Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

Design by Ali Agakishiyev 

 

25 



2)Dənəciklər  daxili  sürüşmə  rolu—bu  növ  deformasiya  adətən  sement 

materialı, süxuru təşkil edən  dənəciklərdən daha möhkəm olduqda. Bu vaxt xarici 

təsir  nəticə-sində  dənəciklərin,  öz  vəziyyətlərinin  dəyişməsi  yəni,  ən  yüngül 

sürüşmə səthinin alınması yolu ilə deformasiya baş verir.Lakin bəzi hallarda belə 

süxurlar da kataklaz hadisəsidə baş verə bilər. 

Bu  vaxt  deformasiyaya  və  qırılmaya  məruz  qalmış  dənəciklərin  hissələri  öz 

vəziyyətlərini  dəyişərək  asan  sürüşmə  səthi  vəziyyətni  aldıqdan  sonra,  süxurda 

defor-masiya dənəciklər arası sürüşmə yolu kimi baş verir. 

Kataklaz  dinamo-metamorfizmin  ən  yüksək  səviyyəsidir.  Bu  zaman  qeyd 

edil-diyi kimi hətta kristallarda deformasiyaya və dağılmaya məruz qalırlar. Lakin 

kris-talların  deformasiyası  kimyəvi  yollada  baş  verə  bilər.  Buna  Rikke  prinsipi 

deyilir. Beləki, həmin kristalı təşkil edən maddə mövcuddursa bu vaxt kristala təsir 

edən qüvvə istiqamətində, o ya heç inkişaf etmir ya da çox zəif inkişaf edir. Amma 

o  təsirə  perpendikulyar  istiqamətdə,  yəni  təsirsiz  sahədə  kristal  daha  intensiv 

inkişaf etdiyin-dən kimyəvi yolla deformasiya ya məruz qalır. 

Süxurlarda deformasiya adətən relaksiya və sürüncəklik yolu ilə baş verir. 



Relaksiya  dedikdə  qalıq  deformasiyanın  vahid  qiymətində  cisimdə  olan 

gərginliyin sıfıra enməsi nəzərdə tutulur. Bu onu göstərir ki, relaksiya zamanı aşırı 

baş verməklə cisimdə deformasiyanın daimi baş verməsinə səbəb olur. 

Sürüncəklik  dedikdə  gərginliyin  sabit  qiymətində  (adətən  cismin  möhkəmlik 

həddindən  aşağı  qiymətində)  elastiki  deformasiya  fasiləsiz  olaraq  qalıq 

deformasiya  ya  keçməsi  nəzərdə  tutulur.  Yəni  sürüncəklik  zamanı  plastiki 

deformasiya  cisimdə  fasiləsiz  olaraq  baş  verir.  Bir  çox  tədqiqatçılar  belə  hesab 

edirlər  ki,  Yer  qabığında  süxurların  deformasiyaya  məruz  qalması  əsasən 

sürüncəklik yolu ilə baş verir.Süxura təsir edən qüvvə süxurun möhkəmlik həddini 

aşarsa bu vaxt cisim dağılmaya məruz qalır. 

Möhkəmlik—süxura  göstərilən  xarici  təsirə  qarşı,  süxuru  təşkil  edən 

dənəciklərin göstərdikləri müqavimətdir.  



Müqavimət—süxurun  özüllüyü  ilə  əlaqədardır.Yəni  özüllük  nə  qədər  yüksək 

olarsa, cismin möhkəmlik həddində bir o qədər yüksək olur. 

Süxurlarda dağılma iki növ ola bilər. 

1)Kövrək—cismə  normal  qüvvələr  təsir  edərsə  (bir  ox  üzrə)  bu  vaxt  cisimdə 

təsir qüvvəsinə perpendikulyar istiqamətdə dağılma baş verir. 

2)Cismə  toxunan  qüvvələr  təsir  etsin  və  bu  cür  dağılma  qopma  adlanır.  Bu 

vaxt  dağılma  təsir  edən  qüvvələrin  istiqamətinə  nisbətən  45°  bucaq  altında  baş 

verir. 


 

6.

 

Layların maili yatımı 

Layların  üfüqi  və  şaquli  səthdən  fərqli  olan  vəziyyətinə  maili  yatım  deyilir. 

Maili yatımın ən sadə forması monoklinal yatımdır.  



Design by Ali Agakishiyev 

 

26 



 

Layların  yalnız  bir  istiqamətdə,  onların  yaşının  azalması  istiqamətində  olan 

yatımına monoklinal yatım deyilir. Bəzən çevrilmiş yatıma malik olan laylarda da 

monoklinal yatım müşahidə edilir.  

Bəzi  hallarda  yer  səthinə  çıxan  və  monoklinal  yatıma  malik  olan  öz  fiziki 

xassələrinə görə sərt və yumşaq süxurların növbələş-məsindən ibarət olur. Ekzogen 

proseslərin  təsiri  altında  yumşaq  süxurlar  daha  çox  aşınmaya  məruz  qalaraq 

relyefin  mənfi  elementini,  sərt  süxurlar  isə  nisbətən  az  aşınmaya  məruz  qalaraq 

relyefin müsbət elementini əmələ gətirir. Əgər laylar monoklinal yatıma malikdirsə 

bu vaxt relyefin kuestvari, yəni pilləvari forması yaranır. 

Geoloji  xəritələrdə  layların  maili  yatımını  geoloji  sərhədlərin  topoqrafik 

xəritənin  relyef  hori-zontallarını  kəsməsinə  görə  təyin  edirlər.  Geoloji  xəritələrdə 

layların maili  yatımı  şərti işarələrlə də verilir.  Geoloji xəritələrdə  layların maillik 

dərəcələrini geoloji sərhəd-lərin əyrilik dərəcəsilə müəyyən edirlər. Belə ki, geoloji 

sərhədlərin  əyrilik  dərəcəsi  topoqrafik  xəritənin  horizon-tallarının  formasına  nə 

qədər  oxşar  olarsa,  bu  münasib  layın  bir  o  qədər  kiçik  bucaq  altında  yatmasını 

göstərir və əksinə, geoloji sərhədlər düz xəttə yaxın olarsa, bu münasib layın şaquli 

yatımda olmasını göstərir.  

Maili  laylar  əsasən  bir-birindən  fərqli  olan  2  halda  rast  gəlinir:  normal  və 

çevrilmiş.  Normal  yatımda  layın  tavanı  yuxarıda,  dabanı  isə  aşağıda  yerləşir. 

Çevrilmiş  yatımda  isə  əksinə,  layın  dabanı  yuxarıda,  tavanı  isə  aşağıda  yerləşir. 

Laylar çevrilərkən yatımı  90º olana qədər öz normal yatımını saxlayır. Yəni, tavan 

yuxarıda, daban aşağıda  və cavan  çöküntülər qədim çöküntülər üzərində  yerləşir. 

Çevrilmə  böyük  bucaq  altında  baş  verdikdə  laylar  çevrilmiş  vəziyyət  alır.  Daban 

yuxarı hissədə, tavan aşağı hissədə yerləşir. Qədim çöküntülər cavan çöküntülərin 

üzərində yatır.  

Maili layın fəza vəziyyəti aşağıdakı yatım elementləri ilə müəyyən olunur:  

1)

 

Uzanma xətti 

2)

 

Yatım xətti 

3)

 

Yatım bucağı 

Layın uzanma xətti lay səthilə üfüqi müstəvinin kəsiş-məsindən alınan üfüqi 

xəttə (izə) deyilir. Uzanma xəttinin fəza vəziyyəti onun azimut bucağı ilə müəyyən 

 

 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə