və  qitələrin 

yaranması  və  inkişafına  səbəb  olurlar.  Məhz  ən  dərin  teltonik  hərəkətlər  Yerin 

geoloji  inkişafını,  yəni  platforma  və  geosinklinalların  eləcə  də  başqa  iri  struktur 

elementlərin inkişafının əsas səbəbidir. 

Planetar  hərəkətlər  səyarəni  bütövlüklə  əhatə  edirlər.  Onların  yaranmasına 

səbəb  nüvənin  həcminin  və  eləcə  də  deməli  Yerin  bütövlükdə  həcminin 

dəyişməsdir.    Bu  proses  yuxarıda  qeyd  etdiyimiz  mantiya  maddəsinin  qravitasiya 

differensiallaşması ilə əlaqədar-dır. Bir sıra tədqiqatçıların fikrincə (V.A.Obruçev, 

P.N.Kropotkin,  E.E.Milanovskiy  və  b.)  Yer  kürəsi  öz  inkişafında  həmçinin 

nəbzvari  dəyişməsinə  malikdir,  yəni  onun  həmçinin  artması  dörləri  vaxtaşırı 

həcminin  azalması  dövrləri  ilə  əvəz  olunur.  Çox  ehtimal  ki,  planetar  hərəkətlərin 

nəticəsi  kimi  litosferin  enib  qalxmasını  göstərmək  olar.  Planetar  hərəkətlər  zəif 

öyrənildiyinə  görə,  onların  mövcuduğu  da  problematik  sayılır.  Görünür  onlar 

özlərini şaquli hərəkətlər kimi biruzə verirlər. 

Beləliklə,  tektonik  hərəkətlər  sülb  və  elastiki  Yer  maddəsinin  bir  hərəkət 

formasıdır,  yəni  mexaniki  hərəkət  formasıdır.  Bu  hərəkət  öz  əksini  əsasən 

süxurlardan yatım formasında və əsasən laylı süxurların tərkibində reallaşdırır. 

 

2.Litosferin əsas tektonik elementləri (strukturları)

 

Tektonik  struktur  yaxud  element  dedikdə  yer  qabığının,  litosferin  və  ya 

tektonosferin elə bir sahəsi nəzərdə tutulur ki, o, yanaşı olan sahələrdən öz tərkibi  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə