Design by Ali Agakishiyev
21
başqalarına nisbətən geoloji xəritə və profillərdə daha asan seçmək
mumkundur.Məhz bucağın qiymətinin böyuk olmasına görə və bu bucaq,bucaq
stratiqrafik uyğunsuzluğun həndəsi ifadəsidir.
4.Stratiqrafik uyğunsuzluğun nişanələri
a)
Layların qarşılıqlı münasibətində geoxronoloji ardıcıllığın pozulması,yəni,bu
və ya digər yaşı təmsil edən layın kəsilişdən düşməsi
b)
Uyğunsuzluq səthi fiziki səth olduğundan onun üzərində ekzogen
proseslərin izlərini əks etdirməsi
c)
Uyğunsuzluq səthi üzərində bazal konqlomeratlarının olması.Bazar
konqlomeratları altda yatan süxur komplekslərinin sementləşmiş halıdır.
d)
Uyğunsuzluq səthindən altda və üstdə yatan layların paleocoğrafi
əmələgəlmə şəraitlərinin bir-birindən kəskin fərqlənməsi
e)
Uyğunsuzluq səthindən altda və üstdə yatan süxur komplekslərinin fauna
qalırlarının bir-birindən kəskin fərqlənməsi
f)
Uyğunsuzluq səthindən altda və üstdə yatan laylar arasında müəyyən
bucağın olması
Design by Ali Agakishiyev
22
4.
Layın ilkin yatım forması
Layın ilkin yatım forması dedikdə, o əmələ gəldikdən sonra ilk xarici təsirə
qədər tutduğu fəza vəziyyəti nəzərdə tutulur. Nəzəri cəhətdən lay ilkin yatımda
üfüqi vəziyyətdə ehtimal olunur. Lakin təbiətdə tam üfüqi vəziyyətdə olan laylara
çox nadir hallarda təsadüf edilir. Bu hallar əsasən platforma əraziləri üçün
səciyyəvidir. Geosinklinal ərazilərdə isə bir sıra hallarda hətta 1-3 bucaq altında
yatan layları da şərti olaraq üfüqi yatım kimi qəbul etmək olar. Platforma
ərazilərində isə çöküntü örtüyü nisbətən zəif deformasiyaya məruz qalır. Buna görə
də platforma ərazilərində 1-2 yatım bucağı artıq maili yatım hesab olunur. Hətta
bəzi hallarda platformalarda maili yatım dəqiqələrlə ölçülür. Adətən platformalarda
layların yatım bucağı bir neçə dəqiqələrdən ilk dərəcələrə qədər və nadir hallarda
ilk 10 dərəcələrə qədər olur.
Geosinklinallara gəldikdə isə burada kristallik bünövrə qırılmalarla daha
intensiv doğranmış olduğuna görə çöküntü qatı xarici təsir nəticəsində asanlıqla
intensiv deformasiyaya məruz qalır.
Geosinklinallarda layların üfüqi yatım anlayışı həqiqətdən daha uzaqdır.
Layların ilkin yatımına gəldikdə isə bunların bu yatımda fəza vəziyyəti müxtəlif
ola bilər. Üfüqi yatımdan qırışıq formalarına qədərBu layı təşkil edən çöküntülərin
nə kimi səth üzərində toplanmasından asılıdır. Əgər həmin səth üfüqidirsə onun
üzərində toplanan çöküntülərin təşkil etdiyi laylar da üfüqi vəziyyətdə olacaq. Əgər
malidirsə maili olacaq və əgər həmin səth ekzogen proseslər tərəfindən tam
peneplenizə olunmayıbsa, yəni düzləndirilməyibsə onda belə girintili çıxıntılı səth
üzərində çöküntü toplanma prosesi bərpa olunduqda hövzəyə gətirilən çöküntülər
ilk növbədə dibinin girinti zonalarını dolduracaq. Ondan sonra isə çıxıntılarını
bürüyəcək.
Layların ilkin yatımında hövzə dibi relyefindən asılı olaraq yaranan qırışıqlara
bürümə və ya psevdotektonik (yalançı) qırışıqlıq deyilir.
Design by Ali Agakishiyev
23
Bu qırışıqlıqlar ona görə psevdo tektonik adlanır ki, onların formalaşmasında
qırışıq əmələ gətirən hərəkətlər fəaliyyət göstərmirlər.
Bu qırışıqlar aşağıdakı xüsusiyyətlərə malikdir:
1) Bu növ qırışıqlar adətən nisbətən zəif inkişaf edirlər (qanadların layların
yatım bucağı az olur)
2) Stratiqrafik kəsiliş boyu üzü yuxarı tez sönürlər.
3) Stratiqrafik dərinlik artdıqca qanadlarda layların yatım bucağı artır.
4) Layların qalınlığı qanadlardan tağa doğru azalır.
5) Layları təşkil edən çöküntü hissəciklərinin ölçüsü qanadlardan tağa
doğru artır. Yəni, qanadlarda çöküntü gillərdən ibarətdirsə, tağa doğru alevrolit və
quma keçə bilər.
5.
Deformasiya və onun süxurlarda baş verməsi
Xarici təsir nəticəsində cismin ölçülərinin formasının və həcminin
Design by Ali Agakishiyev
24
dəyişməsinə
deformasiya deyilir.
Yer qabığında və onu təşkil edən süxurlarda deformasiyanın baş verməsi
müxtəlif səbəblərdən ola bilər. Təbiətdə elə daimi mövcud olan qüvvələr vardır ki,
onlar Yer qabığını, onu təşkil edən süxurların deformasiyasına gətirib çıxarırlar.
Məsələn: Yerin ağırlıq qüvvə sahəsi, Atom və Molekullar arası mövcud qüvvələr
(itələmə-cazibə) bu qüvvələr cisimlərdə sonsuz dərəcədə kiçik və böyük
deformasiyaların yaranmasına səbəb ola bilərlər. Bu qüvvələrdən başqa süxurlarda
və ümumiyyətlə Yer qabığında deformasiya mərkəzdənqaçma qüvvəsi, qabıqaltı
məkanda konvektiv cərəyanlar baş verməsi, istilik enerjisinin kəmiyyətcə
dəyişməsi sahəsində də yarana bilər.
Cisimlərdə deformasiyanın baş verməsinə səbəb onlara təsir edən cəhətlənmiş
qüvvədir. Bu qüvvə stress adlanır.
Cismə hər tərəfli, bərabər qiymətli qüvvə təsir edirsə, belə təsir nəticəsində
cisimdə deformasiya yaranmır. Cismə cəhətlənmiş qüvvə təsir etdikdə isə deforma-
siya yaranır.
Öz mürəkkəblik dərəcəsinə görə deformasiyalar iki növə ayrılır.
1)Sadə deformasiyalara
dartılma,
sıxılma,
burulma,
əyilmə və s. aiddir.
2)Mürəkkəb deformasiyalar—iki və daha çox sadə deformasiyanın bir
cisimdə baş verməsi nəticəsində yaranırlar.Bunlara dartıla, burulma,sıxılma və
əyilmə aiddir.
Cisimlərdə əksolma dərəcəsinə görə deformasiyalar aşağıdakı növlərə ayrılır.
1)
Elastiki deformasiya
2)
Plastiki yaxud Qalıq deformasiya
3)
Dağılma deformasiya
1)Cismə göstərilən təsir onun üzərindən götürüldükdə, cisim öz əvvəlki ölçü,
forma və həcminə qayıdarsa belə deformasiya elastiki deformasiya adlanır.
2)Cismə göstərilən təsir (stress) götürüldükdən sonra, öz əvvəlki forma və
həcminə qayıtmazsa, yaxud qismən qayıdarsa belə deformasiya plastik yaxud qalıq
deformasiya adlanır.
3)Cismə göstərilən xarici təsir onun möhkəmlik həddini aşarsa bu zaman
cisim dağılma yaxud kövrək deformasiyaya məruz qalır.
Cismə göstərilən xarici təsirə qarşı, onun daxili qüvvələrini mütənasib paylan-
masına gərginlik deyilir.
Cismin möhkəmlik dərəcəsi onun özüllüyü ilə səciyyələnir.Yəni,özüllük
yüksək olarsa cismin möhkəmliyidə yüksək olur. Məsələn: suyun özüllüyü 0,01
Puaz, gilin 10
3
Puaz. Cismin özüllüyü onu təşkil edən hissəciklərin yerdəyişməyə
qarşı göstər-dikləri müqavimətdən asılıdır.
Dənəciklərdən ibarət süxurlarda deformasiya əsasən iki yolla baş verə bilər.
1)Dənəciklərin arası sürüşmə yolu—bu hal o vaxt baş verir ki, süxuru təşkil
edən dənəciklərin sementi daha az möhkəmliyə malik olsun, nəinki dənəciklər
xarici təsir nəticəsində sement materialı dağılmaya məruz qalır. Dənəciklər isə öz
yerlərində fırlanaraq (vəziyyətlərin dəyişərək) dənəciklər arasında ən asan sürüşmə
vəziyyətinə gəldikdə həmin səth üzrə deformasiya baş verir. Bu hal Yer qabığının
üst hissəsini təşkil edən süxurlar üçün daha səciyyəvidir.