Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

Design by Ali Agakishiyev 

 

27 



olunur. Verilən istiqamətdə meridi-anın şimal qütbü arasında qalan 0-360

° arasında 

dəyişən, saat əqrəbi istiqamətində ölçülən üfüqi bucağa azimut deyilir.  

 

 



Azimutların növləri 

Uzanma xəttini hər iki istiqamətə davam etdirsək, o öz keyfiyyətini dəyişmir, 

yəni,  uzanma  xətti  kimi  qalır.  Ona  görə  də  uzanma  xəttinin  fəza  vəziyyəti  bir-

birindən 180º fərqlənən azimut bucağı ilə təyin olunur.  

 

 

Lay səthi üzərində yerləşən, uzanma xəttindən başlayaraq layın yatımı istiqa-



mətində uzanan və cəhətlənmiş xəttə (izə) yatım xətti deyilir. 

Hər bir maili layın istənilən sayda yatım xətti ola bilər. Yalnız bunlardan biri 

həqiqi  yatım  xətti  olacaq.  Lay  səthi  üzərində  yerləşən  uzanma  xətti  ilə  90º-dən 

böyük  və  ya kiçik bucaq təşkil  edən layın  yatımı istiqamətində cəhətlənmiş xəttə 

görünən  yatım  xətti  deyilir.  Layın  yatım  xətti  vektorluq  qabiliyyətinə  malikdir. 

Yəni,  onu  yatım  istiqamətində  davam  etdirəndə  öz  keyfiyyətini  saxlayır.  Layın 

yatım xəttini əks istiqamətdə davam etdirsək, o öz keyfiyyətini itirmiş olur. Yəni, 

bu xətt artıq yatım xətti yox, qalxım xətti, və ya yoxuş xətti adlanır.  

Yatım  xətti  ilə  onun  üfüqi  müstəvi  üzərindəki  proyeksiyası  arasında  qalan 

bucağa yatım bucağı deyilir. 

 Lay  səthilə üfüqi  müstəvi arasında istənilən sayda  müxtəlif qiymətə  malik n 

sayda  bucaq  ola  bilər.  Ancaq  bunlardan  biri  layın  fəza  vəziyyətini  müəyyən  edə 

bilər. Bu layın həqiqi yatım bucağıdır.  

Layın  həqiqi  yatım  bucağı,  həqiqi  yatım  xətti  və  onun  üfüqi  müstəvi 




Design by Ali Agakishiyev 

 

28 



üzərindəki  proyeksiyası  arasında  qalan  bucağa  deyilir.  Biz  qeyd  etdik  ki,  layın 

istənilən  sayda  görünən  yatım  xətti  ola  bilər.  Görünən  yatım  xətti  və  onun  üfüqi 

müstəvi  üzərindəki  proyeksiyası  arasında  qalan  bucağa  görünən  yatım  bucağı 

deyilir.  Həqiqi  yatım  bucağı  0º-90º-yə  qədər  dəyişir.  Görünən  yatım  bucağı,  bir 

qayda  olaraq,  həqiqi  yatım  bucağından  həmişə  kiçik  olur.  Görünən  yatım  bucağı 

sıfırdan həqiqi yatım bucağına qədər dəyişir.  

 

lll.  DİAPİR QIRIŞIQLAR HAQQINDA ANLAYIŞ 

 

        Diapir 



qırışıqlarının 

formalaşmasına 

səbəb 

çöküntü 

toplanma 

hövzəsində,çöküntü  qatının  kəsilişində  yüksək  plastikliyə  malik  reoloji  fəal 

kütlədən  ibarət  layın  olmasıdır.Diapir  qırışıqları  ilk  dəfə  1907-ci  ildə  rumin 

geoloqu  Mirazik  tərəfindən  kəşf  edilib.Nüvəni  təşkil  edən  süxurların  növündən 

asılı olaraq diapir qırışıqları 2 növə ayrılır. 

1. Duz diapirləri 

Adından  göründüyü  kimi  duz  diapirlərinin  nüvəsi  reoloji  fəal  olan  ,  yəni 

yüksək plastikliyə  və axıcılıga malik süxur növləri nəzərdə tutulur. Bu baxımdan 

daş duz , gips , hemogen mənşəli süxurlar yüksək plastikliyə malikdirlər. 

Diapir  qurguşun  nüvəsini  daş  duz,  gips  təşkil  edirsə  ,  belə  qurguşuna  duz 

diapiri deyilir. Kosignə görə duz diapirinin inkişaf etməsi üçün Çöküntü Toplanma 

Hövzəsinin çökmə qatında qalınlıgı ən azı 120m -dən az olamamaq şərtilə duz qatı 

üzərində  300m  -dən  çox  qalınlıgında  süxur  qatları  yatmalıdır.  Hövzədə 

hidrodinamik tarazlıq pozularsa duz axmaga başlayır :  

 



Design by Ali Agakishiyev 

 

29 



Bu zaman daş duz kütləsi Arxangelski , Ştille və başqalarına görə antiklinalın 

nüvəsində , Bapdana və başqalarına görə sirilinalın nüvəsində toplanaraq müvafiq 

enerji  potensialı  yarandıqdan  sonra  daş  duzArximed  qanununa  əsasən  yuxarıya 

dogru hərəkət edir . Üzərində yatan süxurlar o cümlədən , nisbətən kiçik qalınlıga 

malik duz layı da varsa o da deformasiya edərək , diapir qurguşun yaratmış olur . 

Beləliklə  ,  diapir  qurguşun  formalaşmasında  əsas  fəaliyyət  göstərən  ,  onun 

nüvəsini  təşkil  edən  reoloji fəal duz kütləsi  olur . Onun üzərində  yatan qatlar isə 

qırışıq yaranmada çox passiv iştirak edirlər . Daha dogrusu qırışıgın yaranmasına 

təsir göstərmirlər, hətta laylar arasında kiçik qalınlıga malik duz qatı da olur .  

Duz  Diapirinin  formalaşmasına  səbəb  olan  enerji  potensialı  duz  kütləsinin 

miqdarından  və  onu  əhatə  edən  ,  üzərində  yatan  süxur  kütləsi  ilə  sıxlıqlar 

qradientindən asılıdır .  

Duz Diapiri  onun  enerji potensialından asılı  olaraq müxtəlif dərəcədə  inkişaf 

edə bilər. Duz Diapirinin enerji potensialı az  olarsa bu zaman hövzədə hidrostatik 

tarazlıgın  pozulması  sayəsində  yalnız  duz  yastıqlar  formalaşır  .  Yəni  çox  zəif 

inkişaf etmiş müsbət işarəli struktur formalaşır . 

 

Duz kütləsinin enerji potensialı bir qədər artıq olarsa bu zaman kripto diapir 



struktur formalaşır . ( Gizli Diapir ) Bu növ diapirdə nüvəni təşkil edən kütlə yer 

səthinə çıxmır . Nisbətən yaxşı inkişaf etmiş struktur yaradır.  

Kripto  diapirdə  nüvə  yer  səthinə  çıxmır  .  Onun  üzəri  laylarla  örtülü  olur  . 

Səbəbi duz kütləsinin enerji potensialının , onun üzərində yatan süxur kütlələrinin 

geostatik təzyiqdən nisbətən az olmalıdır .  

 

Bu  strukturların  3-  cü  növü  inkişaf  dərəcəsinə  görə  bilavasitə  duz  diapiri 



adlanır  .  Bu  növ  diapir  o  vaxt  yaranır  ki  ,  duz  kütləsinin  enerji  potensialı  onun 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə