Design by Ali Agakishiyev
18
yeni yaranan layın dabanında həkk olurlar. Qısa müddətli fasilənin bu
xüsusiyyətinə görə çöl şəraitində yer səthinə yaxın layın fəza vəziyyətini təyin
etmək mümkündür. Yəni layın üst səthində ekzogen proseslərin mənfi işarəli
izlərini müşahidə ediriksə, demək lay normal yatımdadır.
Əgər onun üst hissəsində ekzogen proseslərin izləri qabarıq formadadırsa, bu
onu göstərir ki, lay çevrilmiş yatıma malikdir. Qısa müddətli fasilə zamanı ekzogen
proseslər lay səthində heç bir iz qoymurlarsa bu zaman həmin düz yəni hamar səth
diastema adlanır.
3.
Çöküntü toplanmada uzun muddətli fasilələr-
stratiqrafik uyğunsuzluğun formalaşması
Əgər 100-200 min il ərzində hövzədə toplanan çöküntülərə ekzogen proseslər
təsir göstərərək onların bir qısmi və yaxud bütövlükdə hamısı aşınaraq toplandığı
yerdən digər əraziyə daşınaraq aşınmaya məruz qalarsa bu halda bu uzun müddətli
fasilə kimi qbul edilir.
Uzun muddətli fasilə dedikdə muəyyən geoloji zaman ərzində Yer səthinin
“+” işarəli relyefinin aşınması nəzərdə tutulur.
Yer səthinin relyefi şərti olaraq aşınma və çökuntu toplanma zonalarına
bölunə bilər. Bu baxımdan “+”işarəli şaquli hərəkətləri (qalxmaya) məruz qalan
ərazilər aşınmaya, “-“ işarəli şaquli hərəkətlərə (enməyə) məruz qalan ərazilərdə
isə çökuntu toplanma prosesi baş verir.Geoloji inkişaf boyu bu iki növ ərazi şaquli
hərəkətlərin xususiyyətlərinə görə öz paleocoğrafi şəraitini dəyişirlər.Yəni aşınma
zonası çökuntu toplanma zonasına və əksinə çevrilmiş olur.
Design by Ali Agakishiyev
19
Beləliklə, aşınma zonası çökuntu toplanma zonasına çevrildikdə həmin zonanı
təşkil edən nisbətən qədim suxur kompleksində uzərində toplanma çökuntulər
arasında geoloji yaş ardıcıllığı pozulmuş olur.Yəni kəsiliş boyu layların yatımında
geoxronoloji ardıcıllığı pozulmasına (kəsilişdə bu və ya digər yaşa malik layların
iştirak etməmısinə) stratiqrafik uyğunsuzluq deyilir.
Yer qabığının çökmə qatının və onun kəsilişində stratiqrafik uyğunsuzluqların
formalaşmasına səbəb şaquli tektonik hərəkətlərdir.Məhz onların sayəsində Yer
səthinin hər hansı bir hissəsi çökuntu toplanma və yaxud da aşınma zonasına
çevrilə bilər.Bu baxımdan şaquli tektonik hərəkətlər aşağıdakı xususiyyətlərə
malikdir:
1.Zaman ehtibarilə daimi baş vermələri.
2.Şaquli hərəkətlərin çox kiçik surətlə baş verməsi,yəni neçə mm-
dən,təxminən 10 sm-ə qədərdir.
3.Şaquli tektonik hərəkətlərin dönmə xususiyyətinə malik olması,əgər hər
hansı bir ərazi muəyyən geoloji zaman ərzində enməyə məruz qalırsa,növbəti
geoloji zaman ərzində həmin ərazi,yaxud onun muəyyən hissəsi şaquli hərəkətlərin
işarəsini dəyişməsilə əlaqədar qalxmaya məruz qalır.
Uzun muddətli fasilələr aşağıdakı xususiyyətlərə malik olurlar.
1.Sahə ehtibarı ilə nisbətən geniş ərazilərdə yayilması,yəni bir neçə muxtəlif
yaşlı suxur komplekslərni əhatə etməsi
Design by Ali Agakishiyev
20
2.Zaman ehtibarı ilə nisbətən uzun muddətli olması
3.Paleocoğrafi şəraitin kəskin olaraq dəyişməsi
4.Kəsiliş boyu nisbətən az sayda inkişaf etməsi uzunmuddətli fasilə zamanı
nəticədə laylar arasında stratiqrafik uyğunsuzluq formalaşır.Yəni aşınma səthindən
altda və ustdə yatan laylar arasında geoxronoloji ardıcıllıq pozulmuş olur.
Layların qarşılıqlı münasibətində əsasən 3 növ uyğunsuzluq var.
1
.
Paralel stratiqrafik uyğunsuzluqlar. Uyğunsuzluq səthindən aşağıda
və yuxarıda yatan laylar bir-birinə paralel olurlar,qırışıqlıq dərəcəsindən asılı
olmayaraq.Bu uyğunsuzluq onu göstərir ki,ərazidə çökuntu toplanmada fasilə
zamanı və eləcədə ondan əvvəl heç bir qırışıq əmələgəlmə prosesləri baş
verməmişdir.
Paralel uyğunsuzluğun bu xususiyyətinə görə onun özunəməxsus
həndəsi(morfoloji) ifadəsi yoxdur.Yəni paralel uyğunsuzluqda da uyğun Yatımda
olduğu kimi laylar bir-birinə paralel yatırlar.Bu səbəbdən də geoloji paralel
uyğunsuzluq xəritə və profillərdə, yalnız layların yatımında geoxronolojim
pozulmasına görə təyin etmək olar.
2.
Cografi
stratiqrafik
uyğunsuzluq.
Bu
növ
stratiqrafik
uyğunsuzluqda uyğunsuzluq səthindən altda və ustdə yatan laylar arasında 5
(0
°?????<5°) dərəcəyə qədər bucaq olur.Bu bucağın olması onu göstərir ki,ərazidə
uyğunsuzluq
səthindən altda yatan laylar ya fasilə
dövrundə zəif qırışıq əmələ
gətirən hərəkətlərə məruz qalmışlar.Əslində bu bucaq coğrafi (kartoqrafik)
uyğunsuzluq həndəsi ifadəsidir.Coğrafi uyğunsuzluq nisbətən kiçik sahələrdə və
yaxud ərazilərdə özunu paralel uyğunsuzluq kimi biruzə verir.
Uyğunsuzluqların təsvirindən görunduyu kimi hər hansı bir ərazidə
stratiqrafik uyğunsuzluğun formalaşması uçun orada 3 dəfə şaquli hərəkətlərin
işarəsi dəyişməlidir.
3.
Stratiqrafik bucaq uyğunsuzluğu
.Bu növ uyğunsuzluqda uyğun-
suzluq səthindən altda və ustdə yatan laylar arasındakı bucaq 5 dərəcədən böyuk
olur.
Bucaq stratiqrafik uyğunsuzluğun mövcudluğu onu göstərir ki,ərazidə
stratiqrafik uyğunsuzluq formalaşdıqdan əvvəl,fasilə dövrundə,yaxud fasilədən
əvvəl uyğunsuzluq səthindən altda yatan laylar,nisbətən intensiv qırışıq
əmələgəlmə prosesinə məruz qalmışlar. Bucaq stratiqrafik uyğunsuzluğu