Hazırladı: ”Geologiya mühəndisliyi” tələbələri Bakı 2015



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix11.10.2017
ölçüsü0,61 Mb.
#4244
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

Design by Ali Agakishiyev 

 

60 



 

Polimineral süxurlar günəşin təsiri altında qızdıqları zaman onları təşkil edən 

mineralların hər biri öz istilik genişlənmə əmsalına uyğun olaraq genişlənir. Bu da 

nəticədə  polimineral  süxurda  çatların  əmələgəlməsinə  səbəb  olur.  Bu  proses 

dilatasiya adlanır.  

Bitkilərin  süxurlara  təsiri  nəticəsində,  yəni  onların  köklərinin  inkişaf  etməsi 

hesabına  yarana  bilər.  Eyni  zamanda  küləyin  fəaliyyəti  nəticəsində  də  süxur 

səthində  yaranmış  girintilərdə  su  yayıldığı  zaman  yenə  də  temperaturun  kəskin 

dəyişməsi sayəsində süxur səthində çatlar yarana bilər. 

Yer  səthi  sürüşmələr  zamanıda  sürüşən  qaymada  bir  sıra  çatlar  şəbəkəsi 

yaranmış olur. Qaymanın yuxarı hissəsində yaranmış çatlar şəbəkəsi yuxarı çatlar, 

aşağı  hissəsində  yaranmış  çatlar  şəbəkəyə  aşağı  çatlar,  kənarlarda  yaranmış 

çatlılığa yan çatlar, təxminən ortada yaranan çatlara mərkəzi çatlar deyilir. Qeyri-

tektonik çatlar eləcə də canlıların fəaliyyəti nəticəsində də yarana bilər.  



Tektonik  çatlar-bu  çatların  əmələ  gəlməsi  süxurlara  təsir  edən  tektinik 

proseslərlə  əlaqədardır,  yəni  bu  çatların  yaranması  tektonik  hərəkətlərin  təsiri 

altında  süxurlarda  baş  verən  müxtəlif  növ  deformasiyalarla  bağlıdır.  Məs:  qırışıq 

əmələgəlmə  zamanı  antiklinalın  tağı  nisbətən  yüksək  dartıkma  gərginliklərunə 

məruz  qaldığı  zona  olduğundan  orada  çatlar  şəbəkəsi  yaranmış  olur.  Fleksurada 

onun  əlaqələndirici  qanadı  nisbətən  yüksək  dartılma  gərginliyinə  məruz 

qaldığından  əksər  hallarda  çatlar  şəbəkəsi  ilə  və  kiçik  amplitudlu  qırılmalarla 



Design by Ali Agakishiyev 

 

61 



mürəkkəbləşmiş olur. 

 

Tektonik çatlar bir qayda  olaraq qırılma pozğunluqlarını da müşayət  edirlər. 



Əmələgəlmələrinə görə tektonik çatlar iki növə bölünrlər: 

1)

 



Normal qüvvələrin təsiri altında yaranan dartılma çatları- bu növ çatlar 

cisime  bir  ox  üzrə    qüvvə  təsir  etdiyi  zaman  yaranırlar.  Belə  çatlar  dartılma,  yəni 

qırılma çatları adlanırlar. Bu növ çatların divarlaeı girintili-çıxıntılı, yəni kələ-kötür 

olur.  Əgər  o  çat  səthinə  hər  hansı  bir  iri  süxur  qırıntısı  (çaqıl,  çınqıl)  düşərsə,  o 

qırıtı çatın sayəsində öz yuvasından ayrılmış olur. Ona görə də normal qüvvələrin 

yaratdığı çat səthində iri süxur qırıntılarının yuvalarını görmək olar. 

2)

 

Qopma  çatları-  süxurlarda  qopma  çatlarının  əmələgəlməsi  onlara 



toxunan  qüvvələrin  təsiri  ilə  əlaqıdardır.  Bu  zaman  yaranan  çatların  səthi  adətən 

hamar  olur  və  hətta  həmin  çat  səthi  çaqıl,  çınqıl  dənəciklərində  keçirsə  həmin 

qırıntı  iki  hissəyə  bölünmüş  olur.  Qopma  çatların  səthində  adətən  cızıqları  və 

sürüşmə güzgülərini müşahidə etmək olar. 

Məlum  olduğu  kimi  sürüşmə  güzgüləri  adətən  əks  fay,  tektonik  sürüşmə, 

üstəgəlmə növ qırılmaların qırılma səthində də yaranır. 

 

Bəzi hallarda süxurlarda çox sıx qopma çatları şəbəkəsi yaranır, buna klivaj  



deyilir. Tektonik çatların ikinci növü Klivaj adlanır.Süxurun dağılmasının  əsasını 

qoyan, lakin onun bütövlüyünü pozmayan  sıx qopma növ çatlar şəbəkəsinə  klivaj 

deyilir. 

Laylanmaya  qırışığın  ox  səthinin  tağına  nisbətən  tutduğu  vəziyyətə  görə 

süxurlarda aşağıdakı növ klivaj seçilir: 

1.  Layvari  klivaj—süxurların  plastiki  deformasiyasının  ilk  mərhələsində 

laylanmaya paralel inkişaf edir. 



Design by Ali Agakishiyev 

 

62 



Kəsən klivaj aşağıdakı növlərdə olurlar: 

1.Yelpikvari  klivaj—bu  növ  klivajda  çatlar  yelpik  şəlkildə  inkişaf  edirlər  və 

antiklinal qırışığın tağının altında yaxud sinklinal qırışığın dibinin üstündə ox səthi 

zonasında kəsişirlər. 

2.Əks yelpikvari klivaj—da yelpik şəklində inkişaf etmiş antiklinalın tağının 

üstündə, yaxud sinklinal dibinin altında ox səthi zonasında kəsişirlər. 

3.  “S”-vari  klivaj—bir  yaxud  bir  neçə  layda  “S”  hərfi  şəklində  inkişaf  edən 

qopma (kəsən) çatlar şəbəkəsidir. 

4.Paralel yaxud Əsas klivaj—qırışığın ox səthinə paralel onun tağında yaxud 

qanadlarında inkişaf etmiş sıx qopma çatlar şəbəkəsidir. 

Qırılmalarla  bağlı  klivaj  fay  tipli  iri  qırılmaların  yamacları  boyu  inkişaf 

edirlər. 

 

 

 

 

 



Design by Ali Agakishiyev 

 

63 



 

Vlll. MAQMATİK VƏ METAMORFİK SÜXURLARIN YATIM 

FORMALARI 

 

 

 

Maqmatik,  xüsusilə  də  intruziv  süxurların  yatım  formaları  müxtəlifdir.  Bu, 



əsasən  maqmanın  ilk  təzyiq  və  temperaturundan,  yəni  kristallaşma  şəraitinin 

müxtəlifliyindən irəli gəlir. 

Maqma  öz  təzyiq  və  temeparuturu  ilə  bəzən  süxurları  əridib  onların  yerini 

tutur,  bəzən  müxtəlif  təbəqələrin  arasına  soxularaq  orada  soyuyur,  bəzən  də 

müxtəlif çatlar və boşluqlarda kristallaşır. Təbiətdə yayılmış intruziv kütlələr iki 

əsas qrupa ayrılır: uyğun və qeyri-uyğun yatımlı. 



Uyğun  yatımlı  intruziyalar-da  çökmə  süxurların  laylanma  səthi  layların 

səthinə  paralel  olur.  Bu  paralellik  mütləq  deyil,  nisbi  xarakter  daşıyır,  uyğun 

yatımlı  maqmatik  massivlər  təbiətdə  geniş  yayılmış  kütlələrdir,  bunlardan 

aşağıdakıları göstərmək olar. 



İntruziv  yataqlar,  en  sadə  intruziv  kütlələr  olub,  maqmanın  laylar  arasına 

soxulması və orada soyuması nəticəsində əmələ gəlir. Bu yataqların sahəsı 10000 

km

2

, qalınlığı  isə yüz metrlərlə ölçülür; müxtəlif tərkibli, ən çox əsas süxurlardan 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə