Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   2   3   4   5   6   7   8   9   ...   26

Design by Ali Agakishiyev 

 



çöküntütoplanmanın sürətini izləməyə  imkan  verir.  Kordinat sistemində bu və  ya 

digər geoloji məsələləri həll  etmək üçün çox sayda müxtəlif qrafiklər tərtib  edilir. 

Məsələn:  Neft  qaz  mədən  geologiyasının  məsələlərinin    həllində  bu  cür 

qrafiklərdən geniş istifadə edilir. Təcrübədə də əlaxsus neft qaz yatağının işlənməsi 

zamanı çoxlu sayda kordinat sistemində qrafiklər qurulur. 

 

2.  Şaquli  müstəvidə  qurulan  geoloji  qrfiklər  –  Şaquli  müstəvidə  qurulan 

qrafiklərdə iki və daha çox müxtəlif geoloji məlumatlardan istifadə edilir. Yəni iki 

və  daha  çox  geoloji  məlumatların  təhlilini  aparmaq  mümkündür.  Bu  baxımdan 

təcrübədə  ən  geniş  istifadə  olunan  normal  litoloji  stratiqrafik  kəsilişdir.  Normal 

litoloji stratiqrafik kəsilişdə ərazinin geoloji quruluşunda iştirak edən müxtəlif yaşlı 

süxurlar,  onların  litofasial  tərkibi,  qarşılıqlı  münasibəti,  qalınlıqları  və  bir  sıra 

başqa məlumatlar qeyd edilir.  

Normal  litoloji  stratiqrafik  kəsilişi  qurmaq  üçün  aşağıdakı  yaş  vahidləri 

həmin kəsilişdə qeyd edilir. 



Eon 

Era  

Dövr  Y/dövr 

Əsr 

Yaşa görə 

vahidlər 

Litoloji 

sütun 

Qalınlıq   Geofiziki 

məlumat 

E

ono

-t

em

a

 

Q

rup

 

Si

st

em

 

Şöb

ə 

M

ərt

əb

ə 

Süxurlara 

görə 

 

F

aner

oz

oy

 

K

aynez

oy

 

N

eogen

 

N

eogen

-2

 

N

2



Ağcagil 

N

2



Məhsuldar 

qat 

Normal litoloji stratiqrafik kəsiliş ərazinin və ya sahənin geoloji quruluşunda 




Design by Ali Agakishiyev 

 



iştirak  edən,öyrənilən  dərinliyə  qədər  bütün  süxur  komplekslərinin  həm  litoloji 

tərkibi,həm  də  qarşılıqlı  münasibəti  haqqında  ətraflı  məlumat  verir.Lakin  normal 

litoloji  kəsiliş  ərazinin  geoloji  quruluşunda  iştirak  edən  süxur  qatlarının 

deformasiya dərəcəsi,qırışıqlıq dərəcəsi haqqında heç bir məlumat  verilmir.Bunun 

üçün şaquli müstəvidə başqa bir geoloji qrafik.geoloji kəsiliş və ya Geoloji profil 

qurulur.Geoloji  profil  dedikdə  hər  hansı  bir  istiqamətdə  verilmiş,imkan  olan 

dərinliyə  qədər  şaquli  müstəvidə  yer  qabığının  kəsilişinin  əks  etdirilməsi 

,göstərilməsi  nəzərdə  tutulur.  Əgər,  normal  litoloji  stratiqrafik  kəsiliş  ərazinin 

geoloji  quruluşunda  iştirak  edən  çöküntü  komplekslərinin  yaşı  litofasial  tərkibi, 

layların  qarşılıqlı  münasibətini  və  qalınlıqlarını  əks  etdirirsə  geoloji  profil  öz 

növbəsində  ərazinin  geoloji  quruluşunda  iştirak  edən  layların  qarşılıqlı 

münasibətini  və  əsasəndə  yatım  formalarını  müxtəlif  növ  qırılmalarla 

mürəkkəbləşmə  dərəcələrini  özündə  əks  etdirmiş  olur.  Geoloji  profil  öyrənilən 

ərazidə  layların  deformasiya  (dislakasiya)  dərəcəsini  özündə  əks  etdirən  geoloji 

sənəddir.  

 

Şaquli  müstəvidə  eləcədə  normal  litoloji  stratiqrafik  kəsilişlərə  görə 



korelasiya  yaxud 

müqayisə  sixemləri  tərtib  edilir.  Bu  sxemlər  əsasında  bu  və  ya 

digər yaşa malik süxurların verilən istiqamətdə qalınlıqlarının litoloji tərkibini, neft 

qazlığını  və  bu  kimi  xüsusiyyətlərini  öyrənmək  olar.  Bundan  əlavə  şaquli 

müstəvidə  çoxlu  sayda  başqa  geoloji  qrafiklər  də  tərtib  edilir.  Poleostruktur, 

paleotektonik, paleogeoloji profillər və s. 

 

3.  Üfüqi  müstəvidə,  yəni  planda  tərtib  olunan  geoloji  qrafiklər  –  buraya 

birinci növbədə geoloji xəritə aiddir.Geoloji xəritələrin təhlil etdiyi məlumatlardan 

asılı olaraq konkret adları movcuddur. 

          Struktur xəritə - hər hansı bir lay səthinin stratoizohipslərlə üfüqi müstəviyə 

layihələndirilməsi  nəzərdə  tutulur.Stratoizohips  lay  səthilə  üfüqi  müstəvinin 

kəsişməsindən  alınan  izə  deyilir.Struktur  xəritənin  qurulmasında  məqsəd  layın 

yatım formasını öyrənməkdir. 

          Litofasial xəritə - bu növ xəritə hər hansı bir sahədə müxtəlif litoloji tərkibə 

malik  çöküntülərin  yayılma  xüsusiyyətlərini  aşkar  etmək  üçündür.Əgər  Litofasial 

xəritələr  daha  böyük  ərazilər  üçün  tərtib  olunarsa  ,yəni  orada  çöküntü  toplanma 

zonası  ilə  bərabər  aşınma  zonalarıda  göstərilərsə,  onda  bu  növ  xəritələr  litofasial 

yox,paleocoğrafi xəritələr adlanır.Paleocoğrafi xəritələr daha böyük ərazilər üçün 

,yəni regional istiqamətdə qurulur. 

          Bərabər  qalınlıqlar  xəritəsi  –  bu  növ  xəritələr  hər  hansı  maraq  kəsb  edən 

qat,lay,lay dəstəsi üçün tərtib edilir.Bərabər qalınlıqlar xəritəsi 2 növə ayrılır: 

1.

 



Həqiqi qalınlığa görə qurulan bərabər qalınlıqlar xəritəsi (İzopaxit). 

2.

 



Görünən qalınlığa görə qurulan bərabər qalınlıqlar xəritəsi (İzoxor). 

Geoloji  xəritə  dedikdə  hər  hansı  bir  ərazinin  geoloji  quruluşunda  iştirak  edən  və 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə