Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

Design by Ali Agakishiyev 

 

34 



 

 

 

 

 

 

 

 

lV. PLİKATİV DİSLOKASİYALAR 

QIRIŞIQLAR HAQQINDA ANLAYIŞ 

LAYLARIN QIRIŞIQ FORMALARI 

 

1.

 

Layların qırışıq yatım formaları və onların 

elementləri 

  Layların  dalğavari  əyilməsinə  qırışıq  deyilir.  Qırışıqlar  qabarıq  hissəsinin 

vəziyyətinə görə iki  yerə ayrılır. 

 

Layların əsas qırışıq formaları 



1.

 

Qabarıq  hissəsi  yuxarı  olan  və  mərkəzində  nisbətən  qədim  süxurlar  yatan 



qırışığa antiklinal deyilir. 

2.

 



Qabarıq  hissəsi  aşağ  olan  və  mərkəzində  nisbətən  cavan  süxurlar  yatan 

qırışığa sinklinal deyilir. 

Antiklinal ilə yanaşı olan sinklinal birlikdə tam qırışıq adlanır. 



Design by Ali Agakishiyev 

 

35 



 

 

 



Qırışıqlar aşağıdakı elementləri ilə səciyyələnirlər. 

1.

 

Ox  səthi  –  Qırışığın  tənbö-lənindən  keçən,  onu  iki  bərabər  və  simmetrik 

hissəyə bölən səthə ox səthi deyilir. 



2.

 

Qırışığın  oxu  –  Ox  səthi  ilə  üfüqi  müstəvinin  yaxud  relyef  səthinin 

kəsişməsindən  alınan  izə  qırışığın  onu  deyilir.  Eləcədə  şaquli  müstəvi  ilə  ox 

səthinin kəsişməsindən alnan izə qırışığın şaquli oxu deyilir. 

3.

 

Qırışığın  qanadı  –  Qırışığın  yamaclarına  onun  qanadı  deyilir.  Hər  normal, 

tam inkişaf etmiş qırışığın iki qanadı olur. 



4.

 

Qırışığın  nüvəsi  –  Hər  hansı  bir  laya  görə  qırışığın  daxili  hissəsinə  onun 

nüvəsi deyilir. 



5.

 

Qırışığın  tağı  –  Qırışığın  qanadlarının  onun  yuxarısında  qovuşduğu 

hissəsinə  antiklinalın  tağı  deyilir.  Sinklinalın  qanadlarının  onun  aşağısında 

qovuşduğu hissəsinə sinklinalın dibi deyilir.  

6.

 

Tağ xətti – Antiklinal qırışığın tağının ən yüksək nöqtələrindən keçən xəttə 

deyilir. Sinklinalda isə onun dibinin ən aşağı nöqtələrini birləşdirən xəttə dib xətti 

deyilir. 

7.

 

Qırışığın  şarniri  –  Ox  səthi  ilə  lay  səthinin  kəsişməsindən  alınan  izə 

qırışığın  şarniri  deyilir.  Qırışığın  istənilən  sayda  şarniri  ola  bilər  (qırışıqdan  asılı 

olaraq).  Şarnirin  dalğavari  əyilməsinə  onun  undul-yasiyası  deyilir.  Əgər  qırışıq 

simmetrikdirsə bu zaman şarnir xətti ilə tağ xətti üst-üstə düşür.  



8.

 

Qırışığın qırışma bucağı – Qanadların təşkil etdiyi bucağa qırışığın qırışma 

bucağı deyilir, yaxud qanadlara çəkilən toxunanlar arasında qalan bucağa qırışma 

bucağı deyilir. 

9.

 

Qırışığın  periklinalı  –  Antiklinal  qırışığın  qanadlarının  öz  istiqamətlərini 

dəyişərək  qovuşduqları  zonaya  onun  periklinalı  deyilir.  Sinklinalda  bu  hissəyə 

sentriklinal deyilir. Hər tam inkişaf etmiş antiklinal qırışıq iki periklinala malikdir. 



Design by Ali Agakishiyev 

 

36 



Antiklinal  qırışığın  qurtaracaqlarında  onun  şarnirinin  undulyasiya  etdiyi  sahəyə 

periklinal deyilir, sinklinalda isə sentriklinal deyilir. 



10.

 

Qırışığın hündürlüyü – Eyni layın eyni səthi üzrə antiklinal ilə yanaşı 

olan  sinklinalın  şarnirləri  arasında  qalan  ən  qısa  şaquli  məsafəyə  qırışığın 

hündürlüyü deyilir. 

11.

 

 Qırışığın  eni  –  antiklinal  ilə  yanaşı  olan  sinklinalların  oxları 

arasındakı ən qısa üfüqi məsafəyə antiklinal qırışığın eni deyilir. 



12.

 

 Sinklinalın  eni  –  sinklinal  ilə  yanaşı  olan  antiklinalların  oxlar 

arasındakı ən qısa üfüqi məsafəyə sinklinalın eni deyilir.  



13.

 

 Qırışığn  uzunluğu  –  Qırışığın  periklinal  (sentriklinal)  qurtaracaqları 

arasındakı  ən  qısa  üfüqi  məsafəyə  qırışığın  uzunluğu  deyilir.  Yaxud  qırışığın 

şarnirinin  iki  undulyasiya  arasında  qalan  ən  qısa  üfüqi  məsafəyə  onun  uzunluğu 

deyilir. 



 

2.

 

Qırışıqların  Morfoloji  Təsnifatı 

Qırışıqların morfoloji təsnifatı, onların bu və ya digər elementlərinə əsaslanır. 

Bu  baxımdan  Yer  qabığında  rast  gəlinən  bütün    qırışıqlar  aşağıdakı  siniflərə 

bölünür: 

1)Qırışıqların  ox  səthinin  vəziyyətinə  görə  təsnifatı—Bu  təsnifata  əsasən 

qırışıqlar aşağıdakı növlərə ayrılır:  

 

 

 



1.1) Simmetrik  yaxud düz qırışıq. Bu növ qırışıqda ox səthi  γ =86-90̊  bucaq 

altında yatır.Qanadlar əks istiqamətdə eyni və yatəqribən eyni bucaq altda yatırlar. 

α≈α



1.2)  Çəp  qırışıq.Burada  ox  səthi  10̊<γ<86̊  arasında  yerləşir.  Qırışığın 



qanadları əks istiqamətdə müxtəlif  bucaq altında yatırlar. 

1.3)  Aşırılmış  qırışıq  –  Ox  səthi  10̊<γ<86̊    arasında  yerləşir,  qanadlar  eyni 

istiqamətdə  meyl edirlər. α≠α

1

  



1.4) Yatıq qırışıq – Qanadlar eyni istiqamətdə meyl  edirlər.Ox səthinin yatım 

bucağı 0̊≤γ≤10̊  arasında yerləşir. α>α

1.5)  Çevrilmiş  qırışıq-Bu  növ  qırışığın  ox  səthi  qövsvarişəkildə  olur.  Eyni 



qanadda laylar əks istiqamətdə yata bilər.  


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə