Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

Design by Ali Agakishiyev 

 

64 



təşkil olunmuşdur.  

Lakkolitlər  nisbətən  kiçik  (diametri  5-6  km,  qalınlığı  1  km-ə  çatır)  intruziv 

kütlələr  olub,  göbələk  şəkillidir.  Yuxarı  qalxarkən  layların  arasında  lavanın 

soyuması  nəticəsində  yaranır.  Tağ  hissələri  dəyirmi,  daban  hissələri  isə  laylaşma 

müstəvisinə paralel olur. Nisbətən az dərinlikdə (3 km-ə qədər) yatır və denudasiya 

nəticəsində  tez-tez  üzə  çıxır.  Tərkibinə  görə  əsasən  turş  süxurlardan 

(diapiritlərdən)  təşkildir.  Bəzən  lakkolitlər  bir-birinə  kanallar  vasitəsilə  birləşərək 

lakkolit  qrupu  yaradırlar.  Lakkolitlərdən  çaxələnən  maqmatik  kütlələr  anofizlər 

adlanır.Anofizlər batolitlərdə və ştoklardada rast gəlinir. 

 

 

 



Lakkolitlərin  müxtəlif  növləri  məlumdur:  çoxmərtəbəli  (ağacabənzər), 

formasiya-arası, qeyri-simmetrik (hemi-lakkolit),  bismalit və s.                                                                                                  



Lopolitlər  müxtəlif  ölçülərə  malik  (ən  kiçik  ölçülərdən  başlayaraq  en  kəsiyi 

100  km-ə  çatan,  qalınlığı  isə  1  km-dən  artıq  olan  kütlələr)  Nəlbəki  şəkilli,az 

meyilli  intruziv  kütlələrdir.  Yerləşdiyi  süxurlarla  paralel  yatım  əmələ  gətirir. 

Ultraəsas və qələvi süxurlardan ibarət olur. 

 

Fakolitlər  –Antiklinal  və  sinklinalların  kilidlərində  linza  şəkilli  maqmattik 

kütlələrə  rast  gəlinir  ki  ,  bunlar  fokolitlər  adlanır.  əyilmiş  mərciyə  oxşar,  kiçik 

ölçülü, uyğun yatımlı intruziv kütlələr olub, qabarıq layların qabarmış hissələrində 

maqmanın  soyuması  nəticəsində  əmələ  gəlir.  Qalınlığı  100  m,  nadir  hallarda  isə 

1000 m olur. 

Sillər  –  Laylanma  səthinə  daxil  olaraq  onlarla  uyğun  yatım  təşkil  edən 

intruziv  cisimlərə  Sillər  deyilir-(Lay  tipli  intruziyalar)  nisbətən  az  dərinliklərdə 

əmələ  gəlir  və  lay  formasına  malik  olub,  ətraf  süxurların  laylanma  səthləri  üzrə 



Design by Ali Agakishiyev 

 

65 



yerləşir.  Sillərin  qalınlığı  bir  neçə  santimetrdən  600  m-ə  qədər,  tutduğu  sahə  isə 

bəzən  13000  km

2

-ə  çatır.Çox  rast  gəlinən  qalınlıq  25-70m  arasında  olan  sillərdir. 



Sillər  müxtəlif  süxurlardan,  daha  çox  əsasi  süxurlardan  (diabazlardan, 

porfiritlərdən)  təşkil  olunmuşdur  və  onlara  həm  platformalarda,  həm  də 

geosinklinal ərazi-lərdə təsadüf olunur.  

 

 



Qeyri-uyğun intruziv kütlələrə aşağıdakılar aiddir. 

Batolitlər  əsasən,  qranitlərdən  ibarət  nəhəng  intruziv  kütlələrdir.  Yer  qabığı 

qırışıqlarında  pozğunluğa  məruz  qalmış  ətraf  süxurlara  maqmanın  aktiv  təsiri  və 

nüfuz  etməsi  zamanı  yaranır.  Denudasiya  prosesi  nəticəsində  batolitlər  açıldıqda 

intruziv  maqmatik  süxurların  çıxışlarının  tutduğu  sahələr  100  km

2

-dən  250000 



km

2

-dək çatır.  Bəzi batolitlər dərinlik artdıqca  ensizləşir  və  müxtəlif dərinliklərdə 



qədim çökmə yaxud metamorfik süxurlar üzərində yerləşir. Batolitlərin yaranması 

haqqında fikirlər var.Bəzilərinə görə Maqma yuxarı hərəkət edən zaman üstə yatan 

hissələri  dağıdır,dağıdılmış  hissələr  maqmanın  içinə  tökülərək  onun  sahəsini 

genişləndirir  və  batoliti  formalaşdırır.Digər  tədqiqatçılara  görə  maqma  hərəkət 

edən 

zaman  qarşısına  çıxan  bütün  maddələri  həll  edərək  batoliti 



formalaşdırır.Batolitin  əmələ  gəlməsində  dərinlik  yarıqlarının  çox  böyük 

əhəmiyyəti  var.Həmin  yarılmalar  üzrə  maqma  yuxarıya  doğru  hərəkət  edir.Bu 

zaman maqmanın hərəkət sürəti çox olur.Çünki onun tərkibindəki qazlar maqmaya 

mütəhərriklik  verir.Hərəkətdə  olarkən  maqmadan  ayrılan  qazlar  hesabına,yəni 

maqmanın  qazsızlaşması  hesabına  onun  sürəti  azalır  və  maqma  yuxarıya  doğru 

hərəkət edən zaman o qədər qatılaşırki ,üst hissədə maqmanın yolunda tıxac əmələ 

gəlir.Bu  zaman  yuxarıya  hərkət  edə  bilməyən  maqma  yanlara  doğru  genişlənərək 

batoliti formalaşdırır. 

 

 

Batolitlər, geosinklinal əyalətlərin ən mütəhərrik hissələrində yerləşir. Adətən 



onlar  qırışıqlıq  komplekslərinin  uzanması  boyu  müşahidə  olunur.  Batolitin  bir 


Design by Ali Agakishiyev 

 

66 



növü  də  etmolit-formadır.  Bu  forma  yuxarıya  tərəf  ölçülərinin  artmasilə 

səciyyələnir.

 

 

Ştoklar  kiçik  ölçülü  intruziv  kütlələrdir.Ştoklar  silindir  formasında  uzunsov 



şəkilli intruziv cisimlərdir. Çıxış sahəsi 100 km

2

-dən  azdır.  Bunlar  da  batolitlərin 



şaxələnməsindən  (batolit  künbəzləri)  əmələ  gəlir,  yaxud  da  müstəqil  yaranan 

intrusiyalardır. Ştoklar iri tektonik pozğunluqlar boyunca yerləşir. 

 

 

Daykalar-  Paralel  səthlərlə  böyük  məsafələrdə  izlənən  lövhə  şəkilli  intruziv 

cisimlərə  deyilir.Başqa  sözlə  dik  meyilli  paralel  divarlar  ilə  hüdudlaşan  və  ətraf 

süxurları kəsən intruziv kütlələrdir.Şaquli yaxud nisbətən maili çatların maqma ilə 

dolması nəticəsində əmələ gəlir. (İngilizcə daş,divar deməkdir) 

Daykaların 3 növü var. 

1.

 



Endo dayka 

2.

 



Meta dayka 

3.

 



Ekzo dayka 

Endo  dayka-maqmanın  çatlara  dolması  nəticəsində  əmələ  gəlir.Meta  dayka  eyni 

yolla əmələ  gəlir,ancaq  tərkib  etibarı  ilə peqmatit  və digər  mineralların dəyişməsi 

nəticəsində əmələ gəlir.Ekzo dayka çöküntülərin çatlara dolması nəticəsində əmələ 

gəlir. 

 

Ətraf  süxurlar    denudasiyaya  məruz  qaldıqda  daykalar  yer  səthində  olduqca 



dik  uçurum  divarları  xatırladır.  Elə  bu  səbəbdən  də  onlara  “dik  divarlar”  deyilir. 

Daykaların uzunluğu bir neçə metrdən 100 km-ə, qalınlığı isə bir neçə sm-dən bir 

neçə yüz metrə çatır. Uzunluğu 3-5 km və qalınlığı 5-8 m olan daykalar daha geniş 

yayılmışdır. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə