Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   2   3   4   5   6   7   8   9   10   ...   26

Design by Ali Agakishiyev 

 

21 



başqalarına  nisbətən  geoloji  xəritə  və  profillərdə  daha  asan  seçmək 

mumkundur.Məhz  bucağın  qiymətinin  böyuk  olmasına  görə  və  bu  bucaq,bucaq 

stratiqrafik uyğunsuzluğun həndəsi ifadəsidir. 

 

4.Stratiqrafik uyğunsuzluğun nişanələri 



 

a)

 



Layların qarşılıqlı münasibətində geoxronoloji ardıcıllığın pozulması,yəni,bu 

və ya digər yaşı təmsil edən layın kəsilişdən düşməsi



 

b)

 



Uyğunsuzluq səthi fiziki səth olduğundan onun üzərində ekzogen 

proseslərin izlərini əks etdirməsi



 

c)

 



Uyğunsuzluq səthi üzərində bazal konqlomeratlarının olması.Bazar 

konqlomeratları altda yatan süxur komplekslərinin sementləşmiş halıdır.



 

d)

 



Uyğunsuzluq səthindən altda və üstdə yatan layların paleocoğrafi 

əmələgəlmə şəraitlərinin bir-birindən kəskin fərqlənməsi



 

e)

 



Uyğunsuzluq səthindən altda və üstdə yatan süxur komplekslərinin fauna 

qalırlarının bir-birindən kəskin fərqlənməsi



 

f)

 



Uyğunsuzluq səthindən altda və üstdə yatan laylar arasında müəyyən 

bucağın olması



 


Design by Ali Agakishiyev 

 

22 



 

4.

 

Layın ilkin yatım forması 

Layın  ilkin  yatım  forması  dedikdə,  o  əmələ  gəldikdən  sonra  ilk  xarici  təsirə 

qədər  tutduğu  fəza  vəziyyəti  nəzərdə  tutulur.  Nəzəri  cəhətdən  lay  ilkin  yatımda 

üfüqi vəziyyətdə ehtimal olunur. Lakin təbiətdə tam üfüqi vəziyyətdə olan laylara 

çox  nadir  hallarda  təsadüf  edilir.  Bu  hallar  əsasən  platforma  əraziləri  üçün 

səciyyəvidir.  Geosinklinal  ərazilərdə  isə  bir  sıra  hallarda  hətta  1-3  bucaq  altında 

yatan  layları  da  şərti  olaraq  üfüqi  yatım  kimi  qəbul  etmək  olar.  Platforma 

ərazilərində isə çöküntü örtüyü nisbətən zəif deformasiyaya məruz qalır. Buna görə 

də  platforma  ərazilərində  1-2  yatım  bucağı  artıq  maili  yatım  hesab  olunur.  Hətta 

bəzi hallarda platformalarda maili yatım dəqiqələrlə ölçülür. Adətən platformalarda 

layların yatım bucağı bir neçə dəqiqələrdən ilk dərəcələrə qədər və nadir hallarda 

ilk 10 dərəcələrə qədər olur. 

Geosinklinallara  gəldikdə  isə  burada  kristallik  bünövrə  qırılmalarla  daha 

intensiv  doğranmış  olduğuna  görə  çöküntü  qatı  xarici  təsir  nəticəsində  asanlıqla 

intensiv deformasiyaya məruz qalır. 

Geosinklinallarda  layların  üfüqi  yatım  anlayışı  həqiqətdən  daha  uzaqdır. 

Layların  ilkin  yatımına  gəldikdə  isə  bunların  bu  yatımda  fəza  vəziyyəti  müxtəlif 

ola bilər. Üfüqi yatımdan qırışıq formalarına qədərBu layı təşkil edən çöküntülərin 

nə  kimi  səth  üzərində  toplanmasından  asılıdır.  Əgər  həmin  səth  üfüqidirsə  onun 

üzərində toplanan çöküntülərin təşkil etdiyi laylar da üfüqi vəziyyətdə olacaq. Əgər 

malidirsə  maili  olacaq  və  əgər  həmin  səth  ekzogen  proseslər  tərəfindən  tam 

peneplenizə olunmayıbsa, yəni düzləndirilməyibsə  onda belə girintili çıxıntılı səth 

üzərində çöküntü toplanma prosesi bərpa olunduqda hövzəyə  gətirilən çöküntülər 

ilk  növbədə  dibinin  girinti  zonalarını  dolduracaq.  Ondan  sonra  isə  çıxıntılarını 

bürüyəcək.  

Layların ilkin yatımında hövzə dibi relyefindən asılı olaraq yaranan qırışıqlara 

bürümə və ya psevdotektonik (yalançı) qırışıqlıq deyilir.  



Design by Ali Agakishiyev 

 

23 



 

Bu qırışıqlıqlar ona görə psevdo tektonik adlanır ki, onların formalaşmasında 

qırışıq əmələ gətirən hərəkətlər fəaliyyət göstərmirlər.  

 

Bu qırışıqlar aşağıdakı xüsusiyyətlərə malikdir: 



1)      Bu növ qırışıqlar adətən nisbətən zəif inkişaf edirlər (qanadların layların 

yatım bucağı az olur) 

2)      Stratiqrafik kəsiliş boyu üzü yuxarı tez sönürlər. 

3)      Stratiqrafik dərinlik artdıqca qanadlarda layların yatım bucağı artır. 

4)      Layların qalınlığı qanadlardan tağa doğru azalır. 

5)       Layları  təşkil  edən  çöküntü  hissəciklərinin  ölçüsü  qanadlardan  tağa 

doğru artır. Yəni, qanadlarda çöküntü gillərdən ibarətdirsə, tağa doğru alevrolit və 

quma keçə bilər. 



5.

 

Deformasiya və onun süxurlarda baş verməsi 

Xarici  təsir  nəticəsində  cismin  ölçülərinin  formasının  və  həcminin 




Design by Ali Agakishiyev 

 

24 



dəyişməsinə deformasiya deyilir. 

Yer  qabığında  və  onu  təşkil  edən  süxurlarda  deformasiyanın  baş  verməsi 

müxtəlif səbəblərdən ola bilər. Təbiətdə elə daimi mövcud olan qüvvələr vardır ki, 

onlar  Yer  qabığını,  onu  təşkil  edən  süxurların  deformasiyasına  gətirib  çıxarırlar. 

Məsələn:  Yerin  ağırlıq  qüvvə  sahəsi,  Atom  və  Molekullar  arası  mövcud  qüvvələr 

(itələmə-cazibə)  bu  qüvvələr  cisimlərdə  sonsuz  dərəcədə  kiçik  və  böyük 

deformasiyaların yaranmasına səbəb ola bilərlər. Bu qüvvələrdən başqa süxurlarda 

və  ümumiyyətlə  Yer  qabığında  deformasiya  mərkəzdənqaçma  qüvvəsi,  qabıqaltı 

məkanda  konvektiv  cərəyanlar  baş  verməsi,  istilik  enerjisinin  kəmiyyətcə 

dəyişməsi sahəsində də yarana bilər. 

Cisimlərdə deformasiyanın baş verməsinə səbəb onlara təsir edən cəhətlənmiş 

qüvvədir. Bu qüvvə stress adlanır. 

Cismə  hər  tərəfli,  bərabər  qiymətli  qüvvə  təsir  edirsə,  belə  təsir  nəticəsində 

cisimdə deformasiya yaranmır. Cismə cəhətlənmiş qüvvə təsir etdikdə isə deforma-

siya yaranır. 

Öz mürəkkəblik dərəcəsinə görə deformasiyalar iki növə ayrılır. 



1)Sadə deformasiyalara dartılmasıxılmaburulmaəyilmə və s. aiddir. 

2)Mürəkkəb  deformasiyalar—iki  və  daha  çox  sadə  deformasiyanın  bir 

cisimdə  baş  verməsi  nəticəsində  yaranırlar.Bunlara  dartıla,  burulma,sıxılma  və 



əyilmə aiddir. 

Cisimlərdə əksolma dərəcəsinə görə deformasiyalar aşağıdakı növlərə ayrılır. 



1)

 

Elastiki deformasiya 

2)

 

Plastiki yaxud Qalıq deformasiya 

3)

 



Dağılma deformasiya 

1)Cismə göstərilən təsir onun üzərindən götürüldükdə, cisim öz əvvəlki ölçü, 

forma və həcminə qayıdarsa belə deformasiya elastiki deformasiya adlanır. 

2)Cismə  göstərilən  təsir  (stress)  götürüldükdən  sonra,  öz  əvvəlki  forma  və 

həcminə qayıtmazsa, yaxud qismən qayıdarsa belə deformasiya plastik yaxud qalıq 

deformasiya adlanır. 

3)Cismə  göstərilən  xarici  təsir  onun  möhkəmlik  həddini  aşarsa  bu  zaman 

cisim dağılma yaxud kövrək deformasiyaya məruz qalır. 

Cismə göstərilən xarici təsirə qarşı, onun daxili qüvvələrini mütənasib paylan-

masına gərginlik deyilir. 

Cismin  möhkəmlik  dərəcəsi  onun  özüllüyü  ilə  səciyyələnir.Yəni,özüllük  

yüksək  olarsa  cismin  möhkəmliyidə  yüksək  olur.  Məsələn:  suyun  özüllüyü  0,01 

Puaz, gilin 10

3

 Puaz. Cismin özüllüyü  onu  təşkil  edən hissəciklərin  yerdəyişməyə 



qarşı göstər-dikləri müqavimətdən asılıdır. 

Dənəciklərdən ibarət süxurlarda deformasiya əsasən iki yolla baş verə bilər. 

1)Dənəciklərin  arası  sürüşmə  yolu—bu  hal  o  vaxt  baş  verir  ki,  süxuru  təşkil 

edən  dənəciklərin  sementi  daha  az  möhkəmliyə  malik  olsun,  nəinki  dənəciklər 

xarici təsir nəticəsində sement materialı dağılmaya  məruz qalır. Dənəciklər  isə öz 

yerlərində fırlanaraq (vəziyyətlərin dəyişərək) dənəciklər arasında ən asan sürüşmə 

vəziyyətinə gəldikdə həmin səth üzrə deformasiya baş verir. Bu hal Yer qabığının 

üst hissəsini təşkil edən süxurlar üçün daha səciyyəvidir. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə