Design by Ali Agakishiyev
5
çöküntütoplanmanın sürətini izləməyə imkan verir. Kordinat sistemində bu və ya
digər geoloji məsələləri həll etmək üçün çox sayda müxtəlif qrafiklər tərtib edilir.
Məsələn: Neft qaz mədən geologiyasının məsələlərinin həllində bu cür
qrafiklərdən geniş istifadə edilir. Təcrübədə də əlaxsus neft qaz yatağının işlənməsi
zamanı çoxlu sayda kordinat sistemində qrafiklər qurulur.
2. Şaquli müstəvidə qurulan geoloji qrfiklər – Şaquli müstəvidə qurulan
qrafiklərdə iki və daha çox müxtəlif geoloji məlumatlardan istifadə edilir. Yəni iki
və daha çox geoloji məlumatların təhlilini aparmaq mümkündür. Bu baxımdan
təcrübədə ən geniş istifadə olunan normal litoloji stratiqrafik kəsilişdir. Normal
litoloji stratiqrafik kəsilişdə ərazinin geoloji quruluşunda iştirak edən müxtəlif yaşlı
süxurlar, onların litofasial tərkibi, qarşılıqlı münasibəti, qalınlıqları və bir sıra
başqa məlumatlar qeyd edilir.
Normal litoloji stratiqrafik kəsilişi qurmaq üçün aşağıdakı yaş vahidləri
həmin kəsilişdə qeyd edilir.
Eon
Era
Dövr Y/dövr
Əsr
Yaşa görə
vahidlər
Litoloji
sütun
Qalınlıq Geofiziki
məlumat
E
ono
-t
em
a
Q
rup
Si
st
em
Şöb
ə
M
ərt
əb
ə
Süxurlara
görə
F
aner
oz
oy
K
aynez
oy
N
eogen
N
eogen
-2
N
2
2
Ağcagil
N
2
1
Məhsuldar
qat
Normal litoloji stratiqrafik kəsiliş ərazinin və ya sahənin geoloji quruluşunda
Design by Ali Agakishiyev
6
iştirak edən,öyrənilən dərinliyə qədər bütün süxur komplekslərinin həm litoloji
tərkibi,həm də qarşılıqlı münasibəti haqqında ətraflı məlumat verir.Lakin normal
litoloji kəsiliş ərazinin geoloji quruluşunda iştirak edən süxur qatlarının
deformasiya dərəcəsi,qırışıqlıq dərəcəsi haqqında heç bir məlumat verilmir.Bunun
üçün şaquli müstəvidə başqa bir geoloji qrafik.geoloji kəsiliş və ya Geoloji profil
qurulur.Geoloji profil dedikdə hər hansı bir istiqamətdə verilmiş,imkan olan
dərinliyə qədər şaquli müstəvidə yer qabığının kəsilişinin əks etdirilməsi
,göstərilməsi nəzərdə tutulur. Əgər, normal litoloji stratiqrafik kəsiliş ərazinin
geoloji quruluşunda iştirak edən çöküntü komplekslərinin yaşı litofasial tərkibi,
layların qarşılıqlı münasibətini və qalınlıqlarını əks etdirirsə geoloji profil öz
növbəsində ərazinin geoloji quruluşunda iştirak edən layların qarşılıqlı
münasibətini və əsasəndə yatım formalarını müxtəlif növ qırılmalarla
mürəkkəbləşmə dərəcələrini özündə əks etdirmiş olur. Geoloji profil öyrənilən
ərazidə layların deformasiya (dislakasiya) dərəcəsini özündə əks etdirən geoloji
sənəddir.
Şaquli müstəvidə eləcədə normal litoloji stratiqrafik kəsilişlərə görə
korelasiya yaxud
müqayisə sixemləri tərtib edilir. Bu sxemlər əsasında bu və ya
digər yaşa malik süxurların verilən istiqamətdə qalınlıqlarının litoloji tərkibini, neft
qazlığını və bu kimi xüsusiyyətlərini öyrənmək olar. Bundan əlavə şaquli
müstəvidə çoxlu sayda başqa geoloji qrafiklər də tərtib edilir. Poleostruktur,
paleotektonik, paleogeoloji profillər və s.
3. Üfüqi müstəvidə, yəni planda tərtib olunan geoloji qrafiklər – buraya
birinci növbədə geoloji xəritə aiddir.Geoloji xəritələrin təhlil etdiyi məlumatlardan
asılı olaraq konkret adları movcuddur.
Struktur xəritə - hər hansı bir lay səthinin stratoizohipslərlə üfüqi müstəviyə
layihələndirilməsi nəzərdə tutulur.Stratoizohips lay səthilə üfüqi müstəvinin
kəsişməsindən alınan izə deyilir.Struktur xəritənin qurulmasında məqsəd layın
yatım formasını öyrənməkdir.
Litofasial xəritə - bu növ xəritə hər hansı bir sahədə müxtəlif litoloji tərkibə
malik çöküntülərin yayılma xüsusiyyətlərini aşkar etmək üçündür.Əgər Litofasial
xəritələr daha böyük ərazilər üçün tərtib olunarsa ,yəni orada çöküntü toplanma
zonası ilə bərabər aşınma zonalarıda göstərilərsə, onda bu növ xəritələr litofasial
yox,paleocoğrafi xəritələr adlanır.Paleocoğrafi xəritələr daha böyük ərazilər üçün
,yəni regional istiqamətdə qurulur.
Bərabər qalınlıqlar xəritəsi – bu növ xəritələr hər hansı maraq kəsb edən
qat,lay,lay dəstəsi üçün tərtib edilir.Bərabər qalınlıqlar xəritəsi 2 növə ayrılır:
1.
Həqiqi qalınlığa görə qurulan bərabər qalınlıqlar xəritəsi (İzopaxit).
2.
Görünən qalınlığa görə qurulan bərabər qalınlıqlar xəritəsi (İzoxor).
Geoloji xəritə dedikdə hər hansı bir ərazinin geoloji quruluşunda iştirak edən və